113
Bu zaman bəzi sadə tövsiyələr müsbət rol oynaya bilər. Bu
tövsiyələrə birlik hissinin gücləndirilməsini, təşkilata məxsusluq
hissinin artırılmasını, onun üzvləri arasında konstruktiv fikir
mübadiləsinin genişləndirilməsini aid etmək olar. Bundan başqa,
mədəni siyasətini dəyişmək istəyən
təşkilat öz mənbələrindən
tamamilə imtina etməməli və digər “uğurlu” kampaniyaların
davranışını kor-koranə şəkildə təkrarlamamalıdır.
Kampaniyanın
təşkilati
mədəniyyətinin
müəyyən
edilməsində əsas rolu menecerlər qrupunda dominantlıq edən
koalisiya oynayır. Təşkilati mədəniyyət tiplərinin klassifikasiyası
kampaniyanın əsas şəxslərinin və kampaniyanın özünün davranış
sisteminin oxşar cəhətlərinə əsaslanır. Sabit xarakterə malik
olmayan insanlar və “nevrotik” təşkilatlar, habelə sakit, təmkinli
insanlar və “sağlam” təşkilatlar arasında analogiya mövcuddur.
“Nevrotik” və “sağlam” təşkilati mədəniyyətlərin aşağıdakı
tiplərini ayırmaq olar:
a)
Xarizmatik və ətraf mühitdən asılı olmayan tiplər.
Xarizmatik təşkilati mədəniyyətin əsasında
rəhbərin hər şeyi
dramatikləşdirmə xüsusiyyəti durur. Belə bir rəhbər üstünlük
kompleksindən əziyyət çəkir. Ətraf mühitdən asılı olmayan təş-
kilati mədəniyyətə malik kampaniyalarda
əsas rolu müstəqillik,
fərdi təşəbbüs, şəxsi nailiyyətlər oynayır.
b)
Paranoid və etibara əsaslanan təşkilati mədəniyyət
Dostları ilə paylaş: