ŞƏFƏq adişİRİN qızı HƏBİbullayeva


Tədqiqatın əsas məsələləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix23.09.2022
ölçüsü0,51 Mb.
#64035
1   2   3   4   5   6   7   8   9   ...   13
tex n hsa 16 11 18

Tədqiqatın əsas məsələləri: 
- Quyuların neft hasilatını artırmaq üçün lift borularında neftin ağır 
komponentlərindən yaranan çöküntüləri təmizləmək qabiliyyətinə malik 
tərkibin işlənməsi və praktiki tədqiqi; 
- Neft sənayesində geniş tətbiqi ilə tanınan kimyəvi maddələrin 
laydan quyuya su axınının qarşısının alınmasında istifadə olunmasının 
tədqiqi; 
- Laydan hasilat quyularına su axınının selektiv təcridi üçün tərkibin 
hazırlanması üçün uyğun maddələrin laboratoriya şəraitində tədqiqi; 
- Çatlı laylardan neft quyularına su axınının qarşısının alınması üçün 
tərkib və texnologiyanın işlənməsi; 
- Təsirlə əhatə sahəsini genişləndirmək yolu ilə termo-kimyəvi 
üsulla layların neftvermə əmsalının artırılması texnologiyasının işlənməsi; 
- Layların neftvermə əmsalının artırılması məqsədi ilə quyudibi 
zonada laydan neftin sıxışdırılmasını təmin edən mikrobioloji təsir göstərə 
bilən bioorqanizmlərin tədqiqatı və tətbiq texnologiyasının təcrübi tətbiqi; 
- Laylara yeni mikrobioloji təsir üsullarının işlənməsi. 



Qoyulmuş məsələlərin həlli üsulları. 
Disertasiya işində qoyulmuş məsələlər nəzəri, laboratoriya-
eksperimental tədqiqatların aparılması ilə, onun sınaq işlərinin nəticəsi isə, 
hazırlanmış yeni üsulların tətbiqi ilə həll olunmuşdur. 
Elmi yeniliklər: 
1. Aparılmış tədqiqatların nəticələrinə əsasən ilk dəfə olaraq, 
laydan hasilat quyusuna su axınının selektiv təcridi üçün yeni tərkib 
işlənmişdir. Müəyyən edilmişdır ki: 
- maye şüşə və dispersantın müəyyən konsentrasiyasından alınmış 
yeni tərkib laydan quyuya su axınını selektiv (seçmə) təcridini təmin edir;
- alınmış tərkib pastavarı olub mədən (dəniz) şəraitində alınması 
mümkün olan və asanlıqla məlum mədən avadanlıqları ilə quyudibi zonaya 
vurula bilir; 
- çatlı laylardan hasilast quyularına su axınının təcridi üçün sement 
məhlulunun çatları tam doldurması və çatlardan suyun quyuya sızmasının 
qarşısını almaq üçün sement məhluluna 10%-ədək bentonit gili qatmaqla 
problemin müsbət həlli mümkün olur.
2. Asfalt, qətran və parafin şöküntülərini lift borularının səthindən 
təmizləmək xüsusiyyətinə malik olan yeni tərkib və onun tətbiq üsulu
işlənmişdir; 
3. Layların neftvermə əmsalının artırılmasını təmin edəcək 
bioreagentlərin laboratoriya tədqiqatları aparılmışdır. 
4. Təsirlə əhatə sahəsini genişləndirmək yolu ilə termo-kimyəvi 
üsulla layların neftvermə əmsalının artırılması üçün laboratoriya 
tədqiqatları aparılmışdır. 
5 Azərbaycanın neft yataqlarında layların neftvermə əmsalını 
artırmaq üçün tətbiq olunmuş mikrobioloji təsir üsullarının səmərəliliyi 
araşdırılmış, müvafiq təkliflər verilmişdir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin