ŞƏFƏq adişİRİN qızı HƏBİbullayeva



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix23.09.2022
ölçüsü0,51 Mb.
#64035
1   2   3   4   5   6   7   8   9   ...   13
tex n hsa 16 11 18

Müdafiə olunan müddəalar: 
1. Laydan hasilat quyularına su axınının selektiv təcridi üçün yeni 
tərkibin işlənməsi və işlənmiş tərkibin dəniz şəraitində istifadəsinin 
zəruriliyi. 
2. Laydan quyuya su axınının qarşısının alınması üçün 
yarımmineral əsasında yeni tərkibin və onun tətbiq texnologiyasının 
işlənməsinin mümkünlüyü. 
3. Çatlı laylardan işləyən hasilat quyularına su axınının təcridi üçün 
yeni tərkibin və onun tətbiqi ilə neft hasilatının intensivləşdirilməsinin 
mümkünlüyü. 
4. Qaldırıcı lift borularında qətran, parafin və asfalten 



çöküntülərinin təmizlənməsi və neft hasilatının intensivləşdirilməsinin 
təmin olunması. 
5. Təsirlə əhatə sahəsini genişləndirməklə neftvermə əmsalının 
artırılması üçün termo-kimyəvi üsul. 
6. Azərbaycanın neft yataqlarında işlənmənin son dövründə tətbiq 
olunan mikrobioloji təsir üsullarının nəticələrinin təhlilinə əsaslanaraq, 
onların tətbiq obyektlərinin düzgün seçilməsi üçün təkliflərin verilməsi. 
7. Layların neftverimini artırmaq üçün yeni mikrobioloji təsir üsulu 
işlənmişdir. 
İşin nəticələrinin praktiki əhəmiyyəti və istehsalatda tətbiqi. 
Neft hasilatının intensivləşdirilmısi məqsədi ilə laydan hasilat 
quyusuna su axınının təcridi məqsədi ilə N.Nərimanov adına NQÇİ-nin 1 
saylı NQÇS-nin 677 və 432 saylı quyularında suyun tədrici üçün təklif 
olunmuş üsulun tətbiqi nəticəsində, quyuların cəm su hasilatı 20. 
t/sutkadan 1,0 t/sutkaya enmiş, neft hasilatı isə 4,0 t/sutkadan 30,0 
t/sutkaya yüksəlmişdir. Nəticədə bir ay müddətində 780 ton əlavə neft 
alınmış və 570 ton suyun çıxarılması məhdudlaşdırılmışdır. Həmçinin 1 
saylı NQÇS-nin 694 və 696 saylı quyularda qaldırıcı lift borularında olan 
AQPÇ-nin təmizlənməsi üçün aparılmış tətbiq işindən sonra quyunun neft 
hasilatı artaraq, uyğun olaraq 8,0 t/surkadan, 15,0 t/surkaya yüksəlmiş və 
18,0 ton/sutkadan 26,0 ton/sutkaya yüksəlmişdir. Quyuların neft hasilatı bu 
göstəricilərlə tətbiqdən sonra bu günədək davam edir. Ümumiyyətlə neft 
hasilatının 
intensivləşdirilməsi 
məqsədi 
ilə 
aparılmış 

quyu 
əməliyyatından xeyli suyun çıxarılması məhdudlaşdırılmış həm də xeyli 
miqdarda əlavə neft alınmışdır (tətbiq aktı dissertasiyanın əlavəsində 
verilmişdir) 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin