10
Nefti məsaməli mühitdən mikroorqanozmlərlə sıxışdırmaq məqsədi
ilə istifadə etmək ideyası 1926-cı ildə Bekman (J.W.Beckman); tərəfindən
deyilmişdir. O təsdiq edirdi ki, bütün dünyada
yataqlarda neftin böyük
hissəsi çıxarılmamış qalır və onun çıxarılmasını artırmaq üçün yeni üsullar
işləmək lazımdır. Bekman bu problemin həllində mikroorqanizmlərdən
istifadənin mümkünlüyünü fərz edirdi.
Layların
neftvermə
artırılmasının
mikrobioloji
üsullarının
laboratoriyada öyrənilməsi tədqiqatlarının pioneri Zobeldir (S.Е.ZoBell).
Bu üsulların mədən sınaqları keçən əsrin 50-ci illərində ABŞ, SSRİ,
Çexoslovakiya, Polşa (60-cı illərdə), Macarıstanda (60-cı illərdə),
Rumıniyada (70-ci illərin əvvəllərində) həyata keçirilmişdir. Bütün bu
ölkələrdə tədqiqatlar bu gün də davam etdirilir.
Neftveriminin mikrobioloji üsullarla artırılmasına zəmin üçün üç
fakt əsas götürüldü: neft yataqlarında mikroorqanizmlər var ki, onlar həyat
qabiliyyətli olub lay şəraitində fəaldırlar;
mikroorqanizmlər mürəkkəb
karbohidrogen neftlərini daha sadə və harəkətli üzvü birləşmələrə
çevirməyə, həmçinin nefti sıxışdırmaq qabiliyyətinə malik müxtəlif
texnoloji fəal birləşmələr yaratmağa qadirdir; mikroorqanizmlər bilavasitə
qalıq nefti olab lay zonasında fəal birləşmələr (SFM, turşular, qazlar və s.)
istehsal etmək qabiliyyətinə malikdirlər.
Mikroorqanizmlərdən layların neftveriminin
yüksəldilməsi və neft
hasilatının intensivləşdirilməsi üçün istifadənin prinsipial imkanları bir çox
tədqiqatçılar tərəfindən qeyd edilmiş və uğurlu mədən eksperimentləri ilə
təsdiq edilmişdir. Beləliklə, biotexnologiyanın istifadəsi üçün kifayıt qədər
təcrübə vardır.
Gregory J., Mbaba P.E., Rebessa S., Belyayev S.S., Altunina L.K. və
başqaları bu üsulları laboratoriya və mədən şəraitlərində öyrənərək
təkmilləşdirmişlər.
Mikrobioloq-alimlər əsas iki texnologiya növü təklif edirlər: birinci
– mikroorqanizmləri fermenterlərdə yetişdirərək, onların həyat fəaliyyətinə
səbəb olan tullantılarla laya vurulması, ikinci – layların özündə
mikrofloranı
müxtəlif maddələrlə, xüsusi halda melasla (tərkibində 40%-ə
qədər şəkəri olan şəkər istehsalının çıxarı) aktivləşdirməklə.
Dissertasiyanın birinci fəslində neft hasilatının intensivləşdirilməsinə
yönəlmiş yeni elmi-tədqiqat və laboratoriya işlərinin tədqiqi də
aparılmışdır.
Məlumdur ki, neft quyularının istismarının müəyyən dövründə
quyunun hasilatının azalması baş verir. Bu əsasən neftin tərkibində olan
ağır komponentlərin quyudibi zonada suxurun səthinə çökərək onun
11
keçiriciliyinin azalması hesabına baş verir. Bunun qarşısını almaq üçün isə
çoxsaylı elmi-tədqiqat işləri aparılmışdır ki,
burada məqsəd quyudibi
zonada neftin süzülmə sahəsini genişləndirmək, bu sahənin ilkin
keçiriciliyini bərpa etməkdir. Qeyd etmək lazımdır ki, quyudibi zonanın
süzülmə sahəsinin azalmasına təsir göstərən amillərdən biri də quyunun
düzgün mənimsənilməməsidir. Odur ki, bu sahədə də bir çox tədqiqat işləri
aparılmış
və
təkliflər
verilmişdir.
Digər
tərəfdən
neftin
ağır
komponentlərinin quyudibi zonada süxurun səthinə çökməsi ilə də
quyunun neft hasilatı azalmağa başlayır ki, bunun da qarşısının alınması
üçün çoxsaylı tədqiqat işləri aparılmış və təkliflər verilmişdir.
Bu sahədə
olan məlum işlərin təhlili, bu işlərin müsbət və çatışmayan xüsusiyyətləri
dissertasiyanın birinci fəslində təhlil olunaraq geniş izahat verilmişdir.
Bundan başqa dissertasiyanın birinci fəslində neft hasilatının
intensivləşməsinə yönəlmiş mühüm tədbirlər sırasında, hasilatında suyun
miqdarının artaraq neft hasulatının azalmasına səbəb olan sulaşmanın
qarşısının alınmasına həsr olunmuş bir çox elmi-tədqiqat işləri də tədqiq
olunmuş onların müsbət cəhətləri və çatışmamazlıqları göstərilmişdir.
Dostları ilə paylaş: