ƏDƏBİYYAT.
C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV S.M.QULİYEV (UŞAQ ANATOMİYASI VƏ
FİZİOLOGİYASI / G.A.HACIYEV (İNSAN ANATOMİYASI)
DAXİLİ SEKRESİYA VƏZİLƏRİ,HORMONLAR.
ONLARIN BÖYÜMƏ VƏ İNKİŞAFDA ROLU.
PLAN
1.Hormonların orqanlar sistemində rolu.
2.Qalxanabənzər vəzi.
3.Böyrəküstü vəzilər.
4.Mədəaltı vəzi.
5.Çəngələbənzər və ya timus vəzi.
6.Epifiz.
7.Hipofiz.
Fizioloji funksiyalar orqanizmin bir çox oraqanları tərəfindən
sintez olunan kimyəvi maddələrin köməyi ilə tənzim olunur.Belə
maddələrə bioloji fəal maddələr deyilir.Orqanizmdə bioloji fəal
maddələri hazırlayan vəzilər vardır.Bunlar üç növdür:1.Daxili sekresiya
vəziləri;2.Xarici sekresiya vəziləri;3.Qarışıq vəzilər.
Ayrıca axacaqları olmayan,hazırladıqları bioloji fəal maddələri-
hormonları qana ifraz edən vəzilərə daxili sekresiya vəziləri deyilir.Daxili
sekresiya vəzilərinin hazırladığı bioloji fəal maddələrə hormonlar
deyilir.Hormonlar çox fəal üzvi birləşmələrdir.Onların cüzi miqdarı
orqanlar və orqanlar sisteminin fəaliyyətinə çox güclü təsir edir.Həmin
orqanların hüceyrə membranlarında olan fermentlər hormonların
təsirindən fəallaşır və onları seçicilikdə keçirirlər.Digər hormonlar isə
membrandan nüvəyə keçərək müəyyən genləri formalaşdırır və bunula
da orqan və orqan sisteminə tənzimedici təsir edir.Hormonlar maddələr
mübadiləsinin tənzimində son dərəcə mühüm rol oynayır.Hormonlar
maddələr mübadiləsinə ferment sistemi vasitəsi ilə təsir edir.Hormonlar
bir ferment sisteminin sintezini fəallaşdırır,digərini ləngidir.Sinir və
humoral tənzim bütün orqanlar sisteminin əlaqəli fəaliyyət
göstərməsini təmin edir.Orqanizmin daxili mühitinin sabitliyində
normadan kənara çıxan dəyişikliklər yaranan kimi,sinir və humoral
proseslər işə başlayıb onu əvvəlki vəziyyətinə qaytarır.Məsələn,qanda
qlükozanın miqdarının artması,ürəyin işininin zəifləməsi,qan təzyiqinin
aşağı düşməsi nəticəsində sinir və humoral mexanizmlər işə
düşərək,qanda şəkər miqdarını azaldır,ürəyin işini gücləndirir,qan
təzyiqini qaldırır.Bəzi hormonların rolunu aşağıdaı cədvəldən daha
aydın
görmək
olar.
Qalxanabənzər vəzi boyunda qıtlaqın yanlarında və nəfəs borusunun
yuxarı hissəsinin önündə yerləşib,çəkisi 16-35 qrama qədərdir.Bu vəzi
iki paydan və bunları birləşdirən boğazdan ibarətdir.
Qalxanabənzər vəzin normal fəliyyət göstərməsi üçün su və hava
vasitəsilə orqanizmə daima yod daxil olmalıdır.Qalxanbənzər vəzi həmin
maddələrdən trioksin hormonu sintez edir.Trioksin hormonu maddələr
mübadiləsini ,orqanizmin böyümə və inkişafını,sinir sisteminin
fəaliyyətinini,zülal,yağ,karbohidratların
parçalanmasını
tənzim
edir.Qalxanabənzər vəzi hormonu normadan artıq qana ifraz etdikdə
Bazedov xəstəliyi əmələ gəlir.Belə xəstələrdə maddələr mübadiləsi
sürətlənir sinir sisteminin həssaslığı yüksəlir,gözlər bərəlir ürək
döyüntüləri və tənəffüs hərəkətlərinin sayı artır xəstə tez yorulur.Belə
adamlarda üzvi maddələrin parçalanması sürətlənir ancaq ATF-in sintezi
zəifləyir nəticədə kəskin arıqlama,yorğunluq,əzələ ağrıları,nəbz və
tənəffüsün artması əsəbilik,gözlərin dəbəlməsi və s.müşahidə
olunur.Qalxanabənzər vəzi normadan az hormon ifraz etdikdə yeni
anadan olmuş uşaqlarda kritinizm,yaşlı insanlarda miksedema xəstəliyi
əmələ gəlir.Miksedema xəstəliyinə tutulmuş xəstələrdə maddələr
mübədiləsi və ürəyin fəaliyyəti zəifləyir.Bədənin kütləsi artır,saçı seyrək
dərisi quru və şiş olur.Kritinizmə tutulmuş xəstələr ağıldan kəm,sifətləri
çox eybəcər boydan kiçik olur.Bu vəzinin funksiyası zəiflədikdə
orqanizmin infeksion xəstəliklərə qarşı müqaviməti zəifləyir.
Çəngələbənzər və ya timus vəzi:-
Orta yaşlı adamlarda
ağırlığı 25-35q qədər olur.Bu vəzi döş sümüyünün arxasında
yerləşir.O,yuxarıda nəfəs borusuna,aşağıda aortaya bitişir.Timus vəzin
hormonu uşaqlarda cinsiyyət vəzilərinin vaxtından əvvəl inkişaf
etməsinin qarşısını alır,sümüyün isə böyümə və inkişafına təsir
edir,həmçinin qanda limfositlərin miqdarını artırmaqla infeksion
xəstəliklərdən orqanizmin qorunmasında iştirak edir.
Epifiz:-
İnsanlar epifiz vəzi haqqında çox az məlumata
malikdirlər.Arabeyinin üst artımı epifiz adlanır.İbtidai onurğalı
heyvanlarda (balıqlarda,amfibilərdə sürünənlərdə) epifiz başın təpə
nahiyəsində yerləşir və təpə göz üçüncü göz adlanır.Onun çəkisi insanda
150-200 mq qədər olur.Bu vəzin hazırladığı melatonin hormonu
uşaqlarda
cinsiyyət
vəzilərinin
vaxtından
əvvəl
yetişməsini
ləngidir.İşıqda melatonin hormonunun sintezi zəifləyir,qaranlıqda isə
bərpa olunur.Bu isə epifizə gecə və gündüzün sirkat ritmini,yəni “bioloji
saat” rolunu-vaxtı müəyyən etmək funsiyasını yerinə yetirməyə səbəb
olur.
Hipofiz:-
hipofiz və ya aşağı beyin artımı kütləsi 0,5 - 0,7 qram
olub,beynin əsasında əsas sümüyün üzərindəki türk yəhəri çuxurunda
yerləşir.Hipofiz ön,orta və arxa paylardan ibarətdir.Bu payların hər biri
xüsusi hormon hazırlayır.
Hipofiz vəzin ön payının hormonlarından biri somatotrop-boy
hormonudur.Somatotrop
hormonu
boyun
inkişafına
təsir
edir.Sümüklərin uzununa böyüməsini hipofizin ifraz etdiyi boy hormonu
tənzimləyir.Uşaqlarda hipofizin hazırladığı boy hormonu çox
olduqda,belə adamın boyu 2m və daha çox olur.Belə adamlara nəhəng
boylu – giqant adamlar deyilir.
Hipofizin boy hormonu normadan az olduqda belə adamların
boyu yetkin yaşda 5-6 yaşlı uşaqların boyundan hündür olmur.Bunlara
cırtdan boylu-karliklər deyilir.Bəzən yetkin yaşda hipofiz çox fəal olur və
somatotrop hormonun miqdarı normadan artıq olur.Bu akromeqaliya
xəstəliyinə
səbəb
olur.Belə
xəstələrin
bədəninin
bəzi
hissələri,məsələn,burun,dodaqlar,dil
ətraflardan
hər
hansı
biri
həddindən artıq böyüyür.
Embrional inkişaf zamanı hipofiz öz başlanğıcını ektoderma
adlanan rüşeym vərəqindən gotürür.Qanda bu hormonun miqdarı yaşla
əlaqədar olaraq dəyişir.Yeni doğulmuş körpələrin qanında somatotrop
hormonunun miqdarı 120mq /ml – dən çox,3-5 yaşlarında daha çox,20
yaşından sora isə azalır.30-40 yaşlarında isə onun miqdarı demək olar
ki,minimuma enir,daha sonra rast gəlinmir.
Hipotalamus və hipofiz öz fəaliyyətində bir-biri ilə qarşılıqlı
əlaqədar olub,ümumi hipotalamo-hipofizar sistem əmələ gətirir.
Hipotalamo-hipofizar sisteminin işi əks əlaqə prinsipinə
əsaslanır.Belə ki,hər hansı vəzin hormonunun miqdarı qanda azaldıqda
və ya artdıqda hipotalamus bunu müəyyən edib, hipofiz vasitəsilə
həmin vəzə təsir edərək onun miqdarının tənzimlənməsinə səbəb olur.
Hipotalamo-hipofizar
sistem
orqanizmin
sinir-humoral
tənziminin əlaqəli faəliyyətinə tipik misaldır.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “UŞAQ
ANATOMİYASI VƏ FİZİOLOGİYASI”
2.G.A.HACIYEV “İNSAN ANATOMİYASI”
BAKI-2001
DAYAQ HƏRƏKƏT SİSTEMİ.KƏLLƏNİN QURULUŞU.
PLAN
1.Sümüyün kimyəvi tərkibi və fiziki xassəsi.
2.Sümüklərin quruluşu.
3.Sümüklərin böyüməsi.
4.Başın və gövdənin skeleti.
5.Qabırğalar və döş sümüyü.
6.Ətrafların skeleti.
7.Sümüklərin birləşmələri.
Dayaq hərəkət aparatına somatik əzələ və skelet aiddir.Skelet
bədənin ən möhkəm hissəsi olub,əzələlər,qarın boşluğunda və çanaqda
yerləşən daxili orqanlar üçün dayaq,döş və baş beyin boşluqlarında
yerləşən orqanlar üçün müdafiə və eləcə də orqanizmin yerdəyişməsini-
hərəkətini həyata keçirir.Bunlarla yanaşı skelet qanın tərkibindəki
mineral duzların miqdarını sabit saxlayır.Onun daxilində qırmızı sümük
iliyi olur ki,o da qanyaradıcı orqandır.Dayaq hərəkət aparatının bir
komponenti olan əzələ haqqında bir qədər sonra məlumat
veriləcək.Uşaqlarda skelet başlıca olaraq qığırdaqdan və sümükdən
təşkil olunub,orqanizmin ümumi kütləsinin 15-20 faizini təşkil
edir.Sümüklərin sayı 220-dən çoxdur.Sümükləşmə prosesi hələ
embrional dövrdən başlayır,postembrional inkişafın ilkin dövrlərində isə
davam edir.
Sümüklər birləşdirici toxumanın bir növü olan,sümük
toxumasından
təşkil
olunmuşdur.Sümük
toxuması
sümük
hüceyrələrindən ibarətdir.Bu hüceyrələrin çıxıntıları vardır.Sümük
hüceyrələri və bunların çıxıntıları içərisi hüceyrəarası maye ilə dolu olan
kiçik
“kanalcıqlarla” əhatə olunmuşdur. Sümük hüceyrələri
kanalcıqların hüceyrəarası mayesi vasitəsilə qidalanır və tənəffüs
edir.Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən
ibarətdir.Sümük toxuması da başqa toxumalar kimi sinirlər və qan
damarları ilə təchiz olunur.Sümüklərin tərkibi üzvi və qeyri üzvi
maddələrdən ibarətdir.Sümüklərin elastikliyi üzvi (osseindən) və sərtliyi
isə qeyri-üzvi (mineral) maddələrdən asılıdır.Müxtəlif yaşlarda
sümüklərin sərtliyi və elastikliyi dəyişir.Belə ki,uşaqlarda sümüklərin
tərkibində üzvi maddələr nisbətən çox olduğundan elastiki olur ki,bu da
onların tez-tez sınması ehtimalını azaldır.Əksinə,qoca yaşlarda üzvi və
qeyri-üzvi maddələrin nisbəti dəyişir,yəni mineral maddələrin nisbəti
daha çox olur.Ona görə də kövrək olur və daha tez-tez sümüklərin
sınması baş verə bilir.
Sümüklərin əksəriyyəti xaricdən sərt,daxildən süngər maddədən
təşkil olunmuşdur.Sümüklər ölçülərinə və formalarına görə müxtəlif
olub,uzun,qısa,yastı sümüklərə bölünürlər.
1.Uzun sümüklərə borulu sümüklər də deyilir.Bunlar boru şəkilli
olduqlarına görə,həm möhkəm,həm də yüngül olur.Uzun sümüklərə
bazu,said,bud,baldır sümükləri aid edilir.Bu sümüklərin orta hissəsinin
içərisi boş,ucları isə qalınlaşmış başcıqlar şəklində olur.Bu boşluqda
sümük iliyi,başcıqlarda isə süngəri maddə yerləşir.Sümük iliyi iki növ ola
bilər:qırmızı və sarı.Qırmızı sümük iliyi qanyaratma və müdafiə
vəzifəsini daşıyır.Bu sümüklərin orta hissəsində yerləşən sarı sümük iliyi-
piy hüceyrələri ilə zəngin birləşdirici toxumadan ibarət olub,piy üçün
ehtiyat mənbəyi hesab edilir.Sarı sümük iliyinin qanyaratma funksiyası
da inkar edilmir.Sümük iliyində sinir lifləri və damarlar şaxələnir.
Borulu sümüklərin başcıq hissəssindəki süngəri maddə bir-biri ilə
müxtəlif istiqamətlərdə çarpazlaşan çoxlu miqdarda atmalardan
ibarətdr.
2.Qısa borulu sümüklərə əl darağı,ayaq darağı sümükləri və
falanqalar aid edilir.3.Qısa süngəri sümüklərə əldarağıarxası və
ayaqdarağıarxası sümüklər aiddir.4.Yastı sümüklər bədən boşluqlarının
əmələ
gəlməsində,həmçinin
müdafiə
funksiyalarında
iştirak
edirlər.Bunlara
kəllə
qapağı
sümükləri,çanaq
sümüyü,döş
sümüyü,qabırğalar,kürək sümüyü aid edilir. Sümüklərin üzərini
sümüküstlüyü örtür.Nazik təbəqə şəklində sümüyə birləşmiş
sümüküstluyü
sıx
birləşdirici
toxumadan
təşkil
olunmuşdur.Sümüküstlüyü
sümüyün
qidalanmasını,sinirlənməsini
təmin
edir.Üzərini
qığırdaq
örtmüş
uzun
sümüklərin
başı
sümüküstlüyündən məhrumdur. Sümüklərin inkişafı 22-25 yaşlarına
qədər
davam
edir.Sümüklər
həm
eninə,həm
də
uzununa
böyüyür.Sümüklərin eninə böyüməsinə səbəb onun üzərini örtən
sümüküstlüyünün
daxili
tərəfindəki
hüceyrələrin
bölünüb
çoxalmasıdır.Sümüklərin uzununa böyüməsində onların başcıqlarını
örtən qığırdaq toxuması hüceyrələrinin bölünüb çoxalması əsas rol
oyanayr. Həddi-
buluq dövrünə qədər sümüklər uzununa böyüyür və qalınlaşır.Yaşlılarda
isə sümük maddəsi daim təzələnir.Sümüklər onun üzərinə düşən yükün
təsirindən öz quruluşunu dəyişə bilər. Sümüklərə nə qədər çox
yük düşərsə,sümük maddəsinin təzələnməsi bir o qədər sürətlə gedir və
o möhəm olur.Sümüklərin inkişaf dövründə düzgün təşkil edilmiş fiziki
əmək
və
idmanla
məşğul
olmaq
onun
böyüməsinə
və
möhkəmlənməsinə kömək edir.
Başın skeleti.
Başın skeleti beyin və üz şöbələrindən
ibarətdir.Kəllənin beyin şöbəsi – kəllə qapağı bir-biri ilə mohkəm və
hərəkətsiz birləşmiş sümüklərdən əmələ gəlmişdir.Kəllə qapağı
sümüklərinə iki təpə,iki gicgah,bir alın və bir ənsə sümükləri
aiddir.Gicgah sümüyündə xarici qulaq keçəcəyinin dəliyi vardır.Ənsə
sümüyünün alt səthində böyük ənsə dəliyi yerləşir ki,bu da kəllə
boşluğu ilə onurğa kanalını birləşdirir.Kəllənin beyin hissəsinin
sümükləri,bəzi üz şöbənin sümükləri ilə birləşir.Bu sümükdə olan kiçik
dəliklərdən beyin sinirləri və qan damarları keçir.Kəllənin üz şöbəsində
15 sümük vardır.Bunlardan ən böyükləri çənə (üst və alt)
sümükləridir.Alt
çənə
sümüyü
-
kəllənin
yeganə
hərəkətli
sümüyüdür.Hər iki çənədə yuvalar vardır ki,burada dişlərin kökləri
yerləşir.
Gövdə
skeleti.
Gövdə skeleti,onurğa,qabırğalar və döş sümüyündən ibarət
olub,döş qəfəsini əmələ gətirir. Onurğa və ya onurğa sütünu 33-34
fəqərədən təşkil olunmuşdur.Onurğanın ayrı-ayrı şöbələrində yerləşən
fəqərələr müxtəlif ölçüyə və formaya malik olduğundan,onurğada
boyun (7), döş (12), bel (5), oma (5) və büzdüm (4-5) fəqərələri ayırd
edilir.Hər bir fəqərənin cismi və bir neçə çıxıntısı vardır.Yaşlı adamın
onurğa sütünu formaca “S-ə” bənzəyir.
Qabırğalar və döş sümüyü.
İnsanda 12 cüt qabırğa
vardır.Bunlardan
7-cütü
həqiqi
qabırğalar
adlanıb,arxadan
fəqərələrlə,öndən isə döş sümüyü ilə birləşirlər.3 cütü isə (8,9,10-cu
cütlər) döş sümüyü ilə birləşmir,yalnız qığırdaqda bir-birilə
əlaqələnir.Bunlara isə yalançı qabırğalar deyilir.Nəhayət iki sonuncu cüt
qabırğalar (11-12-ci) nə döş sümüyü, nə də qabırqalarla birləşmirlər
ki,bunlar sərbəst və çox hərəkətli olurlar.Hər döş fəqərəsinə
bədənimizdəki 12-cüt qabırğadan bir cütü birləşmişdir.Döş sümüyü
hərəkətsiz olur,döş qəfəsinin ön hissəsini tutur.
Ətrafların skeleti.
Ətrafların skeleti iki şöbədən (yuxarı və
aşağı ətraf skeleti) ibarətdir.Hər bir ətraf skeleti iki hissədən təşkil
olunmuşdur.Qurşaq və sərbəst hissə.Qurşaq hissənin sümükləri
hərəkətsiz,sərbəst hissənin sümükləri isə hərəkətli olur. Yuxarı ətrafın
qurşaq hissəsini körpücük və kürək sümükləri təşkil edir.Yuxarı ətrafın
sərbəst (azad) hissəsi bazu,said və əl sümüklərindən təşkil
olunmuşdur.Bazu nahiyyəsində bazu sümüyü, said nahiyyəsində said və
dirsək sümükləri vardır.Əl hissəsi bilək (əldarağı arxası),əl darağı və
falanqa sümüklərindən əmələ gəlmişdir.Əl darağı arxası 8 ədəd
sümükdən
təşkil
olunmuşdur.
Aşağı ətrafların qurşaq hissəsi arxadan onurğanın oma hissəsinə
bitişmiş,öndən bir-biri ilə birləşmiş iki ədəd iri və yastı çanaq
sümüklərindən təşkil olunmuşdur.Çanaq sümüklərinin hər birinin oynaq
çuxuruna bud sümüyünün girdə başı daxil olur.Aşağı ətrafların sərbəst
hissəsi bud,baldır və ayaq sümüklərindən təşkil olunmuşdur.Baldır
sümüklərinə qamış və incik
sümükləri aiddir.Ayaq skeleti-
ayaqdaraqarxası,ayaqdarağı
sümükləri
və
falanqalardan
ibarətdir.Ayaqdaraqarxası 7 ədəd sümükdən təşkil olunmuşdur.
Sümük birləşmələri.
İnsan skeletinə daxil olan sümüklər bir-biri ilə
oynaqlar və yarımoynaqlarla birləşirlər.Bu birləşmələrə fasiləsiz və ya
sinartrozlar aiddir ki,ona da misal kəllə sümüklərinin birləşmələrini
göstərmək olar.Digər sümük birləşməsinə misal olaraq sümüklərin biri
digərinə mütəhərrik və ya yarımmütəhərrik tərzdə birləşməsini
göstərmək olar ki, bu da diartrozlar adlanır.Bu zaman iki və daha çox
sümük birləşmə əmələ gətirir.Oynaqların formalaşmasında hər iki
sümük iştirak edir,başqa sözlə,bir sümüyün baş hissəsi digər sümüyün
çöküntüsünə daxil olur.Hərəkət həmin sümüklərin oynaq səthinin bir-
birinə olan nisbətinin dəyişməsi hesabına olur.Oynaq səthini xaricdən
oynaq kirəsi örtür.Oynaq səthi ilə oynaq kisəsi arasındakı hissə oynaq
boşluğu adlanır.Oynaq boşluğunda oynaq səthini daha mütəhərrik edən
bir qədər maye var.Yarımmütəhərrik oynaq birləşməsində isə oynaq
kisəsi olmur.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV
(Uşaq anatomiyası və fiziologiyası)
2.G.A.HACIYEV (İnsan anatomiyası)
BAKI-2001
DƏRİNİN ORQANİZMİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ
ROLU.QURULUŞU VƏ ƏHƏMİYYƏTİ.
PLAN
1.Dərinin quruluşu və funksiyası.
2.Dərinin buynuz törəmələri.
3.Dərinin yaş xüsusiyyətləri.
4.Dərinin gigiyenası.
Dəri bədənin xarici örtüyü olub,orqanizmin toxumalarını xarici
təsirlərdən qoruyur.Onun sahəsi 2-2,5 m-dir.Dəri əsas etibarıilə 3
təbəqədən ibarətdir:xarici təbəqə-dəriüstlüyü və ya epidermis;orta
təbəqə-xüsusi dəri və ya derma;daxili təbəqə-dərialtı piy təbəqəsi.
Epidermis
-
çox
qatlı
epiter
hüceyrələrindən
təşkil
olunmuşdur.Onun alt hissəsində bir-birinə sıx söykənən bir cərgədə
hüceyrə qtı yerləşmişdir.Həmin hüceyrələr bərk cisimləri,maye və
qazları bədənə buraxmayan dərinin qoruyucu təbəqəsini əmələ
gətirir.Bu hüceyrələr həmişə böyüyür və çoxalır.Bölünmə yolu ilə həmin
hüceyrələri
xaricə
doğru
sığışdırır.Nəticədə
bu
hüceyrələr
deqenerasiyaya uğramaqla bir-birinə yapışır və buynuz maddəsinə
çevrilir.Buynuz maddəsi isə ağ pulcuqlar şəklində dərinin səthindən
qopub düşür.Bu pulcuqlar tüklərə ilişib qaldıqları zaman daha yaxşı
nəzərə çarpır ki,bu da hamıya bəlli olan baş kəpəyidir.Epidermisin üst
təbəqəsində yerləşən hüceyrələrin tərkibində piqment vardır.İnsanların
dərisinin ağ və ya tünd olması piqmentin miqdarından və tərkibindən
asılıdır.Günəş şüalarının təsirindən dəridəki piqmentlərin miqdarı
artır.Gündən qaralmış dəri günəş spekterindəki zərərli ultrabənövşəyi
şüaların çox hissəsini orqanizmə buraxmır.Epidermisdə qan damarları
yoxdur.Damarlar yalnız onun alt qatına yaxınlaşır və burada yerləşən
hüceyrələri oksigen və qida maddələri ilə təmin edir.
Derma-
küllü miqdarda elastiki lifləri olan birləşdirici toxumadan
təşil olunmuşdur.Bu liflərin sayəsində dəri möhkəm və elastiki olur.Əgər
dərini tutub dartsaq,o asanlıqla uzanır,lakin onu buraxan kimi əvvəlki
vəziyyətinə qayıdır.Bu təbəqədə çoxlu miqdarda resseptorlar,piy və tər
vəziləri,tüklərin soğanaqları,qan və limfa damarları vardır.
Piy vəziləri.
Piy vəziləri dəri piyi ifraz edir.Bu piy nazik bir qat
kimi dərini və tükləri yağlayaraq onları yumşaq və islanmaz edir.Piy
vəzilərin axacaqları adətən tük yataqlarına açılır.Dərinin üzərinə ifraz
olunan piy bədənə su və ona zərər yetirə biləcək başqa mayeləri
buraxmır.
Tər vəziləri.
İnsan dərisində 2-3 milyonaqədər tər vəzisi
vardır.Tər vəziləri ən çox büküş yerlərdə məsələn,qoltuq altında,qasıq
nahiyyəsində,ovucda və s. səpələnmişdir.Bunlar yumağ kimi qıvrılmış
tor şəklində olub axacağı dərinin səthinə açılır.Tər vəziləri qan
kapelyarları ilə əhatə olunmuşdur.
Tüklər və dırnaqlar.
Bunlar dərinin buynuz törəmələridir.Onlar
epidermisin canlı qatındakı epitel hüceyrələrinin çoxalması sayəsində
daima
uzanır.Tülərin
kökləri-tük
soğanaqları
dermadakı
tük
hissəciklərində yerləşir.Bu soğanaqlar qan damarları və sinir ucları ilə
təchiz olunmuşdur.Onları əhatə edən saya əzələ lifləri reflektoru
yığıldıqda tüklərin meyl bucağı artır.İnsan bərk qorxduqu zaman başının
tüklərinin biz-biz durması buna misal ola bilər.
Tüklər mühafizə və temperaturu tənzimetmə funksiyasını yerinə
yetirir. Onlar istiliyi pis keçirdikləri üçün bədəndən istiliyi xaric olmasına
maneçilik törədir,bədənin soyumamasına kömək edir.Tüklər insanın
xüsusi qoxusunu yaymaq vəzifəsini yerinə yetirir.
Tüklər lamisə vəzifəsini də ifa edir(kirpriklər ,qaşlar və üz tükləri).
Tük üç qatdan –beyin və ya özək maddə ,qabıq maddə, tük
dəriciyindən təşkil olunmuşdur.
Dəri örtüyünün yaş xüsusiyyətlərinə nəzər yetirdidə yeni
doğulmuş körpədə epidermis və bazal qatı çox nazikdir.Fərdi inkişafın
sonrakı dövürlərdə dəriüstlüyü inkişaf edir.
Kiçikyaşlı uşağın dərisi olduqca zərif,epitel örtüyü nazik buynuz
qatı zərif inkişaf etmiş və asanlıqla qopur,kapilyar şəbəkəsi
kövrək,damar divarlarının keçiriciliyi yüksək olur.Tər vəziləri piy
vəzilərinə nisbətən daha yaxşı inkişaf etmişdir və onlar uşaq doğulduğu
gündən funksiyalarını yaxşı ifa edir.
İfrazat (maddələr mübadiləsi) və tənəffüsdə dəri və dəridəki
damarlar böyük rol oynayır. İfrazat və tənəffüs üzvü kimi uşaqların
xüsusilə,körpə uşaqların dərisi böyüklərdə olduğundan daha yaxşı
işləyir.
Uşağın dərisinin sinir aparatı (dəri reseptorları),hələ kifayət
qədər inkişaf etməmişdir.Sinir sisteminin və xüsusilə,beyin qabığının
inkişafı ilə əlaqədar olaraq dərinin funksiyası da hərtərəfli dəyişir.
Körpə uşaqda dərinin qoruyucu funksiyası lazımi səviyyədə
deyil,dərinin səth təbəqəsi zəif və nazikdir,ona görə də asanlıqla
yaralanır,dəri üzərindəki çatlar hər hansı bir infeksiyadan ötrü giriş
qapısı olur.Zəngin qan damarları şəbəkəsi olan nazik buynuz
təbəqəsindən hər cür zəhərli,zərərli maddələr və mikroblar asanlıqla
keçir və sorulur.
Uşağın dərisi yaşlı adamın dərisinə nisbətən daha yüksək
bərpaedici (regenerasiya) qabiliyyətinə malikdir.
Dəri mühüm istilik tənzimi orqanıdır.Uşaqda mərkəzi sinir
sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyindən
dərinin
rütubət
və
istilik
verməsi
son
dərəcə
qeyri-
qənaətbəxşdir.Havanın temperaturu azalan zaman uşağın bədəni
sürətlə soyuyur.Əksinə, temperatur qızdıqca uşağın bədəni qızışır,çünki
onda hələ istilik tənzimi funksiyası inkişaf etməmişdir,tərləmə və
istilikvermə imkanı zəifdir.
Dəri orqanizmdə D vitamininin əmələ gəlməsində iştirak edir. D
vitamini orqanizmdə uşaqlarda fosfor kalsium mübadiləsində əsas rol
oynayır.
Dərinin təmiz saxlanması insan sağlamlığı uçun əsas rol
oynayır.Dərinin üzərində saysız-hesbsız xırda qan damarları və
kopelyarlar vardır.Xarici mühitin temperaturu düşən kimi,dərinin
damarlarına sinirlərlə oyanma nəql olunur.Damarların saya əzələ qatı
divarı yığılır və damarlar daralır.Bu zaman orqanlardan dəriyə az qan
gəlir və dəriyə az istilik verir.
İnsanın sağlamlığını qorumaq,orqanizmin müqavimət qüvvəsini
artırmaq üçün bədənin möhkəmləndirilməsinin böyük əhəmiyyəti
vardır.Günəş vannalarından həddindən çox istifadə edilməsi zərərli
nəticələr,dəridə ağır yanıqlar əmələ gəlməsinə gün vurmaya və isti
vurmaya səbəb ola bilər.
İnsan dərisi mühüm duyğu üzvüdür.Dəri maddələr mübadilənin
son məhsullarını,su buxarını təri,piyi orqanizmdən xaric edir.
Dəriyə pis qulluq etdikdə mikroorqanizmlərin təsiri,ifraz olunan
maddələrin bir-birinə qarışması və üzvü maddələrin parçalanıb,pis
qoxulu uçucu birləşmələr əmələ gəlməsinə səbəb olur.Parçalnma
məhsulları dərini qıcıqlandırır,tər və piy vəzilərinin mənfəzlərini toz
tutur nəticədə çirkli dəriyə düşmüş mikroorqanizmlər və göbələklərin
inkişafı üçün əlverişli şərait yaranır.Dermotitlər,irinli xəstəliklər və
dərinin digər yoluxucu və qolxulu xəstəlikləri belə əmələ gəlir.Dərini
kifayət qədər təmiz saxlamadıqda alt paltar çox çirklənir və hava
buraxmaq qabiliyyəti azalır.Orqanizmin dərisinə qulluq onu müntəzəm
yumaqla çirkdən təmizləməkdən ibarətdir.
Suyun yuyucu xassələrini sabunlu məhlul xeyli artdığın
görə,dərinin səthindəki gərginliyi azaldır,yağlı çirkin islanmasına kömək
edir.Su çirk hissəcikləri ilə dərinin arasına daxil olur,çirki yuyub aparır.
Sabunun çeşidini seçdikdə nəzərə almaq lazımdır ki,onda sərbəst
qələvi nə qədər çox olsa, o dərini bir o qədər tez yağsızlaşdırır.Əllərin
üzərinə çirk,mikroorqanizmlər və helmint yumurtaları yığıla bilər.Əllərin
dərisində tapılan mikrobların ümumi sayının 95%-ə qədəri dırnaqların
dibində olur.
Ayaqların altının dərisi tər vəziləri ilə zəngindir.Ayağı yumadıqda
dərinin üzərinə və barmaqların arasına tər və çirkli mikroorqanizmlər
yığılır.Bu zaman əmələ gəlmiş yağ turşuları və başqa uçucu maddələr pis
iy buraxır və dərini yeyir ki, bu da irinli xəstəliklər üçün şərait yaradır.
Orqanizmin möhkəmlənməsində əsas amil kimi dəri xüsusi
fəaliyyət göstərir.
ƏDƏBİYYAT
1.G.A.HACIYEV “İnsanın anatomiyası” 1974
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq
anatomiyası və fiziologiyası”Bakı-2001
DİŞLƏR,SÜD VƏ DAİMİ DİŞLƏR.ONLARIN ROLU.
PLAN
1.Süd dişləri çox önəmlidir.
2.Dişlərin quruluşu və funksiyası.
3.Dişlərin gigiyenası.
Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında,alveol çıxıntılarında
yerləşərək qidanı tutmaq və xırdalamaq vəzifəsini daşıyır.Bundan başqa
nitqin aydınlaşmasında iştirak edir.
Dişin içərisində sinir sistemi və qan keçən xüsusi material vardır.İnsanın
28 vacib və 4 vacib olmayan dişi olur.İnsanda dişlər iki dövr inkişaf edir:
1)Süd dişləri
2)Daimi dişlər
Süd dişləri 20 ədəd olur.Süd dişləri dəyişkən olaraq orta hesabla 6
aydan sonra ümumi olaraq alt ön tərəfdən başlayaraq çıxar və təxminən
olaraq 3 yaşda tamamlanır.Süd dişləri yeniyetmə çağına qədər uzanan
müddətdə fəaliyyət göstərən dişlərdir.Quruluşları daimi dişlərə görə bir
az daha fərqlidir.Bunlardan hər çənənin yarısında 2 kəsici,1 köpək və
2kiçik diş yerləşır. 2 yaşından 7 yaşına qədər olan muddət sükut dövrdə
yeni diş çıxmır.Yalnız 7 yaşından sonra süd dışləri tökülür və daimi dişlər
çıxmağa başlayır.
Daimi dişlərin miqdarı 32 ədəd olur.Bunlardan hər çənənin yarısında iki
kəsici bir köpək iki kiçik və üç böyük azı dişlər yerləşir.
Daimi dişlərin çıxması 16 yaşınadək davam edir.Axırıncı böyük azı dişlər
hamısından sonra çıxıdıqları üçün ağıl dişləri adlanır,bunlar 17-30
yaşınaqədər çıxırlar.
