123
kimdən-kimə və hansı müddət ərzində ötürülməsi, onun ardıcıl-
lığı, keyfiyyəti, hansı formada daxil olması dəqiq bilinsin. Vahid
bir qaydaya salınmış informasiya mübadiləsi olmadan əmək-
daşlıq baş tuta bilməz.
İdarə qərarı vaxtı çatmış problemin ziddiyyətlərinin aradan
qaldırılması deməkdir. Bu qərar rəhbər tərəfindən onun
tabeçiliyində olan işçilərə uyğun olaraq qəbul edilir. Nə zaman
ki, alınan informasiyaya stereotip, adət halını almış reaksiya ver-
mək mümkün deyil, o zaman belə bir addıma ehtiyac duyulur.
Ən çətin idarə qərarları həm vaxt kəsri, həm də informasiyanın
qeyri-müəyyənliyi və ziddiyyətli səciyyə daşıması şəraitində
qəbul edilən qərarlardır. Bu qərarlar
rəhbərin əsas qiymət-
ləndirmə göstəriciləridir. Onların qəbul edilməsi çətinliyini yal-
nız o halda yüngülləşdirmək olar ki, qərarlar əvvəlcədən hazır-
lansın. Bu isə idarə təcrübəsində heç də həmişə mümkün olan iş
deyil.
Rəhbər qarşısında duran əsas tələb ondan ibarətdir ki, o,
vaxtında qərar qəbul etmək üsulunu tapmalıdır (nə çox gec, nə
də çox tez). Birinci halda qarşıda “vaxtı ötmüş” problemin həlli
durur. Bu zaman çoxlu qüvvə sərf etmək lazım gələcək. İkinci
halda isə hələ “vaxtı çatmamış” problemin həllindən söhbət
gedir. Nəticədə, qəbul
edilmiş qərar xeyli dəyişilə, yaxud ləğv
edilə bilər.
İdarə qərarının hazırlanması zamanı, rəhbər problemin
yaranması səbəbini başa düşməlidir. Əgər problem süni xarakter
daşıyırsa, qəbul edilən qərar da yanlış ola bilər. Ona görə bu və
ya digər problemlə bağlı bütün informasiya onun özü tərəfindən
yoxlanılmalıdır. Lakin bəzən xeyli problem toplanır. Bu halda
əsas problemi təyin etmək lazımdır. Onun həlli digər prob-
lemlərin həllini də asanlaşdıra bilər.
Qəbul edilmiş hər bir qərarın nəticələrini araşdırarkən,
hansı qərarı və hansı səviyyədə qəbul etmək lazım olduğunu,
onun işlənib hazırlanması
üçün kimin dəvət edilməsini, hansı
resursların işə salınması zəruriliyini və onların kifayət olub-ol-
124
madığını, hansı əlavə informasiyaya ehtiyac olduğunu və onun
nə dərəcədə tez və kimdən alınması mümkünlüyünü başa düş-
mək çox vacibdir. Əgər əlavə informasiyanın əldə edilməsi çə-
tindirsə, bəzi ixtisarlar şərti ilə idarə qərarının qəbul edilməsi
variantları da mümkündür. Bu ixtisarlar onların
pozitiv və
neqativ nəticələrinə görə qiymətləndirilir. Sonda ölçülüb biçilmiş
nəticə variantlarından yalnız biri seçilir. Bir qayda olaraq,
qısamüddətli perspektivdə qüvvədə olan, lakin iqtisadi, hüquqi,
sosial-psixoloji, şəxsi və təşkilati sferalarda tətbiqi mümkün
sayılan, həm müsbət, həm də mənfi cəhətləri nəzərə alınan
qərarlar qəbul edilir.
Fikir mübadiləsi üstünlük verilən variantın
seçiminə
yaxınlaşmağa imkan verir, baxmayaraq ki, bu variant heç də ən
yaxşısı deyil. Çox vaxt “ən az ziyan verən”i seçmək prinsipi üs-
tün gəlir. Bu, adətən problemin vaxtı ötəndə baş verir və məhz o
zaman hər bir rəhbərin şüurunda risklər açıq-aydın təzahür edir.
Sahibkarlıq meyilləri üstünlük təşkil etdikdə, rəhbər hər şeydən
əvvəl mənfəəti güdür. Menecer meyilləri üstün olduqda isə, o, ilk
növbədə öz imkanlarını, vaxtın miqdarını və əməkdaşların
qabiliyyətini götür-qoy edir.
İdarə qərarları həmişə bir çox risklərin nəzərə alınması
şərti ilə qəbul edilir. İdeyaların əksəriyyəti ona görə məhv olur
ki, rəhbər fiziki cəhətdən üzərinə çox yük götürür və müvəffə-
qiyyətə nail olmaqdan daha çox uğursuzluqdan qaçmaq niyyəti
güdür. O, ehtiyatları qorumağa çalışır, çünki düşünür ki, resurs-
lar tükənib. Eyni zamanda o, özünü baş verə biləcək
uğursuzluqlardan sığortalamağa çalışır. Belə ki, rəhbər
yeni qə-
rarın icrasına girişən zaman digər idarəetmə halqalarını əldən
verməkdən qorxur. Ona görə də hər dəfə yeni bir qərar qəbul
edilərkən risk dairəsi dəyişir. Əgər rəhbərin təfəkkürü infor-
masiyanı müvafiq qaydaya sala bilirsə, onu düzgün seçirsə,
ideyaları
generasiya edərək, qabaqlayıcı tədbirlər görürsə, bu
zaman risklərlə müvəffəqiyyətlə mübarizə aparmaq olar. Lakin
125
idarə qərarının qəbul edilməsi rəhbərin səhvləri ilə müşayiət
oluna bilər ki, bu da onun risk dairəsində gərginliyi artırır.
Belə səhvlər həm subyektiv, həm də obyektiv, yəni qeyri-
iradi və məcburi olurlar (cədv. 15.1.). İdarə qərarlarını qəbul
edən şəxs psixoloji cəhətdən hazırlığa malik olmalıdır, çünki çox
şey məhz bu amildən asılıdır. Həmin meyara əsasən beş psixoloji
tip seçilir (mötərizədə müvafiq psixohəndəsi fiqurlar göstərilir).
Dostları ilə paylaş: