boyun və boğazda .Boğaz düyünləri çox vaxt uşaqlığın yan tərəflərində yerləşir,
enli bağa tərəf böyüyür, onun vərəqləri arasında yerləşir və bağarası
(intraliqamentar) mioma adlanır. Uşaqlığın mioma düyünləri nadir hallarda tək,
əksər hallarda çox olur (2-3-dən 20-yə qədər və daha çox). Onların hamısı müxtəlif
ölçülərə, konsistensiyaya və lokallaşmaya malik olub, uşaqlığı kəskin deformasiya
edir: o düzgün olmur, kələ kötürlü və böyük ölçülərdə olur (uşaqlığın
çoxsaylımioması) . Mioma zamanı uşaqlıq boşluğu da deformasiyaya uğrayır,
xüsusilə qişaaltı və interstisial düyünlər tərəfindən, tək-tək periton altı düyünlər
istisna təşkil edir və bu zaman uşaqlığın boşluğu dəyişməyə bilər. İnterstisial
düyünlər zamanı boşluq düyünlərlə dolur, elə bil ki, darlaşır və ölçüləri kiçilir.
Uşaqlıq miomaları hormonal dəyişikliklər nəticəsində endometriyanın
hiperplaziyaları ilə müşayət olunur. Bu zaman yumurtalıqlarda xırda kistoz
dəyişikliklər əmələ gəlir.
Dostları ilə paylaş: