Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Mövzu 14. İnsan həyatında karyera və stress



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   73
 
Mövzu 14. İnsan həyatında karyera və stress 
 
İş karyerası dedikdə aşağıdakılar nəzərdə tutulur: 
- işçinin xidməti iyerarxiya üzrə irəliləməsi; 
- ardıcıl olaraq bir vəzifədən digərinə keçmə (həm bir təş-
kilat çərçivəsində, həm də onun hüdudlarından kənarda); 
- hər hansı bir şəxsin iş seçimi barədə müxtəlif qərarlarının 
məcmusu. 
Adətən, belə qərarlar heç də həmişə ardıcıl və rasional 
olmur. Karyera dinamik (müxtəlif vəzifələrin dəyişdirilməsi ilə 
müşayiət olunan) və statik(eyni bir vəzifənin eyni iş yerində icra 
olunmasını nəzərdə tutan) ola bilər. O, eyni zamanda şaquli 
(vəzifə yüksəlişi üzrə hərəkəti nəzərdə tutan) və üfüqi (müxtəlif 
iş növlərinin, hətta peşələrin dəyişdirilməsini nəzərdə tutan) ola 
bilər. Hər bir karyera müəyyən məqsədə çatmaq üçün qurulur və 
müxtəlif motivlər onun hərəkətverici qüvvəsi ola bilər. İllər 
keçdikcə bu motivlər dəyişə də bilər. 
Karyeranın uğuru mütəxəssislər tərəfindən bir neçə para-
metr üzrə qiymətləndirilir: karyeranın inkişafı, şəxsin karyera ilə 
uyğunluğunun əks olunması, karyeraya uyğunlaşma. 
Karyeranın inkişafı barədə obyektiv və psixoloji uğurun 
səviyyəsinə əsasən mülahizə yürütmək olar. Obyektiv uğur öz 
əksini əməkhaqqı, reputasiya, tutulan vəzifədə tapır. Psixoloji 
uğur isə özünə olan hörmət və özünüqiymətləndirmə səviyyəsin-
dən asılıdır. 


117 
Karyera mövqelərinə iş yeri, iş və həyatın digər aspektləri 
arasında olan qarşılıqlı əlaqə aid edilir. Karyera mövqeləri insan 
həyatının ilkin mərhələlərində, yəni o, əmək fəaliyyətinə 
qoşulmamışdan əvvəl formalaşmağa başlıyır və şəxsin bütün 
həyatı boyu formalaşmaqda davam edir. 
Fərdi olaraq karyeraya uyğunluğun əksi unikal bir 
prosesdir ki, insan onun vasitəsilə cəmiyyətdə öz yerini qiymət-
ləndirir. Bu proses heç də həmişə karyera ilə bağlı olmur. Bəzi 
şəxslərin həyatının ən mühüm hissəsini ailə, digərilərinin isə iş 
və ya ictimai fəaliyyət təşkil edir. 
Karyeraya uyğunlaşma - insanın fəaliyyət sahəsini dəyişə 
bilmək qabiliyyəti və hazırlığıdır. Uyğunlaşma, vəzifə irəliləyişi-
nə nail olmaq istəyənlər üçün xüsusilə vacibdir. 
Karyerada şərti olaraq bir neçə mərhələni ayırmaq 
mümkündür: 
1- Hazırlıq (18-22 yaş) 
2- Uyğunlaşma (23-30 yaş) 
3- Stabilləşmə (30-40 yaş) 
4- ….. (40-50 yaş) 
5- Yetkinlik mərhələsi ( 50-60 yaş) 
6- Yekun mərhələ (60 yaşdan sonra) 
Karyeranın formalaşma və inkişafı insandan böyük fiziki 
və mənəvi səylər tələb edir, bu da çox vaxt stresin yaranmasına 
səbəb olur. 
İnsanın təşkilata daxil olması, müxtəlif növ tapşırıqların 
icrası, fərqli yeniliklərə uyğunlaşma bir çox hallarda stress 
vəziyyəti ilə müşayiət olunur. 
“Stress” anlayışı fiziologiyada orqanizmin əlverişsiz 
təsirlərə reaksiyasını bildirmək üçün meydana gəlmişdi. Kanada-
lı bioloq Hans Selye (1907-1982) adaptasion sindroma əsas-
lanaraq stress barədə nəzəriyyə işləyib hazırlamışdır. Bu nəzəriy-
yəyə əsasən stress insan orqanizminin reaksiyalarının məc-
musudur ki, onlar onun bütün resurslarının mövcud olma şəraiti-
nə uyğunlaşmasını təmin edir. 


118 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin