120
iş icra olunan zaman təhlükəsizlik səviyyəsi, səs və işıqlandırıl-
manın səviyyəsi);
- vəzifələrin qeyri-dəqiq bölünməsi (işçilərə
tətbiq edilən
real və formal tələblərin uyğunsuzluğu, vəzifə bölgüsü konflikti);
- kollektiv daxilində münasibətlər (dəstəyin olmaması, ün-
siyyət problemləri);
- təşkilati struktur (təşkilatın ikili tabeçiliyini nəzərdə tutan
matris strukturu bir çox hallarda işçilərin stress mənbəyinə çev-
rilir. Belə ki, bu halda işçilər eyni zamanda iki rəhbərin göstə-
rişlərini yerinə yetirməli olur);
- idarəetmə üsulu (narahatçılıq, qorxu ilə müşayiət olunan,
özünü doğrultmayan təzyiq və hədə metodları).
İşçinin özündən asılı olan faktorlar. Bu faktorlara şəxsi
problemlər, eyni zamanda işçilərin özlərinin spesifik xüsusiyyət-
ləri və xarakterləri aid edilə bilər.
Bununla yanaşı, stresin əmələ gəlməsinə şərait yaradan və
ya onun qarşısını alan faktorlar sırasına ―
iş təcrübəsi, kolle-
qaların, dost və qohumların dəstəyi, situasiyanın yaxşılaşdırılma-
sına yönəlmiş aktiv cəhdlər, aqressivlik dərəcəsi daxil edilə bilər.
Stresin dərəcəsinin təyin
edilməsi və onun yaranma
səbəblərinin öyrənilməsi üçün nəzərə almaq lazımdır ki, stress
zaman keçdikcə toplaşıb böyümək xüsusiyyətinə malikdir.
Bəzən hər hansı bir cüzi səbəb daha əvvəl toplanmış stresə əlavə
olunur və bu, vəziyyətin kəskinləşməsinə şərait yaradır. Məhz
buna görə, stresi təhlil edən zaman onun yaranmasına bais olan
səbəb və şəraitin məcmusu nəzərə alınmalıdır.
Stres özünü müxtəlif şəkillərdə büruzə verə bilər. Onun
simptomları şərti olaraq üç əsas qrupa bölünə bilər:
fizioloji,
psixoloji, davranış.
Dostları ilə paylaş: