Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ


sinir sistemi vasitəsilə həyata keçirilir.Beyin vasitəsilə



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

sinir sistemi vasitəsilə həyata keçirilir.Beyin vasitəsilə 
bədənin bütün orqan və toxumalarindan orqanizmi 
əhatə edən xarici muhitdən fasiləsiz olaraq 
informasiyalar alır.Beyin başqa sinir lifli vasitəsilə 
alınmış informasiyaları işləyərək uyğun orqanların 
fəliyyətini tənzimləmək üçün onlara impulslar 
göndərir.Mərkəzi sinir sisteminə impulslari ötürən sinir 
lifləri mərkəzəqaçan afferent impulsları orqanlara 
öturən liflər isə mərkəzmənqasan efferent sinir lifləri 
adlanir.İsanlarin duyğulari nitiqi yaddaşı təfəkkürü bir 
sözlə bütün pisixoloji proseslər sinir sisteminin fəaliyyəti 
ilə əlaqədardır insane bunlarin vasitəsilə nəinki ətraf 
mühiti dərk edir həm də onu fəal surətdə dəyişə bilər. 
 
ƏDƏBİYYAT\\ Ə.H.ƏLİYEV F.İ.CƏFƏROV. 
İNSAN ANATOMİYASİ. 


C .Ə.NƏCƏFOV.N.R.ZEYNİYEV.S.M.QULİYEV 
UŞAQ ANATOMİYASİ VƏ FİZİOLOGİYASI. 
BAKİ 2001.
TƏNƏFFÜS,ƏHƏMİYYƏTİ VƏ YAŞ XÜSUSİYYƏTLƏRİ.SƏS 
APARATININ GİGİYENASI. 
PLAN 
1.Tənəffüs sistemi. 
2.Qırtlağın yaş xüsusiyyətləri və səs aparatı. 
3.Nəfəs borusu,bronxlar. 
4.Ağciyərlər və plevra pərdəsi. 
5.Ağciyərlərin yaş və fərdi xüsusiyyətləri. 
Hər bir canlı orqanizm öz fəaliyyətini,yaşamasını və çoxalmasını təmin 
etmək üçün xarici mühitdən oksigen və qida maddələri tələb 
edir.İnsanın tənəffüs aparatına yuxarı və aşağı tənəffüs yolları və 
ağciyərlər daxildir.Yuxarı tənəffüs yollarına burun boşluğu və burun 
udlağın bir hissəsi daxildir.Aşağı tənəffüs yollarına isə qırtlaq, nəfəs 
borusu və bronxlar aiddir.Ağız və burun boşluqları udlaq ilə birlikdə 
tənəffüs aparatının təbii qapılarını təşkil edir. 
Burun boşluğu tənəffüs yolunun başlanğıc hissəsi olub, xəlbir 
sümüyünün xəlbir səfhəsi,əsas sümüyün cismi və sərt damaq,yanlardan 
əng,xəlbir,göz yaşı sümüyü,damaq və qığırdaqdan təşkil 
olunmuşdur.Qırtlaq qığırdaqlardan təşkil olunub,boyunda yerləşmiş və 


yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir.Qırtlaq iki 
vəzifə daşıdığı üçün quruluşu da mürəkkəbdir.Bunun skeletini üç ədəd 
tək qığırdaq üzüyəbənzər,qalxanabənzər və qırtlaq qapağı qığırdağı və 
üç cüt qığırdaq çalovabənzər,buynuzabənzər və pazabənzər qığırdaqlar 
təşkil edir.Üzüyəbənzər qığırdaq halqa şəklində olub qırtlağın əsasını 
təşkil edir,üzərində qalxanabənzər və çalovabənzər qığırdaqlar 
yerləşərə nəfəs borusu ilə birləşir.Qırtlaq qapağının iki səthi var:ön dal 
səthi və arxa qırtlaq səthi.Qırtlaq səthi qırtlaq girəcəyinə baxr,üzərində 
selikli vəzilər var.Qırtlaq boşluğu quruluşca çox sadədir,aşağıya doğru 
konus kimi genələrək nəfəs borusuna keçir.Qırtlaq boşluğlarının 
əhəmiyyətlisi ara hissəsidir.Burada səs aparatı yerləşir.Səs büküşləri 
səsin əmələ gəlməsində iştirak edir,bu büküşlər isə çox saylı elastiki 
liflərdən yaranır.Müəyyən qrup əzələlərin yığılması hesabına səs bağları 
gərginləşir və nəfəs verilən zaman səs yarığından keçən hava həmin 
telləri etizaza gətirir,bunların etizazı (vibrasiya) qırtlaqdan yuxarı olan 
havaya keçir və səs əmələ gəlir.İnsan qida udduğu zaman qida udlaqdan 
keçərək qida borusuna daxil olur,qırtlaq boşluğuna keçmir. 
Yeni doğulmuşda qırtlaq nisbətən dairəvi olub,qıfa bənzəyir,səs telləri 
qısa səs yarığı dar olur.Uşq böyüdükcə tədricən silindrik formya 
çevrilir.Qırtlağın sürətlə böyüməsi 14—16 yaşlarında olur.Qırtlaq 
yığırdaqları çox zəif və yumuşaqdır.Qırtlaq girəcəyi uşağın 12-13 yaşına 
kimi dar olur.Uşaqların səs yarığı çox dar,həqiqi səs telləri nisbətən 
qısadır.Oğlanlarda və qızlarda qırtlağın cinsi fərqi üç yaşından sonra 
dəyişilir.Səs telləri uzununa böyüyür.Səsin tonu yaşdan,səs telinin 
vəziyyətindən asılı olaraq dəyişir.Səs telləri nə qədər tez-tez titrəsə səs 
də bir o qədər uca olar.Səs tellərini qorumaq lazımdır.Çox ucadan 
danışmaq,mahnını avazla oxumaq,qışqırmaq-bütün bunlar səs tellərinin 
həddindən artıq gərilməsinə və bir-birinə dəyib sürtünməsinə səbəb 
olur və onlar müəyyən müddətdən sonra zədələnir.Nəticədə səs 
xırıltılı,batıq olur və hətta tamam itir. 


Tənəffüs yollarının tez-tez xəstələnməsi səs tellərini zədələyir.Papiros 
çəkmək və spirtli işkilər də səs tellərinə mənfi təsir edir.Təsadüfü 
deyildir ki,papiros çəkən və spirtli içkilərdən sui istifadə edən adamların 
səsi həmişə batıq və xırıltılı olur. 
Nəfəs borusu qırtlağın ardı olub,qida borusunun önündə 
yerləşmişdir.Uzunluğu çox müxtəlif olub 9-15sm,diametri yuxarıda və 
aşağıda dar ortada isə genişdir.Eni 1,5-2,7sm bərabərdir.Nəfəs 
borusunun ön və yan divarları yığırdaqdan,dal divarı isə birləşdirici 
toxumadan əmələ gəlir.Selikli qişa nəfəs borusunun bütün divarlarını 
daxildən əhatə etmiş,kiprikli epitel ilə örtülüdür.Selikaltı təbəqədə bir 
çox selili vəzilər var.Əzələ gişası 2 qatdan:daxili köndələn və xaricdə 
boylama qatından ibarətdir.Nəfəs borusunun yaş və fərdi xüsusiyyətləri 
haqqında aşağıdakıları qeyd etmə olar.İlk uşaqlıq dövründə nəfəs 
borusu nisbətən yuxarıda yerləşir,onu təşkil edən qığırdaqlar yumşaq və 
elastiki olur.Uzunluğu yeni doğulmuş uşaqlarda təxminən 4 sm-dir.Uşaq 
14-15 yaşına çatanda uzunluğu təxminən 7 sm,yaşlı insanlarda isə 
12sm-dir.Yaşa dolduqca nəfəs borusu uzanır,mənfəzi ilk dəfə 
yastılaşmış olur.Sonra uzunsov,ellepsəbənzər və nəhayət dairəvi forma 
alır.Nəfəs borusu 4 və 5 döş fəqərələrinin arası bərabərliyində 
haçalanaraq sağ və sol baş bronxlara bölünür. Broxların quruluşu və 
şəkli, nəfəs borusuna oxşayır.bunların daxili səthi kiprikli epitellə 
örtülüdür.Kirpiklərin hərəkəti nəticəsində selik ağciyərlərdən qırtlağa 
doğru hərəkət edir. 
Uşaqların bronxları dar, qəğırdaqları yumuşaq ,əzələ və elastik 
toxumaları nisbətən zəif inkişaf etmişdir.Selikli qişası dam 
arlar ilə zəngin və qurudur.Sağ bronx şaquli vəziyyətdə olaraq nəfəs 
borusunun məbədidir.Sol bronx isə onunla bucaq əmələ gətirmək 
davam edir.Ona görə uşaq yaşlarında yad cisim, adətən,sağ bronxa 
düşür. 


Ağciyərlər cüt üzüvlər olub döş boşluğunda yerləşir,aşağı səthləri 
diafraqmaya və içərisi səthləri ürək kisəsinə söykənmişdir.Ağciyərin 
həcmi müxtəlifdir.Sağ ağciyər,sol ağciyərdən qısa geniş və həcmlidir.Pay 
arası şırımlar vasitəsilə sağ ağciyər üç paya sol ağciyər iki paya 
bölünür.Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayi olur.Yaşlılarda 
isə getdikcə tündləşir,xarici səthində qara ləkələrə təsadüf edilir.Bunun 
səbəbi xaricdən hava ilə ağciyərlərə daxil olan yad cisimlər (toz 
hissəciklər,tüstü,qurum,mikroelementlər və s.).Ağciyərlərin tutumuna 
gəldikdə isə insan dərin nəfəs aldıqda,döş qəfəsi maksimum 
genişləndikdə,sağlam ağciyərlər 500 sm kub hava tutur.Dərin nəfəs 
verdikdən sonra ağciyərlərdə 1500 sm kub hava olur.Buna ağciyərin 
orta həyat tutumu deyilir.Ağciyərlərin çəkisi onlarda olan seliyin və 
qanın miqdarından asılıdır.Ağciyərlər yumşaq məsaməli və süngərə 
bənzəyir,daxilində hava olduğu üçün suda üzür.Hər ağciyərə daxil olmuş 
bronxiol diametri 1,5mm bərabər 12-18 ədəd daha kiçik şaxələrə 
hüdudi bronxiolalara bölünür.Hər tənəffüs bronxiolu alveo 
axcıqlarına,onlarda öz uclarında genişlənərək alveo kisəciklərinə 
açılır.Bronx və bronxiol şaxələri sistemi tənəffüs bronxiolalarına qədər 
hava daşıyır və qazlar mübadiləsi iştirak edir.Bronxiolaların divarı eptel 
təbəqədən və əzələ lifləri ilə elastiki liflərdən əmələ 
gəlmişdir.Bronxlarda epitel çox nüvəli və kiprikli olur.Alveollar xaric 
tərəfdən qan kapeliyarları ilə əhatə olunmuşdur.Ağciyər paycıqları 
elastiki birləşdirici toxuma ilə zəngindir.Burada piy hüceyrələri 
olmur,ancaq danələrinə çox təsadüf edilir.Həmin ara birləşdirici 
toxumada qan damarları və sinirlər yerləşmişdir.Ağciyərlərin əsas 
vəzifələri qazlar mübadiləsi yerinə yetirmək,qanı oksigen ilə 
zənginləşdirmək və korbon qazından azad etməkdir.Oksigen ilə zəngin 
havanin ağciyərlərə daxil olması və karbon qazı ilə zəngin havanın xaric 
olunması döş qəfəsi əzələlərinin və diafraqmanın fəaliyyəti ilə həyata 
keçirilir. 
Hər bir ağciyər serroz qişadan əmələ gəlmiş plevra kisəsinin daxilində 
yerləşir.Plevra kisələrinin hər biri 2 səfhədən ibarətdir.Ağciyər plevrası 