Hər bir diş tacdan boyundan və kökdən ibarətdir.Dişin tacı ağız
boşluğuna baxır.Boynu diş əti ilə örtülür və kökü diş alveolunda
yerləşir.Böyük azı dişlərindən başqa yerdə qalanların bir kökü
vardır.Aşağı böyük azı dişlərin iki,yuxarı böyük azı dişlərin isə üç kökü
olur.
Dişin tacının daxilində boşluq vardır ki,buda diş özəyi ilə tutulmuş
olur.Dişin içərisində olan boşluq dişin kökü nahiyyəsində kanala keçirki
buda dişin kökünün zirvəsinə açılır.Dişlər histoloji quruluşca
mina,dentin və smentdən ibarətdir.
Dişin minası (enamelum) bədəndə olan toxumaların ən sərti
olub,mikroskopik quruluşca az miqdarda hüceyrəarası maddə ilə
birləşmiş sərt altıüzlü mina prizmalarından ibarətdir.
Dentin (dentinum) dişin əsas sərt maddəsi olub,kalsium duzları ilə
kirəclənmiş və yapışqan verən liflərdən təşkil olunmuşdur.Sümük
toxumasından fərqli olaraq,dentində hüceyrələr və Havers kanalcıqları
yoxdur.
Sement (sementum)sement cisimcikləri ilə ara maddədən
ibarətdir.Burada sümük toxumasına xas olan Havers kanalcıqları olmur.
Diş pulpası (pulpa dentis)tor birləşdirici toxumadan,sinir və qan
damarlarından əmələ gələrək dentini və minanı qidalandırır.
Keçici dişlər (dentes incisivi) hər çənədə dörd ədəd olur.Bunların tacı
paza,kökü isə konusa bənzəyir,ön səthləri çıxıq,dal səthləri isə basıq
olur.Yuxarı kəsici dişlər aşağıdakılara nisbətən artıq inkişaf etdikləri
üçün onlardan böyük olurlar.Bundan başqa yuxarı kəsici dişlərin kökləri
konusa bənzəyir,aşağıdakıların kökü yandan basıq olur.
Köpək dişlər (dentes canini) hər çənədə iki olub kəsici dişlərdən bayır
tərəfə yerləşir.Yuxarı köpək dişlərin kökləri konusa
bənzəyir,aşağıdakılarınkı isə yanlardan basıq olur.
Kiçik azı dişlər (dentes praemolares) hər çənədə dörd ədəd olur və
özləri də köpək dişlərdən dal tərəfdə yerləşir.Kiçik azı dişlərin çeynəmə
səthində iki qabarcıq vardır.Bunlardan içəridəki dil qabarcığı və bayır
tərəfdəki isə yanaq qabarcığı adlanır.Aşağı kiçik azı dişlərin
bir,yuxarıdakıların isə iki kökü vardır.
Böyük azı dişlər (dentes molares) hər çənədə altı ədəd olur.Bunların tacı
kubabənzər olub,çeynəmə səthində iki dil və iki də yanaq qabarcığı
vardır.Yalnız aşağı 1 böyük azı dişlərdə əksər hallarda beş qabarcığa
təsadüf edilir.Aşağı böyük azı dişlərin iki,yuxarıdakıların isə üç kökü olur.
Axırıncı aşağı böyük azı diş (ağıl dişi) yuxarıdakına nisbətən yaxşı inkişaf
etmiş olur.Belə ki,yuxarı ağıl dişi kiçik və çeynəmə səthində üç qabarcığı
olur,aşağı ağıl dişi isə nisbətən böyük və çeynəmə səthində beşə qədər
qabarcıq olur.Həm yuxarı və həm də aşağı ağıl dişin kökləri çox zaman
bitişmiş olur.
Ağız boşluğunun gigiyenası iki yolla həyata keçirilir:
1.Gündəlik fərdi gigiyena
2.Həkim vasitəsi ilə həyata keçirilən professional gigiyena
Sağlam dişlərin təminatı ağız boşluğuna mütəmadi olaraq düzgün qulluq
etməkdən başlayır.Dişlərə və dişətinə gündəlik qulluq professional
müalicəni 75-80% aşağı salır.İş təkcə diş pastasının və diş fırçasının
düzgün seçimi ilə deyil eyni zamanda onlardan gün ərzində düzgün
istifadə ilə əlaqədardır.
Ağız boşluğunun gündəlik gigiyenası özündə aşağıdakıları birləşdirir:
1)Dişləri gün ərzində ən azı 2 dəfə təmizləmək
2)Dişləri hər qida qəbulundan sonra təmizləmək
3)Diş aralarını xüsusi saplar vasitəsilə təmizləmək
4)Mütəmadi olaraq stomatoloq müayinəsindən keçmək
Çox isti və çox soyuq qida dişin minası üçün zərərlidir.Daha çox isə
temperaturun qəfil dəyişməsi ziyandır.Temperatur fərqindən minada
mikroçatlar yaranır.Dişlər üçün əsas bərpaedici maddə
kalsiumdur.Kalsium daha çox qozda,yaşıl tərəvəzdə,süddə və süd
məhsullarında olur.
Dişətinin selikli qişası ağız boşluğunu xəstəliktörədən mikrobların
təsirindən qoruyur və xüsusi qulluq tələb edir.Dişətinin qanaxması və
iltihabı ağız boşluğundan pis iy gəlməsinin və dişlərin itirilməsinin ən
birinci səbəbidir.Öz növbəsində aşağıdakılar dişəti xəstəliklərinə gətirib
çıxarır:
-ağız boşluğunun pis gigiyenası
-siqaret çəkmə
-qidalanma xüsusiyyəti
-vitamin çatışmazlığı
ƏDƏBİYYAT
1.G.A.HACIYEV “İnsan anatomiyası” 1974
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq
anatomiyası və fiziologiyası” Bakı-2001
Elm və texnikanın sürətlə inkişafı yalnız təlimi deyil, onun
metodlarını da təkmilləşdirməyi tələb edir.Təlim metodu
nədir?Metodun mahiyyətini bilmək təlim metodlarını düzgün
seçmək və onu təsnifləşdirmək üçün çox vacibdir.Təlim
metodlarının mahiyyəti və onu təsnifləşdirmək uzun müddət
mübahisələrə səbəb olmuş və olmaqdadır.Təlim metodlarına
bir çox təriflər verilmişdir.
M .N.Skakina görə “Təlim metodu müəllimin elə hərəkət
sistemidir ki, o şagirdlərin əməli və idrak fəaliyyətini təşkil
edir,təhsilin məzmununu möhkəmləndirir.”
Y.K.Babanskiyə görə “Təlim metodu qarşıya qoyulan təlim-
tərbiyyə məsələlərinə nail olmaq üçün müəllim və şagirdlərin
qarşılıqlı əlaqə qaydasıdır.”
Akademik M.N.Mahmudova görə “Təlim metodları müəllim və
şagirdlərin fəaliyyəti qaydalarının məcmusudur.”
Azərbaycanın görkəmli akademiki M.Mehdizadə bütün
deyilənləri çox yaxşı ümumiləşdirərək təlim metodlarına belə
tərif verir:
Təlim metodu – Müəllim və şagirdlərin qarşılıqlı fəaliyyət
sistemi olan, müxtəlif vasitələrdən istifadə etməklə təlim
prosesində didaktik vəzifələrin həllinə xidmət etməkdədir.
Deməli, təlim metodu şagirdlərə bilik və bacarıq vermək və
biliyin mənimsənilməsi yoludur.Biliyi verən,təsir edən
müəllidir,qəbul edən,mənimsəyən şagirddir.
Təlim metodlarının təsnifi haqqında pedaqogikada geniş
məlumat verilir.Akademik M.Mehdizadə ümum pedaqoji
metodları aşağıdakı kimi təsnif edir.
1.Məlumatvermə metodları;
2.Əyanilik metodları;
3.Reproduktiv metodları;
4.Axtarış metodları;
5.Nəzarət metodları;
1.Məlumatvermə metodları.
1) öyrətmə metodları: şərh
etmə,izah etmə,nağıl,müsahibə,mühazirə,mətn oxumaq.2)
öyrənmə metodları: dinləmə,dərslik üzərində iş (mətn
öyrənmək), biliyi dərk etmək, yadda saxlamaq, öyrəndiyini
təkrar etmək.
2.Əyanilik metodları.
1)öyrətmə metodlar: əyani vəsait
göstərmə,təcrübə nümayişi,texniki təlim vasitələrinin tətbiqi;
2) öyrənmə metodları:müşahidə etmək,şəkil çəkmək,paylama
materialı üzrə iş.
3.Reproduktiv metodlar:
çalışmalar üçün nümunə təşkil
etmək,mətn oxumaq,laboratoriya məşğələləri keçirmək.
4.Axtarış metodları:
1.evristik müsahibə və ya qismən axtarış metodu;
2.problemli şərh metodu;
3.tədqiqat metodu;
4.seminar metodu;
5.mühazirə metodu;
6.referat metodu;
7.disput metodu;
Evristik müsahibədə şagirdə suallar verilir və onu düşünməyə
vadar edirik.Evrestik müsahibə adi müsahibədən müəyyən
qədər fərqlənir.Bu müsahibədə şagirdlər müstəqil düşünməklə
problemin həllinə çalışırlar.Suallar yarım problem halında
qoyulur.
Problemli şərh metodu.Müəllim problem qoyur,onu şagirdlər
həll edir.Bəzən şagird problem irəli sürür,onu sinif və müəllim
həll edir.
Tədqiqatçılıq metodu.Şagirdlərin idrak fəaliyyətini gücləndirib
inkişaf etdirmək,onlarda problemi müstəqil həll etmək bacarığı
yaratmaq məqsədi ilə tətbiq edilir.Problem müəllim tərəfindən
yaradılır,şagird tərəfindən həyata keçirilir.Müəllim problemin
həllinin məqsədini müəyyənləşdirir,şagirdlərə onu araşdırmaq
üçün istiqamətlər verir.Problemin həllinə əsas ağırlıq şagirdlərin
üzərinə düşür.Şagirdlər problemi həll etmək üçün plan
tutur,təcrübə qoyur,müşahidə aparır,fakt toplayır,sonra faktları
müqayisə edir və nəticə çıxarırlar.
Seminar,mühazirə,referat ali məktəb tələbələri ilə aparılır.
Biologiya tədrisində tətbiq olunan metodları belə təsnif edirlər:
1.Şifahi metodlar: müsahibə,izah,nağıl,mühazirə.
2.Əyani metodlar:təcrübə nümayişi,təsviri əyani vasitələrin
(kino, televiziya verlişlərinin ) nümayişi.
3.Praktik metodlar:obyekti müəyyən etmə və
tanıma,müşahidə,ekspriment.
Hazırda biologiya təlim metodlar və yanaşma üsulları alimlər
tərəfindən aşağıdakı kimi təsnif edilmişdir:
1.Məlumatvermə (şifahi) metodlar: müsahibə,şərh
etmə,izah,nağıl,təsfir,mühazirə,mətn oxumaq.
2.Əyani metodlar: müşahidə,nümayiş (təcrübə və əyani
vasitələrin nümayişi),ekskursiya,təlimin texniki vasitələrin
tətbiqi.
3.Axtarış metodları: evrostik müsahibə,problemli
şərh,tədqiqatçılıq metodu,seminar metodu,referat
metodu,disput metodu.
4.Praktik metodlar:müşahidə,eksperiment,obyektin
müəyyənləşdirilməsi və təyini,çalışma və məsələlərin
həlli,laboratoriya və praktiki işlərin təşkili.
Metodik yanaşma üsulları:
1.məntiqi:problemin qoyuluşu,müxtəlif əlamətlərin
müəyyənləşdirilməsi,müqayisə,nəticə,ümumiləşdirmə;
2.təşkili:plan yazmaq,plan üzrə cavab vermək,yerində cavab
vermək,yazıtaxtasının qarşısında cavab vermək,şagirdlər
tərəfindən stolda təcrübəni,paylama metodlarını,kolleksiyaları
nümayiş etdirmək,plan üzrə müşahidə etmək,fərdi,qrup və
frontal işlərin icrası,cavab verməklə işin icrası;
3.texniki: yazı taxtasında ,vərəqdə suallar yazmaq,doldurmaq
üçün anket toplamaq,şəkil və tablonu yazı taxtasından
asmaq,canlı obyektləri,mikropreparatları nümayiş
etdirmək,qabda, çöl şəraitində,ləklərdə təcrübə qoymaq,
kolleksiya təşkil etmək və s.
Didaktik məsələlərə görə təlim metodlarının təsnifi:
1.Yeni bilik və bacarıqların verilməsində tətbiq olunan
metodlar: şifahi şərh,əyanilik (əyani vasitələrin nümayişi,
paylama metodları və s.)
2.Bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət edən
metodlar:əyanilik, biologiyadan məsələ həlli, yoxlama işi.
Bilik alma mənbələrinə görə metodların təsnifi:
1.Müəllimin şərhi, müşahidə, müsahibə, hekayə, ekskursiya,
nümayiş.
2.Şagirdlərin müstəqil işləri:laboratoriya işi, praktiki
məşğələ,məsələ,test sualları və çalışmaların həlli,dərslik
üzərində iş.
Təlim prosesində metodla yanaşı metodik yanaşma üsulları
anlayışındanda istifadə olunur.Bu metodun ünsürüdür,onun
tərkib hissəsidir.Lakin müstəqil səciyyə daşıyan yanaşma
üsulları da var.
Biologiya tədrisi prosesində metod və yanaşma üsullarından
istifadə etmək üçün müəllim onun yerini qabaqcadan
müəyyənləşdirməlidir.Məsələn,işi yerinə yetirmək üçün
fərdi,qrup və frontal yanaşma üsullarından istifadə oluna bilər.
Metodları inkişaf etdirmək üçün öyrədilən materialın məzmunu,
həcmi və çətinlik dərəcəsi nəzərə alınmalıdır.Müəllim müəyyən
etməlidir ki, müxtəlif materialları hansı metodla keçsək daha
yaxşı səmərə verə bilər.Metodun seçilməsi şagirdin yaş
dərəcəsindən də asılıdır.Aşağı sinifdə müsahibə, nağıl və s.
Metodla öyrədilən dərs yuxarı sinifdə laboratoriya,praktik iş
kimi tədris oluna bilər.
Bu işi şagirdlər müstəqil yerinə yetirə bilərlər.Şagirdlərin dərsi
maraqla dinləməsi,işi müstəqil icra etməsi, düşünməsi, bioloji
məsələləri dərk etməsi,nəzəri biliklərini praktikaya tətbiq
etməsi və s müəllimin metod seçmə səriştəsindən,işə
rəhbərliyindən asılıdır.
Aşağı siniflərdə praktiki iş bütün şagirdlər tərəfindən eyni
zamanda müəllimin komandası ilə yerinə yetirilir.Yuxarı
siniflərdə isə şagird praktik işi müstəqil və fərdi halda yerinə
yetirə bilər.İş plan əsasında görülür və nəticəsi işin sonunda
yoxlanılır.Şagird müstəqil olarsa işin icrasını planlaşdırır,
hesablama aparır.Bunun üçün ədəbiyyatdan istifadə edir,
cavabları müəllimin köməyi olmadan əldə edir.Metodların
tətbiqində və onların sistemində şagirdlərin müstəqilliyini
inkişaf etdirməyə əsas yer vermək lazımdır.Çünki müəllimin
izahatına şagirdlərin fəal qulasq asması, kitab üzərində müstəqil
çalışması,praktik işləri icra etmələri,sərbəst düşünmələri və s
müəllimin hazırlığından və ustalığından asılıdır.Burada müəllim
tələbkarlığı, metodları seçməsi və ondan düzgün istifadə etməsi
mühüm şərtdir.Mövzudan asılı olaraq müəllim bir dərsdə bir
neçə metoddan istifadə etməyi bacarmalıdır.Lazım gəldikdə bir
metodu başqası ilə əvəz etmək də olar.Məsələn, nümayiş
etdirməni praktik və ya müsahibə metodları ilə əvəz edə bilər
və s.Yalnız bunlara əməl olunduqda müvəffəqiyyət qazanmaq
olar.
ERİTROSİTLƏR,LEYKOSİTLƏR VƏ TROBOSİTLƏR.QAN
QRUPLARI.
PLAN
1.Eritrositlərin quruluşu və funksiyası.
2.Leykositlərin quruluşu və funksiyası.
3.Trobositlər.
4 Qan qrupları.
Qırmızı qan hüceyrələri kimi də adlanan bu hüceyrələr hər iki tərəfdən
basılmış disk formasında olmaqla, yetişmiş vəziyyətdə
nüvəsizdir.Eritrositlərdə nüvənin olmaması və ikiqat çökük linza
formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır.
Qanda eritrositlərin miqdarı daimi olmayıb ,dəyişir. 1mm qanda 4-
5mln.eritrosit olur. Lakin hündür dağ zirvəsində olanda oksigen
çatışmamasından,güclü əzələ hərəkəti zamani eritrositlərin miqdarı
əhəmiyyəti dərəcədə arta bilər.Hündür dağ ərazilərində yaşayan
insanlarda eritrositlərin miqdarı dəniz sahillərində yaşayanlara nisbətən
30% çox olur.
Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir.Daha
doğrusu oksigeni ağciyərlərdən bütün bədən hüceyrələrinə ordan isə
karbon qazını ağciyərə məhz hemoqlobin daşıyır.Eritrositlər orqanizmdə
qazların nisbi sabitliyini təmin edirlər.Eritrositlərin tərkibinin böyük
əksəriyyəti (90%-dən çox) zülali mənşəli olan
hemoqlobindir.Hemoqlobin qana qırmızı rəng verməklə prostetik qrup
heminin və zülal qlobinin birləşməsidir.Hemoqlobin molekulunda 4
hemin molekulu var ki,oda xaricdən alfa və betta zülal zəncirləri ilə
əhatə olunmuşdur.Həmin qrupların mərkəzində dəmir atomu həm alfa
və betta zülal zəncirləri,həm də ağciyər alveollarından daxil olan
oksigenlə birləşərək oksihemoqlobinə çevrilir.Hemoqlobinin karbon
qazı ilə birləşməsi,oksigenlə birləşməsinə nisbətən daha
dözümlüdür.Ona görə də havada 0,1% karbon qazı olarsa,onun yarıdan
çoxu hemoqlobinlə birləşir,nəticədə toxuma və hüceyrələr oksigenlə
lazımı səviyyədə təmin olunmur.Dəm qazı ilə boğulma zamanı əzələ
süstlüyü,huşun itirilməsi ,qıcolma və nəhayət ölüm hadisəsi baş verə
bilir.Bu zaman xəstəni təmiz hava mühitinə çıxarmaq,tünd çay içirmək
və həkimə çatdırmaq vacibdir.
Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq,onda eritrositlərin
özünün ağırlıq qüvvəsinin təsiri altında çökürlər.Bu çökmə müəyyən
sürətlə olur.Məsələn:qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-
12 mm,kişilərdə isə 3-9 mm olur.Eritrositlərin çökmə sürətinin təyini
mühüm tibbi diaqnostik əhəmiyyət daşıyır.Belə ki,vərəm və digər
iltihablı xəstəliklər zamanı eritrositlərin çökmə sürəti artır,bu da qanda
qlobulin zülalını artmasını göstərir.Qlobulin isə eritrositlər tərəfindən
adsorbsiyaya (udulma) uğrayır,nəticədə eritrositlərin səthi
dəyişir,ağırlaşır və tez çökür.
Ağ qan cisimciyi və yaxud leykositlər rəngsiz hüceyrələr olub,daxilində
müxtəlif formalı nüvəsi var.Sağlam adamın 1 mm qanında 6000-8000
leykosit olur.İki qrup leykosit ayırd edilir:danəli leykositlər -
qranulositlər,danəsiz leykositlər-aqranulositlər.Danəli leykositlərin
sitoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı,mavi və bənövşəyi)
rənglənən kiçik danələrə rast gəlinir.Ancaq danəsiz leykositlərdə isə
bunlar yoxdur.
Danəli leykositlər özləri də üç qrupa bolünür:neytrofillər,eozonofillər və
bazofillər.Neytrofillər ümumi leykositləri 55-60% təşkil etməklə
faqositəetmə qabiliyyətinə malikdirlər.Bazofillər ümumi leykositlərin
0,5-2% -ni eozonofillər isə 3-5%-ni təşkil edirlər.Lakin orqanizmdə kiçik
iltihab prosesi zamanı eozonofillərin sayı bir qədər artır.
Danəsiz leykositlər limfositlərə və monositlərə ayrılır.Limfositlər həlqəvi
hüceyrələr olub,çox tünd rəngli dairəvi nüvəsi var.Monositlər isə
nisbətən iridir və qeyri-bərabər formalıdır.Limfositlər orqanizmin
müdafiə sistemində daha aktiv iştirak edirlər.Onlar iltihab prosesi
zamanı makrofaqlara çevrilərək orqanizmə düşən yad cisimləri faqositə
edirlər.Qanda leykositlərin miqdarı dəyişə bilir.Qida qəbulundan və ağır
əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır.Xüsusilə
orqanizmdə iltihab prosesi gedən zaman onların sayı artır.
Leykositlərin böyük əksəriyyətinin yaşama müddəti 2-4 gündür(bəzən
isə 12-15 günə çatır),yeni leykositlər timusda,qırmızı sümük
iliyində,dalaqda və limfa düyünlərində əmələ gəlir.
Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisim və zülallardan xəstəlik
törədən mikroorqanizmlərdən qorumaqdır.Onlar yalançı ayaqları
vasitəsilə sərbəst sürətdə hərəkətetmə qabiliyyətinə
malikdirlər.Hərəkət istiqamətində rast gəldiyi zərərli mikrobları tutub
məhv edir.Leykositlərin orqanizmə düşən mikroorqanizmləri,yad
cisimləri,ibtidai orqanizmləri tutub,udması,həzm etməsi prosesi
faqositoz,leykositlərin özləri isə faqositlər adlanır.Faqositoz hadisəsini
ilk dəfə olaraq İ.İ.Meçnikov öyrənmişdir.Meçnikova görə iki kateqoriya
hüceyrə faqositəetmə qabiliyyətinə malikdir.Hərəkətdə olan ağ qan
cisimciyi (limfositlər və monositlər) və limfa düyünlərində,damarların
daxili divarlarında,dalaqda,qaraciyərdə,sümük iliyində olan qeyri
hərəkətli-hüceyrə.
Trombositlər kürə və yaxud oval şəkilli olub,dalaqda və sümük iliyində
əmələ gəlir,insanın trombositləri nüvəsizdir.Yaşama müddəti 35 gün
olur,ölümü-dağılamsı dalaqda baş verir.
Trombositlərin əsas bioloji əhəmiyyəti onların qanın laxtalanmasında
iştirak etmələridir.Qanın hüceyrəvi elementlərinə,plazmasına
tərkibindəki üzvi və qeyr-üzvi maddələrə nəzər salıb,bir bioloji sistem
kimi insanın istər qana bətni,istərsə də ondan sonrakı dövrdə
əhəmiyyətini qruplaşdırsaq,aşağıdakı nəticəyə gəlmək olar:
1.Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir,yəni ağciyərlərdə
oksigeni toxuma və hüceyrələrə oradan isə karbon qazını ağciyərə
daşıyır(eritrositlər-hemoqlobini)
2.Orqnizmdə müdafiə sisteminin yaranmasında qan mühüm rol
oynayır.Orqanizmin daxilinə düşmüş yad cisimləri və zərərli
mikroorqanizmləri leykositlər faqositə etməklə onları məhv edirlər.
3.Bağırsağın divarlarından qana sorulan qida maddələri qan vasitəsilə
toxuma və hüceyrələrə çatdrılır.Zülalların,karbohidratların,yağların
həzm sistemində parçalanma məhsulları,eləcə də vitaminlər duzlar və
su venoz qana və limfaya sorulduqdan sonra üzv və toxumalara nəql
olunur.Yağların parçalanma məhsulu olan qliserin və yağ turşuları
limfaya sorulmasına baxmayaraq o da böyük qan dövranının axırında
venoz qan sağ qulağcığa çatmamışdan əvvəl onunla qarışır.
4.Orqanizmin orqan və sistemləri arasındakı əlaqə qan vasitəsilə tənzim
olunur.Məlumdur ki,dxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal
maddələr-hormonlar qanla birlikdə orqanların toxuma və hüceyrələrinə
çatdırılır.Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilirlər.
5.Orqanizmin daxili mühitini hemostazisini qan təmin edir ki,bu da onun
bufer sisteminin hesabına olur.
6.Orqanizmin istilik tənzimində qann əhəmiyyəti böyükdür.Sağlam
adam ağır fiziki iş görəndə və yaxud idmanla məşğul olanda onun xarici
və daxili mühitində güclü istilik əmələ gəlir.Belə istilik orqanizmdə
maddələr mübadiləsinin pozulması,müxtəlif patogen
xəstəliklər,ekstremal şəraitdə olur.Həmin istilik enerjisinin orqanizmdə
xaric olunması qan kapelyarları,xüsusilə,dəri altında olan qan damarları
ilə həyata keçirilir.
7.Qan orqanizmin ifrazat funksiyasında iştirak edir.Hüceyrələrdə
maddələr mübadiləsi nəticəsində çoxlu miqdarda lazımsız və zərərli
çöküntü maddələri əmələ gəlir.Həmin maddələr əvvəlcə hüceyrəarası
mayeyə keçir,sonra isə sorularaq ifrazat orqanlrına gəlir,orda süzülərək
orqanizmdən xaric olunur.
8.Orqanizmin hər hansı yerinin zədələnməsi və yaxud cərrahiyyə
əməliyyatları zamanı yaranın sağalmasında qanın mühüm əhəmiyyəti
var.İstər sağlam orqanizmin,istərsə də cərrahiyyə əməliyyatından sonra
orqanizmin regenerasiyasında qanın həlledici rolu şəksizdir.
9.Travmatik xəstələrdə və carrahiyyə əməliyyatları zamanı qan
lövhəcikləri trombositlərin mühafizə funksiyası çoxdur.Trombositlər
qanın laxtalanma prosesini həyata keçirməklə iri damarların ağzını tutur
və qanın orqanizmdən kənar olmasının qarşısını alır.
4 cür qan qrupu vardır.Qan qrupları insanı bətndaxili dövrünün ilkin
mərhələrində irsi olaraq formalaşır və sonradan onu dəyişməy mümkün
deyil.1-ci qrup qanı bütün qan qruplarından olan insanlara köçürmək
olar,onlara isə ancaq 1ci qrup qanı köçürmək olar.Bu qrupa məxsus olan
insanları universal donorlar adlandırırlar.2-ci qrup qanı olanlar
özlərindən və 1 ci qrup qandan qəbul edir,özlərinə və 4 cü qan qrupu
olanlara qan verə bilirlər.3 cü qan qrupları isə 1 ci qan qrupundan və
özlərindən qəbul edir,3 və 4 cü qan qruplarına qan verə bilərlər,4 cü
qan qrupu olanlar isə bütün qan qruplarından qəbul edir,ancaq 4cü qan
qrupuna qan verə bilərlər.4 cü qan qruplu insanları universal
resipiyentlər adlandırırlar.
Qeyd olunan qan qrupları ilə yanaşı,insanların 85%-də eritrositlərin
tərkibində müsbər rezus-faktor kimi adlandırılan aqqlütinogenin olduğu
da aşkar edilib.İnsanların qalan 15%-də isə mənfi rezus-faktor
tapılıb.Rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə
sonuncunun plazmasında eritrositləri hemoliz edən maddə əmələ gəlir
ki,bu həyat üçün çox təhlükəlidir.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq
anatomiyası və fiziologiyası”Bakı-2001
2.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV”İnsan
anatomiyası”Bakı-2002
2.G.A.HACIYEV”İnsan anatomiyası”1974
EŞİTMƏ ANALİZATORUNUN QURULUŞU VƏ YAŞ
XÜSUSİYYƏTLƏRİ.QULAQ VƏ GİGİYENASI.
PLAN
1)EŞİTMƏNİN ƏHƏMİYYƏTİ
2)EŞİTMƏ ORQANIN QURULUŞU VƏ FUNKSİYALAR
3)VESTİBULYAR (müvazinət ) analizatoru
4)EŞİTMƏ ORQANININ FUNKSİYASI
5)EŞİTMƏNİN GİGİYENASI
Məlumdur ki,müxtəlif qıcıqların hər hansı bir analizatora təsiri zamanı
onlara məxsus duyğular əmələ gəlir.Artıq biz öyrəndik ki,gözün torlu
qişasına hansı (istər mexaniki,istər elektrik) qıcıq təsir edirsə etsin işıq
duyğusunun (gözündən od,alov çıxdı) yaranmasına səbəb olur.Səs
dalğaları eşitmə analizatoruna təsir edir.Heyvanlarda olduğu
kimi,eşitmə analizatoru insanda da xarici mühitdə baş verən müxtəlif
hadisələri bildirən səs dalğalarını qəbul edir.Lakin insanlardan fərqli
olaraq bəzi heyvanlar (həşəratlar) ultra səs dalğalarını qəbul edə
bildikləri üçün insandan yaxşı eşidirlər.Hər hansı vəziyyətini dəyişən
cisimdən eşitmə orqanına daxil olan səs dalğaları səsin mənbəyi ola
bilər.Məsələn,təbil pərdəsi hidrogen atomundan on dəfə kiçik ölçüdə
yerini dəyişəndə eşitmə reseptorları beyinə siqnallar göndərməyə
başlayır.
Eşitmə və nitq birlikdə insanlara gündəlik əmək və ictimai fəaliyyətində
bir-birilə ünsiyyətdə olmağa kömək edir.Eşitmə qabiliyyəti pozulmuş
adam ətraf mühitin gözəlliklərini duymaqda çətinlik çəkir,məsələn:yaxşı
bir musiqini,dənizin dalğalarının səsini,meşədə həşəratların,quşların
nəğməsini eşidə bilmir.Eşitmə orqanında nəinki səs hissini,həm də
bədənimizin müvazinətini tənzim edən törəmələr vardır.
Eşitmə dalğası eşitmə orqanı olan qulaqla qəbul edilir.Qulaq kəllənin
gicgah sümüyü nahiyəsində yerləşir.Eşitmə orqanı öz quruluşuna görə
üç hissədən ibarətdir.
Xarici qulaq -
qulaq seyvanı və xarici qulaq keçəcəyindən
ibarətdir.Təkamül prosesində qulaq keçəcəyi ilk dəfə quşlarda,qulaq
seyvanı isə məməli heyvanlarda və insanda əmələ gəlmişdir.Qulaq
seyvanının vəzifəsi səsin gəldiyi tərəfi müəyyən edib,onu qəbul
etməkdən və orta qulağa doğru istiqamətləndirməkdən ibarətdir.Xarici
qulaq keçəcəyinin uzunluğu 2,5 sm olub,onu orta qulaqdan ayıran
elastiki təbil pərdəsi ilə nəhayətlənir.Səs dalğası xarici qulaqdan
keçib,birinci olaraq təbil pərdəsinin rəqsi hərəkətinə səbəb olur.Səs nə
qədər güclü olsa,təbil pərdəsi də o qədər tez-tez rəqsi hərəkət edir.
Orta qulaq -
təbil pərdəsinin arxasında 1 sm həcmində olan hava ilə
dolu boşluğu yerləşir.Orta qulaq ilk dəfə suda-quruda yaşayanlarda
əmələ gəlmişdir.Orta qulaq boşluğunda üç qulaq sümükcükləri –
çəkic,zindan və üzəngi yerləşir.Çəkic orta qulağı xarici qulaqdan ayıran
təbil pərdəsinə söykənir.Üzəngi adlanan sümük isə,daxili qulaqda oval
pəncərəni örtən pərdəyə söykənir.Çəkic və üzəngi arasında zindan
sümüyü yerləşir.Zindan sümüyü çəkic və üzəngi sümüyü arasında əlaqə
yaradır.Beləliklə,qulaq sümükcükləri təbil pərdəsini daxili qulağın oval
pəncərəsinin üzərini örtən elastiki pərdə əlaqələndirir.
Orta qulaq boşluğu eşitmə borusu vasitəsilə burun-udlağa
birləşir.Nəticədə təbil boşluğundaolan havanın təzyiqi xarici mühitdəki
havanın təzyiqi ilə eyni olur.Əgər təbil pərdəsinin bir tərəfindəki təzyiq
o biri tərəfdən çox olarsa o zaman o cırıla bilər.Belə hal adamlar
təyyarədə uçanda,güclü top atəşlərinə yaxın olduqda baş verə
bilər.Bunun qarşısını almaq üçün belə hallarda udqunmaq və ağızı
açmaq lazımdır.Bu zaman yaranan gərginlik aradan qalxır.
Daxili qulaq –
kəllə əsasında gicgah sümüyünün içərisində təbil
boşluğunun arxasında yerləşir.Primitiv halda ilk dəfə balıqlarda əmələ
gəlmişdir.O, boşluqlar və qıvrım kanallar sistemindən – sümük
labirintindən ibarətdir.Burada da qovuqcuqda olduğu kimi içərisi maye
ilə dolu pərdəli və zarlı labirint yerləşir.
Zarlı labirint sümük labirintdən kiçik olduğu üçün,onların arasında
boşluq əmələ gəlir ki,həmin boşluq perilimfa adlanan maye ilə dolu
olur.
Sümük labirint üç hissədən:1.Dəhlizdən,2.İlbizdən,3.Üç yarımdairəvi
kanallardan ibarətdir.Bu mürəkkəb labirintdə ancaq spiral şəkilində
burulmuş və üzərində eşitmə reseptorları yerləşən ilbiz eşitmə
funksiyasını yerinə yetirir.Labirintin yarımdairəvi kanallardan ibarət o
biri hissəsi müvazinət orqanıdır.
Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss
edir və qavrayırıq.Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə
qədər,bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə
qaytarır.Belə anda bədənimizin vəziyyətini necə duyuruq.
Daxili qulağın labirintində ilbizdən başqa,iki balaca torpacıq var:girdə və
oval torpacıq.Bir-birinə perpendikulyar yerləşmiş yarımdairəvi kanallar
müvazinət üzvü olan vestibulyar aparatı əmələ gətirir.Eşitmə müvazinət
sinirinin məlum olduğu kimi,uzunsov beyindəki bəzi mərkəzlərlə əlaqəsi
var.Bununla əlaqədar olaraq vestibulyar orqanın şiddətli qıcıqlanması
(məsələn,qısa zamanda böyük sürət alma) bir sıra fizioloji fəaliyyətlərlə
ürəkbulanma,tənəffüsün sürətlənməsi və ya ləngiməsi,ürəkdöyünməsi
və qan damarları mənfəzinin dəyişməsi və s. ilə ifadə olunur.Bu
proseslər uşaqlarda yaşlılara nisbətən zəif reaksiyalar yaradır.
İlbiz kanalının daxilində əsas membran üzərində səs dalğalarını qəbul
edən Kortiyev üzvü yerləşir.Belə ki, ilbiz kanalı boyunca arakəsmə keçir
və bu ilbizi iki hissəyə bölür.Bu arakəsmənin bir hissəsi tar simi kimi
tarım dartılmış müxtəlif uzunluqlu 24 minə qədər nazik liflərdən əmələ
gəlmişdir.Liflərin hər biri müəyyən səsə qarşı rezonans hadisəsinə
uyğun cavab verir.Həmin liflərin üzərində səsi qəbul edən hüceyrələr –
eşitmə reseptorları yerləşir.Səs dalğalarının qəbulu və nəql olunma
mexanizmi aşağıdakı kimi olur.Səs duyğusunun əmələ gəlməsi üçün səs
dalğalarını qulaq seyvanı tutaraq,xarici qulaq keçəcəyi vasitəsilə təbil
pərdəsinə ötürür.Bu təbil pərdəsinin səs dalğasının tezliyinə uyğun
olaraq rəqsi hərəkətinə səbəb olur.Səs nə qədər uca olsa təbil pərdəsi
bir o qədər tez-tez rəqsi hərəkət edir,səs amplitudu böyüdükcə səsin
gücü də artır.Təbil pərdəsinin rəqsi hərəkəti orta qulaqdakı qulaq
sümükcüklərinə - çəkic,zindan,üzəngiyə verilir.Buradan isə üzənginin
söykəndiyi daxili qulağın oval pəncərəsini daxildən örtən pərdəyə
ötürülür.
Əsasən rast gələn pozğunluqlar xarici orta və daxili qulaqda müşahidə
edilir.Məsələn xarici qulaq keçəcəyində olan vəzilərin ifraz etdiyi
maddə-qulaq kiri adlanır.Bu kir uzun müddət təmizlənmədikdə tıxac
kimi xarici qulaq keçəcəyini tutur və eşitmə qabiliyyətinin
zəiflənməsinə səbəb olur.Kiri kibrit və sancaqla çıxatmağ çalışdıqda siz
təbil pərdəsini zədələyə hətta cıra bilərsiz buda karlığa səbəb ola
bilər.Həmçinin xəstəlik törədən mikroblar orta qulağa udlaq
xəstəlikləri,anqina,skarlatina zamanı düşə bilər.Bəzən irin təbil
pərdəsini deşir.İltihab prosesi daxili qulağa keçib buradakı eşitmə
reseptorlarını zədələdikdə çox vaxt karlığ əmələ gəlir.Əgər eşitmə
orqanları xəstəliklərinə əhəmiyyət verilməsə o ciddi və ağır xəstəliyə-
beynin iltihabına səbəb ola bilər.Eşitmə orqanının gigiyenası üçün ən
mühüm tələb onun güclü səslərdən qorunmasıdır.Partlayış zamanı
əmələ gələn güclü səs dalğası böyük bir zərbə ilə təbil pərdəsini vurur
və onu cıra bilir.Belə olduqda güclü səs dalğaları zamanı ağzı açıq
qoymaq lazımdır çünki səs dalğaları xarici qulaq keçəcəyindən və
YEVSTRAX borusundan eyni vaxtda vurularaq neytrallaşır.
ƏDƏBİYYAT
1.H.HACIYEVA,K.QURBANOVA(Uşaq anatomiyası və fiziologiyası)
2.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV(Uşaq anatomiyası və fiz.)
ƏZƏLƏ SİSTEMİ,QURULUŞU İŞİ.
1.Əzələ toxuması.
2.Əzələnin quruluşu.
3.İnsan bədəninin əsas əzələ qrupları.
4.Əzələlərin yorulması.
Əzələ toxuması.
İnsan orqanizmində 3-cür əzələ toxuması
vardır:eninə zolaqlı (1),saya (2) və ürək əzələsi toxuması (3).
Hər bir əzələ toxuma növünün özünə məxsus quruluşu və funksiyası
vardır.
Eninə zolaqlı əzələ toxumasına skelet əzələləri aid olub,əzələ lifləri bir-
birinə paralel yerləşərək qrup halında toplanmışdır.Əzələlər liflərin
içərisindən keçən zülal telləri sayəsində qısala bilir-yığılır.
Saya əzələlər daxili orqanların (mədə,bağırsaqların,sidik kisəsinin),qan
damarlarının divarlarını örtür.
Ürək əzələsi öz quruluşuna görə eninə zolaqlı əzələ toxumasına
oxşayır.Ürək əzələsini təşkil edən liflər bir-birinin daxilinə girərək (bir-
birinə dolaşır) sinsit (tor) əmələ gətirir.Bunun sayəsində ürək əzələsi
oyanmasına görə skelet əzələsindən fərqlənir.
Yenidoğulmuş körpənin bədənində 600 qədər skelet əzələsi var.Bu
əzələlər müxtəlif templə böyüyürlər.Südəmərliyin əvvəlində qarın
əzələləri,bir qədər sonra isə çeynəmə əzələləri yaxşı inkişaf edir.Birinci
ilin axırında iməkləmə və sonra isə yerimə ilə əlaqədar olaraq belin və
ətrafların əzələləri yüksək böyümə tempinə malik olurlar.Uşaq
böyüdüyü dövrdə onun əzələlərinin kütləsi 35 dəfə artır.Cinsi yetkinlik
dövründə isə borulu sümüklərin böyüməsi ilə yanaşı,əzələlərin vətərləri
də böyüyür.Bu zaman həmin əzələlər uzanır,nazikləşir,ona görə də
uşaqlar incəayaq və uzun qollu görünürlər.Ümümilikdə götürdükdə isə
əzələnin inkişafı 25-30 yaşadək davam edir.Uşaq əzələsi yaşlıların
əzələsinə nisbətən rəngsiz incə və elastiki olur.
Əzələ hərəkət orqanıdır,daha doğrusu,orqanizmin hərəkətində aktiv
iştirak edir.Bütün əzələlərdə vətərələrdən təşkil olunmuş başcıq,əzələ
liflərindən təşkil olunan qarıncıq və nəhayət,əzələnin qurtaracağı
(vətərvari) ayırd edilir.Bir qayda olaraq,əzələlər iki və yaxud daha çox
sümüyə birləşərək oynaq əmələ gətirir.Lakin elə əzələlər var ki,onlar
sümüyə deyil,hansısa bir orqana,məsələn,dəriyə,göz almasına birləşir.
Əzələlər sadə və mürəkkəb olmaqla,iki qrupa ayrılır.Mürəkkəb
əzələlərdə qarıncıqdan bir neçə başcıq çıxır və ayrı-ayrı sümük
nöqtələrinə gedir.Məsələn,ikibaşlı üçbaşlı və dördbaşlı əzələlərdə
olduğu kimi.Buna uyğun olaraq vətərlərdə bir neçə hissəyə
ayrılır.Əzələlər xaricdən sıx birləşdirici toxumadan təşkil olunmuş
fasiyalarla örtülmüş olur.
Əzələlər quruluşuna və yerinə yetirdiyi funksiyaya görə təsnif
edilir.Quruluşuna görə əzələlər enli (gövdə və aşağı ətrafın qurşaq
əzələləri),uzun(ətraflrın əzələləri),qısa(fəqərələr arasındakı əzələlər) və
həlqəvi (bədəni xariclə əlaqələndirən deşiklərin ətrafındakı əzələlər)
olur.Yerinə yetirdiyi funksiyaya görə əzələlər
açıcı,bükücü,aparıcı,gətirici,həmçinin daxilə və xaricə fırladıcı əzələ
qruplarına bölünürlər.
Əzələ yerləşmə yerindən asılı olaraq baş,boyun,gövdə,yuxarı və aşağı
ətraf əzələlərinə ayrılırlar.
Başın əzələləri çeynəmə və mimiki əzələlərə bölünür.Çeynəmə əzələləri
alt çənənin hərəkətində,qidanın ağız boşluğunda xırdalanması prosesi
və udma aktında,mimiki əzələlər isə emosional halların
təzahüründə,nitqin icrsında,ağız künclərinin qaldırılması və
endiriliməsində fəal iştirak edir.
Boyun əzələləri başın əyilməsində,dairəvi hərəkətində,alt çənənin aşağı
dartılmsında,qabırğaların qaldırılmasında,tənəffüs prosesində və s.
funksiyaların yerinə yetirilməsində iştirak edirlər.
Döş əzələlərindən səthdə yerləşənlər çiyin qurşağı və yuxarı ətrafların
hərəkətində,daxildə yerləşənlər isə döş qəfəsi həcminin keçildilməsində
və artırılmasında,başqa sözlə,tənəffüs aktında iştirak edir.Qeyd edək
ki,sonuncu funksiyanın yerinə yetirilməsində qabırğaarası əzələlər və
diafraqma iştirak edir.
Qarın boşluğu əzələləri onurğa sütünunun önə əyilməsində,öz oxu
ətrafında fırlanmasında,dərin və sakit nəfəs vermə prosesində sidik və
nəcis ifrazında və.s funksiyaların icrasında iştirak edir.
Bel əzələlərindən səthdə yerləşənlər yuxarı ətrafın qurşaq və sərbəst
hissələrinin hərəkətində,başın əyilməsində və kürəklərin
tərpədilməsində iştirak edirlər.Yuxarı və aşağı ətraf əzələləri isə başlıca
olaraq açıcı və bükücü əzələlərə,onları bir-birinə yaxınlaşdıran və
eləcədə əks tərəflərə dartan istiqamətləndirən əzələ qruplarına
bölünürlər.
Əzələlərin yorulması.
Yorulma fizioloji hadisədir.Əgər əzələlər uzun
müddət və istirahət etmədən işləyərsə,tədricən yığılma qabilliyəti
zəifləyir və ən nəhayət fəaliyyətdən qalır.
Əzələlərin iş qabiliyyətinin müvəqqəti azalmasına yorulma
deyilir.Əzələyə istirahət verdikdə öz fəaliyyətini yenidən bərpa
edir.Əzələlər tez-tez ritmik yığıldıqda daha tez yorulur.Əzələlərin
yorulmasını aydınlaşdırmaq üçün erqoqrafiyadan istifadə etmək
olar.Bunun üçün erqoqraf cihazından istifadə edilir.
Şəxs şəhadət barmağını ilgəyə keçirir.Bu ilgək hərəkət edən blokdan
keçirilmiş ipə bağlanmışdır.Həmin ipdən bir kq ağırlığında yük
asılıdır.Metronom vurğularına uyğun şəxs şəhadət barmağını büküb
açaraq yükü dəqiqədə 60 dəfə qaldırıb endirir.Erqoqrafda hərəkət edən
lent üzərində qeyd olunan yazını izləməklə bütün təcrübə müddətində
barmaq əzələlərinin necə işlədiyini görmək olar.Əvvəlcə barmaq tez-tez
bükülüb açılır və bu zaman alınan əyrilərin hündürlüyü də çox olur,lakin
çox kecmədən əyrilərin hündürlüyü yavaş-yavaş azalır,bir müddətdən
sonra isə o sıfır nöqtəsində dayanır.Sonra barmaq əzələlərinə 10-15
dəqiqə istirahət verir və təcrübəni bir daha təkrar edirlər.İkinci dəfə
barmağın bükülüb açılma sürətini artırırlar.Bu dəfə barmağı dəqiqədə
90 dəfə büküb açdıqda əzələlər birinci təcrübədə olduğundan daha tez
yorulur.
Üçüncü təcrübəyə başlamazdan əvvəl barmaq əzələlərinə bir daha
istirahət verilir.Sonra yükü iki dəfə artırırlar.Bu dəfə şəxs 2 kq yükü
dəqiqədə 60 dəfə qaldırıb endirir.Məlum olur ki,yük artdıqda barmağın
əzələləri daha tez yorulur.
Beləliklə əzələlərin yorulması görülən işin ritmindən və təsir edən yükün
miqdarından asılı olur.
Əzələnin yorulmasını və onların iş qabiliyyətinə qıcıq ritmini və yükün
təsirini rus fizioloqu İ.M.Seçenov öyrənmişdir.O müəyyən etmişdir ki,
fiziki iş gördükdə ele bil orta ritm və yük seçmək lazımdır ki, əmək
qabiliyyəti yüksək olsun,yorulm mümkün qədər gec başlasın.O tam
passiv istirahət şəraitində və müəyyən bir fəaliyyət növünü başqa bir
fəaliyyətlə əvəz edib.Başqa sözlə fəal istirahət etməklə iş qabiliyyətinin
daha tez bərpa olduğunu və yorğunluğun daha tez keçdiyini müəyyən
etmişdir.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq
anatomiyası və fiziologiyası”
2.G.A.Hacıyev ”İnsan anatomiyası”
BAKI-2001
HƏZM ÜZVLƏRİNİN QURULUŞU VƏ
ƏHƏMİYYƏTİ.QARACİYƏR ONUN QURULUŞU VƏ
FUNKSİYALARI.
PLAN
1.Ağız boşluğunun quruluşu.
2.Mədənin quruluşu və funksiyası.
3.Mədə şirəsinin tərkibi və xüsusiyyətləri.
4.Onikibarmaq nazik bağırsaq və yoğun bağırsaq.
5.Həzmlə əlaqədar qaraciyərin vəzifəsi.
Qidanın həzmi ağız boşluğundan başlayır.Ağız boşluğunun əsas
xüsusiyyətlərindənbiri odur ki
,
həzm orqanları içərisində yeganə sümük
mənşəli dişlərin iştirakı ilə qida maddələri mexanii olaraq xırdalanır və
ağız suyu vəzilərinin şirəsi ilə islanır.Ağız boşluğundakı əzələvi orqan
olan dil isə qidanı dişlərin altına hərəkət etdirməklə çeynəmə
prosesində iştirak edir.Dilin üzərində çoxlu miqdarda resseptorlar
olduğundan dadbilmə və eləcədə nitq orqanıdır.
Dişlər forma və funksiyaca kəsici,köpək,balaca və böyük azı dişlərinə
ayrılır.Dişlərin əsası embrional inkişafda qoyulur.6-8 aylıq uşaqlarda süd
dişləri inkişaf etməyə başlayır.Biryaşlılarda 8 ədəd,ikiyaşlılarda və yaxud
üç yaşın əvvəlində bütün 20 ədəd süd dişi çıxmış olur.Daimi dişlərin
çıxması 14-15 yaşda başa çatır,lakin ağıl dişlərin çıxması 25 30 yaşadək
gecikə bilir.Dişlərin köməkliyi ilə xırdalanan qida maddələri ağız suyu
vəzilərinin ifraz etdiyi şirə ilə islanır.Ağız boşluğuna cüt iri
qulaqaltı,dilaltı və çənəltı vəzilərin,eləcədə çox saylı balaca vəzilərin
axarı açılır.Ağıza qida düşdükdən bir neçə saniyə sonra ağız suyu ifraz
olunmağa başlayır.Qida maddələri ağızdakı dad sinir uclarını
qıcıqlandırır.İmpulslar mərkəzə qaçan sinirlərlə uzunsov beyinə ağız
suyu ifrazı mərkəzinə çatdırılır.
Ağız boşluğunda xırdalanmış və islanmış qida kütləsi udlaqdan keçərək
qida borusuna düşür.Qida borusu əzələvi boru şəklindədir və daxili
selikli qatı yastı epiteli ilə örtülüdür.Selikli qatın daxilində büküşlər
əmələ gəlir ki,o da qida kütləsi keçən zaman genişlənmə verir.
Həzm borusunun daha çox genişlənmiş hissəsi mədədir.Mədə basılmış
kisəyə oxşayır və yaşlılarda 1-3 l tutumunda olur.Qarın boşluğunda
assimetrik vəziyyətdə yerləşir.Əsas hissəsi solda,az hissəsi isə mədədə
giriş hissə-kardinal şöbə əsası-fundal şöbə və çıxışı-pilorik şöbə ayırd
edilir.Pilorik şöbə onikibarmaq bağırsaqa açılır.Mədənin içərisini örtən
selikli qişada küllü miqdarda xırda vəzilər vardır.Bu vəzilər mədə şirəsi
ifraz edir.Təmiz mədə şirəsi rəngsiz olur,turş mühitə malidir.Mədə şirəsi
qida maddələrini həzm etmək xassəsinə malikdir.Onun tərkibində
zülalları parçalayan pepsin fermenti var.Mədə vəzilərində olan pepsin
qeyri-fəaldır,lakin turş mühitdə aktivləşir,qələvi mühitdə passiv
olur.Pepsindən başqa mədə şirəsində lipaza və ximezin fermentləridə
olur.
Lipaza yağları yağ turşusuna və qliserinə parçalayır,ancaq ya südün
tərkibində və yaxud emulsiya şəklində olan yagları parçalayır.
Ximozin isə başlıca olaraq,uşaqlarım mədə şirəsində olur və südü
parçalayır.Uşaq bir qədər böyüyəndən sonra onun mədəsində ximozin
olmur,süd isə pepsin fermentinin təsirindən parçalanır.
İnsan qidanı qəbul etdikdən 5-9 dəqiqə sonra mədə şirəsi ifraz
olunmağa başlayır.Məsələn,ət xörəyinə qarşı daha çox miqdarda-7 saat
müddətində mədə şirəsi ifraz olunur,xəmir məmulatlarına qarşı bir
qədər çox ancaq 10 saat,süd məhsullarına qarşı daha az və 6 saat
müddətində mədə şirəsi ifraz olunur.
Mədə şirəsinin ifrazı əsasən, 3 yolla idarə olunur:
1.Sinir sistemi vasitəsilə.
Bu zaman şərti və yaxud şərtsiz
reflekslərlə mədə vəzilərinə qıcıqlar göndərilir.
2.Mexaniki qıcıqlandırma.
Mədəyə düşmüş qida maddələri mədə
divarındakı vəziləri müxaniki yolla qıcıqlandırır.
3.Kimyəvi təsirlə.
Qana sorulmuş qida maddələri mədə divarına
gələrək onun sinir-vəzi aparatına qıcıqlandırıcı təsir göstərir.
Həzm prosesi zamanı mədə daim hərəkət edir.Mədənin hərəkəti
nəticəsində qida maddələri nisbətən xırdalanır və şirəsilə qatışır,eyni
zamanda hərəkət edir.Həzm olunmaqda olan qida bir neçə saat şirənin
təsirinə məruz qalır.Sonra o mədədən qarın boşluğunda çoxlu ilgək
əmələ gətirən nazik bağırsaqlara hissə-hissə keçir.
Qida mədədən nazik bağırsaqların birinci ilgiyinə - onikibarmaq
bağırsağa keçir;onun bu cür adlandırılmasına səbəb onun uzunluğunun
barmaq enindən təqribən 12 dəfə çox olmasıdır.Onikibarmaq bağırsağa
iki böyük vəzinin:mədəaltı vəzinin və qaraciyərin axacaqları
açılır.Bunların birincisi mədəaltı şirə,ikincisi isə öd ifraz
edir.Onikibarmaq bağırsaqda mədəaltı şirənin təsiri ilə qidalı
maddələrin çox mühüm parçalanma prosesləri gedir.
Həzm kanalının ən uzun hissəsi nazik bağırsaqlardır.Nazik bağırsaqların
selikli qişasında çoxlu xırda vəzilər vardır.Bunlar bağırsaq şirəsi ifraz
edir.Nazik bağırsaqlarda qidalı maddələrin parçalanma prosesi başa
çatır və parçalanma məhsulları qana sorulur.Həzm olunmayan qida
qalıqları isə nazik bağırsaqlardan yoğun bağırsaqlara keçir.Orqanizmdən
çıxmalı olan həzm olunmayan qida qalıqları yoğun bağırsaqlara
toplanır.Nazik bağırsaqaların yoğun bağırsaqlara keçdiyi yerdən
torbayabənzər kor bağırsaq yerləşir.Kor bağırsaqdan aşağıya appendiks
adlanan soxulcanabənzər çıxıntı çıxır.İnsanın appendiksinə
xəstəliktörədən mikroorqanzmdə,yaxud həzm olunmayan qid qalıqları
düşdükdə appendisit adlanan xəstəli baş verə bilər.Buna görə də qida
ilə bərk şeylər udulmamasına diqqət yetirmək lazımdır.
Yoğun bağırsaqlar düz bağırsaqla qurtarır.Həzm olunmyan qida qalıqları
orqnizmdən düz bağırsaq vasitəsilə çıxır.
Bağırsaqlardan gələn qanın hamısı qaraciyərdən keçir.Başlıca olaraq
aşağıdakı funksiyaları yerinə yetirir:
1.Öd hazırlayır
2.Qliogen hazırlayır
3.Müdafiə və zərərsizləşdirmə
Bağırsaqda sorulmayan və çürüyən zülallar və digər üzvi maddə qalıqları
-indo, fenol,skatol kimi zərərli maddələr əmələ gətirir.Bu maddələr
qaraciyərdə tutularaq zərərsizləşdirilir.Bu maddələrin öldürücü təsirini
göstərmək üçün belə təcrübə aparılıb.Bağırsaqdan sorulan qan
qaraciyərdən ayrılaraq bir-başa qan dövranına qoşulur.Bir iki gündən
sonra həmin canlı zəhərlənmədən ölür.
Həzm prosesinin tənzim olunması:həzm orqanlarının fəaliyyəti
vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələri tərəfindən
tənzim olunur.Simpatik sinirlər həzm orqanlarının sekretor,hərəki və
sorulma prosesinə tormuzlayıcı,parasimpatik sinirlər isə oyandırıcı təsir
edir.Mədə və bağırsaqların divarında bəzi bioloji aktiv maddələr,ət
suyu,balıq,toyuq bülyonu,zülalların parçalanma məhsulları qana
sorularaq humoral yolla həzm vəzilərinin fəaliyyətinə oyandırıcı və ya
tormuzlayıcı təsir edir.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV”Uşaq anatomiyası
və fiziologiyası”Bakı-2001
2.Ə.H.ƏLİYEV,F.İ.CƏFƏROV,Ə.N.FƏRƏCOV,”İnsan anatomiyası”
Hüceyrə və toxumalar.
Plan.
1)Hüceyrənin quruluşu.
2)Hüceyrənin çoxalması.
3)Toxumaların quruluşu və funksiyası.
Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və funksional
vahididir.1965-ci ildə ilk dəfə “hüceyrə” terminini ingilis fiziki
Robert Huk işlətmişdir.Sitologiya- hüceyrə haqqında
elmdir.Sitologiya (“sitos”- hüceyrə,”loqos”-elm) hüceyrəvi
quruluşu olan bütün canlıların (bakteriya,göbələk,bitki,heyvan)
hüceyrələrinin quruluşu və funksiyalarını, kimyəvi tərkibini,
hüceyrənin çoxalma və inkişafını eyni zamanda hüceyrənin
inkişafına mühütün təsirini öyrənir.
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı müddəaları
var:hüceyrə- bütün canlı orqanizmlərin quruluş və inkişafının
əsas və ən kiçik vahididir;bütün birhüceyrəli və çoxhüceyrəli
orqanizmlərin hüceyrələri öz quruluşuna ,kimyəvi
tərkibinə,həyat fəaliyyətlərinin əsas təzahürlərinə və maddələr
mübadiləsinə görə oxşardır;hüceyrələr bölünmə yolu ilə
çoxalır,hər bir yeni hüceyrə başlanğıc (ana) hüceyrənin
bölünməsi nəticəsində əmələ gəlir;çoxhüceyrəli orqanizmlərdə
hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşmış
toxumalar əmələ gətirir,toxumalardan orqanlar yaranır.Bunlar
sinir və humoral yolla tənzim olunur.
Hüceyrənin quruluşunu,funksiyalarını və kimyəvi tərkibini
öyrənmək üçün bir çox metodlar vardır.Bunlardan biri
mikroskopiya metodudur.İşıq və elektron mikroskopları ilə
hüceyrə və onun struktur quruluşları kəşf olunmuş və
öyrənilmişdir.
Xromatoqrafiya metodu ilə hüceyrənin daxili möhtəviyyatı
kəmiyyət və keyfiyyətcə öyrənilir.Bu metoddan dərman
maddələrinin,amin turşularının,hormonların öyrənilməsində
istifadə olunur.Sentrifuqa metodu ilə əzilmiş hüceyrə şirəsi
sınaq şüşələrində sürətlə fırladılır.Məhlulda asılı halda olan
hüceyrə hissələri – nüvə,plastidlər,ribosomlar və s.sıxlıqlarından
asılı olan müxtəlif dərəcədə çökərək bir-birindən ayrılır,sonra
öyrənilirlər.
Əksər canlı orqanizmlərin hüceyrələri üç hissədən :xarici qat –
qılafdan,sitoplazma və onun mərkəzində yerləşən nüvədən
ibarətdir.Hüceyrənin qılafı hüceyrənin xarici mühitlə əlaqəsini
məhdudlaşdırır.Çoxhüceyrəlilərdə isə hüceyrələri bir-birilə
əlaqələndirir.Qılaf hüceyrəyə xüsusi forma,möhkəmlik verir və
maddələr mübadiləsini tənzimləyir.Qılafın tərkibi
sellüloza,zülallar və.s.-dən ibarətdir.Qılaf xarici və daxili qatdan
ibarətdir.Daxili qat plazmatik membran (lat.”membrana”-dəri)
adlanır.
Plazmatik membran dinamikdir,yəni dəyişkəndir.Bu hərəkəti
yaradan lipid və zülal molekullarıdır.Plazmatik membran
hüceyrə ilə xarici mühit arasında sədd çəkir,xarici mühitdən
hüceyrəyə maddələrin daxil olmasını və daşınmasını təmin
edir.Plazmatik membranda nazik kanallar olduğundan su,suda
həllolmuş duzların ionları,üzvi maddələr sitoplazmaya
keçir.Sintezolunmuş maddələr isə sitoplazmadan xaric
olur.O,zədələnə və bərpa oluna bilir.
Sitoplazma(yun.”sitos-hüceyrə,plazma-dolduran) hüceyrə
qlafının daxilində yerləşən şəffaf,yarımmaye və özlü kalloid
məhluldur. O,plazmatik membranla əhatə olunmuş və
hərəkətlidir.Onun hərəkəti temperaturdan,işığın
internsivliyindən və oksigenlə təmin olunmasından asılıdır,xarici
mühitdən plazmatik membranla ayrılır.Sitoplazmanın
mərkəzində nüvə yerləşir.Sitoplazma
orqanoidləri:mitoxondrilər,endoplazmatik
şəbəkə,ribosomlar,Holci kompleksi və s. orada səpələnmiş
formadadır.Sitoplazmada ,həmçinin
zülallar,yağlar,lipidlər,hüceyrənin skeletini təşkil edən kiçik
borucuqlar və saplar da vardır.Sitoplazma maddələr
mübadiləsinin əsas mərkəzidir.O,nüvə və digər orqanoidləri
özündə birləşdirir,onların qarşılıqlı əlaqəsini təmin
edir,membranla orqanoidlər arasında fiziki-kimyəvi və
fermentativ əlaqəni təmin edir.Beləliklə,hüceyrənin vahid və
canlı sistemini yaradır.
Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir.Nüvə
ilk dəfə 1831-ci ildə ingilis botaniki R.Braun kəşf etmişdir.Nüvə
maddələr mübadiləsinin idarə mərkəzi və digər orqanoidlərinin
fəaliyyətinin tənzimetmə mərkəzidir.Hüceyrələrdə nüvələrin
sayı müxtəlif olur.Nüvə membranı nüvəni xaricdən örtən ən
nazik qatdır.O iki qatdan ibarətdir.Nüvə membranında çoxlu
məsamələr var.Bu məsamələrlə hüceyrə sitoplazması arasında
maddələr mübadiləsi gedir.Belə ki,sitoplazmadan nüvəyə və
əksinə zülallar,yağlar,karbohidratlar,nuklein turşuları,su
müxtəlif anion və kationlar daxil olur.Xromosomlar nüvənin ən
mühüm komponentidir Hüceyrədə xromosomlıarın sayı və
forması orqanizmlərin növündən asılı olaraq müxtəlif olur.
Orqanizmlərin çoxalması hüceyrədən başlayır.Bölünmə
nəticəsində ana hüceyrədən iki qız hüceyrə yaranır.Eukariot
hüceyrələrin üç bölünmə yolu var:amitoz,mitoz,meyoz.
Amitoz təbiətdə az halda rast gəlinən əlverişsiz bölünmədir.Bu
zaman nüvə və sitoplazma ,sadəcə olaraq ikiyə bölünür.
Mitoz-bölünmə ali orqanizmlərin somatik hüceyrələrində
gedir.Hüceyrələr bölünənə qədər interfaza mərhələsində
olur.İnterfazanın bir neçə dövrü var.
1.Hazırlıq dövrü.Bu zaman sitoplazmanın orqanoidləri yaranır
və formalaşır,ribosomlarda inşaat zülalları və fermentlər əmələ
gəlir.Mitoxondrilərdə ATF sintez olur və enerji toplanır.
2.Sintetik dövr.Bu dövrdə nüvədə DNT ikiləşir.Xromosomlarda
DNT-nin miqdarı və sentriollar iki dəfə artır.İnterfaza
mərhələsinin əvvəlində hüceyrə nüvəsində DNT-nin miqdarı
iki,lakin interfaza mərhələsinin orta dövründə yəni DNT-nin
ikiləşməsi baş verdikdə iki dəfə artaraq 4 olur.
3.Sintezdən sonrakı dövr.Bu dövrdə interfaza başa çatır metoz
başlayır.Metozun dörd mərhələsi
var:profaza,metafaza,anafaza,telofaza.
Profaza – bu dövrdə nüvənin həcmi böyüyür ikiləşir,nüvədə
nazik saplar əmələ gəlir.Bu saplar
xromosomlardır.Xromosomlar uzunsov bərk cisimlərdir.Hər bir
xromosom spiral halında burulmuş iki teldən ibarət
olur.Profazada hüceyrədə olan iki ədəd sentiriollar əks qütblərə
çəkilir.Onların arasında nazik tellər əmələ gəlir.Profazanın
sonunda nüvəcik itir,nüvə membranı həll olur və xromosomlar
sitoplazmada sərbəst yerləşir.Profazadan sonra metafaza
mərhələsi başlayır.
Metafaza – xromosomların daha çox qısalması ilə
səciyyələnir.Xromosomlar ekvator sahəsi boyunca düzülür.Hər
xromosom özünün sentromeri (mərkəzi sahəsi) ilə bir vətər (iy)
telinə birləşir.Sonra vətər tellərinin qısalması nəticəsində
xromatidlərin (qız xromosomlar) hər biri hüceyrənin qütblərinə
çəkilməyə başlayır.Xromatidlərin hüceyrənin hər iki əks –
qütbünə çəkilməyə başlaması üçüncü mərhələlərin –
anafazanın başlandığını göstərir.
Anafaza – qız xromosomlar hüceyrənin ayrı – ayrı qütbünə
çəkilir.Xromatidlərin hərəkəti vətər tellərinin qısalması hesabına
yerinə yetirilir.Beləliklə, xromatidlər iki bərabər sayda əks
qütblərdə toplanır.Xromatidlərin hərəkəti ATF-in enerjisi
hesabına mümkün olur.Xromatidlərin qütblərə toplanması
dördüncü mərhələ telofazanın başlanmasıdır.
Telofaza – mitozun axırıncı mərhələsidir.Bu zaman
xromosomlar spiralsızlaşır,yenidən bir- birinə sarılmış uzun
tellər formasını alır, bu isə bölünməyən nüvə üçün
səciyyəvidir.Sonra əmələ gəlmiş yeni nüvədə nüvə membranı
yaranır və nüvəciklər meydana cıxır.Beləliklə,interfaza üçün
səciyyəvi olan quruluş yenidən tamamilə bərpa olunur.Qız
hüceyrələr bir birindən ayrılır və ana hüceyrənin eyni olan iki
hüceyrə yaranır.
Hər növün hüceyrələri üçün sabit xromosom sayı var.Bir nüvədə
olan xromosomların cəmi xromosom yığma adlanır.Hər növün
özünəməxsus xromosom yığımı var.Bütün çoxhüceyrəli
orqanizmlərdə iki qrup hüceyrə olur:1)somatik,yəni qeyri
cinsi:2)cinsiyyət hüceyrələri.
Hüceyrələrin diffrensasiyası və toxumaların formalaşması
histogenis adlanır. Bu əsasən fasiləsiz olaraq böyümə prosesi
gedən embrional dövrdə olur.
Mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya
yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu toxuma
adlanır.Hazırda insanlarda və heyvanlarda 4 qrup toxuma ayırd
edilir.Epiteli,birləşdirici,əzələ ,sinir.
Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən,həm
də daxili səthdən örtür.Hüceyrələri isə sitoplazmatik atmalarla
bir- birinə sıx birləşmiş vəziyyətdə olur.
Epiteli toxuması aşağıdakı vəzifələri yerinə yetirir:
1.Qoruyucu- orqanizmi bütövlükdə və eyni zamanda orqanların
əksəriyyətini (örtüyü olanı nəzərdə tutulur) xarici təsirlərdən
qoruyur.
2.Sorucu- bədənin müəyyən nahiyələrinə sürtülmüş dərman
maddələri epiteli toxuması vasitəsi ilə sorulur.
3.İfrazat- tər və piy vəziləri orqanizmdəki suyun
artığını,duzları,yağları bədəndən ifraz edir.
4.Tənəffüs- epiteli toxumasındakı ağızcıqlarla tənəffüs prosesi
həyata keçirilir.
5.Orqanizmin istilik tənzimlənməsində iştirak edir.
6.Sekretor- vəzi hüceyrələri bioloji aktiv maddələr-hormonlar
sintez edirlər.
7.Dayaq-istinad-daxili orqanlar və dərialtı piy təbəqəsi üçün
dayaq-istinad rolunu daşıyırlar.
Bireləşdirici toxuma rüşeymin mezoderma adlanan orta rüşeym
vərəqindən əmələ gəlir və demək olar ki, bədəndə olan bütün
orqanların tərkibində var.Onlar çox müxtəlif funksiyalar yerinə
yetirirlər.Dayaq funksiyasını qığırdağın,sümüyün,bağların və
eyni zamanda,sümükləri bir-birinə birləşdirən vətərlərin
tərkibində yerinə yetirir.Trofiki və müdafiə funksiyasını qan,
həmçinin sümük vasitəsi ilə,dayaq-hərəkət funksiyası yenə də
sümük və əzələ vasitəsi ilə yerinə yetirir.Birləşdirici toxumanın
üç növünü ayırd edirlər.Xüsusi birləşdirici toxuma- buna boş
birləşdirici toxuma deyilir:qığırdağ və sümük toxuması- bunlara
isə bərk birləşdirici toxuma deyirlər.
Əzələ toxuması.Orqanizmin ümumi kütləsinin təxminən 40-
45%əzələ toxuması təşkil edir.Hərəkət orqanları məhz əzələ
toxumasından təşkil olunub.O da birləşdirici toxuma kimi
mizoderma məşəlidir və iki böyük qrupa bölünür.
1.Eninə zolaqlı əzələ toxuması
2.Saya əzələ toxuması
Eninə zolaqlı əzələ toxuması özüdə iki qrupa ayrılır:
a)eninəzolaqlı sklet əzələsi:buna somatik əzələdə deyirlər
b)eninə zolaqlı ürək əzələsi.
Eninə zolaqlı somatik əzələ toxuması quruluşca ürək
əzələsindən fərqlənir.Ürək əzələsi lifləri arasında xüsusi atmalar
var.Ona görə də hansı nahiyyəsinə toxunmasından asılı
olmayaraq o tam şəkildə qıcığa cavab verir.
Eninə zolaqlı əzələ toxumaları arasında daha bir xarakter fərqi
qeyd edək.Somatik eninə zolaqlı əzələ toxuması iradi olduğu
halda ürək eninə zolaqlı əzələ toxuması insanın iradəsinə tabe
deyil,yəni,qeyri-iradidir.Eninə zolaqlı əzələ toxuması başlıca
olaraq sümüklərin üzərində yerləşir,lakin saya əzələ toxuması
isə daxili orqanların tərkibində ( mədə,bağırsaq,qan damarları
və s.) daha çox olur.
Sinir toxuması.Bu toxuma öz başlanğıcını rüşeymin ektoderma
fərəqindən alır.Sinir toxuması sinir hüceyrələrindən
neyronlardan və spesifik funksiya yerinə yetirən peyk
hüceyrələrindən neyroqliyadan təşkil olunub.Peyk hüceyrələri
neyronlar üçün dayaq,qidalandırıcı,müdafiə və hətta sekretor
funksiyaları yerinə yetirir.Neyronlar yerinə yetirdiyi funksiyaya
görə aşağıdakı qruplara bölünür.
1.Hissi neyronlar -orqanizmin xarici və daxili qıcıqlarını nəql
edir,resseptor və yaxud afferent adlanırlar.
2.Effektor neyronlar-qıcığı işci orqana ötürməklə onu fəaliyyətə
gətirir.
3.Assosiativ neyronlar- müxtəlif neyronlar arasında əlaqə
yaradan neyronlar adalanır.
Neyronlar müxtəlif ölçüdə olur.Neyronlar üçün xarakter cəhət
onlarda çıxıntıların olmasıdır.Bu çıxıntılar yerinə yetirdikləri
funksiyaya görə iki qrupa bölünür.Onlardan biri uzun olub,qıcığı
neyronun cismindən bədən üzvlərinə aparır,neyrit və yaxud
akson adlanır.Bir ədəd olmaqla differensasiya zamanı digər
çıxıntılardan tez əmələ gəlir,uzunluğu 1-1,5m-ə çatır.İkinci qrup
çıxıntılar qısa olmaqla dentrit adlanır.Dentritlər differensasiya
zamanı neyritlərdən sonra əmələ gəlir,miqdarı və forması çox
müxtəlifdir.Qıcığı qəbul edərək neyronun cisminə
ötürür.Çıxıntıların sayına görə sinir hüceyrələri 4 qrupa bölünür.
1.Unipolyar neyronlar- bir çıxıntısı olanlar
2.Bipolyar neyronlar- iki çıxıntısı olanlar
3.Yalançı bipolyar neyronlar- çıxıntıları eyni yerdən başlayanlar
4.Multipolyar neyronlar- üç və daha çox çıxıntısı olanlar
İnsanda daha çox rast gələn multipolyar neyronlardır.
Ədəbiyyat
1.H.Hacıyev,K.Qurbanov ”Uşaq anatopmiyası və
fiziologiyası” Bakı-1974
2.C.Nəcəfov,N.Zeyniyev “Uşaq anatomiyası və
fiziologiyası” Bakı-2001
İRRADİASİYA VƏ QARŞILIQLI İNDUKSİYA ŞƏRTİ VƏ
ŞƏRTSİZ REFLEKSLƏR.
PLAN
1)İRRADİASİYA.
2)QICIĞIN İNDUKSİYASI VƏ TORMOZLANMA.
3)DOMİNANTLIQ.
4)HƏRƏKƏTİN KOORDİNASİYASINDA BEYİN
ŞÖBƏLƏRİNİN ROLU.
5)SİNİR HÜCEYRƏLƏRİNİN FUNKSİONAL
XÜSUSİYYƏTLƏRİ.
6)İRRADİASİYA VƏ İNDUKSİYANIN ÜZƏ ÇIXMASI.
7)ŞƏRTİ VƏ ŞƏRTSİZ REFLEKSLƏR.
İrradiasiya (ağrının yayılması) oyanmanın baş verdiyi sinir sahəsindən –
neyrondan neyrona keçərək digər sinir sahəsinə yayılması
hadisəsidir.Körpə hər hansı bir isti əşyaya toxunduqda təkcə əlini ondan
çəkmir eyni zamanda hərəkəti fəallaşarağ ağlayır.Bu misal tamamilə
irradiasiya hadisəsi ilə bağlıdır.
Çox qüvvətli və ya uzun müddət davam edən qıcıqlanma sinir
sistemində tormuzlanma ilə əvəz olunur.Bu tormuzlanma çox asanlıqla
sinir sisteminin başqa sahələrinə də yayılaraq həmin sahələrdə
oyanmanı zəiflədir.Beləliklə insanda qıcığa qarşı əvvəl baş vermiş cavab
reaksiyası zəifləyir.
İnduksiya hər hansı bir mərkəzdə qıcığın təsirilə baş verən oyanma
mərkəzi sinir sistemində digər mərkəzləri ya tormuzlayır ya da
zəiflədir.Məsələn beyində müxtəlif sinir hüceyrələrinin mərkəzləri
arasında qarşılıqlı əlaqə yaranır.Bu isə öz növbəsində müxtəlif əzələ
mərkəzləri arasında qıcıqlanma və oyanma əmələ gətirir.Bir qrup
əzələnin yığılması digər qrup əzələnin boşalmasına səbəb olur.Bu qayda
üzrə bir-birinin əksinə baş verən proseslər induksiya adlanır.Beynin hər
hansı bir sahəsində qıcıq mənbəyinə cavab reaksiyası verdikdə başqa
sahədə ləngimə baş verir.
Beləliklə induksiya və irradiasiya beyində mozaik şəkildə oyanmanın
güclənməsi və zəifləməsidir.Fasiləsiz olaraq orqanların iş
kambinasiyalarına uyğundur.
DOMİNANTLIQ.
Sinir sistemi orqanizmin tam fəaliyyət mexanizminin
işləməsini təmin etmək üçün bu isə maneçilik törədən amilləri
tormozlayır və kənar edir.Bu zaman hər hansı bir fəaliyyət ön plana
çəkilir və üstünlük təşkil edir.
Nəfəsalma və udma iki müxtəlif fizioloji aktdır və onlar heç vaxt eyni
zamanda baş verə bilməz daha doğrusu bu mərkəzlərin eyni vaxtda
oyanması mümkün deyil.Udma zamanı ona uyğun mərkəz oyanır
nəfəsalma mərkəzi isə müvəqqəti olaraq tormuzlanır.Müvəqqəti olaraq
hər hansı bir mərkəzin başqası üzərində üstünlük təşkil etməsi
dominantlıq
adlanır.
Bədən hərəkətləri və onların icrası beyin yarımkürələri qabığı vasitəsilə
həyata keçirilir.Beyin qabığındn gələn impulslar bir neçə yolla
gedir:onurğa beyninin ön tərəfində olan hərəkət neyronlarını və baş
beynin kötük hissəsinə beyinciyə qabıqaltı nüvələrə aralıq və orta
beyinə.Orta beyin və baş beynin bir sıra şöbələri hərəkət aktının yerinə
yetirilməsi üçün əzələlərin gərginliyini və tonusunu lazım olan normaya
gətirirlər.Beyinciyin əsas rolu ondan ibarətdir ki o hərəkəti əmələ
gətirən əzələlər üçün lazımı gədər qüvvəni əzələ işini müddətini və
ardıcıllığını müəyyənləşdirir.
Beynin qabıqaltı sahəsi və beyin kötuyünün müxtəlif nüvələri
orqanizimdə bir sıra prosesləri maddələr mübadiləsini qan dövranı
orqanlarını tənəffüs və başqa orqanları eyni zamanda hərəkətatı üçün
zəruri olan icraları təmzinləyir.
Təzə doğulmuş körpələrin sinir hüceyrələrində proseslər çox ləng gedir
oyanma gec əmələ gəlir və sinir liflərinə gec yayılır.Sinir hüceyrələrinin
uzunmüddətli və ya güclü qıcıqlanması asanlıqla tormozlanmaya eçə
bilir.Oyanmaların ötürülmə sürəti liflərin müəyyənləşməsinə uyğun
olaraq artır və təxminən 2-3 yaşa qədər böyüklərdə olduğu
tamamlanır.Oyanmaların yaranma sürəti tədricən artır və 10-12 yaşda
böyüklər üçün xaraterik olan həddə çatır.Məktəbəqədər yaşlı uşaqlarda
sinir hüceyrələrinin xaraterik cəhəti ondan ibarətdir ki bu hüceyrələr
uzun müddət oyanma vəziyyətində qalmaq qabiliyyətinə malik
olurlar.Bununla əlaqədar olaraq uşaqlarda kənar qıcıqlanmalar
dominantlığı tez pozur və onlar yeni dominant yaradırlar bu isə öz
növbəsində tormozlanma əmələ gətirir.Məktəbəqədər uşaqlarda
diqqətin davamsız olması bir fəaliyyətdən digərinə keçməsi yuxarıda
göstərildiyi kimi sinir hüceyrələrinin yaşla əlaqədar olan funksional
xüsusiyyətlərilə bağlıdır.
Südəmər çağalarda oyanmalar çox yüngül şəkildə irrdiasiya edir
(yayılır).İstənilən reflektor hərəkətlər çoxlu miqdarda bədən əzələlərini
əhatə edir.Belə ki əlin hərəkəti qıçın da hərəkətinə müşahidə edilir.Belə
körpələrin çığırtısı bütün bədənin hərəkət etməsinə səbəb olur.Qarşılıqlı
induksiyanın getdikcə qüvvətlənməsi bununla əlaqədar olaraq
oyanmanın və tormozlanmanın bir yerə toplanması prosesi səbr və
məqsədəuyğun fəaliyyət üçün əsas yaradır. Bu proses isə özlüyündə
məktəbəqədər və eləcədə kiçik məktəb yaşlı uşaqların lazimi
istiqamətdə tərbiyə edilməsi üçün fizioloji cəhətdən imkan yaradir.
Şərti reflekslər orqanizmin anadangəlmə reaksiyalarıdır: onlar tarixi
inkişaf prosesində əmələ gəlib irsiyyətə keçərək nəsildən nəslə
ötürülür.Şərti reflekslər isə insanın həyatı bo1ymələ gəlir möhkəmlənir
tormuzlanır eyni zamanda fərdi xarakter daşıyır.Belə ki şərti reflekslər
növün bir fərdində formalaşa bilər digər fərdində isə olmaya bilər.
Şərtsiz refleksin yaranmasi üçün xüsusi şəraitin olması o qədər də vacib
deyil. Bu refleks o zaman fəaliyyətə başlayır ki müəyyən reseptorlara
adekvat qiciqlandırıcılar təsir göstərsin.Şərti refleksin meydana çıxması
üçün xüsusi şərait lazımdır yəni müəyyən qıcıqlandırıcılar hər hansı bir
reseptor sahəiərə müxtəlif qüvvə və zaman daxilində təsir göstərməlidir
qıcıqlandırmalıdır.
Şərtsiz reflekslər nisbi sabitdir dayanaqlıdır dəyməzdır və bütün həyatı
boyu saxlanılır.Şərti reflekslər isə dəyişkəndir və nisbətən labildır.
Şərti refleksin həyata keçməsı üçün əsasən mərkəzi sinir sisteminin
qabıqaltı nahiyyəsi iştirak etməlidir.Şərti reflekslər çoxsaylıdır
orqanizmin həyatı boyu əmələ gəlir onlardan bir çoxu həyat şəraiti
dəyişən zaman bioloji əhəmiyyətini itir və yeni şərti reflekslər
formalaşır.Elə bunun nəticəsində heyvan və insanlar dəyişilən şəraitə
nisbətən yaxşı uyğunlaşır.
İnsan orqanizmindəki bütün şərtsiz refleksləri İ.P.Pavlov 6 qrupa ayırıb:
1.Müdafiə refleksi.
Bu refleks asqırma,öskürmə,qusma kimi
reflekslər olub,əsasən,qıcıq mənbəyindən xilas olmaq,uzaqlaşmaq
xarakteri daşıyır.
2.Qidalanma refleksi.
Əmmə,çeynəmə,udma refleksləri olub,həzm
reflektor hərəkətinə səbəb olur.
3.Bələdolma refleksi.
İ.P.Pavlov bu refleksi ”Bu nədir” refleksi də
adlandırıb.İnsan orqanizmində xarici mühit amillərinin təsiri nəticəsində
əmələ gələn davranış formalarını özündə əks etdirən,marağı təzahür
etdirən reflekslərdir.Lakin qıcıq eyni qüvvə və fasilələrlə təkrar
olunarsa,onda orqanizmdə o qıcığa qarşı maraq tədricən azalır və yaxud
başqa şərti refleksin yaranmasında iştirak edir.
4.Uşaqlıq reflekslər qrupu.
Körpələrdə vlideynlərə qarşı tədricən
formalaşan mürəkkəb münasibətləri əhatə edən reflekslər toplusudur.
5.Cinsiyyət refleksi.
Hər iki fərddə yaranan və müəyyən yaş
dövründə fəaliyyət göstərən reflekslər cəmidir.
6.Valideynlik refleksi.
Yaşından asılı olmayaraq valideynlərin öz
uşaqlarına göstərdiyi qayğı ilə əlaqədar olan davranış formalarını əhatə
edir.
Şərti reflekslər insanın bütün həyati prosesi zamanı əmələ
gəlir,tormozlanır,yeni şərti reflekslərlə əvəz olunur.Ona görə də şərti
reflekslərin insan həyatında əhəmiyyəti çox böyükdür.Şərti reflekslərin
yaranmasında şərtsiz reflekslər şərtsiz qıcıqlandırıcılar kimi iştirak
edir,refleksin qövsü ilə baş beynin böyükyarımkürələrində yerləşən ali
sinir mərkəzindən keçir.
Şərti reflekslər bir qayda olaraq süni (işıq,zəng,səslər) təbii (qidanın
görünüşü,qoxusu,ətraf mühit amilləri) qıcıqlandırıcıların təsiri
nəticəsində yaranır.Bu səbəbdən də şərti reflekslər təbii və süni şərti
reflekslər qrupuna ayrılır.Bununla yanaşı,qıcığı qəbul edən hiss
üzvündən asılı olaraq eşitmə,dadbilmə,görmə,dəri hissiyatı,eləcə də
şərtsiz qıcığın xarakterindən asılı olaraq müdafiə,qidalanma,cinsi və s.
refleks qruplarına bölünürlər.
Qıcığı qəbul edən reseptor sahəyə görə isə şərti reflekslər
eksproseptiv,proposeptiv və interoseptiv qruplara ayrılırlar.
EDEBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV(UŞAQ
ANATOMİYASI VƏ FİZİOLOGİYASI)
2.G.A.HACIYEV(İNSAN ANATOMİYASI) BAKI-2001
MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİNİN ƏSAS ETAPLARI.
PLAN
1.Assimilysiya və dissimilyasiya.
2.Mübadilə proseslərinin mərhələləri.
3.Maddələr və enerji mübadiləsinin xüsusiyyətləri və
fizioloji əhəmiyyəti.
Maddələr mübadiləsi nisbi olaraq assimilyasiya və dissimilasiya
proseslərinə ayrılır.Assimilyasiya zamanı hüceyrənin orqanoidləri
yeniləşir və orqanizmdə enerji ehtiyatı toplanır.
Assimilyasiya və dissimilasiya prosesləri canlı orqanizimdə gedən vahid
maddələr və enerji mübadiləsinin müxtəlif cəhətləridir.Bu proseslər biri
–birini tamamlayər.Üzvi birləşmələrin insan orqanizminin toxuma
hüceyrələrində gedən parçalanması nəticəsində su,karbon qazı,
ammonyak kimi qeyri-üzvi maddələr yaranır.Beləliklə, insan
orqanizimində assimilyasiya sayəsində qeyri-üzvi maddələrdən üzvi
maddələrin yaranması və dissimilyasiya nəticəsində üzvi mddələrin
qeyri-üzvi maddələrə çevrilməsi prossesi gedir.
Uşağın, yeniyetmənin, böyüməsi və inkişafı qidanin tərkib hissələrinin
yüksək dərəcədə mənimsənilməsini tələb edir.Mübadilə proseslərinə
bir sıra ardıcıl fazalar- bağırsaqlardan sorulma,hüceyrədaxili
mənimsəmə,enerji toplanması və sərfinin plastik prosesləri
daxildir.Uşaqlarda yaşlılardan fərqli olaraq enerjinin bir hissəsi
böyüməyə və maddələrin ehtiyat halda toplanmasına sərf olunur ki, bu
da böyüyən orqanizmin əsas xüsusiyyətlərindən birini təşkil edir.
Maddələr mübadiləsi müxtəlif qida maddələrinin orqanizmə daxil
olduğu andan mübadilənin son məhsulları şəklində xaric olduğu anadək
biokimyəvi proseslərin məcmusudur.Maddələr mübadiləsi nəticəsində
uşaq orqanizmi öz həyati prosesləri üçün enerji alır (enerji mübadiləsi)
və hüceyrə komponentlərinin qurulması üçün material əldə etmiş olur
(plastik mübadilə).
Mübadilə prosesləri bir sıra ardıcıl mərhələlərdən ibarətdir.
1.Qida maddələrini mədə-bağırsaq traktında rezorbsiyaya hazırlayan
proseslər.Bağırsaq florası tərəfindən edilən təsirlər də bura daxildir.
2.Rezorbsiya – bağırsaqların selikli qişasından qida maddələrinin
sorulma prosesləri.
3.Ara mübadilə,hüceyrədaxili həzm prosesləri.
4.Plastik yığılma (toplanma) prosesləri və enerjinin sərf edilməsi.
Uşaqlarda assimilyasiya prosesi dissimilyasiya proseslərindən
üstündür,onların səmərəli qidalandırılması orqanizmin tələbatına uyğun
olmalıdır.Uşaq orqanizminin xüsusiyyətlərindən biri də odur ki,enerjinin
bir hissəsi böyüməyə,digər hissəsi isə ehtiyat maddələrin toplnmasına
sərf olunur.
Maddələr mübadiləsinin düzgün davam etməsi üçün uşağın qəbul etdiyi
qida lazımi qədər kalorili,bütün əsas inqrediyentlər –
zülallar,yağlar,karbohidratlar,mineral maddələr,vitaminlər,su və s. ilə
zəngin və onların qidada bir-birinə nisbəti kifayət dərəcədə olmalıdır.
Orqanizmdə üç əsas qida maddəsi – zülallar,yağlar və karbohidratların
mübadiləsi sıx əlaqə və qarşılıqlı tənzim şəraitindədir.Uşaq
orqanizmindən ötrü zülalların xüsusilə böyük əhəmiyyəti var.Zülalların
son dərəcə qiymətliliyinin səbəbi ondan ibarətdir ki, onlar toxuma və
orqanların yeni hüceyrələrinin qurulmasından ötrü ən başlıca plastik
materialdır.Zülallar,xüsusən,bəzi amin turşuları əvəzolunmaz
maddələrdir,halbuki onların özü yağları və karbohidratları əvəz edə
bilərlər.Zülalların tərkibinə əvəzolunmayan və əvəz olunan amin
turşuları daxildir.Böyüyən orqanizmdən ötrü 8 əvəzolunmaz amin
turşu,xüsusilə,qiymətlidir,çünki onlar orqanizmdə əmələ
gəlməyib,yalnız qida ilə daxil olurlar.Uşaqlarda zülala olan tələb
yaşlılardan yüksəkdir,çünki uşaqda böyümə və inkişaf prosesləri daha
intensiv gedir.Zülallar ümumi gündəlik kolori miqdarının 10-15%-ni
təşkil etməlidir.
Həzim sistemində zülalların parçalanması mədədən başlayır və nazik
bağırsaqlarda davam edır, burada fermentlərin intensivliyi çox yüksədir.
Zülalların parçalanmasının son məhsulları amin turşularıdır, onlar
bağırsaq divarlarından bilavasiyytə qana sorulur. Son məhsullardan
bəziləri (ammonium duzları,sidik cövhəri) müəyyən miqdarda sidiklə
ifraz olunur.Uşaq orqanizmindən sidiklə kənar edilən mübadilə
qalıqıqları onda olan azotun miqdarı,normada qida ilə daxil olan
zülalların azotunun miqdarından nəzərə çarpacaq dərəcədə
azdır.Uşaqlarda azot balansı miqdarca onların yaş xüsusiyyətələrinə
dörə, zülala olan tələblərindən,eləcə də qidada olan zülalın
miqdarından asılıdır.
Uşağın düzgün böyüməsi və inkiçafı,eləcə də maddələr mübadiləsinin
düzgün davam etməsi üçün optimal miqdarda zülal lazımdır.
Zülal çatışmazlığı zamanı böyümə ləngiyir ,müxtəlif fizioloji funksiyaların
əmələ gəlməsi yavaşıyır, endokrin vəzilərində hormonların sintezi və
ferment sisteminin fəaliyyəti pozulur,toxumalarda oksidləşmə
prossesləri azalır,avitaminazlar inkişaf edir,infeksiyaya qarşı müqavimət
qabiliyyəyi azzlır.
Lipidlər hüceyrələri ,hüceyrə daxili orqanoidləri qurmaq üçün plastik və
energetik material kimi istifadə olunur.Lipidlər ehtiyat maddə kimi də
bütün orqanlarda toplanır və enerjiyə ehtiyac olan hallarda istifadə
olunur.Uşağın bütün kalori sərfinin 50%-ə qədəri yağın hesabına
ödənilir. İnsan orqanizmində müəyyən edilmişdir ki, yağlar zülallardan
və karbohidratlardan əmələ gələ bilər.Uzun müddət qidada yağın
olmaması yağ mübadiləsinin pozulmasına səbəb olur, böyümə ləngiyir,
dəridə iltihab prosesləri, həzim prosesinin pozulması , böyrəklərin
zədələnməsi və s. boş verir.
Orqanizmin istilik istehsalı və iş ğörməkdən ötrü istifadə olunan
enerjinin əsas hissəsi qidadakı karbohidratlardan alınır.Orqanizmin
ümumi kalori ehtiyatının ən azı 40-50%-ni karbohidrdtlar təşkil
edir.Orqanizmə kifayət qədər karbohidrat daxil olmadıqda, qaraciyərdə
sintez olunan qlikogenin miqdarı azalır,züllların bəzi son məhsulları-
amin turşuları isə karbohidratların əmələ gəlməsi üçün ,həm enerji
mənbəyi ,həm də plastik mübadilə rolunu oynayır, nəticədə amin
turşularından qaraciyərdə asanlıqla qlikogen əmələ gəlir.
Orqanizmdə zülalların , yağların ,karbohidratların və vitaminlərin qidada
normal nisbətinin pozulması ,enerji və plastik mübadilənin
dıyişilməsinə səbəb olur.
Mineral birləşmələr maddələr mübadiləsinin mühüm
nizamlayıcılarından biridir. Mineral duzlar bütünlüklə orqanizmdə turşu-
qələvi tarazlığının tənzimində,zülalların fiziki-kimyəvi xassələrinin
müəyyənləşməsində, fermentlər sistemlərinin stimullaşmasında başlıca
rol oynayırQidada nisbətən az miqdarda mineral elementlərdən olan
dəmir birləşmələrinin böyük əhəmiyəti var.Dəmir orqanizmdə
hemoqlobinin və toxuma fermentlərinin sintezindən ötrü lazımdır.
Dəmir birləşmələri ilə yanaşı,mis duzları da uşaqların qidasında böyük
rol oynayır,onlar orqanizmdə qan yaranması proseslərinin normal
gedişində rol oynayır.
Vitaminlər orqanizmdə mübadilə proseslərinin tənzimində mühüm yer
tutur,çünki onların hormonlar və fermentlərlə sıx rabitəsi müəyyən
edilmişdir.Orqanizmdə vitaminlər müxtəlif törəmələr və spesifik
zülallarla birləşir, fermentlər əmələ gəlir ki, bunlar da karbohidrtların
,yağların və ən mühüm amin turşularının bioloji çevrilmələrində iştirak
edirlər.İnkişafda olan orqanizmin assimilyasiya prossesində vitaminlərin
iştirakı vacibdir.Müəyyən edilmişdir ki ,vitaminlər ancaq katabolik
proseslərdə (qida maddələrinin prçalanması proseslərində B1B2 və pp
vitaminləri və s.) deyil,anabolik (zülalların sintezi proslərində B6 B12 və
s.)proseslərdə də iştirak edirlər.
Uşağın düzgün böyüməsi və inkişafı üçün onunorqanizminə kifayət
miqdarda su daxil olmalıdır.Su mübadiləsi bütün mübadilə növləri ilə sıx
rabitədə olmaqla ,əsas həlledicidir.Ən böyük su saxlamaq qabiliyyətinə
karbohidratlar və yağlar malikdir.Qanda su yalnız sərbəst halda deyil
,eləcə də zülallarla birləşməsi halda olur.Qidada çoxlu miqdarda zülal
olduqda suya olan tələb də artır.Yağlar hüceyrəyə suyu saxlamaqda
,mühafizə olmaqda kömək edir.
Yaşlıların su mübadiləsində,əsasən hüceyrədaxili su iştirak edir,çünki o
hüceyrələrdən kənar sudan üç dəfə artıqdır.Yeni doğulmuş yşaqlarda
isə mübadilədə iştirak edən suyun əksər hissəsi hüceyrəxarici sudur.Su
mübadiləsinin zülal, yağ ,vitamin, mineral maddələr mübadiləsi ilə sıx
əlaqəsi var.
Qrqanizmin suya təlabatında, onun toxumalarda yaylmasinda və xaric
olmasında iqlim şəraitinin,hava temperaturunun və rütubətin, uşağın
geyiminin, hərəkətinin də rolu var.
ƏDƏBİYYAT
1.C.NƏCƏFOV,N.ZEYNİYEV,S.QULİYEV ”Uşaq anatomiyası
və fiziologiyası” BAKI – 2001
2.F.HACIYEVA “Yaş fiziologiyası və mətəb gigiyenası”Bakı-
2001
3.V.B.ŞADLİNSKİ ,A.B.İSAYEV,E.Ə.XIDIROV “Uşaq
anatomiyası” BAKI- 2005
ONURĞA BEYNİ BAŞ BEYNİ BAŞ BEYNİN AĞ VƏ BOZ
MADDƏLƏRİ.
P L A N
1)Onurğa beynin quruluşu.
2)Onurğa beynin ağ və boz maddələri.
3)Baş beynin şöbələri.
4)Baş beynin ağ və boz maddələri.
5)Uzunsov beyin və beyinciyin funksiyaları.
6)Orta və aralıq beynin funksiyaları.
Onurğa beyni onurğa kanalında yerləşir
.
O təxminən 1sm.olan
uzun ağ qaytan şəklində uzunsov beyindən başlayaraq
onurğanın bel şöbəsinə qədər davam edir.Uzunluğu orta
yaşlı adamlarda 40-45 sm.olur.Onurğa beyninin ön və arxa
tərəfindəki iki boylama dərin şırım onu sağ və sol
yarımhissəyə bölür.Onurğa beyninin mərkəzi hissəsindən dar
mərkəzi kanal keçir ki onun da içərisində onurğa beyin
mayesi olur.Bu kanal baş beyinə qədər davam edir.Onurğa
beyninin en kəsiyinə nəzər salsaq onun içəri tərəfinin boz
maddədən kənar tərəflərinin isə ağ maddədən əmələ
gəldiyini görərik.Boz maddənin yerləşdiyi sahələr bu və ya
digər orqanların işləməsi üçün qıcıqları qəbul edir.Onurğa
beyninin boz maddəsi bıdın əzələlərinin ətrafların və eləcə də daxili
orqanların fəaliyyətinin tənzim olunmasında iştirak edir.Onurğa
beyninin xarici qatı uzun neyron çıxıntılarından ibarət ağ maddədən
əmələ gəlmişdir.Sinir lifləri ağ maddənin əsas kütləsini təşkil edir.Onlar
yuxarı və aşağı gedərək onurğa beyninin müxtəlif seqmentlərini
birləşdirib sinir yollarını əmələ gətirmişdir.Onlar beyinin müxtəlif
şöbələrinə məxsus neyronlar arasında rabitə yaradır.Onurğa beyni
xaricdən sərt hörümçək toruna bənzər və yumşaq qişalarla örtülü
olur.Onurğa sütünunu təşkil edən cüt qonşu fəqərələr arasından sağ və
sol tərəfə onurğa beyninə məxsus 31 cüt onurğa beyni siniri çıxır ki
bunlara da aşağıdakılar aiddir:8 cüt boyun siniri 12 cüt döş siniri 5 cüt
oma siniri və bir cüt büzdüm siniri.Bu sinirlər qarışıq sinirlərdir onların
hər biri iki köklə - ön və arxa köklə başlayır.Dal köklər afferent ön köklər
isə efferent adlanır.Efferent neyronların (mərkəzdən qaçan) cisimləri
öndə yerləşir.Onlar iki uzun çıxıntıya malikdir:impulslar bu çıxıntıların
birilə reseptorlara digərilə onurğa beyninə gedir.Ön və arxa köklər
birləşib sinir əmələ gətirir.Dal köklərin üzərində içərisinə boz maddənin
yığıldığı şişkinliklər var ki burda mərkəzəqaçan sinirlərin neyronları
olur.Onurğa beyninin boz maddəsinin en kəsiyi uçan kəpənək
formasındadır.Onurğa beyni başlıca olaraq reflektoru və ötürücü
funksiyaları yerinə yetirir.
Baş beyin kəllə boşluğunda yerləşir.Beynin çəkisi orta yaşlı adamlarda
1100-2000q-dır.O nun aşağdakı şöbələri var.Uzunsov beyin V arol
körpusi orta beyin a ra beyin beyincik və yarımkürələr.Onurğa beynində
olduğu kimi baş beyində ağ və boz maddə ayird edilir.Ağ maddə
nəqledici yollari əmələ gətirir. Nəqledici yollar sayəsində mərkəzi sinir
sistemi tam bir vəhdət təşkil edərək fəaliyyət göstərir.Boz maddə ayrı-
ayrı yığınlar –nüvələr şəklində ağ maddənin içərisində yerləşır. Boz
maddə beyin yarımkürələrın və beyinciyin üzərini örtən qabıq hissəsini
əmələ gətirir.
Uzunsov beyində bir sıra reflektor proseslərin mərkəzləri
yerləşir.Məsələn tənəffus ürək-damar çeynəmə udma qusma asqirma
öskürmə ağız suyu ifrazı və bir çox başqa mərkəzlər var.Baş beyində
onurğa beyinə və əksinə impulsların nəqıl olunmasinda uzunsov beyin
körpü vəzifəsini daşiyır.Uzunsov beyin varol körpusü və orta beyin beyin
kötüyunü əmələ gətirir.12 cüt beyin sinirləri xaric olur.Bu sinirlər
beyinlə duyğu orqanları əzələlər və bir çox daxili sekresiya vəziləri
arasinda əlaqə yaradır.Uzunsov beyindən xaric olan bir cüt azan sinir bir
çox daxili orqanları (ürək ağ ciyərlərı mədə bağırsaqları və s.) fəaliyyətini
tənzimləyir.
Ara beyin beynin daha artıq inkişaf etmiş hissəsidir.Ara beyin bütün
hissi impulslar (görmə eşitmə dəri dadbilmə və s.reseptorlarından)
yalniz qoxu hissiyatından başqa görmə qabarlarından keçib beyin
yarımkürələri qabığına çatır.Odur ki görmə qabarlari zədələndikdə
bədənin hissiyatı azalır və ya tamamilə itir. Ara beyində yerləşən digər
nüvələr bir çox hərəki reaksiyaların (yerimə qaçma suda üzmə və s.)baş
verməsində iştirak edir.
Beyincik arxa beynin kütləsinin ən böyük hisəsidir.Onun vəzifəsi bütün
mürəkkəb hərəkətləri nimamlamaqdan ibarətdir.Bu vəzifəni yerinə
yetirməküçün beyincik qalxan və enən yollarla mərkəzi sinir sisteminin
bir çox şöbələri ilə əlaqədardır.Beyinciyin zədələnməsi hərəkətlərin
düzgünlük və dəqiqliyinin pozulmasına səbəb olur.
Orta və ara beynin funksiyalarından bəzilərini nəzərdən keçirək. Orta
beynin daim sklet əzələlərinə gündərdiyi oyanmalar əzələlərin
gərginliyini –tonusunu təmin edir. Əzələlərin tonusu ancaq ölümdən
sonra yaxud əzələlərə gələn sinirlər zədələndikdə itir.Ara beyin daxili
üzvlərin müxtəlif sistemlərində gedən fızıoloji proseslərin tənzim
edilməsində və uzlaşdırılmasında mühüm rol oynayır.Mürəkkəb hərəki
reflekslər qövsünün çox hissəsi məsələn yerimək qaçmaq üzmək
refleksləri ara beyindən keçir.
EDEBİYYAT. C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV S.M.QULİYEV
UŞAQ ANATOMİYASI VƏ FİZİOLOGİYASI // A.M.TSUZMER
O.L.PETRİŞİNA / İNSAN ANATOMİYASI//Ə.H.ƏLİYEV F.İ.CƏFƏROV
Ə.N.FƏRƏCOV/UŞAQ ANATOMİYASI
|