Dissertasiyanın
üçüncü
fəslində
layların
neft
veriminin
yüksəldilməsi texnologiyalarının işlənməsi üçün aparılmış laboratoriya
tədqiqatlarının nəticələri verilmişdir. Burada təklif olunan üsulla laya təsir
olunması üçün iki ayrı-ayrı quyular seçilərək, təklif olunan tərkibin
komponentlərinin hər birini ayrılıqda quyularla laya vurmaqla, onların
layın quyudibi zonasında deyil, layın dərinliklərində (məsələn, quyuların
drenaj zonalarının sərhəddində) görüşərək ekzotermik reaksiyaya
girməsinə nail olmaqdır. Odur ki, bu üsulun həyata keçirilməsində iştirak
edən quyuların seçilməsinə xüsusi yanaşma ilə nail olmaq olar. Bunun
üçün həm quyular arasında hidrodinləmə üsulundan, həm də quyular
arasında korrelyasiya əlaqəsindən istifadə olunmalıdır. Seçilmiş quyular
arasındakı korrelyasiya üsulu ilə hidrodinamik əlaqənin ən yüksək
olduğuna əmin olduqdan sonra həmin quyular vasitəsi ilə təklif olunan
texnologiyanı həyata keçirmək olar. Bu yolla seçiləcək quyularda təklif
olunan üsulla neftvermə əmsalının artırılmasını öyrənmək üçün yüksək
hidrodinamiki əlaqəyə malik iki vurucu quyudan laya təsir üçün
15
laboratoriya təcrübələri aparılmışdır. Laboratoriya təcrübələri xətti lay
modelində deyil, beşnöqtəli lay modelində aparılmışdır. Lay modeli şəkildə
göstərilmişdir.
Şəkil. Lay modelində layların neftvermə əmsalının artırılması üçün
termokimyəvi üsulun tətbiqi
1- Sıxılmış hava; 16 – beş nöqtəli lay modeli;
2- Təzyiq tənzimləyicisi; 5, 6, 8, 9 – hasilat quyuları;
3, 4, 11 – sıxıcı qablar; 7 – vurucu quyu;
10, 12, 13, 14 – siyirtmələr; 15- transformator yağı.
16
Cədvəl
№
№
Neft
Dəniz suyu ilə
sıxışdırma
Məlum tərkiblə (prototiplə)
sıxışdırma
Təklif olunan
üsulla sıxışdırma
S
us
uz
N
Ə
,
%
S
on
N
Ə
,
%
V
urul
an
m
ay
eni
n
h
əc
m
i,
V
m
.h
.,
il
ə
A
ra
qa
tı
-n
ın
h
əc
m
i,
V
m
.h
.
i
lə
S
us
uz
N
Ə
,
%
S
on
N
Ə
,
%
V
urul
an
m
ay
eni
n
h
əc
m
i,
V
m
.h
.
i
lə
A
ra
qa
tı
-n
ın
h
əc
m
i,
V
m
.h
.
i
lə
S
us
uz
N
Ə
,
%
S
on
N
Ə
,
%
1
P
al
çı
q
P
il
.
ya
ta
ğı
49,2 63,4
2,9
0,1
-
79,5
1,0
0,1
-
86,5
2
N
/D
aş
la
rı
ya
ta
ğı
50,5 65,4
2,9
0,1
-
80,7
1,0
0,1
-
89,5
3
P
al
çı
q
P
il
.
ya
ta
ğı
-
-
0,1
62,4 79,7
1,8
0,1 66,6 86,3
4
S
anqa
ç.
-D
u
v.
ya
ta
-
-
0,1
63,0 79,2
1,8
0,1 68,1 87,1
Aparılmış laboratoriya təcrübələrinin nəticələri (cədvəldə verilmişdir)
göstərdi ki, xətti lay modelində aparılmış təcrübələrin nəticələri ilə
müqayisədə iki quyu vasitəsi ilə laya təsir etdikdə neftvermə əmsalı 8-10%
çox olur.
Cədvəldən göründüyü kimi son neftvermə əmsalı neftlərin tərkibindən
asılı olaraq 83,3 – 86,5 % olmuşdur.
17
Üçüncü fəsildə həmçinin neftvermə əmsalının yüksəldilməsi üçün
yeni mikrobioloji təsir üsullarının işlənməsi istiqamətində aparılmış
laboratoriya eksperimentlərinin nəticələri verilmişdir. Eyni zamanda
Balaxanı-Sabunçu-Ramana
neft
yatağının
sahələrində
aparılmış
mikrobioloji təsir üsullarının tətbiqindən alınan nəticələr təhlil edilmiş və
onların müxtəlif süxurlara təsir mexanizmləri də araşdırılmışdır. Bu
araşdırmaların nəticələri əsasında yataqların litoloji tərkibindən, süxurların
tərkibindən asılı olaraq daha yüksək səmərə verəcək tərkiblərin təsnifatı
verilmişdir.
Laylara mikrobioloji təsir texnologiyasını elə üsullara aid etmək
olar ki, o öz növbəsində iqtisadi cəhətdən səmərəli olmaqla bərabər, həm
də məlum kimyəvi üsullardan fərqli olaraq ekoloji cəhətdən daha
təhlükəsiz olub çıxarılan neftin tərkibinə təsirsizdir.
Qeyd etmək lazımdır ki, mikrobioloji təsir texnologiyasının tətbiqi,
böyük enerji və xərc itkiləri tələb etmədən cari neftçıxarma əmsalını
yüksəltməyə imkan verən azsaylı texnologiyalara aiddir.
Karbohidrogen çıxarılmasının səmərəliliyinin mikrobioloji üsullarla
yüksəldilməsi aşağıdakı bir sıra prinsiplərə əsaslanır: mikrooqranizmlər lay
şəraitində müxtəlif bioloji maddələr sintez edir ki, onlar da neftin
özüllüyünü azaldır, bunun nəticəsi olaraq layda neftin hərəkətliliyini
yüksəldir.
Bakteriyalar sinfini təşkil edən müxtəlif mikrooqranizmlər
karbohidrogen mühitində yaşayaraq həyat fəaliyyətini davam etdirir və
çoxalırlar.
Mikrobioloji təsir texnologiyalarının əsasını təşkil edən müxtəlif növ
mikroorqanizmlər laydakı karbohidrogenlərdən də qidalanaraq onlara fəal
şəkildə təsir edərək, cari neftçıxarma əmsalının artırılmasına müsbət təsir
edən biospirtlərin, biohəlledicilərin, zəif bioturşuların əmələ gəlməsinə
səbəb olur ki, bu da öz növbəsində neftin özüllüyünün azalmasına, onun
tərkibində olan və süxur səthinə hopmuş ağır komponentlərin: parafin,
qətran və asfaltenlərin həll olmasına, bu səbəbdən də məsaməli mühitin
keçiriciliyinin artmasına səbəb olur. Ümumiyyətlə, neftçıxarmanın
mikrobioloji təsdir üsulları ilə artırılmasının üstünlüklərini qısaca olaraq
aşağıdakı kimi ifadə etmək olar:
1) Neft yataqlarının quyularının məhsuldarlığının yüksəldilməsi;
2) Quyuların səmərəli istismar müddətinin artırılması;
3) Lay suyunun özüllüyünün yüksəlməsi;
4) Layda kükürd qazının miqdarının azalması və nəticədə neft-qaz
quyularında onun avadanlıqlara təsirinin azalması;
18
5) Avadanlığın dayanmasının azalması;
6) Mikrooqranizmlərin həyat fəaliyyəti nəticəsində biospirtlərin,
biohəlledicilərin, bioqazların, zəif bioturşuların əmələ gəlməsi;
7) Yaranan bioloji aktiv maddələrin layın məsaməli səthində
desorbsiyaya kömək etməsi;
8) Mikroorqanizmlərin ifraz etdiyi qazlar lay daxilində təzyiqi artırır
ki, bu da neftin sıxışdırılaraq çıxarılmasına kömək edir;
9) Çıxarılan neftin keyfiyyəti yaxşılaşır;
Hal-hazırda mikrobioloji üsullarla neftçıxarma geniş tətbiq
olunmağa başlamışdır, çünki gündən-günə neft ehtiyatlarının strukturu
pisləşir, sulaşmış və yüksək özülülüklü neft yataqları artır.
Bunlarla yanaşı mikrobioloji üsullar bəzi çatışmamazlıqlara
malikdirlər ki, bu da onların sənayedə geniş tətbiqinə mane olur:
- lay şəraitində mikroorqanizmlərin artmasının məhdudluğu;
- mikrooqranizmlərin zəhərliliyinin yaranması və onun çıxarılan
neftdən ayrılma tələbi;
- karbohidrogen birləşmələrinin mikroorqanizmlərə mənfi təsiri;
- ənənəvi tətbiq edilən bakteriya ştamlarının lazımi miqdarda aktiv
komponentlər ( SAM, CO
2
və s.) sintez etməməsi.
Bununla əlaqədar neftçıxarmanın səmərəliliyinin yüksəldilməsi
məqsədi ilə mikrobioloji üsulları gələcəkdə daha da inkişaf etdirmək,
biotexnoloji metodları təkmilləşdirmək zəzurəti yaranır.
Aparılmış laboratoriya tədqiqatları nəticəsində yüksək səmərə
verəcək yeni mikrobioloji təsir üsulu və bu üsulda istifadə olunacaq yeni
tərkib işlənmişdir.
Dostları ilə paylaş: |