və ya visseral plevra,həmçinin parietal plevra.Plevra kisəsi 2 pərdədən 
döş boşluğu divarının daxili səthini və ağciyərlərin üzərini örtən 
pərdədən təşkil olunmuşdur.Hər iki pərdənin səthi çox hamar və 
sürüşgəndir.Bunların arasında qalan bir sahə (plevra boşluğu) plevra 
mayesi ilə tutulmuşdur.O tənəffüs zamanı ağciyərlərin döş boşluğunun 
divarına sürtülməsini azaldır. 
Yeni doğulmuşda,ilk uşaqlıq dövründə ağciyərlər yaşlı şəxslərə nisbətən 
xeyli yuxarıda yerləşir.Yaşa dolduqca aşağı enir.Anadan olandan sonra 
üç aylıqadək ağciyərlər çox sürətlə inkişaf edir,sonra onların inkişafı 
biraz zəifləyir.13-14 yaşınadək bərabər dərəcədə davam edir,gənclik 
dövründə yenidən sürətlə inkişaf etməyə başlayır.Erkən yaşda 
ağciyərlər birləşdirici toxuma ilə zəngindir,qan dmarları ilə yaxşı təchiz 
olunmuşşdur.Kapelyar və limfatik düyünlər çoxdur və yarıqlar isə 
enlidir.Elastiki toxuma,xüsusilə,alveolların ətrafında zəif inkişf 
etmişdir.Ağciyər arteriyası qapısından daxil olaraq bir çox şaxələrə 
bölünür ki,bunlarda bronx şaxələri ilə gedərək alveollrın ətrafında 
kapelyar sisteminə keçir.Hava mübadiləsindən sonra,yəni qand karbon 
qazı alveollara və alveollardakı oksigen qanın eritrositlərinə keçdikdən 
sonra hasil olan arterial qan kapelyar sistemdən kiçik venlara axır 
ki,bunlarda birləşərək hər ağciyərdə bir cüt ağciyər venalarını əmələ 
gətirir.Ağciyər venaları ağciyər qapısından xaric olaraq ürəyin sol 
qulaqcığına açılır.Ağciyərlər azan və simpatik sinirlərdən əmələ gəlmiş 
ön və dal ağciyər kələflərindən çıxan şaxələr ilə invervasiya olur. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV ”Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 
2.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV “İnsan 
anatomiyası”Bakı-2002 


Tibbi biliklərin əsasları fənnindən açıq dərsin icmalı. 
Mövzü:
Ürək – damar sistemi və onun xəstəlikləri. 
Məqsəd:
1.Ürək – damar sistemini izah edir. 
2.Ürəyin quruluşu və işi. 
3.Ürək – damar sisteminin sinir humoral tənzimi.
4.Ürək – damar sisteminin xəstəlikləri,onların profilaktikası 
və onların müalicəsi. 
5.Qanaxmalar,onların növləri,qanaxmalar zamanı ilk 
yardımın göstərilməsi. 
İş forması:
Kollektivlə və qruplarla iş. 
İş üsulları:
Klaster,Venn diaqramı,Beyin həmləsi,İnsert. 
Resurslar:
Dərslik, iş vərəqləri,marker,İKT vasitələri. 
İnteqrasiya:
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası. 
Dərsin gedişi. 
Motivasiya:
Mövzuyla bağlı hazırladığım slaydı təqdim edirəm.Sonra 
“Verilmiş slaydda açar sözü sizcə nə ola bilər?” sualına cavab axtararaq 
qırmızı rəngli boş qalmış dairədə “Ürək” sözünü yazıram. 
Sonra elektron təqdimata istinad edərək nəzəri materialı şərh edirəm. 
Tədqiqat sualı:
Ürəyin quruluşu necədir? 
Tədqiqatın aparılması:
Tələbələri qruplara bölürəm və bu qrupları


adlandırıram(Məsələn:ERİTROSİTLƏR,LEYKOSİTLƏR,TROMBOSİTLƏR, 
PLAZMA) 
Sonra onlara iş vərəqlərini paylayıram. 
İş vərəqi 1. 
Ürək – damar sistemi haqqında. 
İş vərəqi 2.
Ürək – damar sisteminin sinir humoral tənzimi. 
İş vərəqi 3. 
Ürək – damar sisteminin xəstəlikləri;onların profilaktikası və müalicəsi. 
İş vərəqi 4. 
Qanaxmalar,onların növləri.Qanaxmalar zamanı ilk yardımın 
göstərilməsi. 
İnformasiya mübadiləsi:
Bu mərhələdə hər qrupdan bir nəfər 
qrupun işini təqdim edir.Qruplar bir- birinin işləri ilə tanış 
olurlar.Təqdim olunan işlər lövhədən asılıdır. 
İnformasiya müzakirəsi:
Təqdimatdan alınan cavablara əsasən 
tələbələrə suallarla müraciət edirəm. 
Açar sözlərdən istifadə edərək bioloji imlanı tamamla. 
Nəticə və ümumiləşdirmə:
Diqqəti tədqiqat sualına yönəldərək 
tələbələrin cavablarını ümumiləşdirirəm. 
Yaradıcı tətbiqetmə:
Qan, ürək – damar sistemi mövzusunda 
krassvord hazırlayın və internetdən maraqlı məlumatlar toplayın.


Ev tapşırığı:
Topladığınız məlumatlar əsasında növbəti sərbəst işinizi 
hazırlayıb təqdim edin. 
Sərbəst işin mövzusunun adı: “Ürək – damar sistemi,ürəyin 
quruluşu,işi və yaş xüsusiyyətləri”. 
ÜRƏK DAMAR SİSTEMİ.ÜRƏYİN QURULUŞU,İŞİ VƏ YAŞ 
XÜSUSİYYƏTLƏRİ. 
PLAN 
1.Ürək damar sistemi. 
2.Qan dövranının yaş xüsusiyyətləri. 
3.Ürəyin quruluşu. 
4.Ürəyin işi. 
5.Ürək əzələsinin xüsusiyyətləri. 
İlk dəfə olaraq Veber qardaşları 1845- ci ildə tədqiqatlarla 
müəyyənləşdirdilər ki uzunsov beyində yerləşən azan sinir düyününün 
qıcıqlandırılması urəyin fəaliyyətinə müxtəlif cür təsir göstərir.Azan sinir 
ürək fəaliyyətinə tormuzlayıcı, simpatik sinir impulsları isə 
qüvvətləndirici təsir göstərir. Ürəyin və qan damarlarının fəaliyyətinə 
təsir edən sinir impulsları mərkəzdənqaçan sinirlərələ üzvlərə gəlir.Ürək 
fəaliyyətini tənzim edən neyron yığımlarına təkcə uzunsov və onurğa 
beyinlərində deyil ,eləcə də baş beyin yarımkürələrinin qabığında, 
hipotalamusda və beyincikdə də rast gəlinir. 


Ürək və damarların fəaliyyətinə sinirlərlə yanaşı olaraq daxili sekresiya 
vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr – hormonlar və digər duzlar 
da təsir göstərir. 
İnsan rüşeyminin 3-4 həftəliyində ürək 2 endotelial boru şəklində əmələ 
gəlir.Bu borular birləşərək iki kameralı (qulaqcıq və mədəcik) ürəyə 
çevrilir.İnkişafın altıncı həftəsində qulaqcığın arakəsmə ilə sağ və sol 
kameralara ayrılır,iki aylıqda isə mədəcik iki hissəyə bölünür.Ürəkdə 
gedən bu proseslər damarlarında difrensasiyasına səbəb olur,yəni artıq 
bu dövrdə ağciyər arteriyası və aorta sərbəst şəkildə formalaşır.Urəyə 
yaxın olan bu nahiyədə aorta ilə ağciyər arteriyasını birləşdirən bir 
damar olur ki ,ona da botal axarı deyilir. Bu axarın embirional inkişaf 
dövründə mühüm fizioloji əhəmiyyəti var.Ana bətin dövründə ürəyin 
sağ qulaqcıqğı ilə sol qulaqcığı arasında oval dəlik olur ki,bu da qanın 
sağ qulaqcıqdan sol qulqcığa keçməsinə şərait yaradır.Həmin dövürdə 
ürəyin mədəcikləri nisbətən zəif inkişaf edir.Uşaq doğulduqdan sonra 
qulaqcıqlar arasındakı dəlik fizioloji əhəmiyyətini itirir və 5-7 aylığında 
tamam bağlanır.Rüşeymin ümümi kütləsi 1q olduqda ürək kütləsi mq 
olur,uşaq anadan olduqda isə ürəyin küləsi 20q bərabər olur,uzunluğu 
3,5 sm eni 2,2 sm yaxın olur. 
Ürəyin ayrı-ayrı kameralarının postnatal inkişafıda müxtəlifdir.Anadan 
olandan sonra birinci il qulaqcıqların böyüməsi mədəciklərin 
böyüməsindən üstün olur,sonra onlar təxminən eyni dərəcədə 
böyüyürlər.Təzə doğulmuş oğlan uşaqlarında ürəyin kütləsi qızlara 
nisbətən çox olur,12-13 yaşında əksinə,16 yaşından başlayaraq yenə 
oğlan uşaqlarının ürəyinin kütləsinin artması müşahidə olunur. 
Ürək içərisi boş kisə şəkilli bir orqandır.Daxili xüsusi arakəsmə ilə iki 
qulaqcığa və iki mədəciyə ayrılır.Sağ və sol hissələri isə bütov arakəsmə 
ilə bir birindən ayrılır.Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə 
tökülür.Axarın açılıb-bağlanması taylı qabaqlarla elə tənzimlənir 
ki,mədəciyə tökülmüş qan geriyə qulaqcığa qayıtmasın.Ürəyin sol 
hissəsində bu qabaqlar iki ədəd,sağ hissəsində isə üç ədəd olur.Ürəyin 


sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağciyər 
arteriyası arasında isə aypara qapaqları olur.Aypara qapaqları 
mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır.Ürək 
qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və 
arteriyaya birtərəfli axmasını təmin edir. 
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası,nisbətən daralmış aşağı hissəsi 
isə təpəsi adlanır.İnsan ürəyinin ütləsi təqribən 250-360 q arasında 
dəyişir.İnsan ürəyi döş qəfəsinin sol nahiyyəsində assimmetrik 
vəziyyətdə yerləşir.Ürək perikard adlanan kisəylə örtülmüşdür.Ürək 
xaricdən epikard ortadan əzələvi qat olan mioard,daxildən isə 
endokarddan təşil olmuşdur.Miokard ürəyin əsas kütləsidir.O eninə 
zolaqlı əzələ toxumasıdır.Ürək əzələ liftlərində xüsusi bağlayıcı atmalar 
var ki,onun hesabınada ürə hər hansı bir qıcığa bütövlükdə cavab 
verir.Ürək qeyri-iradi fəaliyyət göstərdiyi halda sklet əzələləri iradi 
olaraq yığılıb-açılır. 
Ürək daxildə döş qəfəsi boşluğunda yerləşdiyi halda,sklet əzələləri 
xaricdə sümükdə yerləşir.Ürək fəliyyətdə olduğu zaman müəyyən iş 
görür.Onun gördüyü iş qanın mədəciklərdən qovulmasına və 
damarlarda hərəkətinə sərf olunur.Sağlam adamın mədəcikləri hər 
sistola zamanı orta hesabla 65-70ml qannğı damarlara qovur.Sağ və sol 
mədəciklər eyni miqdarda qan qovur.Ürək bir dəqiqi ərzində damarlara 
təqribən 4500-5000ml qan qovur.Hesablamalar göstərir ki,ürək 
dəyqədə 60-70 dəfə vurarsa,sol mədəcik aortaya dəqiqədə 4-5,saatda 
300,bir gündə isə 7200 litr qan vurur. 
İlk baxışdan adama qəribə gəlir ki,nece olur ki,çəkisi 300 q və həcmi 
yumruqdan böyük olmayan ürək kimi kiçik bir üzv istirahət etmədən on 
illərlə işləyirbütün üzvləri arası kəsilmədən qanla təchiz edir. 
Bəs nə üçün bu qədər gərgin və həmdə ara vermədən normal işləyən 
ürək əzələsi yorulmur,nə üçün o əmək qabiliyyətini itirmir.Refletor 
xarater daşıyan ürəyin fəaliyyətinə iki cür effirint sinir təsir göstərir 


ki,bunlarda simpatik və azan sinir lifləri aiddir.Simpatik sinirlər ürəyin 
fəaliyyətinə qüvvətləndirici və yaxud gücləndirici təsir azan sinir isə 
ürəyin fəaliyyətinə tormozlaşdırıcı təsir göstərir. 
Ürək əzələsinin müəyyən ardıcıllıqla ritmik olaraq yığılıb açılması ürək 
tsiklini təşil edir.Sağlam insanda bir dəqiqə ərzində ürək tsikli 65-75 
dəfə olur.Hər ürək tsikli isə 3 fazadan ibarətdir. 
1.Qulaqcıq və mədəciklərin yığılması-sistola fazası
2.Qulaqcıq və mədəciklərin ardıcıl boşalması-diastola fazası 
3.Eyni zamanda,həm qıcığın,həm də mədəciyin ümumi boşalması-pauza 
Tam bir ürək tsikli 0,8 saniyəyə bərabər olur.Bu vaxtın təxminən 0,1 
saniyəsi qulaqcığların sistolasına,0,3 saniyəsi mədəciklərin 
sistolasına,0,4 saniyəsini isə ümumi diastolaya yəni pauzya sərf olunur. 
Daxili üzvlərin əksəriyyətinin əzələləri saya əzələ toxumsından əmələ 
gəlmişdir.Lakin,ürə əzələsinin lifləri eninə zolaqlıdır.Bununlada onlar 
sklet əzələləri liflərini xatırladır. 
Ürə əzələsinin lifləri bir-biri ilə birləşərək sinsit (tor) əmələ 
gətirir.Fizioloji xüsusiyyətlərinə görə sklet əzələsindən xeyli 
fərqlənir.Sklet əzələlərinin fəaliyyəti iradi olduğu halda,ürə əzələsinin işi 
qeyri-iradidir.Yəni başqa təsirlər ürəyin fəaliyyətini dəyişmir.Ürək 
əzələsinin başqa bir xüsusiyyəti ürə avtomatizmi,yəni ürəyin avtomati 
işləməsidir.Bədəndən ayrılmış ürə yığılmasının ritmik olaraq müəyyən 
müddət davam etdirir.Demək ürəyin yığlmasını törədən səbəb onun 
özündədi.İnsanın ürəyini iki gün sonra canlandıra 
bilmişlər.Məlumolmuşdur ki,ürək əzələsində xüsusi sinir düyünlərini 
əmələ gətirən atipik hüceyrələr vardır ki,bunlarda müntəzəm sürətdə 
oyanma əmələ gətirir və bu oyanma hər ii qulaqcığın əzələ 
divarlarına,buradan da mədəciklərə yığılır bunun nəticəsində ürəyin 
şöbələri növbə ilə:əvvəlcə qulaqcıqlar sonra isə mədəciklər yığılır. 


Urəyin yığılıb –boşalması ilə əlaqədar bəzı təzahürlər (əlamətlər) 
meydana çıxırki ki bunlara zirvə vurğursu, urək tonları,ürəkdə yaranan 
elektirik cərəyanı,qan təxyiqi,nəbz aid edilir Ürəyin işi səs təzahürləri ilə 
müşayət olunur ki bu ürək tonları adlanır. Ürək tonları əsasən taylı və 
aypara qapaqların örtülməsində, ükək əzələsinin gərginləşməsindən 
əmələ gələn küylərdir.Bu tonları ya qulağımız döş qəfəsinə 
toxundurmaqla və ya xüsusi cihazlarla eşitmək olur. Ürək fəaliyyətdə 
olduğu zaman əmələ gələn elektrik cərəyanı eletrokardioqraf cihazı ilə 
qeyd edilir. ƏDƏBİYYAT.
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq anatomiyası və fiz.” 
Uşaq anatomiyasi ve fiziologiyasi elminin pridmeti ve 
digər elmlerle əlaqesi. Boyuməsi ve inkisaf
qanunauyqunluqlari. 
Plan. 
1.Anatomiya nədir nəyi öyrənir. 
2Usaq fizalogiyasi elmi nə deməkdir. 
3Usaq orqanizminin yasli orqanizmindən fərqi. 
4Birinci mərhələ necə yasi əhatə edir. 
5Usaqliq dövrunun 2-3- ci mərhələsi. 
6Usaq orqanizmin böyuməsinin necə çiçrayis aid edilir. 
Usaq anatomiyasi usaq orqanizminin və onun ayri ayri 
orqanlarinin quruluşunu öynənir. Uşaq fizialoyasi 
orqanlarin orqanlar sistemini və orqanzimdə böyümə və 


inkişaf zamani gedən həyati prosesleri –funksiyalari bu 
funksiyalarin yaş dövrlərində özunəməxsusluğunu 
öyrənir.Orqanizmin inkişafi və böyuməsi prosesində 
quruluş və funksiyasinin dəyisməsini uşaq anatomiyasi və 
fizialogiyasi elml öyrənir. Məlumdurki ki orqanizmi 
ümumi quruluş və funksiyasini onun orqan toxuma və 
hüceyrələrinin quruluşunu bilmədən öyrənmək mümkün 
deyil.Uşaq anatomiyasi və fiziologiyasi elmi makroskopik 
və mikroskopik anatomiya embiralogiya histalogitya 
sitalogiya və biokimiya elimleri ilə üzvu surətdə 
əlqəlidir.Uşaq anatomiyasi və fiziologiyasi elmi bütün 
bioloji və tibbi elimlərlə əlaqəlidir.Uşaq anatomiyasi və 
fiziologiyasi elmi ilk növbədə pedoqoji əhəmiyət 
daşıyır.Bu predmet inkişaf etməkdə olan uşaqlarin 
müxtəlif yaş dövurlərində düzgün istiqamətləndirsin. Hər 
bir pedaqoq ibtidai sinif müəllimi usaq orqanizmini 
quruluşu fizioloji prosesleri bilməyə malik 
olmalidir.N.K.Krupskaya yazirdi;Pedaqoq hər şeydən 
əvvəl nəyi bilməlidir; insane orqanizminin quruluşu və 
funksiyasini onun anatomiyasinı fiziologiyasını və 
inkişafıni.Bunları bilməyən yaxşı pedaqoq olmaz uşaqları 
düzgun böyüdüb tərbiyə edə bilməz.


VİTAMİNLƏRİN ƏHƏMİYYƏTİ.AVİTOMİNOZLUQ 
VƏ HİPPER VİTAMİNOZLUQ. 
PLAN 
1.Vitaminl
ərin tapılma tarixi. 
2.Vitaminl
ər həll olmalarına görə neçə qrupa 
bölünür. 
3.Vitaminl
ərin əhəmiyyəti. 
4.Avitominoz. 
5.Vitaminl
ərin qidada saxlanılması. 
Hazırda vitamin haqqında elmi təlim sərbəst tibbi-bioloji elm 
sah
əsi olan vitaminologiya kimi formalaşıb.Hələ 130-140 il 
bundan 
əvvəl alimlər belə güman edirdilər ki, insan orqanizmi 
üçün zülallar,yağlar karbohidratlar,mineral maddələr və su 
kifay
ətdir.Ancaq təcrübə göstərdi ki, insan və heyvanın normal 
böyüməsi və inkişafı üçün bu maddələrin olması belə kifayət 
deyil.Bir çox xəstəliklər qidada hansısa maddənin çatışmaması 
n
əticəsində baş verir.19 cu əsrdə geniş yayılan və sinqa kimi (və 
yaxud skorbut) adlanan x
əstəlik 70-80% insanların ölümünə 
s
əbəb oldu.Elə o vaxt Cənub-Şərqi Asiya və Yaponiyada beri-beri 
x
əstəliyi geniş yayılmışdı.Yaponiyanın əhalisinin təxminən 30%-i 
bu x
əstəliyə tutulmuşdu. 
Vitaminl
ər haqda elmin əsas yaradıcısı rus həkimi N.i.Lunin 
olm
uşdur.O özünün 1880-cı ildə nəşr olunmuş “Mineral duzların 
heyvanların qidasında əhəmiyyəti haqqında” əsərində yazır:”Bu 
madd
ələri tədqiq etmək böyük əhəmiyyət kəsb edir və 
heyvanların qidasında onların əhəmiyyətini öyrənmək lazımdır”. 


Vitaminl
ər qidanın tərkibində cüzi miqdarda olmaqla orqanizmdə 
normal biokimy
əvi və fizioloji proseslərin getməsini təmin və idarə 
edir. 
Vitaminl
əri təsnif etmək üçün vahid bir kriteri yoxdur.Ancaq həll 
olmalarına görə vitaminlər iki qrupa bölünür: 
1.Yağlarda həll olan vitaminlər.Bunlara aiddir. 
1.A vitamini
2.D vitamini
3.E vitamini
4.K vitamini
2.Suda h
əll olan vitaminlər.Bunlara aşağıdakılar 
aiddir: 
1.B1 vitamini
2.B2 vitamini 
3.B6 vitamini
4.B12 vitamini 
5.PP vitamini 
6.C vitamini
7.P vitamini v
ə s. 
Vitaminl
ər orqanizmin normal böyüməsində və inkişafında mühüm 
əhəmiyyət kəsb edir (vita-latınca həyat deməkdir).Fermentlərin və 
b
əzi fizioloji fəal maddələrin tərkibinə daxil olan vitaminlər 
orqanizmin hüceyrələri tərəfindəm sintez olunmur.İnsan 
vitaminl
əri bitki və heyvan mənşəli qidalar vasitəsilə alır. 
A vitamini b
əzən böyümə vitamini də adlandırırlar.Orqanizmdə A 
vitamini çatışmayanda dərinin quruması,gözün buynuz qişasının 


tutqunlaşması müşahidə olunur.Uşaqların qidasında A vitamini 
çatışmayanda onlarda boyartımı ləngiyir,ağciyərləri və 
bağırsaqları zədələnir.İnsanda “toyuq korluğu”adlanan xəstəliyin 
yaranması da A vitamininin çatışmaması ilə əlaqədardır.Belə 
adamların axşam hava qaralan kimi görmə qabiliyyəti 
z
əifləyir.Qida məhsullarından balıq yağı,kərə 
yağı,süd,yerkökü,ərik,ispanaq,qırmızı bibər,pomidor A vitamini ilə 
z
əngindir.Adamın sutkalıq qidasında təxminən 1 mq A vitamini 
olmalıdır. 
C vitamini v
ə ya askorbin turşusu orqanizmdə osidləşmə-
reduksiya prosesl
ərində mühüm rol oynayır.Qidada C vitamini 
çatışmayanda orqanizmdə skorbut xəstəliyi baş verir.Bu xəstəlik 
zamanı dişlərin əti qanayır,ağzın selikli qişası 
z
ədələnir,oynaqlarda ağrılar baş verir.Orqanizmin infeksion 
x
əstəliklərə qarşı müqaviməti zəifləyir,qanazlığı baş verir.C 
vitamininin çatışmazlığı ən çox ilin yaz aylarına təsadüf edir.C 
vitamini itburnunda,qara qarağatda,limonda 
portağalda,soğanda,bitkilərin yaşıl hissələrində olur.Orqanizmin 
gündəlik C vitamininə olan ehtiyacı 25-50 mq hesablanır.Bitki 
m
ənşəli qidalar C, heyvan mənşəli qidalar A vitamini ilə zəngindir. 
B qrupu (B1,B2,B6,B12 v
ə s.) vitaminləri insan orqanizmində 
fermentl
ərin iştirakı ilə gedən reaksiyaları,xüsusilə 
zülal,aminturşu,nuklein turşuları mübadiləsini tənzimləyir.B1 
vitamini 
ən çox karbohidrat mübadiləsinə təsir edir.Bu vitamin 
sinir sisteminin,ürəyin,əzələlərin normal fəaliyyəti üçün 
z
əruridir.Qidada B1 vitamini çatışmayanda beri-beri adlanan ağır 
x
əstəlik baş verir və bu zaman insanda sinir sisteminin,ürək 
damar sisteminin f
əaliyyəti pozulur.Beri-beri xəstəliyində 
qıcolmalar və ən kəskin halda iflicolma hadisəsi baş 
verir.Keçmişdə bu xəstəlik qidasının əsasını düyü təşkil edən 
ölkələrdə,xüsusilə Sakit okeanın bəzi adalarında geniş 
yayılmışdır. 


B1 vitamini,
əsasən,qabığı soyulmamış dəndə,yumurtanın 
sarısında,paxlalı bitkilərin toxumlarında və az miqdarda 
ispanaqda,k
ələmdə soğanda,yerkökündə və almada 
vardır.İnsanın B1 vitamininə olan sutkalıq ehtiyacı 1 mq-a 
b
ərabərdir. 
B2 vitamini madd
ələr mübadiləsinə,qan yaranması 
prosesin
ə,toxumaların böyüməsinə müsbət təsir 
göstərir.Orqanizm kifayət qədər B2 vitamini almadıqda gözün 
görmə qabiliyyəti zəifləyir,ağız boşluğunun selikli qişası 
z
ədələnir.B2 vitamini orqanizmə ət və ət 
m
əhsulları,süd,yumurta,meyvə və tərəvəz qidaları ilə daxil 
olur.Orqanizm
ə gündə 2-3 mq B2 vitamini lazımdır. 
D vitamini balıq yağında,kərə yağında,yumurtanın 
sarısında,qaraciyərdə və başqa qida məhsullarında 
saxlanılır.İnsan dərisndə günəşin ultra bənövşəyi şüalarının təsiri 
il
ə D vitamininə çevrilən maddələr vardır.D vitamininin 
çatışmaması uşaqlarda raxit xəstəliyinə səbəb olur.Raxit 
x
əstəliyinə tutulan uşaqların böyüməsi ləngiyir,onlarda 
sümükləşmə prosesi pozulur.Belə uşaqların qarnı və başı böyük 
ol
ur,ayaq sümükləri bədənin ağırlığına dözməyib əyilir.Raxitli 
uşaqların müxtəlif infeksion xəstəliklərə tutulması da artır.Ona 
görə də uşaqların günəş şüasında olmaları onların sümükləşmə 
prosesini v
ə ümumi inkişaflarını xeyli yaxşılaşdırır.Uşaq orqanizmi 
üçün gündə 0,01-0,02 mq D vitamini tələb olunur. 
Vitamin çatışmamazlığından söz açılanda tez-tez 
hipovitaminoz v
ə avitaminoz qarışdırırlar.Hipovitaminoz 
orqanizmd
ə müəyyən vitamin çatışmamazlığını nəzərdə 
tutur.
Əsasən hipovitaminoz qış yaz mövsümlərində yaranır insan 
orqanizmi günəş işığı qıtlığından,yuxusuzluqdan əziyyət 
çəkir.Hipovitaminoz güngül bir narahatlıq olub və polivitamin
kompleksinin q
əbulu ilə aradan qaldırılır. 
Avitaminoz- 
tam başqa şeydir.Müəyyən vitaminlərin 
orqanizmind
ə tam yoxluğunu ifadə edir və maddələr 
mübadiləsinin pozuntusuna gətirib çıxardır.Bu vəziyyət qabarıq 


simptonlarla müşahidə olunur,lakin bu xəstəlik tez-tez rast gəlinən 
deyil. 
Qida m
əhsullarının tərkibində kifayət qədər vitamin 
olmalıdır.Qidanın tərkibində vitaminlərin saxlanılması xörəyin 
bişirilmə müddətindən və saxlanma şəraitindən asılıdır. 
Vitaminl
ər davamsız birləşmələrdir, qəzdırılma zamanı onlar 
sürətlə parçalanır.Buna görə də avitaminozun qarşısını almaq 
üçün tərəvəzi və meyvəni çiy halda yemək məsləhətdir.Qidanı 
qaynatdıqda A vitamini tez parçalanır.A vitamini çiy yerkökünə 
nisb
ətən bişmiş yerköküdə daha çoxdur.Müxtəlif qidaların 
t
ərkibində saxlanılan B qrup vitaminləri də qaynadılmanin təsirinə 
qarşı xeyli davmsızdir.Qaynadılma zamanı B qrupu vitaminlərinin 
miqdarı ətdə 15-60 faiz, bitki mənşəli qida məhsullarında 20 faizə 
yaxın azalır. 
C vitamini d
ə qıxdırılma şıraitində və havanın təsirindən asan 
parçalanır.Buna görə də tərəvəzi bişirməzdən əvvəl təmizləmək, 
d
əğramaq,dərhal qaynar suya salmaq və ağzı qapalı qabda azca 
qaynatmaq daha faydalıdır 
İnsanın qida payında hər gün lazimi miqdarda vitaminlər 
olmalıdırş.İlin qış aylarında vitaminlər alma,çiyyerkökü,kələm 
,k
ərə yağı, yumurta ilə insan oqanizminə qəbul olunur.Yalnız 
h
əkim məsləhətinə əsasən bəzi vitaminləri perepatlar şəklində 
istifad
ə etmək olar. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uş
aq anatomiyası və fiziologiyası” Bakı-2001 
2.G.A.HACIYEV”İnsan anatomiyası” 1974
3.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV”Uşaq 
anatomiyası”Bakı-2002 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin