100
Mövzu 12. İdarəetmədə kommunikasiyalar
Kommunikasiya – informasiyanın
bir nəfərdən digərinə
ötürülməsi, insan tərəfindən başqa adamlara ideya, fakt, fikir,
hiss və dəyərlərin çatdırılması üsullarından biridir.
Kommunikasiyanın məqsədi – qəbul edən tərəfin göndəri-
lən məlumatı dəqiq dərk etməsinə nail olmaqdır. Kommunikasi-
yalarda həmişə ən azı iki nəfər – göndərən və qəbul edən (şəxs)
iştirak edir. Kommunikasiya – göndərənin
nəzərdə tutduğunun
deyil, alan tərəfin göndərilən məlumatı dərk etməsinin vacib
amil olduğunu ön plana çəkir.
Kommunikasiyasız təşkilat yoxdur.
Kommunikasiyalar
idarəetmənin bütün əsas funksiyalarının – planlaşdırma, təşkilet-
mə, rəhbərlik və nəzarətin həyata keçirilməsini təmin edir.
Effektiv kommunikasiyalar təşkilat fəaliyyətinin və işçilə-
rin əməkdən məmnunluq səviyyəsi göstəricilərinin yüksəldilmə-
sinə, kampaniyanın işinə şərik olmaq hissinin formalaşdırılma-
sına kömək edir.
İkitərəfli kommunikativ proses
İkitərəfli kommunikativ proses elə bir üsuldur ki, onun va-
sitəsilə göndərənin məlumatı qəbul edən tərəfə gəlib çatır. Ha-
zırki proses, həmsöhbətlərin danışıb-danışmamalarından, in-
sanların jestlərlə mübadilə etmələrindən, yaxud elektron poçt va-
sitəsilə ünsiyyət qurmalarından asılı olmayaraq,
özündə həmişə
səkkiz mərhələni birləşdirir:
Birinci addım – göndərən, qəbul edən tərəfə çatdırmaq is-
tədiyi ideyanın yaranmasını bildirir. Əslində, bu addım atılmasa,
məlumatın yaranması mümkün deyil və başqa təşəbbüslərin də
mənası yoxdur.
İkinci addım – kodlaşdırmadır. Bu zaman ideya münasib
sözlərin, diaqramların, informasiyanın
ötürülməsi üçün istifadə
101
edilən digər rəmzlərin köməyi ilə şifrlənir, eləcə də onun ötürül-
məsinin ən adekvat üsulu müəyyənləşdirilir.
Üçüncü addım – ötürmədir. Məlumat forması müəyyən-
ləşdirildikdən sonra kommunikativ kanal seçilir və vaxt faktoru,
məsələn,
xidmət qeydləri, telefon zəngi,
yaxud söhbət şəklində
nəzərə alınaraq, onun ötürülməsi (çatdırılması) həyata keçirilir.
Dördüncü addım – qəbuletmədir. Ötürmənin icrası digər
tərəfə məlumatı qəbul etmək imkanı verir. Bu mərhələdə təşəb-
büs qəbul edən tərəfə keçir. Həmin tərəf həm də məlumatı qavra-
maq üçün özünü hazırlamalıdır.
Dostları ilə paylaş: