119
Səfərbərlik
(narahatçılıq)
mərhələsi
reaksiyaların
intensivliyinin artması, qavrama proseslərində dəqiqliyin yüksəl-
məsi və sürətlənməsi, lazımi informasiyanı
cəld yada salmaq
üçün hazırlığın artması ilə xarakterizə oluna bilər. Bu mərhələdə
orqanizm böyük gərginlikə fəaliyyət göstərir, lakin o, yaranmış
gərginliyə səthi və ya funksional səfərbərliyin köməyi ilə, dərin
struktur yenidənqurmalarına ehtiyac olmadan qalib gəlir.
Uyğunlaşma
mərhələsi
(BC
kəsiyi)
səfərbərlik
mərhələsindən sonra gəlir. Bu, stress vəziyyəti uzun müddət da-
vam etdikdə baş verir.
Optimal
dərəcə - stress pozitiv məfhum, situasiya
tərəfindən çağırış kimi qəbul edilir. Lakin,
bununla belə,
situasiyaya nəzarət fərdin öz ixtiyarında olur. Yaranmış vəziyyət
istehsalatda yüksək müvəffəqiyyət dərəcəsinə nail olmağa
yardım edir. Əgər stress vəziyyəti uzanırsa,
üçüncü mərhələyə
keçid baş verir.
Nizamın pozulması mərhələsi (CO kəsiyi) stress və
gərginliyin uzun müddət qorunub saxlanılması nəticəsində mey-
dana gəlir. Bu mərhələdə şəxsiyyətin davranışını
idarə edən
daxili nəzarət mexanizmi pozulur və o, situasiyaya nəzarəti itirir.
Uzunmüddətli stress fərdin xarici görkəmini dəyişdirməsə belə,
çox ciddi daxili xəstəliklərin yaranmasına səbəb ola bilər.
Stresin bütün mənbələri şərti olaraq 3 qrupa ayrıla bilər:
xarici
faktorlar, təşkilatdan asılı olan faktorlar,
işçinin özündən
asılı olan faktorlar.
Dostları ilə paylaş: