Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ


ORQANİZM VAHİD BİR SİSTEMDİR



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

ORQANİZM VAHİD BİR SİSTEMDİR. 
PLAN. 
1.Orqanizmin funksiyalarının tənzim edilməsi üsulları. 
2.Funksiyaların humoral tənzimi. 
3.Funksiyaların sinir tənzimi. 
Uşaq orqanizmi çox mürəkkəb quruluşa malikdir.Yeni doğulmuş 
uşağın 
orqanizmi 
tam 
vəhdət 
halında 
olmaqla 
orqanlar 
sistemindən,orqanlar sistemi müxtəlif saylı orqanlardan,hər bir orqan 
bir neçə toxumadan,toxumalar isə çox saylı hüceyrə və hüceyrəarası 
maddələrdən təşkil olunub. 
İstər uşaq və istərsə də böyüklərin orqanizmində orqanlar 
sistemi fərdi sürətdə fəaliyyət göstərə bilməz.Onlar orqanizmin həyat 
fəaliyyətini 
təmin 
etmək 
üçün 
hökmən 
qarşılıqlı 
əlaqədə 
olmalıdırlar.Məsələn,mərkəzi sinir sistemi qan-damar sisteminin 
fəaliyyətini tənzim etdiyi kimi,qan-damar sistemi də öz növbəsində sinir 
hüceyrələrini qida maddələri və oksigenlə təmin edir. 
Orqanizm tam vahid bir sistem olduqda onun yaşaması və 
fəaliyyət göstərməsi mümkündür.Uşaq orqanizmində inkişaf dərəcəsinə 
görə bir-birindən fərqlənən orqanlar sistemi bunlardır:dayaq-hərəkət, 
qan dövranı,həzm,tənəffüs,ifrazat,sinir və çoxalma orqanları.Orqanlar 
sisteminin fəaliyyəti iki yolla tənzim olunur:humoral (latınca humor- 
maye deməkdir) yəni, orqanizmin daxili maye mühitlərindəki kimyəvi – 
bioloji maddələr və sinir sistemi vasitəsi ilə. 


Bioloji fəal maddələr sintez olunma yerinə davamlığına və təsir 
mexanizminə görə bir-birindən kəskin fərqlənirlər.Bioloji fəal maddələri 
orqanizmin bir çox hüceyrələri hazırlayır. 
Bu maddələrin bir qismi çox tez parçalanır,buna görə də 
hüceyrəarası mayeyə buraxılır ancaq qonşu hüceyrələrə təsir edir.Digər 
bioloji fəal maddələrin təsiri isə nisbətən uzun muddətli olur. 
Orqanizmdə bioloji fəal madələr hazırlayan xüsusi orqanlar 
vəzilər var.Bu vəzilər bioloji fəal maddələr sintez edir bunlar hormonlar 
adlanır.Vəzilər iki cürdür.Bəzi vəzilərin axacaqları olub,maddələr bu 
axacaqlardan bədənin,orqanların boşluqlarına yaxud dərinin üzərinə 
ifraz olunur.Bunlara xarici sekresiya vəziləri deyilir.Xarici sekresiya 
vəzilərinə göz yaşı,tər,ağız suyu,mədənin vəziləri və s.aiddir.Hormonlar 
hazırlayan vəzilər üç qrupa bölünür.

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin