ŞƏFƏq adişİRİN qızı HƏBİbullayeva


Dissertasiyanın ikinci fəslində



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix23.09.2022
ölçüsü0,51 Mb.
#64035
1   2   3   4   5   6   7   8   9   10   ...   13
tex n hsa 16 11 18

Dissertasiyanın ikinci fəslində hasilat quyularının neft veriminin 
yüksəldilməsinə təsir edən mürəkkəbləşmələrin aradan qaldırılması üçün 
laboratoriya tədqiqatları aparılmışdır.
Neft 
veriminin 
yüksəldilməsini 
və 
neft 
hasilatının 
intensivləşdirilməsini təmin edən proseslərə, fiziki-kimyəvi şəraitin 
yaradılması ilə nail olmaq olar. Bu aktual məsələnin həlli üçün, laylara və 
quyu avadanlıqlarına kimyəvi reagentlərin təsiri ilə, yüksək texnologiyaları 
özündə birləşdirən üsulların işlənməsi və onların səmərəliliyinin artırılması 
üçün yeni təkliflər verilmişdir.
Əsas məqsəd, quyuya və laya təsir üsullarının səmərəliliyinin 
artırılması, yeni daha səmərəli üsulların işlənməsi, bu üsulların dəniz 
mədənləri şəraitində tətbiqinin mümkünlüyünün nəzərə alınması, ənənəvi 
üsullarla çıxarılması çətin olan, bəzən isə mümkün olmayan yüksək 
özülülüyə 
malik 
qeyri-nyuton 
neftlərin 
çıxarılmasının 
yaxşılaşdırılmasından ibarətdir. 
Yüksək özülülüyə malik, tərkibində asfaltlı-qatranlı və parafinli 
birləşmələr (AQPB) saxlayan ağır neftlərin çıxarılması müəyyən 
çətinliklərlə bağlıdır. AQPB-nə duz çöküntülərinin qarışması daha 
mürəkkəb fiziki-kimyəvi proseslərin getməsinə səbəb olur. AQPB-in və 
duz çöküntülərinin tərkibi, tipi və xassələri məlum olduqdan sonra onun 
çökməsinə qarşı uyğyn reagentlərin seçilməsi asanlaşır. Bu məqsədlə, bu 
sahədə məlum tədqiqat işləri araşdırılmışdır. Eyni şəraitdə (qaz faktoru, 


12 
quyuların istismar rejiminin termodinamiki şəraiti) nefti və AQPB-in 
tərkibinin və eləcə də xassələrinin təyini çökməni azaltmağa, eyni zamanda 
çökmüş AQPB-in və duzun təmizlənməsində yeni kompozisiyaların 
seçilməsinə və tədqiqinə imkan yaradır ki, bu problemin həlli üçün AQPB 
– i və duz çöküntüləri ilə mübarizə aparmaq üçün yeni MS tipli 
kompozisiya işlənmişdir. Həmçinin, həm quyuların qaldırıcı lift 
borularında asfalt-qətran və parafin çöküntülərinin təmizlənməsi, həm də 
sulaşma faizi yüksək olan hasilat quyularında laylardan hasilat quyularına 
su axının qarşısının alınması istiqamətində tədqiqat işləri aparılmış, yeni 
tərkib və texnologiyalar işlənmişdir.
Tərkibində ağır komponentlərin olduğu neftlərin hasilatı zamanı 
quyuların qaldırıcı lift borularında çökərək neft hasilatının azalmasına 
səbəb olan asfalt-qətran və parafin çöküntülərinin təmizlənməsi üçün daha 
bir yeni tərkib və texnologiya işlənmişdir. Təklif olunan üsulda, yeni 
tərkibin komponentlərindən birinin xrom anhidridinin sulu məhlulunun 
olduğu kompozisiya təklif edilmişdir. Xrom turşusunun neftin aktiv 
komponentləri ilə oksidləşməsi və onun həlledicilik xüsusiyyəti məlumdur. 
Bu kompozisiyanın komponentlərinin bir-biri ilə görüşməsi nəticəsində 
müəyyən miqdar istilik ayrılır, eyni zamanda xrom anhidridinin sulu 
məhlulu olan xrom turşusu həm də neftin ağır komponentlərinin 
həlledicisidir. Onun istilik və həlledicilik qabiliyyəti, neftin ağır 
komponentlərinin əriyərək maye halını alması üçün kifayət edərək, 
qaldırıcı lift borularının səthinin AQP çöküntülərindən təmizlənməsini 
təmin edir. Nəticədə quyuların neft hasilatının yüksəlməsi təmin edilir. 
Xrom turşusunun bu xassəsindən istifadə edərək lift borularında parafin 
çöküntülərinin qarşısının alınması üçün üsul işlənmişdir. Laboratoriya 
tədqiqatlarının nəticələri göstərdi ki, bu mürəkkəbləşmələri, həm qazlift 
quyularında, həm fontan quyularında, həm də kompressor quyularında 
aradan qaldırmaq mümkündür. Bu üsulun məğzi ondan ibarətdir ki, qazlift 
quyularında quyuya işçi agent qismində verilən sıxılmış qaz xəttinə, fontan 
quyularında quyunun həlqəvi fəzasına və ya boru arxasından, kompressor 
quyularında isə boru arxasından dozator nasosu vasitəsi ilə 5-10%-li xrom 
turşusu vurmaqla qısa müddətdə (10-15 sutka) asfalt, qətran və parafin 
çöküntülərini qaldırıcı lift borularından tamamilə təmizləmək mümkün 
olur. Həmin müddətdən sonra isə daimi və ya fasilələrlə həmin sahələrə 1-
3%-li xrom turşusunun vurulması AQP çöküntülərinin təkrarən boru 
səthinə çökməsinin qarşısını alır. Prosesi tezləşdirmək üçün bir neçə gün 
(məs. 3-5 sutka) 5-10%-li xrom turşusu vurduqdan sonra bir neçə saat 
müddətində həmin sahəyə metil spirti (metanol) vurulması kifayət edər. 


13 
Hasilat quyularına su axınının qarşisinin alinması üçün də 
laboratoriya tədqiqatları aparılmışdır. Tədqiqatların mahiyyəti ondan 
ibarətdir ki, laylardan hasilat quyularına su axınının qarşısının alınması 
üçün, hasilat quyusuna maye şüşə, “Bright Water” və Dispersantdan ibarət 
kompozisiya vurulur ki, bu zaman vurulan reagentlərin ümumi həcmi, 
layın quyudibi zonasının 0,5-1,0 metr dərinliyinədək nüfuz etməsini təmin 
etsin. Bu kompozisiya lay suları ilə görüşdükdə layın sulu hissələrində hel 
şəklində çöküntü verərək layın su gələn kanallarını qapamış olur. Bu 
çöküntünü məsamələrdə bərkitmək üçün isə oraya turşularla təsir etmək 
kifayətdir. 
Laylardan hasilat quyularına su axınının təcridi üçün daha bir tərkib 
və texnologiya işlənmişdir.
Məsaməli laylardan quyuya su axınını təcrid etmək üçün hel əmələ 
gətirən məhluldan istifadə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində 
müəyyən edilmişdir ki, tərkibində 5,1-5,2% maye şüşə (Na
2
SiO
3
) və 5,2-
5,3% hidrogen xlorid (HCL) olan məhlulu quyudibi zonaya vurduqda 
tərkib polimerləşir və hel alınır. İşlənmiş texnologiyaya əsasən seçilmiş 
quyuda əməliyyat aparmaq üçün hesablanmış həcmdə hel əmələ gətirən 
tərkibin hər iki komponentindən 10%-li məhlulları bir-biri ilə qarışdıraraq, 
quyuya vurulur. 
Lakin araşdırmalar göstərmişdir ki, bu qayda ilə laya vurulmuş 
tərkib hel şəklində olsa da, bu hel həlmə şəklindədir və onun layda 
dayanıqlığı zəifdir. Ona görə də bu qayda ilə quyu dibinə vurulmuş tərkib 
az müddətdən sonra lay təzyiqinin basqısı nəticəsində quyu məhsulu ilə 
birgə geriyə qayıdır. Nəticədə isə su təcridinin səmərəliliyi aşağı düşür. Bu 
çatışmamazlığı aradan qaldırmaq məqsədi ilə maye şüşə (natrium silikat) 
və xlorid turşusundan ibarət təkmilləşdirilmiş tərkib təcrübələrlə 
öyrənilmiş və onun yeni səmərəli tətbiq texnologiyası işlənilmişdir. 
Həmçinin ədəbiyyat mənbələrindən su axınlarının təcridi üçün “Bright 
Water” texnologiyası məlumdur. Bu texnologiyada “Bright Water” və 
Dispersant 
maddələri 
ilə 
texnologiyada 
göstərildiyi 
qaydada, 
komponentlərin 3:1 çəki nisbəti ilə tərəfimizdən aparılmış çoxsaylı 
laboratoriya tədqiqat işləri və quyularda sınaq işlərinin nəticələrindən 
məlum oldu ki, bu texnologiya ilə aparılan təcrid işlərindən sonra 
məsamələrdə yaranmış helin kifayət qədər möhkəmliyi olmadığına görə 
(həlməşəkilli 
olur) 
lay-quyu 
arasındakı 
depressiya 
səbəbindən 
məsamələrdə yaranmış hel tezliklə laydan quyuya qaytarılır və aparılmış 
təcrid işləri səmərəsiz olur. Bu səbəbdən də bu tərkibin komponentlərindən 
istifadə edərək, yeni səmərəli tərkibin tapılması üçün laboratoriya 


14 
tədqiqatları aparılmışdır. Tədqiqatlar aşağıdakı kimi aparılmışdır. 
Əvvəlcə Dispersant və maye şüşədən ibarət kompozisiya
komponentlərin müxtəlif nisbətdə qarışdırılması ilə vizual olaraq yaranan 
hel müşahidə edilmişdir. Sonra isə onların lay suları ilə görüşdükdə baş 
verən dəyişiklik müşahidə olunmuşdur. Maye şüşə hel və çöküntü əmələ 
gətirən komponent kimi, xlorid turşusu isə bərkidici komponent kimi 
sınaqdan keçirilmişdir.
Aparılmış vizual təcrübələr nəticəsində müəyyənləşmişdir ki, daha 
yaxşı keyfiyyətli hel lay sularına Dispersant əlavə olunduqdan sonra 
məhlula Maye şüşə əlavə edərək qarışdırılaraq alınır. Bundan sonra alınmış 
helə xlorid turşusu ilə təsir etdikdə helin bərkiməsi prosesi baş verir. 
Göstərilən təcrübədə lay suyu əvəzinə neft qarışdırdıqda, bu halda hel 
yaranmır və ona xlorid turşusuilə təsir olunduqda belə alınan məhlul 
həlməşəkilli qalır və bərkimir. Bu onu göstərir ki, təklif olunan 
kompozisiya quyudibi zonaya vurulduqda, yaranan hel süxurun yalnız sulu 
hissəsində çöküntü əmələ gətirərək oranı qapayacaqdır.
Beləliklə aparılmış tədqiqatların nəticəsi olaraq müəyyən edilmişdir: 
- Təklif olunan texnologiya hasilat quyularında su axınlarının 
selektiv təcridi üçün təklif olunmuşdur. 
- Tərkibdə komponentlərin miqdarı aşağıdakı nisbətdə olmalıdır: 
dispersant : maye şüşə (15%-li) : xlorid turşusu (14%-li) - 2:1:1. 
- İqtisadi səmərə kimi təcrid olunmuş suyun həcmi və quyunun neft 
hasilatının artımı götürülür.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin