Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

Klinik mənzərə. Çox vaxt xəstələr qanaxmadan, ağrıdan, qonşu üzvlərin 
funksiyalarının pozulmasından, bəzən ifrazat və sonsuzluqdan şikayət edirlər. 
Uşaqlıq mioması zamanı qanaxma çox vaxt tsiklik (menorragiya) olur, aybaşı 
uzanır (7 gündən çox) və güclənir. Buna səbəb uşaqlığın yığılma qabiliyyətinin 
pozulması, selikli qişanın "aybaşı" səthinin böyüməsi, endometriyanın 
hiperplaziyası, habelə qanın laxtalanmasının dəyişməsi (əsasən yerli, uşaqlıq 
nahiyəsində) ola bilər. Menorragiya selikaltı və interstisial yerləşmiş düyünlər 
üçün xarakterikdir. Qanaxma atsiklik xarakter də daşıya bilər (metrorragiya). Bu 
selikli qişanın nekrozu ilə əlaqədar olaraq selikaltı düyünlərdə, əsasən uşaqlıq 
boynunun daxili dəliyi nahiyəsində yerləşən şişin aşağı qütbündə müşahidə edilir. 
Eyni zamanda miomada metrorragiya uşaqlığın selikli qişasının iltihabı (polip, 
hiperplaziya, xərçəng) ilə də yanaşı baş verir. Bu halda qanaxma miomanın 
simptomu olmur. Atsiklik qanaxmada uşaqlığın selikli qişasının diaqnostik 
qaşınması göstərişdir. Uşaqlığın subseroz mioması üçün qanaxma xarakterik 
deyildir. Uşaqlıq mioması zamanı qanaxma uzun sürür, hər ay çoxlu qanitirmə 
nəticəsində qan azlığı əmələ gələ bilər. Belə xəstələr əsasən aybaşı zamanı özlərini 
pis hiss edir, iş qabiliyyətinin aşağıdüşməsi, ümumi zəiflik, baş ağrıları, baş 
gicəllənmə, tənginəfəslik, ürək döyünmə, şişkinlik və s. şikayət edirlər. Miomada 
ağrı sinir düyünlərinin intraliqamentar (bağ arası) və uşaqlıq boynu düyünləri ilə 
sıxılması, selikaltı düyünlərin doğulması və ya şişin nekrozu nəticəsində baş verir. 
Selikaltı düyünlərin doğulması zamanı uşaqlığın yığılması baş verir və qarnın aşağı 
hissəsində tutmaşəkilli ağrılar olur. Ağrı əvvəlcə aybaşı zamanı, sonra aybaşıarası 
müddətdə də davam edir. Sinirin sıxılması və ya şişin nekrozu zamanı ağrı daimi 
xarakter alır və getdikcə güclənir. Şişin nekrozu zamanı peritonit baş verir və bütün 
qarına yayılır. Qonşu üzvlərin normal vəziyyətinin dəyişməsi, funksiyasının 


pozulması uşaqlıqda olan böyük mioma ilə sıxılma və ya düyünün aşağıda 
yerləşməsi (uşaqlıq boynu, boğazı nahiyəsində) ilə əlaqəli olur. Bu isə sidik 
ifrazının tezləşməsinə və ya ləngiməsinə səbəb olur. Sidik axarlarının 
intraliqamentar (bağ arası) düyünlə sıxılması nəticəsində böyrək ləyənindən sidiyin 
xaric olması pozulur və bel nahiyəsində ağrılar olur. Uşaqlıq arxası şişlər qəbizliyə 
səbəb olur, həddən böyük ölçülü şişlər və kiçik çanaqda onların boğulması 
bağırsaq keçməməzliyinə gətirib çıxarır. Miomada ifrazat nadir hallarda olur, 
bəzən isə submukoz düyünlərdə sulu olur. Miomada hormonal pozğunluqlar və 
uşaqlıq künclərində boruların sıxılması sonsuzluğa səbəb ola bilər. Ancaq bir çox 
hallarda mioma olan xəstələrdə hamiləlik baş verir, onun diaqnostikası və 
müalicəsi üçün əlavə çətinliklər törənir. Bəzi hallarda miomanın simptomsuz 
gedişi müşahidə edilir (şikayətlərin olmaması). Miomanın obyektiv 
simptomlarından uşaqlığın böyüməsi, sıxlaşması, kələ-kötür olması, deformasiyası, 
uşaqlıq boşluğunun uzanması və relyefinin dəyişməsi, habelə anemiya 
simptomlarını (dərinin solğun olması, taxikardiya) göstərmək olar. Miomada 
uşaqlığın böyüklüyünü həmişə hamiləlik zamanı uşaqlığın ölçüsü ilə müqayisə 
edirlər. 
Diaqnoz. Uşaqlıqda miomanın təyin edilməsi xarakter simptomlara, ailədə 
miomaya irsi meyillik, cinsi yetişkənlik dövründə aybaşı pozğunluqlarına, abort və 
doğuşun ağırlaşmalarına, sonsuzluğa və ginekoloji xəstəliklərə əsaslanır. Ümumi 
obyektiv müayinədə dərinin solğun, bəzən dəri və görünən selikli qişada sarılıq, 
ayaqlarda şiş, tənginəfəslik, ürək döyünməsinə (anemiya ilə yanaşı) fikir 
verilməlidir. Aybaşıdan sonra qanın ümumi analizində hemoqlobinin və 
eritrositlərin miqdarının azalması müşahidə edilir. Xroniki anemiyada ürək 
tonlarının karlaşması, sistolik küy və ürəyin sərhəddinin genişlənməsi müəyyən 
edilir. Böyük miomalarda qarnın böyüməsi, əllədikdə bərk, kələ-kötür və aşağı 
qütbü kiçik çanaqda olan şiş əllənir. Ginekoloji müayinədə uşaqlıq böyümüş, bərk, 
kələ-kötür, qeyri düzgün formalı, az ağrılı, bəzən isə ağrılı şiş əllənir. Miomada 
ağırlaşma selikaltı və subseroz düyünlərdə olur. Selikaltı düyünlər doğulan zaman 
tutmaşəkilli ağrı və qanaxma olur. Düyünün nekrozunda isə yüksək hərarət və 
uşaqlıq yolundan çürümüş ifrazat xarakterikdir. Güzgü ilə müayinədə uşaqlıq 
boynu xarici dəliyə doğru uzanmış olur və şişin aşağı qütbü tünd qırmızı 
(endometriya) və ya boz (düyünün nekrozunda) rəngdə görünür. Bəzən isə 
baxdıqda uşaqlıq boynu görünmür, çünki uşaqlıq yolu boşluğu tamamilə şişlə 
tutulur. İfrazat çoxlu qanlı və ya kəskin iyli çürümüş olur. İkiəlli müayinədə 
uşaqlıq boynunu hər tərəfdən əhatə etmiş nazik kənarlı, yumşaq şiş əllənir, bu 
zaman şiş ayaqcığı uşaqlıq boşluğuna doğru gedir. Uşaqlıq cismi normal ölçüdə 
(düyün bir dənə olsa) və ya böyümüş, kələ-kötür (çoxlu miomada) olur. Uzun 


gedişlidə düyünün infeksiyalaşması, uşaqlığın, çanaq peritonunun iltihabı, sepsis 
ola bilər. Uşaqlığın subseroz düyün ayaqcığının qəflətən burulması onun 
qansızlaşmasına və nekrozuna səbəb olur. Nekroz enli əsaslı düyünlərdə, həmçinin 
kapsulaya gedən qan damarlarının tromblaşması olan interstisial düyünlərdə də baş 
verə bilər. Düyünün nekrozlaşması getdikcə artan ağrılarla, intoksikasiya 
əlamətləri (yüksək hərarət, taxikardiya, quru ərpli düyün), peritonit simptomları 
(qarın divarının gərgin və ağrılı olması, köp, bağırsaqların perestaltikasının 
olmaması və s.) ilə yanaşı gedir. Nadir hallarda bədxassəli şişə (uşaqlığın 
sarkoması) keçə bilər. Bu diaqnoz postmenopauza dövründə şişin tez böyüməsini, 
anemiyani (qanaxmasız), səbəbsiz əhval-ruhiyənin pozulmasını inkar edir. Mioma 
və yumurtalığın şişini hamiləlik, iltihabi tuboovarial törəmə, uşaqlıq boynunun 
xərçəngi (selikaltı mioma doğularkən) və eləcə də ekstragenital xəstəliklərlə 
differensasiya etmək lazımdır. Uşaqlıq miomasının yumurtalıq şişindən fərqi 
ondan ibarətdir ki, mioma şişi elə bil uşaqlıq boynunun davamını təşkil edir, bərk 
konsistensiyalı olur, uşaqlığın uzunluğu artır (zondla ölçdükdə), şişin yerdəyişməsi 
uşaqlıq boynuna ötürülür (gülləvari maşalarla müayinədə). Uşaqlıq miomasından 
fərqi ondan ibarətdir ki, hamiləlik zamanı uşaqlıq oval formada və yumşaq olur, 
dölün hissələri təyin olunur, ürək döyüntüləri eşidilir. Bəzi hallarda diaqnozu 
qoymaqda çətinlik olarsa sidikdə xorionik qonadotropin yoxlanılır, USM-dən 
istifadə edilir . Miomanın diaqnozunu qoymasında şişin yerləşdiyi yeri təyin etmək 
üçün uşaqlıq boynunun, endometriyanın və yumurtalıqların vəziyyətinə diqqət 
etmək lazımdır. Bunun üçün əlavə müayinə üsularından istifadə edilir. Uşaqlığın 
zondlanması və ya histerosalpinqoqrafiya (submukoz düyünü aşkar etmək üçün), 
USM-si, laporoskopiya (yumurtalıqların vəziyyəti, subseroz düyün olması), 
kolposkopiya, biopsiya, sitoloji müayinə (uşaqlıq boynunun vəziyyətinin təyini), 
ayrılıqda uşaqlıq boşluğunun qaşınması aparılır. Miomanın müalicəsi simptomların 
göstəricisindən, yanaşı gedən ginekoloji və ekstragenital xəstəliklər və xəstənin 
yaşından asılıdır. Konservativ və cərrahi ola bilər. Cərrahi müdaxiləyə göstəriş: a) 
anemiyaya gətirən menorragiya; b) keçid və postmenopauza dövründə şişin tez 
böyüməsi; v) miomanın böyük ölçüləri (14 həftədən artıq hamiləlikdə) d) kəskin 
ağrı sindromu; e) bədxassəliyə keçid; q) ağırlaşmalar (düyünün doğulması, 
nekrozu); g) uşaqlığın submukoz mioması; k) qonşu üzvlərin funksiyalarının 
kəskin pozulması və s. Miomalar zamanı əməliyyat radikal və konservativ olmaqla 
ayrılır. Radikal olaraq uşaqlığın uşaqlıq yolu üstü amputasiyası və ya 
ekstripasiyasını göstərmək olar. Cərrahi isə uşaqdoğma və aybaşı funksiyasını 
saxlamaqla miomatoz düyünün çıxarılması aparılır. Bu doğulan miomalarda 
uşaqlıq yolundan, cavan qadınlarda isə (40 yaşa kimi) az miqdarda qarın 
boşluğunun laporatomiyası aparılır (şəkil 122, 123, 124, 125). Konservativ müalicə 
isə cərrahi əməliyyata göstəriş olmadıqda aparılır. Əsasən simptomatik və 


yumurtalıqların funksiyasını bərpa etmək üçün müalicə təyin edilir. Aybaşının 
güclənməsi və uzanması zamanı hemostatik terapiya, uşaqlığı yığan vasitələr, 
anemiya əleyhinə müalicə aparılır, ağrı olduqda isə analgetik və spazmolitik 
vasitələr qəbul edilir. Hormonterapiya (progesteron, norkolut, androgenlər) 
funksional diaqnostika testlərin nəzarəti ilə aparılır. Dietoterapiya (tərəvəz və 
meyvə şirələri-kartof, göyəli ilə), vitaminoterapiya (vitamin A, C, E, B qruppalı), 
bal-neoloterapiya (yodbrom, radon vannaları) təyin edilir. Uşaqlıq mioması 
diaqnozlu qadınlar qadın məsləhətxanasında, mütləq ildə 4 dəfə yoxlanmaqla 
dispanser müşahidəsinə götürülür. Belə aktiv müşahidə vaxtında cərrahi 
müdaxiləyə göstərişi təyin etməyə imkan yaradır 




































































LƏNKƏRAN DÖVLƏT HUMANİTAR
KOLLECİ. 
METODİKİ İŞ. 
BİOLOGİYANIN TƏDRİSİNİN METODLARI.


MÜƏLLİM:KƏRİMOVA CƏSARƏT.




































ALİ SİNİR FƏALİYYƏTİ VƏ ONUN TİPLƏRİ. 
PLAN 
1)İ.M.SEÇENOV VƏ İ.P.PAVLOVUN ALİ SİNİR FƏALİYYƏTİ TƏLİMİNİN 
YARADILMASINDA ROLU. 
2)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ NİTQ VƏ 
TƏFƏKKÜR. 
3)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN TİPLƏRİ. 
4)ALİ SİNİR FƏALİYYƏTİNİN GİGİYENASI. 
1861-cü ildə görkəmli rus fizioloqu İ.M.Seçenov heyvan və insanın ən 
mürəkkəb davranışlarının şüur və təfəkkürün beyində baş verən 
reflektor fəaliyyətin məhsulu olduğunu göstərən çox cəsarətli bir 
fərziyyə irəli sürdü.Sonradan İ.M.Seçenov tərəfindən verilmiş bu fikirləri 
İ.P.Pavlov təcrübə yolu ilə inkişaf etdirərək sübut etmişdir.Ona görə də 


dünyanın elm aləmi haqlı olaraq Pavlovu ali sinir fəaliyyəti haqqında 
müasir təlimin banisi hesab edir.Bu təlimlə ali sinir fəaliyyətinin elmi 
əsası qoyuldu.Ali sinir fəaliyyəti beyin qabığında gedən və qarşılıqlı 
əlaqədə olan bir çox sinir proseslərinin məcmusudur.Bu proseslər 
yüksək dərəcədə təşəkkül tapmış heyvanların və insanların davranışının 
daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşmasına səbəb 
olur.Ali sinir fəaliyyəti haqqında təlimin mahiyyəti nədən 
ibarətdir?Məlum olduğu kimi İ.P.Pavlov həzm şirələrinin reflektor 
surətdə ifraz olunmasının səbəblərini öyrənərkən bəzi faktlarla 
qarşılaşmışdır.İ.P.Pavlov bütün faktları analiz edərkən belə qənaətə gəlir 
ki heyvanlarda və insanda anadangəlmə reflekslərdən başqa bir sıra 
digər reflekslər də mövcuddur.Bunlar həyat boyu qazanılır.Bu 
qazanılma reflekslər sayəsində orqanizm daim dəyişməkdə olan xarici 
mühitin konkret şəraitinə uyğunlaşa bilir.
İnsanın psixikası – başa düşülən və dərk edilməyən psixiki fəaliyyətlərin 
kompleksi olan nitqin mənimsənilməsi prosesində formalaşır.İnsan 
daima xarici mühitlə qarşılaşır və bu zaman insanın baş beyinində 
müəyyən anlayışlar yaranır ki onların köməyi ilə insan onu əhatə edən 
mühiti dərk edir.Yaranmış hisslər baş beyində müxtəlif anlayışlara 
çevrilir.Anlayışlar isə bir insan fərdinin digərinə dediyi söz və ya 
göstərdiyi işarələr vasitəsilə nəql olunur.Bu qabiliyyət niqt sayəsində 
mümkün olur.Nitq təfəkkürü – elm və incəsənətin bəşəriyyətin 
mütərəqqi inkişafının əsasıdır.Uşaq nitqin köməyilə öz fikrini çatdırır 
biliyini bölüşdürür yeni bilik vərdiş və bacarıq əldə edir. 
Nitq - əsl mənasında səs və işarə siqnalları sisteminə daxil olan 
ümumiləşmiş anlayışların cəmidir.O insanda iradi şüurlu fəaliyyətlərin 
formalaşması üçün əsasdır.Müxtəlif sözlər vasitəsilə insanın baş 
beyninə qıcıqlar haqqında məlumatlar verilir.Bu qabiliyyət isə insanda 
mücərrəd təfəkkürün inkişafına imkan verir.İnsan şifahi və yazılı nitq 
vasitəsi ilə bəşəriyyətin toplamış olduğu ictimai – tarixi təcrübə ilə tanış 
olur. 


TİPLƏRİN TƏSNİFATI.
Bizim eradan əvvəl altıncı əsrdə yaşamış 
qədim yunan həkiminə görə hər bir adam davranış xüsusiyyətlərindən 
asılı olaraq dörd temperament tipindən birinəaid edilir:Melanxolikə 
xolerikə sanqvinikə fleqmatikə.İ.P.Pavlov heyvanlarda şərti reflekslərin 
yaranması və inkişafını öyrənərkən uzun illər apardığı təcrübələri 
ümumiləşdirərək göstərir ki bu temperament tipləri ali sinir 
fəaliyyətinin dörd tipinə tamamilə uyğundur.Pavlova görə 
temperamentin tiplərə bölünməsinin əsasını sinir proseslərinin üç əsas 
xüsusiyyəti təşil edir.Birinci xüsusiyyət oyanma və tormozlanma 
qüvvəsi.İkinci xüsusiyyət oyanma və tormozlanma qüvvələrinin nisbəti 
başqa sözlə bu qüvvələrin bərabər və ya qeyri-bərabər olması.Üçüncü 
xüsusiyyət oyanma və tormozlanma prosesinin hərəkətliliyi başqa sözlə 
onların bir-birini əvəz etmə sürətidir.Pavlov bu göstərilən üç xüsusiyyət 
əsasında dörd tipin olduğunu qeyd edir:zəif qüvvəli qeyri-bərabər 
qüvvəli bərabərtərəfli hərəkətli qüvvəli bərabərtərəfli asta və ya sakit. 
1.ZƏİF TİP.
Bu tipə aid olan uşaqlarda qüvvəli və uzunmüddətli 
qiciqlanma olduğu üçün qüvvəli tormuzlanma baş vermir.Onlarda çox 
yüngül induksion tormuzlanma olur.Şərti reflekslər çox gec əmələ 
gəlir.Hərəkət fəallığı az və zəif olur.Uşaq qorxaq və zəif görünür.Bu tip 
Hippokratın melanxolik temperamentinə uyğun gəlir. 
2.QÜVVƏLİ QEYRİ-BƏRABƏR TİP.
Bu tipədə güclü qiciqlanan tip 
deyilir.Orqanizimdə qıcıqlanma tormuzlanmaya nisbətən üstünlük təşkil 
edir.Müsbət şərti reflekslər çox asanlıqla yaranır.Bu reflekslər təkcə zəif 
deyil eyni zamanda çox güclü qıcıqlandırıcı olur.Tormuzlandırıcı 
reflekslər isə əksinə çox çətinliklə əmələ gəlir.Hətta kənar qıcıqlanmalar 
belə induksion tormuzlanma yaratmır əksinə reflektor reaksiyanı daha 
da artırır.Mənfi şərti reflekslər davamsız olur və tez sıradan çıxır.Belə 
adamlar tez-tez ucadan və qeyri-bərabər nitqə malik olurlar.Uşaqlar çox 
çevik həddindən artıq hərəkətli və qıcıqlanmış vəziyyətdə olurlar. 


Təmkinsizlik tipinin bir neçə variantı aid edilir:1.əksər hallarda 
qabiliyyətli yüksək dərəcədə qıcıqlı və temperamentli uşaqlar.Bunlar 
çox emosional olur.2.çılğın və tez coşan uşaqlar.Normal davranışları tez-
tez pozulur və qısa müddətdə düzəlir.Belə uşaqlar coşan zaman 
özlərindən çıxır və aqressiv olurlar.3.Tormuzlanma prosesinin aşağı 
düşməsi açıq şəkildə özünü göstərir.Öz hisslərinin ödənilməsi xatirinə 
hər şey edirlər onların qarşısını heç cür almaq olmur.Çətin tərbiyə 
olunurlar.Bu tip Hippokratın xolerip tipinə uyğun gəlir.
3.GÜCLÜ TƏMKİNƏ MALİK DİRİBAŞ TİP.
Həm müsbət həm də 
mənfi şərti reflekslər çox tez yaranır.Yaranmış şərti əlaqələr qüvvəli 
olur.Tez-tez kəskin şəkildə oyanmadan tormuzlanmaya və əskinə 
keçirlər.Bu zaman beyin yarımkürələrinin qabığında heç bir pozğunluğ 
baş vermir.Danışıqları kifayət qədər tez açıq emosional ucadan eyni 
zamanda əl qol atmaqla və müəyyən qədər mimikalı olur.Belə uşaqlar 
cəld və istiqanlıdırlar.Belə uşaqlar asan tərbiyə olunur və böyük 
qabiliyyətə malikdir.Bu tip Hippokratın sanqvinik temperamentinə 
uyğundur. 
4.GÜCLÜ TƏMKİNƏ MALİK LƏNG TİP.
Əvvəlki tipə nisbətən 
müsbət və mənfi şərti reflekslər çox ləng yaranır.Danışıqları aramlı sakit 
təmkinli olur.Hiss olunan emosiya və əl-qol hərəkətlərinin olmaması 
müşahidə edilir.Buna görə də müsbət və mənfi qıcıqlandırıcıların 
birindən digərinə keçməsi reaksiyaların pozulmasına səbəb olur.Belə 
uşaqlar bir qayda olaraq dərs məşğələlərində sait olmaları ilə 
fərqlənirlər.Qarşılarına çıxan çətinlikləri asanlıqla həll edirlər.Əksər 
hallarda belə uşaqlar yaxşı oxuyur və qabiliyyətli olurlar.Verilən 
tapşırıqları ləng amma vicdanla yerinə yetirirlər.Belə tipə aid olan 
adamlar Hippokratın fleqmatik temperament tipinə uyğun gəlir. 
Xarici mühitin əlverişsiz amilləri ali sinir fəaliyyətini həm qısa müddət 
həm də uzun müddət poza bilər.Bu vaxt böyük beyin yarımkürələrinin 
qabığında oyanma və tormozlanma prosesləri nisbəti pozulur bu da 


şərti reflekslərin əmələ gəlməsini pozur yaddaşın zəifləməsinə 
yuxusuzluğa səbəb olur.Ali sinir fəaliyyəti pozulduqda daxili orqanların 
fəaliyyətində patoloji dəyişikliklər baş verir.Pozulmuş prosesləri 
doğuran səbəblər aradan qaldırılarsa həmin proseslər bərpa olur.Bunun 
üçün bəzən mühiti dəyişmək yaxşı dincəlmək kifayət edir. 
EDEBİYYAT/C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV 
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ 
FİZİOLOGİYASI//G.A HACIYEV/İNSAN ANATOMİYASI 
BAKI-2001 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin