İşin aprobasiyası. Dissertasiyanın əsas müddəaları mərüzə
edilmişdır:
-
beynəlxalq
elmi-texniki
konfrans
“Qazaxıstanın
neftqaz
kompleksinin müasir problemləri”, Qazaxıstan, Aktau, 2011;
- beynəlxalq elmi-texniki konfrans “Qərbi Sibirin neft və qazı”,
Rusiya, Tümen, 2011;
- akademik A.X.Mirzəcanzadənin xatirəsinə həsr edilmiş elmi-
texniki konfrans “Neftqaz sahəsində qeyri-nyuton sistemlər”, Rusiya, Ufa,
2012;
beynəlxalq elmi-texniki konfrans “Xəzərneftqazyataq”, Bakı, 2014.
İşin dərci. Dissertasiyanın materialları əsasında 10 elmi əsər dərc
olunmuşdur, onlardan 8 məqalə (o cümlədən 1 xaricdə).
İşin strukturu və həcmi. Dissertasiya işi girişdən, dörd fəsil, nəticə
6
və tövsiyyələrdən ibarət olmaqla 142 səhifədən, 7 cədvəl, 8 şəkil, 153 adda
istifadə olunmuş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir.
Müəllif elmi rəhbəri, AMEA-nın müxbir üzvü T.Ş.Salavatova
tədqiqat işlərinin qoyulması, qiymətli məsləhətlər və alınmış nəticələrin
müzakirəsinə görə dərin minnətdarlığını bildirir.
Müəllif , Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «Neft-
qaz mühəndisliyi» kafedrasının əməkdaşlarına «Neftin və qazın
Geotexnoloji Problemləri və Kimya» ETİ-nin kollektivinə dissertasiya
işinin yetirilməsində göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm.
İşin məzmunu
Dissertasiyanın giriş hissəsində işin aktuallığı əsaslandırılmış, işin
məqsədi, onun ümumi müddəaları, qoyulmuş məsələlərin həlli yolları, elmi
yeniliklər və işin təcrübi əhəmiyyəti öz əksini tapmışdır.
Dissertasiyanın birinci fəslində layların neftveriminin artırılması
istiqamətində aparılan elmi-tədqiqat və mədən praktikası işlərində əksini
tapmış müxtəlif təsir üsulları, o cümlədən laya su vurulma ilə təsir, vurulan
suya müxtəlif maddələrin əlavə olunması ilə təsir və s. təsir üsullarının
təhlili verilmişdir.
Məlumdur ki, laylara su vurulması praktikada ən çox tətbiq olunan
ənənəvi üsuldur. Ədəbiyyat mənbələrindən məlumdur ki, laylara su
vurulması ilə neft hasilatı, yüngül neftləri olan yataqlarda daha səmərəli
nəticələr verir. Bu da onunla əlaqədardır ki, laylara vurulan suyun
temperaturu lay temperaturundan xeyli aşağı olduğundan, vurulan su layın
temperaturunu, onunla birlikdə layda neftin temperaturunu aşağı salır.
Temperaturun aşağı düşməsi ilə neftin özülülüyü yüksələrək onun layda
hərəkəti pisləşir və sıxışdırılmada əngəlliklər yaranır. Qeyri-Nyuton
neftləri olan yataqlarda isə bu arzuolunmaz hadisə özünü daha qabarıq
göstərir və quyuların hasilatının azalmasına, məhsulda suyun miqdarının
artmasına, nəticədə layın neftvermə əmsalının azalmasına gətirib çıxarır.
Laylara su vurulması prosesinə bir çox amillər, o cümlədən layı
təşkil edən süxurların tərkibi və növləri (məsaməli, çatlı, bircins, qeyri-
bircins və s.), lay flüdlərinin tərkibi (neftli, qazlı, qazla həll olunmuş neftli,
sulaşmış laylar və s.), lay parametrləri (temperatur, təzyiq, keçiricilik,
məsaməlilik və s.) müxtəlifliyi və s. təsir edir. Odur ki, bu parametrləri
bilməklə laya təsir üsullarının bunlara uyğun seçilərək tətbiq olunması
yüksək səmərənin alınmasında əsas rol oynayır. Müasir dövrdə layların
neftveriminin artırılması istiqamətində aparılan işlərin araşdırılması
göstərdi ki, bu üsulları şərti olaraq qruplaşdırmaq olar: fiziki-hidrodinamiki
– dövri suvurma, vibro təsir, elektro, maqnit və akustik təsir üsulları;
7
fiziki-kimyəvi suda həll olan polimer araqatların, səthi-fəal maddələrin
(SFM) və polimer qarışıqlarının mitselyar, mitselyar-polimer və qələvi
suvurma, qaz, su-qaz
vurma, süzülmənin kimyəvi reagentlərlə
tənzimlənməsi üsulları; istilik üsulları – buxar, isti su vurma və laydaxili
yanma.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı üsulların tətbiq olunduqları
şəraitlər də müxtəlif olur. Ona görə də bəzi üsulların şərhini ayrıca
verməklə problemə daha da aydınlıq gətirmək olar
.
Məsələn, məlum işlərin araşdırılmasından aydın olur ki, laya vurulan
suya səthi fəal maddələrin (SFM) qatılması ilə tətbiqinin, işlənmənin
əvvəlində aparılması tövsiyyə olunur. Çünki, vurulan suya SFM-nin əlavə
olunması, su ilə neft arasındakı səthi gərilməni azaltdığından, bu üsulun
işlənmənin əvvəlində tətbiqi, layın sulaşma ilə əhatəsini artırar, nəticədə su
ilə əhatə oluna biləcək durğun neft sahələrinin azalmasına gətirib çıxara
bilər. Suvurmanın əhatə dairəsini artırmaq məqsədi ilə suyun özülülüyünü
(qatılığını) artırmaqla da layda sıxışdırmanın səmərəliliyini yüksəltmək
olar.
Suvurma ilə laylara süni təsir vaxtı, neft yataqlarının işlənməsinin
əsas problemi, neftin su ilə sıxışdırılması üçün, layların bu təsirlə tam əhatə
olunmasıdır.
Neft veriminin yüksəldilməsinə və layların suvurma ilə tam əhatə
olunmasına, həmçinin onlarda neftin su ilə səmərəli sıxışdırılmasını təmin
edən proseslərə, süni fiziki-kimyəvi şəraitin yaradılması ilə nail olmaq olar.
Laya vurulan suya müxtəlif maddələrin qatılması ilə tətbiq olunan
elmi-tədqiqat işləri də məlumdur.
Neftçıxarma əmsalının (NƏ) artırılması problemi mürəkkəb və
aktual olub, kiçik keçiricilikli, giili terrigen və tamamilə qeyri-bircinsli
karbonatlı laylarda, qeyri-ənənəvi kollektorlarda olan neftləri özündə
birləşdirən xüsusilə çətin çıxarılabilən ehtiyatlara (ÇÇE) malik laylarda,
yüksək özülülüklü neftlərə malik yataqlarda, texnogen dəyişikliyə məruz
qalmış tükənməkdə olan yataqlarda öz həllini gözləyir.
Müasir
dövrdə
dünyada
neftçıxarmada
neft
ehtiyatlarının
artırılmasının prioritet istiqamətləri – neftveriminin artırılmasının müasir
üsullarının
(NAMÜ)
inkişaf
etdirilməsi
və
sənaye
tətbiqinin
genişləndirilməsidir
ki,
yeni
və
işlənmiş
neft
yataqlarının
mənimsənilməsində sinergetik effektləri təmin etmək qabiliyyətinə malik
olsun.
Müxtəlif illərdə layların neftveriminin yüksəldilməsi məsələləri ilə
М.Т.Аbasov,
I.D.Amelin,
D.Amiks,
T.Axmed,
K.S.Basniyev,
8
R.N.Baxtizin, А.А.Bokserman, А.V.Qavura, А.А.Qazizov, А.T.Qorbunov,
L.P.Deyk, Q.I.Calalov, K.I.Cəfərov, R.N.Diyaşev, S.А.Jdanov, Y.V.Jeltov,
S.N.Zakirov, L.X.Ibrahimov, R.D.Kanevskaya, F.F.Kreyq, L.Q.Kulpin,
N.N.Lisovskiy,
V.D.Lısenko,
V.М.Мaksimov,
М.Мasket,
А.Х.Мirzəcanzadə,
İ.Т.Мişenko,
А.А.Мolçanov,
R.Х.Мuslimov,
S.D.Pirson, B.F.Sazonov, Т.Ş.Salavatov, Т.А.Səmədov, А.S.Strekov,
М.L.Surquçev,
V.N.Serqienko,
R.Z.Syunyayev,
М.М.Хasanov,
R.S.Хisamov, А.Х.Şahverdiyev və başqa alimlər məşğul olmuşlar .
Onların işlərində layların neftverminin yüksəldilməsi üsullarının
tədqiqində yataqların işlənməsinin daha səmərəli texnologiyalarının
seçilməsinə xüsusi yanaşmanın inkişafına böyük diqqət verilmişdir.
Layların qalıq neftlə doyumluluğunun paylanması tələb edir ki,
neftvermənin yüksəldilməsi üsulları sulaşmış və ya qazsızlaşmış zonalarda
yayılmış, cari yüksək neftlədoyumluluqlu zəif keçiricikli qat və laycıqlarda
və monolit sulaşmış layların daxilində qalan, həmçinin layın linzalarla
ayrılmış mövcud istehsal sistemində drenajla tam əhatə olunmayan
zonalarında qalan neftlərə səmərəli təsir göstərə bilsin. Qalıq ehtiyatların
vəziyyətinin belə geniş çeşiddə, eləcə də neft, su, qaz və layın
neftlədoyumlu sahəsinin keçiriciliklərinin xüsusiyyətləri arasında böyük
fərq olduğu üçün, belə halda vahid universal üsul ola bilməz.
Ədəbiyyat mənbələrinin araşdırmaları göstərir ki, neft yataqlarının
işlənməsinin səmərəliliyini artırmaq sahəsində aparılan tədqiqatların
aşağıdakı əsas istiqamətlərini ayırmaq olar: son istismar mərhələsində
neftvermənin hidrodinamik üsullarla artırılmasının tətbiqi ilə yataqların
işlənmə sisteminin və texnologiyasının təkmilləşdirilməsi; layların
quyudibi
zonasına
təsir
üsullarının
hesabına
neft
hasilatının
intensivləşdirilməsi; sulaşmış laylardan su axınının məhdudlaşdırılması
üçün təmir-təcrid işləri və layın quyudibi zonasına təsir etməklə selektiv
(seçmə) təcrid üsulları; layların neftveriminin yüksəldilməsi üsullarının
tətbiqi.
Layların neftveriminin artırılması üçün bütün təsir üsulları aşağıdakı
qruplara bölünür:
- Hidrodinamiki üsullar: drenaj olunmamış ehtiyatların işlənməyə
cəlb edilməsi; qazneft yataqlarının baryer sulaşması; qeyri-stasionar (dövri)
sulaşma; mayenin sürətli çıxarılması; mərhələli-istilik sulaşdırma;
- Neftin fiziki-kimyəvi üsullarla sıxışdırılması: SFM-lərin sulu
məhlulu ilə (köpük sistemləri də daxildir); polimer məhlullarla; qələvi
məhlullarla; kimyəvi reagentlərin kompozisiyası ilə (o cümlədən miselyar
məhlullar, miselyar-polimer məhlullarla);
9
- Qaz üsulları; laya hava vurulması; karbohidrogen qazlarla (o
cümlədən yüngül karbohidrogenlərin geniş fraksiyası (YKGF) ilə) təsir;
laya karbon iki oksidlə təsir; laya azotla, tüstü qazları və s. ilə təsir.
- İstilik üsulları: laya istilikbuxarla təsir; laydaxili yanma; laya
istilik-kimyəvi üsulla təsir, neftin isti su ilə sıxışdırılması; quyuların
dövrübuxarla emalı.
- Mikrobioloji təsirlər (laya bakteriya məhsullarının vurulması və ya
onların bilavasitə layda yaradılması);
- Dalğa üsulları (vibrotəsir, elektromaqnit, akustik);
- Eyni vaxtda müxtəlif təsir prinsipləri olan kombinasiya olunmuş
üsullar qrupu.
Lay sisteminə təsir nöqteyi nəzərindən əksərən hallarda məhz
kombinasiya olunmuş təsir prinsiplərindən istifadə olunur ki, burada
hidrodinamiki və istilik üsullarının, hidrodinamiki və fiziki-kimyəvi təsir
üsullarının, istilik və fiziki-kimyəvi təsir üsulları və s. kombinasiyalardan
istifadə olunur.
Dostları ilə paylaş: |