3
Mövzunun aktuallığı. Neft hasilatının intensivləşdirilməsinin və
layların neftvermə əmsalının artırılmasının yeni üsullarının
işlənilib
hazırlanması neftçıxarmanın səmərəliliyinin artırılmasının əsasını
təşkil
edir. Bu məqsədlə hazırlanmış yeni tərkiblərin tətbiqi quyuların qaldırıcı
lift borularında və quyudibi zonada neftin ağır komponentlərinin (asfalt,
qətran, parafin və s.) təmizlənməsilə neft hasilatının artırılmasına, sulaşmış
quyularda su axınının selektiv təcrid edilməsilə neft hasilatının
yüksəlməsini, eyni zamanda laydan çıxarılan suyun miqdarının
məhdudlaşdırılmasını təmin edir. Digər tərəfdən layların neftverimini
artırmaq məqsədi ilə yeni səmərəli üsul və tərkiblərin
işlənib praktikada
tətbiq edilməsi neftçıxarmanın səmərəliliyini artırır ki, bu da
neftçıxarmanın aktual məsələsi kimi dissertasiya
işinin məzmununu təşkil
edir.
İşin məqsədi, işlənmənin bütün mərhələlərində laylara səmərəli süni
təsir üsullarının, o cümlədən laydan quyuya su axınının qarşısının alınması,
neftin ağır komponentlərinin qaldırıcı lift boruları
üzərinə çökmüş
komponentlərinin təmizlənməsi üçün yeni səmərəli tərkib və üsulların
işlənməsi və tətbiqi nəticəsində neft hasilatının
intensivləşdirilməsi və
layların
neftveriminin
artırılması
üçün
laya
təsir
sahəsinin
genişləndirilməsi ilə termokimyəvi və mikrobioloji təsir üsullarının
işlənməsidir.
Dostları ilə paylaş: