107
Vaxt baryerləri – tam kommunikasiyanın
həyata keçiril-
məsi üçün vaxtın çatışmazlığı nəticəsində yaranan kommunika-
tiv əngəllərdir.
Kommunikativ yükləmələr effektiv ünsiyyətə mane olur.
Bu yükləmələr kommunikativ daxilolmaların həcmi onların
işlənib hazırlanması imkanlarını, yaxud real tələbatı əhəmiyyətli
dərəcədə üstələdikdə yaranır.
İnformasiya ilə bölüşmək istəyinin olmaması. İnformasi-
yaya malikolma – hakimiyyət mənbələrindən biridir. Tam
informasiyaya malik olan şəxslər yalnız onun bir hissəsini ötürə
bilərlər. Bu halda ondan istifadə edilməsi optimal qərar qəbul et-
məyə imkan vermir.
Məlum
olduğu kimi, informasiya verbal,
yəni sözlərlə və
qeyri-verbal formada ötürülür.
Bəzən «susma dili» adlandırılan qeyri-verbal kommunika-
siyaları insanın ətraf mühitin qavranılan xüsusiyyətlərinə sözsüz
reaksiyası (jestlər, üzün ifadəsi kimi) kimi müəyyənləşdirmək
olar. İnsanlar bu qaydada verbal və qeyri-verbal məlumatları
ötürürlər. Beləlikə, kommunikasiya insan danışanda da,
heç bir
söz tələffüz etmədikdə də (bu isə az əhəmiyyət daşımır) baş verə
bilər. Kommunikasiyaların digər növləri üçün nəzərdə tutulduğu
kimi, başqa insanların qeyri-verbal davranışını daha yaxşı
anlamaqdan ötrü konkret tövsiyələr mövcuddur. Onlardan
bəziləri ilə tanış olaq:
1. Baş verənlərin konkret situasiya çərçivəsində araşdı-
rılması. Əgər qeyri-verbal davranış emosional reaksiyadırsa, o,
hazırkı anda baş verənləri əks etdirir və insanın
qeyri-verbal
davranışının daha yaxşı başa düşülməsinə kömək edə bilər.
2. Qeyri-verbal davranış və sözlə ifadə edilən mülahizələrin
uyğun olmaması hallarına diqqət yetirilməsi.
Əgər belə bir
ziddiyyət müşahidə edilirsə, bu hal
əslində nə baş verdiyini
mükəmməl araşdırmaq üçün siqnal olmalıdır. Bəzən qeyri-verbal
siqnallar sözlərdən daha dəqiq mahiyyət daşıyır.
108
3. Qeyri-verbal davranışın ən kiçik detallarının müşahidə
edilməsinə səy göstərilməsi. İnsanın qeyri-verbal davranışı onun
psixoloji vəziyyəti ilə bağlıdır və bu vəziyyətin ifadəsi üçün bir
vasitədir. İnsan nə qədər çalışsa da,
özünü qeyri-verbal məlu-
matlardan saxlaya bilmir.
Dostları ilə paylaş: