128
və qarışıq (dörd və altı nəfər üçün nəzərdə tutulan masalar
yarımdairə yaradır) olur. “Tonnel koriduru”nda təfəkkürün avto-
ritarlığına səbəb olan və iyerarxik təşkilat obrazını canlandıran
kommunikasiyaların xətti-tipi qeyri-effektivdir. Ən effektivi -
qarışıq tipdir. Burada çoxölçülü kontakt stimullaşdırılır və
muxtar, desentralizasiya edilmiş təşkilatın obrazı canlandırılır.
Birinci tip, ideyaların generasiyasını sıxışdırır
və idarə
qərarlarının qəbul edilməsində proqnostik amilin (faktorun)
əhəmiyyətini aşağı salır. İkinci tip isə bu rolların gücləndirilməsi
üçün əlavə impulslar verir. İdarə qərarının əsasında onun icra
edilməsinin təşkilatı mexanizminin olması, bu işin təxirə salın-
maması xüsusilə vacibdir. Ona görə yaxşı olardı ki, idarə qərarı
bilavasitə icraçı tərəfindən yoxlanılıb qiymətləndirilsin.
Rəhbər “kommunikativ məkan”ın “zonalar”ında qərarın
qəbul edilməsini təşkil edərək, baş
verə biləcək neqativ nəti-
cələrin riskini minimum həddə endirir. İdarə qərarı infor-
masiyanın yenidən işlənməsinin son nöqtəsində psixoloji cə-
hətdən qeyd olunur. Burada hadisələrin açılmasının üstün varian-
tı seçilir.
Həmin andan etibarən rəhbər, idarə silsiləsini əhatə
edən ssenariyə görə bütün məsuliyyəti öz üzərinə götürür.
İdarə qərarının seçilməsindəki “ideya generatoru” rolu hə-
min qərarın (şək. 15.3) ssenarisinə “daxil edilən” nəticələri qa-
baqcadan xəbər verənin roluna uyğun gəlir.
Rəhbər, faktorların hər iki
qrupu üzrə riskin konkret
növlərini qiymətləndirir. O, özü üçün riskin yol verilə biləcək
səviyyəsini təyin edir və onun aşağı salınmasından ötrü (şək.
15.3) mümkün tədbirlərin xəyali planını cızır.
Dostları ilə paylaş: