Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix15.11.2022
ölçüsü1,58 Mb.
#69207
1   2   3   4   5   6   7   8   9   10   11
Uşaq anatomiyası,fiziologiyası və gigiyenası (Mühazirələr)

ƏDƏBİYYAT 
1.H.HACIYEV,K.QURBANOV ”Uşaq anatomiyası və fiziologiyası” 


2.C.NƏCƏFOV,N.ZEYNİYEV ”Uşaq anatomiyası və fiziologiyası” 
3.Ə.H.ƏLİYEV,F.Ə.ƏLİYEV “İnsan və heyvan fiziolofiyasından 
praktikum” Bakı-2008 
PERIFERIK VƏ VEGETATİV SİNİR SİSTEMİ. 
PLAN. 
1)Periferik sinir sistemi. 
2)Vegetativ sinir sisteminin quruluşu əsas anatomik 
xususiyyətləri. 
3)Vegetativ sinir sisteminin simpatik şöbəsi. 
4)Vegetativ sinir sisteminin prasimpatik şöbəsi. 
Periferik sinir sistemi mərkəzi sinir sistemindən kənara 
çıxan sinirlərdən və sinir düyünlərindən təşkil 
olunmuşdur.Mərkəzi sinir sisteminə baş beyin və onurğa 
beyni periferik sinir sisteminə isə baş beyindən və onurğa 
beynindən xaric olan sinirlər aid edilir.Periferik sinir 
sistemi də iki şöbəyə bölünür: Somatik və vegitativ sinir 
sistemi. Sklet əzələlərinin fəaliyyətini tənzim edən sinir 
sistemi şöbəsinə somatik sinir sistemi deyilir.İnsan 
somatik sinir sistemi vasitəsilə qıcıqları qəbul edir öz 
hərəkətlərini idarə edir bunlar özü işə salir və ya 


dayandirir. Bu sistemin fəaliyyəti iradidir.Daxili orqanlarin 
(ürək mədə vəzilər və s.) qan damarların fəaliyyətini 
tənzim edən bütün toxmaların qidalanma funksiyasını 
təmin edən sinir sistemi şöbəsinə vegetativ və ya 
avtonom sinir sistemi deyilir.Vegetativ sinir sisteminin 
fəaliyyəti insanın iradəsinə tabe olmur yəni qeyri –
iradidir.Məsələn adam özü istədiyi vaxt ürəyinin 
fəaliyyətinin həzm prosesini və tər ifrazını dayandıra 
bilməz.Vegetativ sinir sistemi də iki şöbəyə-simpatik və 
parasimpatik şöbələrə bölünür.Daxili orqanlarin çoxu bu 
iki şöbənin sinirləri ilə təchiz olunur.Bu sinirlər orqanları 
bir –birinin əksinə təsir edir.Məsələn simpatik sinir ürəyin 
fəaliyyətini qüvvətləndirir və sürətləndirir parasimpatik 
sinir isə-ləngidir vəzəiflədir. Vegetativ sinirlər bizə məlum 
olan sinirlərdən fərqlənir.Skelet əzələlərinin yiğılmasina 
səbəb olan oyanmalar mərkəzi sinir sisteminin boz 
madəssinə olan mərkəzdənqaçan neyronların uzun 
çıxıntıları ilə nəql olunur.Belə çıxıntılar onurğa beyni 
sinirlərinə qovuşur.Vegetativ sinirlərlə məkəzi sinir 
sistemindən üzvlərə nəql olunan oyanmalar ardıcıl olaraq 
iki neyrondan keçir.Birinci neyronun cisimləri mərkəzi 
sinir sistemində olur.Oyanma bir-birinin ardınca 
birincidən ikinciyə sinir düyünlərinə keçir.Bu düyünlərdə 
ikinci neyronun cisimləri yerəşir.Məlum olduğu kimi 
vegetativ sinir sistemi iki hissədən simmetrik və 
parasimmetrik hissədən ibarətdir.Simmetrik sinir onurğa 


beynin döş və belin yuxarı hissəsindən 
çıxır.Parasimmetrik sinir isə baş beynin bir sıra 
hissələrindən (əsasən uzunsov beyindən) onurğa beyni 
aşağı şöbəsindən (oma çıxır).Bir sözlə simmetrik və 
parasimmetrik sinirlər bir vəhtəd halından vegetativ sinir 
sistemini əmələ gətirir. 
Sinir sisteminin hər hansı bir nahiyəsində kifayət qədər 
güclü bir oyanma baş verən kimi adətən saysız-hesabsız 
reflekslər əmələ gəlir bunların hamısı bir yerdə isə bütün 
orqanizmin reaksiyasını əmələ gətirir.Həmin reflekslərdə 
həm mərkəzi həm də periferik sinir sistemi o cümlədən 
vegetativ sinirlər birlikdə iştirak edir.Vegetativ sinir 
sisteminin simpatik hissəsinin oyanması ilə əlaqədar 
olaraq bir sıra reaksiyalar baş vermişdir:ürək yığılmaları 
sürətlənmiş və qüvvətlənmiş tənəffüs tezləşmişvə 
dərinləşmişdir.Balığın sümüyü adamın damağına 
batdıqda üzün mimiki əzələləri reflektor olaraq yığılır və 
həmin adamın üzündə əzab ifadəsi olur.Bu adam dili ilə 
yaxud əlləri ilə sümüyü çıxarmağa çalışacaqdır.Həmin 
əzələ reaksiyaları ilə bir vaxtda başqa üzvlərin fəaliyyəti 
də dəyişəcəkdir:ürəkdöyünmə artacaq dərinin damarları 
daralacaq və bunun nəticəsində dəri avazıyacağ ağız suyu 
və mədə şirəsi ifrazı kəsiləcəkdir. 


Yuxarıdakı misallar göstərir ki bütün sinir sistemi tam bir 
vahid kimi işləyir.Bunun sayəsində orqanizm ona 
göstərilən bütün təsirlərə uyğunlaşır. 
ƏDƏBİYYAT // C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV 
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ 
FİZİOLOGİYASI.G.A.HACIYEV/İNSAN ANATOMİYASI
BAKI-2001 
QAN DÖVRANI,QANIN HƏRƏKƏTİ VƏ TƏZYİQİ. 
1.Qan dövranının əhəmiyyəti. 
2.Qan dövranı orqanları. 
3.Qan təzyiqi. 
4.Qanın hərəkət sürəti və dövr etməsi. 
5.Qanın venalarda hərəkəti. 
6.Qanın orqanizmdə paylanması və sinir humoral tənzimi. 
Ürək qan damar sisteminin vəzifəsi hüceyrə və toxumaların həyat 
fəaliyyəti üçün lazım olan qanı bədənin bütün nahiyyələrinə 
daşınmasından ibarətdir. 
Qan öz hərəkəti zamanı toxumalara oksigen və qida 
maddələri,toxumalardan isə karbon qazı maddələr mübadiləsinin son 


məhsullarını ağciyərlərə və böyrələrə daşıyır.Qanın hərəkəti dayanan 
kimi insan ölür. 
Qan orqanizmdə öz hərəkətini mürəkkəb yolla-böyük və kiçik qan 
dövranı ilə başa çatdırır.Böyük qan dövranında ürəkdən qovulan qan 
bədəninn ən ucqar hissələrinə paylandıqdn sonra ürəyə qayıdır. 
Böyük qan dövranı ürəyin mədəciyindən ən iri arteriya olan aorta 
vasitəsilə başlayır.Aorta ürəkdən çıxdiğı yerdə qövs əmələ gətirir.Aorta 
öz gedişində şaxələr verir ki,bunlardan bir cütü ürək əzələsini qanla 
təchiz edir. Bunlara ürəyin tac damarları deyilir.Digər şaxələr isə qanı 
boyuna, başa yuxu arteriyaları vasitəsilə və yuxarı ətraflara aparır.Döş 
və qarın boşluğunda aortadan ayrılan şaxələr gövdəni, döş və qarın 
boşluğundakı orqanlara və nəhayət aşağı ətrafları qanla təchiz edir. Hər 
bir üzüvdə arteriyalar tədricən daha kiçik şaxələrə bölünərək,sıx 
kapilyar şəbəkəsini əmələ gətirir.Bu kapilyarlardan qan keçərkən 
özundəki oksigeni və qida maddələrini veriv,özu isə toxumalardan 
karbon qazı və mübadilənin son məhsullarını alır.Kapilyarlar birləşib 
əvvəlcə kiçik,sonra getdikcə iri venalar əmələ gətirir.Bunlardan qan iki 
böyük venaya toplanır.Yuxarı boş vena başdan,boyundan,yuxarı 
ətraflardan,aşağı boş vena isə bədənin digər hissələrindən,aşağı 
ətraflardan və gövdədən qanı ürəyə daşıyır.Hər iki boş vena ürəyin sağ 
qulaqcığına açılır.Sağ qulaqcığdan venoz qan sağ mədəciyə tökülür. 
Beləliklə,qanın sol mədəcikdən çıxıb bədənin bütün 
arteriyaları,kapilyarları və venları ilə sağ qulaqcığa qədər keçdiyi yola 
böyük qan dövranı deyilir. 
Kiçik qan dövranında isə sağ mədəcikdən çıxan qan ağciyərlərə çatır və 
burada qazlar mübadiləsi getdikdən sonra ürəyə qayıdır. 
Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyası vasitəsilə 
başlayaraq,iki şaxə ilə ağciyərlərə gedir bu şaxələr ağciyərlərdə daha 
kiçik şaxələrə-arteriolalara,bunlarda saysız hesabsız ağciyər 
qovucuqlarını sıx bürüyən kapilyarlara bölünür.Beləliklə,ağciyər 


kapilyarlarında venoz qan arterial qan çevrilir.Qan oksigenlə doyduğu 
zaman buradakı karbon qazı diffuziya yolu lə ağciyər alveollarına 
keçir.Sonra qan venoz kapilyarlara bunlarda bir-biri ilə birləşərək iki cüt 
ağciyər venalarını əmələ gətirir.Ağciyər venaları ürəyin sol qulaqcığına 
çıxır.Qan sol qulqcığdan sol mədəciyə keçir. 
Qan dövranı sisteminə ürək, arteriyalar ,venalar və kapilyar qan 
damarları, həmçinin onu mərkəzi sinir sistemi ilə birləşdirən sinir 
aparatı aiddir. 
Qan damarları bədənimizin bütün nahiyələrindən keçir.Onların 
quruluşu müxtəlifdir.Urəkdən başlayaraq qanı bədənin ayrı-ayrı 
hissələrinə daşıyan damarlara arteriyalar deyilir.Arteriyaların divarları 
qalın və elastıkdı. 
Arteriyalar kiçik şaxələrə- arterolalara, bunlar da nəhayət çox nazik –tük 
damarlara –kapilyarlara bölünürlər. Bunlar toxumalarda elə bir sıx tor 
əmələ gətirir ki bədənin hər hansı bir yerinə nazik iynə 
batırılarsa,mütləq onların bəziləri deşiləcək və oradan qan 
çıxacaqdır.Kapilyarlar ınsan tükündən təxminən on beş dəfə 
nazikdır.Bunların divarları bir qat yastı epiteli hüceyrələrində əmələ 
gəlmişdir.Qanın tərkibindəki müxtəlif maddələr kapilyarların 
divarlarından toxumalara,buradan isə hüceyrələrə keçir.Qanla 
toxumalar arasındakı mübadilə bütün kapilyarlar boyu gedir. 
Periferiyadan qanı ürəyə daşıyan damarlara venalar deyilir.Venalarda 
qanın təzyiqi arteriyalara nisbətən az olur.Buna səbəb vena 
damarlarının divarlarının arteriyalara nisbətən nazik elastikliyinin az 
olmasıdır. 
Bədənin normal həyat fəaliyyəti üçün qan damarlarında müəyyən 
dərəcədə təzyiq olmalıdır.Təzyiqi yaradan mədəciklərin yiğilma 
qüvvəsidir.Qan damar sisteminin müxtəlif nahiyyələrində qanın təzyiqi 
eyni deyildir.Arteriya ürəyə yaxın olduqca onda qanın təzyiqi yüksək 
olur.Aortada qan təzyiqi daha yüksək olur.Damarlarla qan hərəkət 


etdikcə təzyiq tədricən azalır,kapilyarlarda isə xeyli azalır,yuxarı və aşağı 
boş venalarda təzyiq mənfi olur.Qan damar sisteminin müxtəlif 
nahiyyələrində qan təzyiqi müxtəlif olduğu üçün o damarlarla arası 
kəsilmədən axır çünki o daim təzyiqi yüsə olan yerdən təzyiqi aşağı olan 
yerə doğru hərəkət edir. 
Adatən bazu arteriyasında qanın təzyiqi civəli manometr və ya 
tonometrlə ölçülür.Orta yaşlı sağlam adamlarda sakitlik dövründə 
maksimal təzyiq 110-120 mm,minimal təzyiq isə 70-80mm civə 
sütununa bərabər olur.Qan təzyiqi normadan xeyli kenara çıxması 
xəstəlik əlamətidir.Qan təzyiqi artarsa hipertoniya,azalarsa hipotoniya 
adlanır.
Qan damarlarının ayrı-ayrı nahiyyələrində qan müxtəlif sürətlə hərəkət 
edir.Onun sürəti damar yatağının ümumi enindən asılıdır.Hər hansı 
maye kimi qan da damarın dar yerindən daha sürətlə axır.Damarın 
ümümi mənfəzi genişləndikcə qan hərəkəti sürətidə yavaşıyır.Aortada 
qanın hərəkət sürəti saniyədə təxminən 0,4-0,5 m-ə bərabər 
olur.Arteriyalarda qanın sürəti azalaraq saniyədə 0,25 m-ə 
çatır.Kapilyarlarda ümumi yatağın xeyli geniş olmasına görə bu sürət 
aşağı düşərək saniyədə 0,5 mm-ə bərabər olur.Kapilyarlarda qan yaxşı 
axdığı üçün özündəki oksigen və qida maddələrini hüceyrələrə verir 
onlardan isə mübadilənin son məhsullarını alır. 
Venaların ümümi mənfəzi kapilyarlara nisbətən dar olduğundan qanın 
hərəkəti yenidən sürətlənir və saniyədə 0,2mm-ə çatıır. 
Beləliklə,qanın hərəkəti sürəti qan hissəciyinin vahid zaman ərzində 
keçdiyi damarın en kəsiyi və uzunluğundan asılıdır. 
Qanın dövr etmə müddəti onun böyü və kiçik qan dövranlarından keçib 
başa çatması vaxtı nəzərdə tutulur. 
İnsanlarda qanın dövr etmə müddəti,orta hesabla ürəyin 27 
sistolasına,ürək dəyqədə 70-80 dəfə döyünərsə 20-23 saniyəyə bərabər 


olur.Bu müddətin 4-5 saniyəsi qanın kiçik qan dövranından,19-20 
saniyəsi isə böyük qan dövranından keçməsinə sərf olunur.ğ 
Qanın venalarda hərəkəti ümumi qan dövranı üçün vacib şərtlərdən 
biridir.Qanın venalarda hərəkətinə başlanğıc olaraq bunların 
ətrafındakıları skelt əzələlərinin yığılması kömək edir.Bu əzələlər növbə 
ilə yığılıb boşaldıqda gah venalar sıxılır və onların mənfəzi daralır,gahda 
onların genişlənməsi baş verir.Bunun sayəsində qan venalarla ancaq 
ürəyə doğru axır.Qanın geriyə axmasına venaların içəri tərəfində 
yerləşən və ürək istiqamətində açılan civə bənzər aypara qapağlar mane 
olur.Döş boşluğundakı mənfi təzyiq nəticəsində yaranan ürəyin sorucu 
qabiliyyətidə qanın ürəyə doğru axmasını asanlaşdırır.Vahid zaman 
ərzində hər iki boş vena ilə ürəyə gələn qann miqdarı onun aortaya 
olduğu qana bərabər olur. 
Tez-tez işlənən üzv çoxlu miqdarda oksigen və qida maddələri sərf 
edir.Bu zaman ondan sakit halda olduğu vaxtdan qat-qat çox qan gəlib 
keçir.Beləliklə,orqanizmdə daima qanı paylanması prosesi gedir:bəzi 
orqanlarda çox,bəzilərində isə az keçir.Bu isə həmin orqana oksigen və 
qida maddələrinə tələbatından asılıdır.Qan orqanizmdə müxtəlif 
nisbətdə paylandığına görə bədəndəki orqanlardan birinin gərgin 
işləməsi ürək fəaliyyətinin tezliyinə və qüvvəsinə heç bir təsir göstərmir. 
Orqanlara gələn qanın artıb azalmasında sinir və humoral təsirlər böyük 
rol oynayır.Bu təsirlər damar mənfəzinin ya genəlməsinə ya da 
daralmasına səbəb ola bilər.Təsir qüvvəsinə görə damarların iki cür 
sinirləri var:damarları daraldan və damarları genəldən sinirlər. 
Arteriyaların mənfəzinin reflektoru dəyişilməsi bir tərəfdən damarın 
özündə,digər tərəfdən isə bədən səthində yerləşən resseptorların 
qıcıqlnması nəticəsində meydna çıxır. 
Damarların mənfəzinin dəyişməsi sinir reflektoru təsirlərindən başqa 
orqanizmin özündə əmələ gələn və xaricdən daxil olan bir çox kimyəvi 
maddələr humoral yolla təsir göstərir.Bu maddələrin bəziləri damar 


mənfəzini genəldir,digərləri isə daraldır.Damar daraldıcı maddələrdən 
böyrəküstü vəzidən ifraz olunan adrenalinin,damar genəldici maddələrə 
mədə bağırsaq divarlarındakı əzələlərdə əmələ gələn histamini misal 
göstərmək olar. 
ƏDƏBİYYAT 
1.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV”İnsan 
anatomiyası”Bakı-2002 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 
QİDALANMA.QİDA NORMALARI.QİDA VƏ GÜN REJİMİ. 
PLAN 
1.Orqanizmdə enerjinin çevrilməsi. 
2.Müxtəlif işlərdə işləyən adamların sərf etdiyi enerji. 
3.Qida normalarının təyin edilməsi. 
4.Düzgün qidalanma sağlamlığın rəhnidir. 
5.Məktəblinin qidalanma rejimi. 
Orqanizmin həyat fəaliyyətinin müxtəlif prosesləri üçün (maddələrin 
əmələ gəlməsi,əzələ işi,bədən temperaturunu sabit saxlamaq) sutkada 
10500 kc-a qədər (2500 kkal) enerji lazımdır.Orqanizm üçün enerji 
mənbəyi qida ilə aldığımız üzvi maddələrin (zülallar,yağlar və 


karbohidratlar)molekullarının kimyəvi rabitələrində gizli halda olan 
enerjidir. 
Orqanizmdə daim enerji çevrilməsinin mürəkkəb prosesləri gedir.Bəzi 
çevrilmələrdə orqanizmdə enerji yığılır,başqa çevrilmələr nəticəsində 
orqanizm enerjini itirir.Məsələn,hüceyrələrdə qlükoza və başqa üzvi 
birləşmələr oksidləşdikdə və parçalandıqda kimyəvi enerji ayrılır,o 
elektrik enerjisinə və mexaniki enerjiyə çevrilir.Belə ki,sinir impulsunun 
elektrik enerjisi məlumatlarının sinir lifləri ilə örtülməsini,mexaniki 
enerji isə skelet və ürək əzələlərinin,diafraqmanın yığılmasını təmin 
edir.Bütün bu enerji növləri axırda istilik enerjisinə çevrilir.Enerjinin bir 
hissəsi bədən temperaturunun sabit saxlanmasına sərf olunur,artıq 
qalan hissəsinin isə orqanizm xarici mühitə verir. 
Beləliklə,insan orqanizmi enerjinin saxlanması qanununa tabedir:enerji 
yaranmır və itmir,o ancaq bir şəkildən başqa şəkilə düşür. 
Orqanizmin sərf etdiyi enerjini insanın yediyi qida ödəyir.Bu və ya başqa 
peşə adamlarını bir sutkada sərf etdiyi enerjini bilib onlar üçün 
qidalanma normaları təyin etmək olar. 
Müəyyən edilmişdir ki,insan fiziki əməklə nə qədər çox məşğul olsa,bir o 
qədər çox enerji sərf edir. 
Lakin hər bir şagird bilir ki, iki saat riyaziyyatdan yoxlama işi yazdıqdan 
sonra həmin müddətdə məktəbin emalatxanasında işlədiyindən çox 
yorulur.Beləliklə,təkcə işin görülməsinə sərf edilən enerjinin miqdarına 
görə işin ağırlığı,yoruculuğu barədə fikir söyləmək olmaz.Buna görə də 
müxtəlif peşə adamlarının bir sutkada sərf etdiyi enerjinin miqdarını və 
buna müvafiq qidalanma normalarını təyin etmə lazımdır. 
İnsanın öz sağlamlığını və əmək qabiliyyətini qoruması üçün onun 
gündəlik yediyi qida sutka ərzində sərf etdiyi enerjini ödəməlidir.Həmin 
məqsədlə də müxtəlif peşə adamları üçün qida normaları tərtib 
edirlər.Bu normaları təyin etmək üçün birinci növbədə bilmək lazımdır 


ki,qidalı maddələrdə nə qədər enerji ehtiyatı var,enerqetik qiymət nə 
qədərdir.Bunu bilmək üçün üzvi birləşmələri xüsusi kalorimetrlərdə 
yandırmışlar.1q zülal,yaxud karbohidrat yandıqda 17,2kC,1q yağ 
yandıqda isə təqribən 39,1kC istilik çıxır.Orqanizmdə həmin birləşmələr 
parçalandıqda və orksidləşdikdə də bu maddələr yandıqda olduğu 
qədər enerji hasil olur. 
Lakin insanın qidalanma normalarını təyin etmək üçün onun bir sutkada 
nə qədər enerji sərf etdiyini bilmək azdır.Çünki bu rəqəm onun ancaq 1 
sutkada qida ilə nə qədər kilocoul almalı olduğunu göstərir.Qida payını 
tərtib etdikdə isə nəzərə alırlar ki,orqanizmə bütün üç qrupdan olan 
qidalı maddələr lazımdır.Xüsusilə qidada kifayət qədər zülal olmasının 
böyük əhəmiyyəti vardır,çünki hüceyrə maddəsi məhz zülallardan 
qurulur.Yağlarda enerji ehtiyatı daha çoxdur və bunlar hüceyrə 
maddəsinin qurulması üçün lazımdır,buna görə də qidada onların 
olması da çox vacibdir.Karbohidratlar orqanizmin əsas enerji 
materialıdır.Buna görə də insanların qidasında kifayət qədər 
karbohidrat olmalıdır. 
Bizim dövrümüzdə o qədər müxtəlif peşələr vardır ki,bunların hər biri 
üçün ayrıca qidalanma norması təyin etmək çətindir.Buna görə də 
bütün peşələri dörd qrupa bölmüşlər.Sutkada təxminən eyni miqdarda 
enerji sərf olunması tələb olunan peşələri bir qrupa daxil 
etmişlər.Həmin peşələrdə işləyən adamlarda lazım olan 
zülalların,yağların və karbohidratların miqdarı göstərilmişdir. 
Qeyd etmək lazımdır ki,həmin cədvəldə müxtəlif peşə adamlarına lazım 
olan heyvan mənşəli zülallar və yağların miqdarı xüsusi olaraq 
göstərilir.Nə üçün adamlar ancaq bitki mənşəli qida ilə dolana bilmir?Nə 
üçün onlara mütləq heyvan mənşəli zülallar və yağlar da lazımdır? 
Bitkilərin tərkibindəki zülallarda insana lazım olan bütün amin turşuları 
olmur,deməli,bunlar bizim orqanizmimizə xas olan zülalları əmələ gətirə 
bilmir.Heyvan mənşəli yeyinti məhsullarındakı yağların tərkibi 


günəbaxan yağına nisbətən,bizim bədənimizdəki yağlara daha 
yaxındır.Buna görə də hər bir adamın qida payında mütləq heyvan 
mənşəli qida olmalıdır. 
Dini pəhrizlər gözləmək,oruc tutmaq insanlara çox ziyan vurur.Pəhriz 
saxlayan,yaxud oruc tutan adamlar bu müddətdə ət və heyvani yağlar 
yemirlər.Nəticədə dissimilyasiya zamanı orqanizmin itirdiyi zülallar və 
yağların yeri tamam dolmur.Bu da orqanizmin zəifləməsinə,müxtəlif 
xəstəliklərin baş verməsinə və inkişf etməsinə səbəb olur. 
Cavan orqanizm böyüyür,onun hüceyrələri çoxalır.Bunların qurulması 
üçün qidalı maddələr lazımdır.Qidada kifayət qədər zülal olması xüsusilə 
vacibdir.Dissimilyasiya zamanı sutkada təqribən 10100-10500kC enerji 
sərf edən 8-ci sinif şagirdi qida ilə 12200-12500kC almalıdır. 
Bəşəriyyət kosmik uçuşlar dövrünə qədəm qoyduğu indiki zamanda 
elmin qarşısında kosmanavtların qidası ilə əlaqədar olan mühüm 
problemlər durur:axı onlar planetlərarası uzunmüddətli səyahətlərə 
çıxacaqlar.Bununla əlaqədar olaraq alimlər ulduzlara uçacaq adamlar 
üçün qida normaları işləyib hazırlayırlar,həmin adamlar yerdəki 
şəraitdən kəskin sürətdə fərqlənən şəraitdə aylarla və illərlə işləməli 
olacaqlar. 
Heç bir yeyinti məhsulu orqanizmin bütün qidalı maddələrə olan tam 
tələbatını ödəyə bilməz.Məsələn,ətdə bütün lazımı amin turşuları 
var,lakin mineral maddələr və vitaminlər azdır.Çörəkdə karbohidratlar 
çoxdur,lakin orqanizmə lazım olan başqa maddələr yoxdur.Buna görə 
də insanın qidasında vitaminlər və mineral duzlarla zəngin zülal 
məhsulları,heyvan və biti yağları,tərəvəz olmalıdır.Bitki qidasında 
mədənin və bağırsaq divarının yığılmasına kömək edən sellüloza çoxdur. 
Düzgün qidalanmamaq bir çox xəstəliklərin səbəbidir.Bədən çəkisi 
həddindən çox olan adamlar çox vaxt piylənmədən əziyyət çəkirlər. 


Piylənmə -- adi köklük olmayıb xəstəlikdir,bu vaxt maddələr 
mübadiləsi,urəyin,damarların,hərəkət orqanlarının işi pozulur.Piylənmə 
adamın əmək qabiliyyətini azaldır. Statistik məlumatlar göstərir 
ki,piylənmə xəstəliyinə tutulmuş adamlar arasında 40 yaşından 50 
yaşına qədər ölənlərin sayı,bədən çəkisi normal olan adamlardan 2 dəfə 
çoxdur.Piylənmənin başlıca səbəbi həddindən çox yemək və əzələlərin 
fəaliyyətinin azalmasıdır.Bunun nəticəsində orqanizmə daxil olan enerji 
ilə sərf olunan enerji arasında tarazlıq pozulur.Piylənmə çoxlu 
yağ,karbohidrat (qənnadı məmulatı) yedikdə baş verir.Belə ki,adamın 
sutkalıq yem payının enerji dəyəri onun sərf etdiyi enerjidən çox 
olur.Buna görə də onun bədən çəkisi tədricən artır.Həmçinin 
piylənməyə qidalanma rejiminin pozulması:gündə cəmi bir-iki dəfə,lakin 
çox yemək və yuxudan qabaq yemək də kömək edir. 
Piylənənin qarşısını almaq üçün fiziki yükü artırmaq:çox 
gəzmək,idmanla,fiziki işlə çox məşğul olmaq lazımdır.Fiziki iş nəinki 
orqanizmin çoxlu enerji sərf etməsinə kömək edir,həm də ürək-
damar,tənəffüs,əzələ və sinir sisteminə müsbət təsir edir.Düzgün 
qidalanma rejimi – vaxtlı vaxtında,gündə 3-4-dəfə yeməkdir;axşam 
yeməyi isə saat 19-dan gec olmamalıdır. 
Məktəbli dərs başlanana qədər ət,balıq,kəsmik yaxud süddən 
hazırlanmış yemək yeməlidir.Bu yeyinti məhsullarına zülallar 
vardır,bunlar böyüməkdə olan orqanizmə çox vacibdir.Yaxşı səhər 
yeməyi adamın əqli və fiziki əmək qabiliyyətini artırır. 
İkinci səhər yeməyi (3-cü dərsdən sonra) təxminən saat 11-də 
buterbrod və ya bulka ilə çay,yaxud qəhvədən ibarət olmalıdır. 
Naharı saat 3-4-də evdə yaxud məktəbin yeməkxanasında 
etməli.Naharda isti xörək:hər cür şorba,yanına qarnir qoyulmuş ət 
yaxud balıq xörəyi və kompot,meyvə,şirə verilməlidir. 
Məktəbli axşam yuxudan 2 saat qabaq süddən yaxud tərəvəzdən 
hazırlanmış xörək yeməlidir. 


Məktəblilərin düzgün qidalanmaması,onların qida payına həddindən 
çox heyvani yağ,tez həzmolunan karbohidratlar (çörək,bulka,şirniyyat) 
daxil etmək,lakin bitki yağı,süd və süd məhsulları,meyvə,tərəvəz 
qəbulunu azaltmaq yağ mübadiləsinin pozulmasına,erkən başlayan 
damar və ürək xəstəliklərinə səbəb olur.Lakin böyüməkdə olan 
orqanizmə müntəzəm sürətdə doymamaq,ac pəhrizlər də çox zərər 
yetirir.Uşaqların səhərlər az və tələsik yeməsinə yaxud heç bir şey 
yemədən məktəbə getməsinə qətiyyən yol vermək olmaz.Quru 
yeməklər,kitab oxuya-oxuya yaxud televizora baxa-baxa yemək olmaz. 
İstirahət yaxud tarla işləri zamanı məktəblinin rejimi və qidalanma 
xüsusiyyətləri müəyyən olunmuş gigiyenik normalara müvafiq 
olmalıdır.Turist yürüşü zamanı,yaxud tarla düşərgəsində hazırlanan 
yemək keyfiyyətli,dadlı və müxtəlif cür olmalıdır.Hazırlanan yemək 
sanitariya qaydalarına əsasən 2 saat ərzində yeyilməlidir. 
İstirahətdə yaxud ptaktikada olarkən yeniyetmənin səmərəli 
qidalanması üçün vacib şərt qidanın kaloriliyinin onun sərf etdiyi 
enerjiyə müvafiq olmasıdır.Bütün kənd təsərrüfatı,işlərində və fiziki 
gərginlik tələb olunan başqa işlərdə bunu nəzərə almaq lazımdır.Lakin 
əsas qida maddələri (zülallar,karbohidratlar,yağlar,vitaminlər və mineral 
duzlar) arasındakı nisbət pozulmamalıdır. 
ƏDƏBİYYAT 
1.A.M.TSUZMER,O.L.PETRİŞİNA “İnsan anatomiyası” 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV ”Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 


ŞAGİRDİN ŞƏXSİ GİGİYENASI VƏ SAĞLAMLIĞIN 
QORUNMASI. 
PLAN 
1.Orqanizmin qoruyucu-uyğunlaşma reaksiyaları. 
2.Sağlamlığı qoruyan amillər. 
S
ağlamlıq həyatın ən böyük sərvətlərindən biridir.Hər bir adamın 
vəzifəsi sağlamlığı qoruyub saxlamaq,onu düşünərək və qənaətlə sərf 
etməkdir. 
Çoxları orqanizmə nəyin faydalı və nəyin zərərli olduğunu,bu və ya 
başqa xəstəliyin qarşısını almaq yolunu bilmir.Çoxları özünün 
sağlamlığını qoruyub saxlamağı təbabətin üzərinə atır.Lakin adamlar 
özləri sağlamlığı qorumağı öyrənməsələr tibb elimlərinin əldə etdiyi heç 
bir nailiyyət onlara sağlamlıq bəxş etməz. 
Sağlamlığa zərər yetirən amillər infeksiyalar,orqanizmin həddindən çox 
soyumusı və qızması,düzgun qidalanmaq və az hərəkət etmək,xəsarət 
almaq,spirtli içkilər içmək və papiros çəkmək, zəhərlənmələr,müxtəlif 
cür şüalanmalar,xüsusilə ulturabənövşəyi və rentgen şüaları ilə 
şüalanmalardır. Bu şüaların böyük dozaları hüceyrələri öldürür,yaxud 
zədələyir,onların irsi aparatının –DNT molekullarını dağıdır. 
İnsanin sağlamlığını orqanizmin daxili mühitini qoruyan və yaşayış 
şəraitinə uyğunlaşmasını təmin edən qoruyucu – uyğunlaşma 
reaksiyaları qoruyur.Qoruyucu –uyğunlaşma reaksiyaları reflektor və 
humoral yolla tənzim olunur.Bu reaksiyalarda ali sinir fəaliyyəti əsas rol 
oynayır. 
Orqanizmin qoruyucu reaksiyalarından biri ağrıdır.Ağrı bədənin bu və ya 
başqa nahiyəsindəki nasazlığı xəbər verən fəlakət siqnalı kimi qəbul 
edilir.Ağrı –sağlamlığın keşikçisi ,yardım üçün xəstə orqanın qaldirdığı 


haraydır.Peseptorlar zədələyici təsirindən qıcıqlandıqda ağrı baş 
verir,ağrıdan toxumalarda və orqanlarda çoxlu biolojı fəal maddələr 
əmələ gəlir,məsələn, qanda böyrəküstü vəzilərin buraxdığı adrenalin 
hormonunun miqdarı artır.Ağrı siqnalları sağlamlığı qorumaq üçün 
tədbir görməyə adamı məcbur edir. 
Temperaturun qalxması –qızdırma orqanizmin qoruyucu uyğunlaşma 
reaksiyalarından biridir. Yüksək temperaturda bəzi 
mikroorqanizmlər,xüsusilə viruslar,tez bir zamanda məhv olur.Yüksəs 
temperatur mubadilə proseslərini yaxşılaşdırılır,leykositlərin faqositar 
funksiyasını gücləndirir,orqanizmin başqa qoruyucu reaksiyalarını 
səfərbərliyə alır.Həkimlər xəstəlik zamanı temperaturun dəyişməsinə 
görə adamda hansı xəstəlik olduğunu təyin edirlər.Bax buna görə də 
həkim gələnə gədər müxtəlif dərmanlarla bədənin temperaturunu 
salmaq lazım deyil. 
Bədənin temperaturunun 40 C-dən yuxarı qalxmasını qoruyucu reaksiya 
hesab etmək olmaz.Bu cür temperaturda orqanizmin zülalları,birinci 
növbədə sinir sisteminin və qanın zülalları pıxtalaşa bilər ki,bu da 
qorxuludur.Pıxtalaşmış zülallar özlərinin həyat funksiyalarını itirir. 
İltihab reaksiyası qoruyucu xarakter daşıyır.Mikroblar iltihab ocağında 
tutulub saxlanılır ki,bu da onların bütün orqanizmə yayılmasının 
qarşısını alır. 
Dəri və selikli qişalar mikrobları orqanizmə keçməyə qoymayan 
səddir.Təmiz,zədələnməmiş dəridən və selikli qişalardan xəstəlik 
törədən mikroblar keçə bilmir.Dəri çirkli olduqda bu işi görə 
bilmir.Təmiz dərinin üzərində xəstəlik törədən mikrobların sayı 10 
dəqiqədən sonra son dərəcə azalır,20 dəqiqədən sonra isə onların 
hamısı ölür.Çirklənmiş dərinin üzərində bunların sayı 10 dəqiqə ərzində 
heç dəyişmir,20 dəqiqədən sonra isə yalnız 15% azalır.Təmiz dərinin 
qoruyucu funksiyası onun vəzilərinin ifrazatından asılıdır.Belə ki,piy 
vəzilərinin ifraz etdiyi tər və sekret bakteriyaları çoxalmağa 


qoymur.Bundan başqa,epidermis sürtülüb tökülərkən bir çox mikroblar 
orqanizmdən çıxır.Çirklənmiş dərinin özünü təmizləmə funksiyası 
olduqca azalır. 
Həmçinin yuxarı tənəffüs yollarının selikli qişaları da mikrobları tutub 
saxlayaraq orqanizmi qoruyur.Mədə-bağırsaq yolunun selikli qişaları da 
orqanizmə mikroblar və zəhərlər keçməyə qoymur.Ağız boşluğunda 
bakteriyaları ağız suyu öldürür,mədədə xlorid turşusunun mühüm 
qoruyucu funksiyası vardır.Hər bir adamdan sutka ərzində nəcislə 10 q-a 
qədər mikrob çıxır,bunların bir çoxu xəstəlik törədə bilərdi.Lakin onlar 
sağlam bağırsaqların selikli qişasından keçə bilmir. 
Dəridən və daxili boşluqları örtən selikli qişalardan başqa,demək olar 
ki,bütün orqanların qoruyucu vasitələri vardır ki,bunlar insanın 
sağlamlığını qoruyub saxlayır.Lakin bunların bəzisinin rolu xüsusilə 
böyükdür.Belə orqanları orqanizmin müdafiə orqanları 
adlandırırlar.Bunlar çəngələbənzər vəzi (timus),limfa 
düyünləri,dalaq,qaraciyər və başqa orqanlardır.Çəngələbənzər vəzi 
orqanizmin immun reaksiyalarını gücləndirmək,yaxud zəiflətməklə 
tənzim edir.Limfa düyünlərində,dalaqda və qaraciyərdə külli miqdarda 
faqosit vardır,bunlar infeksiyanı yayılmağa qoymayan sanki 
süzgəclərdir.Orqanizm üçün zərərli bir çox maddələr qaraciyərdə 
tutulub saxlanılır,nisbətən zərərsiz maddələrə çevrilir,sonra isə ifrazat 
orqanları vasitəsilə orqanizmdən çıxarılır. 
Orqanizmin daxili maye mühitlərində (hüceyrəarası maddə,qan 
plazması və limfa) fizioloji fəallıqa malik xüsusi maddələr vardır,bunlar 
mikrobları öldürür və onların zəhərlərini neytrallaşdırır.Bunlara 
“humoral qoruyucu amillər” deyilir;onların belə adlandırılmasına səbəb 
orqanizmin bir çox başqa maye mühitlərində də tapılmasıdır.Bu cür 
maddələrdən biri – lizosim ağız suyunda çoxdur.O müxtəlif 
tərəvəzdə,meyvələrdə,hətta çiçəklərdə də vardır. 


Orqanizmin humoral qoruyucu vasitələri antitellər,bioloji fəal maddələr 
və hormonlardır.Məlumdur ki,qalxanabənzər vəzinin,yaxud böyrəküstü 
vəzilərin funksiyası zəiflədikdə orqanizmin infeksion xəstəliklərə 
müqaviməti xeyli azalır. 
Orqanizmin qorunmasında mərkəzi sinir sistemi və ali sinir fəaliyyəti 
olduqca mühüm rol oynayır.Xəsarətlər,zəhərlər,narkotik maddələr və 
başqa amillər mərkəzi sinir sisteminin funksiyalarını pozub orqanizmin 
qoruyucu reaksiyalarını zəiflədir. 
Sağlamlığı qorumaq üçün əsas şərtlərdən biri düzgün 
qidalanmadır.Yaxşı yeməmək,yaxud həddindən artıq yemək maddələr 
mübadiləsinin pozulmasına və bir çox xəstəliklərin əmələ gəlməsinə 
səbəb olur.Xəstəlik vaxtı düzgün qidalanmamaq sağalmanı ləngidir.Hələ 
gədimdə qaydasında yeməyi sağlamlığı qoruyub saxlamağın vacib 
şərtlərindən biri hesab edirdilər.Müdrik xalq məsəlində deyilir:yaşamaq 
üçün yeməli yemə üçün yaşamamalı.İ.P.Pavlov bu münasibətlə yazırdı 
ki,qarınqululuq heyvani xassədir,yeməyə fikir verməmək isə - 
ağılsızlıqdır. 
Fiziki hərəkətlər və orqanizmi möhəmlətmək sağlamlığı qoruyub 
saxlayır və möhkəmlədir.Bunlar orqanizmin əmək qabiliyyətini 
artırır,qoruyucu-uyğunlaşma reaksiyalarını yaxşılaşdırır.Fiziki hərəkətlər 
nəinki xəstəliklərin qarşısını almaqda,həm də bunları müalicə etməkdə 
böyük rol oynayır. 
Hələ qədimdə sağlamlığı bərpa etmək üçün dərmanları ən yaxşı vasitə 
hesab etmişlər.Hazırda təbabətin səlahiyyətində çox müxtəlif 
xəstəliklərin,o cümlədən geçmişdə əlacı olmayan xəstəliklərin 
dərmanları vardır.Bunlar bacarıqlı əllərdə olduqda adamı xilas edir,naşı 
əllərə düşdükdə isə faciə törədə bilər.Buna görə də dərmanları ancaq 
həkimin göstərişi ilə qəbul etmək lazımdıır. 
İnsanın fiziki sağlamlığı onun psixi vəziyyətindən,öz hisslərini cilovlaya 
bilməsindən,narazılıqların vaxtında aradan 


qaldırılmasından,əsəbiləşməməkdən,kollektivdə müxtəlif 
zövqlü,xasiyyətli adamların arasında normal münasibət yaradılmasından 
asılıdır. 
Mədəni adamın vəzifəsi bütün imkanlardan ,o cümlədən öz 
hisslərindən,duyğularından və əqlindən istifadə edib orqanizmin 
funksiyalarına təsir etməyi öyrənməkdir. 
yaşayır:”Sağlam bədəndə sağlam da ruh olar”.Lakin başqa bir aforizm 
də var:”Sağlam bədən sağlam düşüncənin məhsuludur” 
ƏDƏBİYYAT 
1.A.M.TSUZMER,O.L.PETRİŞİNA “İnsan anatomiyası” 
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq 
anatomiyası və fiziologiyası”Bakı-2001 
SİDİK İFRAZAT SİSTEMİ.ƏHƏMİYYƏTİ VƏ QURULUŞU. 
PLAN 
1.İfrazat prosesinin əhəmiyyəti. 
2.İfrazat sisteminin quruluşu. 
3.Uşaqlarda sidiyin əmələ gəlməsi və fizioloji 
xüsusiyyətləri. 


Maddələr mübadiləsinin son məhsulları kimi yaranan karbon 
qazı,su,sidik turşusu və başqa birləşmələr qan vasitəsilə toxuma 
hüceyrələrindən çıxarılandan sonra ifrazat üzvlərinə gətirilir.Karbon 
qazının və suyun bir hissəsi buxar halında ağciyərlər vasitəsilə 
orqanizmdən xaric olunur.Dəridəki tər vəziləri vasitəsilə suyun,sidik 
cövhərinin,mineral duzların,üzvi maddələrin bir hissəsi bədəndən xaricə 
çıxarılır.Dissimlyasiya prosesinin son məhsulları kimi yaranan suyun 
artığı,mineral maddələr,həzm olunmayan qalıqlar,orqanizmə zəhərli 
təsir göstərə bilən birləşmələr bağırsaq və əsas ifrazat orqanı olan 
böyrəklər vasitəsilə bədəndən xaric edilir. 
İfrazat prosesi maddələr mübadiləsinin davamını təşkil edir.Ona görə 
lazımsız parçlanma məhsullarının və zəhərli maddələrin bədəndən 
çıxarılması orqanizmin daxili mühitinin nisbi sabitliyini təmin 
edir.Nəticədə zərərli maddələrin qanda toplanmasının və orqanizmin 
zəhərlənə bilməsinin qarşısı alınır. 
Böyrəklər bir cüt paxla şəkilli orqandır.Onlar qarın boşluğunun dal 
divarında bel nahiyyəsi bərabərliyində,onurğa sütununun hər iki 
tərəfində yerləşir.Böyrəklərin onurğa sütununa tərəf istiqamətlənmiş 
hissəsi basıqdır,buradan sinir şaxəsi və qan damarları keçir.Sidik çıxarıcı 
axarlar da böyrəyin basıq hissəsindən başlanır. 
Böyrəklərin boylama kəsiyinə baxdıqda onun xarici və daxili qatlardan 
əmələ gəldiyini ayırd etmək mümkündür.Daxili beyin qatında piramid 
şəkilli törəmələr yerləşir.Piramidin içərisindəki ensiz boşluqdan yığıcı 
borucuqlar keçir.Bunlar piramidin ucundakı məməcikdə olan dəlikdən 
boşluğa,yəni böyrək ləyəninə açılır.Sidik axarları başlanğıcını böyrə 
ləyənindən götürür və sidik kisəsinə birləşir.Əmələ gələn sidik kisəyə 
toplanır,buradan isə sidik kanalı vasitəsilə orqanizmdən xaricə verilir. 
Böyrəkləri qidalandıran arteriya qan damarı qarın aortasından 
ayrılır.Arteriya damarı kiçik damarlara şaxələnərək və hər şaxə bir 
kapsulun içərisinə daxil olaraq burda 30-50-ə qədər kapelyarlara 


ayrılır.Malpiqi yumğını əmələ gətirdikdən sonra,kapelyarlar yenidən 
birləşib kapsuldan xaric olan və nisbətən kiçik diametrli arteriya 
damarlarını əmələ gətirir.Əmələ gələn arteriya damarı eyni nefronun 
kanalcıqlarına bürünməklə ikinci dəfə arteriya kapelyarlarını əmələ 
gətirdikdən sonra vena kapelyarlarına keçir və böyrəklərdən çıxan vena 
damarlarını əmələ gətirir. 
Nefron böyrək cisimciyi ilə sidik borucuqlarından əmələ 
gəlir.Nefronların miqdarı böyrəklərdə 2 milyona qədər olur.Uşaqlar 
yaşlılıra nisbətən susuzluq şəraitinə həssas və 
dözümsüzdürlər.Böyrəklərdə sidiyin əmələ gəlməsi daim müşahidə 
olunur. 
Uşaqlarda sidiyin əmələ gəlməsi prosesinin xüsusiyyətləri böyüklərin 
quruluşu və iş mexanizmi ilə əlaqədardır.Yeni doğulmuş körpədə sidiyin 
süzülməsi və reabsorbsiyası mərhələləri yaşlılara nisbətən zəif keçir 
məsələn,bir neçə ay müddətində orqanizmdən xaric olunan mayenin 
cəmi 5%-i böyrəklərin hesabına olur.Mayenin yerdə qalan hissəsi dəri 
səthi,ağciyərlər və mədə bağırsaq sistemi vasitəsilə xaric olunur.Bir yaşlı 
körpədə mayenin əsas hissəsi (99%-i) böyrəklərdən keçərək sidik 
şəklində orqanizmdən xaric olunur.Yaşlılara nisbətən uşaqların sidiyində 
xloridlər azlıq təşkil edir məsələn,yaşlı insanda bir saat ərzində sidiklə 
700 mq xlorid ifraz olunduğu halda,südəmər körpədə cəmi 1-11 mq 
xlorid xaric olunur. 
Sidik axarları 25-30 sm uzunluqda silindirə bənzər boru şəklində olub 
böyrək ləyənindən başlayaraq qarın boşluğunun dal divarının ön səthi 
ilə aşağıya doğru enir və kiçik çanaqda sidik kisəsinə açılır.Sidik axarları 
quruluşuna görə borulu üzvlərdən olub,divarları selikli,əzələ və xarici 
birləşdirici toxuma qişasından təşil olunmuşdur.Selikli qişa keçid epitellə 
örtülü olub bir sıra boylama büküşlər təşkil edir.Sidik kisəsi tək 
üzvlərdən olub,qasıq bitişməsinin dalında kiçik çanaqda yerləşir.Sidik 
kisəsinin divarları,əsasən selikli qişa,selikaltı qat və əzələ qişasından təşil 
olunmuşdur.Selikli qişası kiçik epitellə örtülü olub,selikaltı qatla əzələ 


qişasına birləşir.Selikaltı qatın olması selikli qişalarda büküşlərin əmələ 
gəlməsinə səbəb olur.Sidikliyin əzələ qişası boylama və həlqəvi əzələ 
liflərində ibarətdir.Sidikli əzələ qişasının həlqəvi lifləri sidikliyi bükən 
əzələni əmələ gətirir.Sidik kanalı 2,5-4 sm uzunluqunda borulu 
olub,daxili dəli vasitəsilə sidik kisəsinə açılır.Sidik kanalının divarlari 
daxildən xarixə doğru selikli və əzələ qişası ilə əhatə olunmuşdur.Selikli 
qişası keçid epiteli toxuması ilə örtülür. 
Normal sidiyin rəngi onun tərkibindəki uroxrom,urobilin və uroeritrin 
piqmentlərinin miqdarından asılıdır.Sidiyin tərkibində sarı rəngli 
piqment maddə - uroxrom daha çox olur.Gün ərzində insan sidiyinin 
tərkibində 70-75 mq uroxrom ifraz olunur.Sidiyin rəngi ilə miqdarı 
arasında mütənasib asılılıq var.İfraz edilən sidiyin miqdarı çoxaldıqda 
onun rəngi sarı olur.Gündəlik miqdarı az olan sidik tünd kəhrəba 
rənginə boyanır.Sidik cinsiyyət üzvlərinin infeksion xəstəlikləri zamanı 
sidiyin tərkibinə irin,epitel hüceyrələri və bkteriyalar qarışır və 
tutqunlaşır.Sidiyin tərkibinə çoxlu miqdarda 
uratlar,fosfatlar,oksolatlar,karbonatlar,zülallar və s. qarışması da sidiyin 
tutqunlaşmasına səbəb olur.Sidiyin xüsusi çəkisi onun tərkibindəki 
maddələrin qatılığından asılıdır.Sidik nə qədər az ifraz edilsə,onun 
qatılığı və xüsusi çəkisi bir o qədər artıq olur. 
Böyrəklərin əsas funksiyası doğulma anından başlayaraq ifrazatı həyata 
keçirməkdir.Mikroorqanizmlər sidik ifrazı sisteminin müxtəlif 
şöbələrinin böyrəkləri,sidik axarlarını, sidik kisəsini,sidik knalını zədələyə 
birər.Onlar bu orqanlara qanla keçir.Buna orqanizmin müxtəlif 
yerlərində olan infeksiya ocaqları, məsələn ,angina,dişlərin,ağız 
boşluğunun xəstəlikləri kömək edir. 
Çox vaxt böyrəklərin və sidik yollarının xəstəliklərinə yayılan infeksiyalar 
səbəb olur.Şəxsi gigiyenaya əməl etmədikdə xəstəliktörədən mikroblar 
sidik kanalından sidik kissəsinə kesir və sidik ifrazı sisteminin başqa 
sahələrınə yayılıb,bunların iltihabını törədir.Bütün orqanizmin 


soyuması, soyuqdəymə iltihabı proseslərinin və mirobların yayılmasına 
kömək edir. 
Böyrəklər ,xüsusən uşaqlarda, müxtəlif zəhərli maddələrə çox həsasdır: 
bunlar ya orqanizmin özündə sintez olunur,ya da xarici mühitdən düşür. 
Alkoqol, qurğuşun,civə, borat turşusu,naftalin,benzol,həşarətların 
zəhərləri və s. qana keçib böyrəklər vasitəsilə xaric edilir və böyrəklərin 
işini pozulmasına səbəb olur. 
Bəzi dərmanları çox qəbul etdikdə böyrəklərdə yığılıb bunların 
xəstələnməsinə səbəb olur.Mübadilənin daim pozulması böyrəklərin 
xəstələnməsinə səbəb olur. Məsələn ,duzlar yığılıb böyrəklərdə və sidik 
yollarında daşlar əmələ gətirir. 
Böyrək xəstəliklərinin qarşısını almaq uçun müəyyən gigiyenik 
qaydalara,məsələn düzgün qidalanmaq, dişləri,anginani vaxtında 
müalicə etmək, bədəni möhkəmlətmək, dərmanlar və zəhərlərlə 
ehtiyatlı olmaq, şəxsi gigiyenaya əməl etmək lazımdır. 
ƏDƏBİYYAT 
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq anatomiyası 
və fiziologiyası”Bakı-2001
2.G.A.HACIYEV ”İnsanın anatomiyası”1974 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin