97
Dəyişikliklərə müqavimətin qarşısının alınması metodları
Rəhbərliyin dəyişikliklərə müqavimət göstərilməsinin ara-
dan qaldırmasına qarşı istifadə etdiyi
metodlar böyük əhəmiy-
yətə malikdir. Burada yumşaq (əməkdaşlara dolayı təsir) və sərt
(məcburi) metodlardan söhbət gedir. Aydındır ki, dəyişikliklər
nə qədər radikal və dərindirsə, onlara müqavimət də bir o qədər
güclü olur. Hər bir təşkilatda həmişə hərəkətverici və cilovlayıcı
qüvvələr olur (şək 11.2).
Şəkil 11.2. Dəyişikliklərə müqavimət ( K.Levinin “qüvvə sahələrinin analizi”
modeli)
Təşkilatın rəhbərliyi danışıqlar, müsahibə, anketləşdirilmə
vasitəsilə dəyişikliklərin əməkdaşlarda
nə tip reaksiyaya səbəb
olacağını, onların bu məsələdə hansı mövqe tutacağını öyrən-
məlidir.
Dəyişikliklərə müqavimət göstərilməsinin qarşısının alın-
ması üçün ən münasib vaxt - onların yaranmasından əvvəlki döv-
rdür. Uğurlu dəyişikliklər həyata
keçirmək üçün rəhbərlər aşa-
ğıda göstərilən addımları atmalıdır:
Potensial
hərəkətverici
qüvvələr
Hərəkətverici qüvvələr
Tarazlıq
Cilovlayıcı qüvvələr
Potensial hərəkətverici
qüvvələr
Hərəkətverici qüvvələr
Tarazlıq
Cilovlayıcı qüvvələr
98
1. Təşkilatdakı situasiyanı təhlil etmək və təklif olunan dəyi-
şikliyin rast gələ biləcəyi müqaviməti əvvəlcədən görmək.
2. Müqaviməti minimuma qədər azaltmaq (
potensial və
real).
11.2 nömrəli cədvəldə müqaviməti azaltmaq və tamamilə
aradan qaldırmaq üçün bəzi metodlar göstərilir.
Şək.11.3. “dəyişiklik-müqavimət” matrisası
Əgər dəyişikliklərə müqavimət çox güclüdürsə, onları yal-
nız qismən tətbiq etmək olar. Burada söhbət “eksperimental layi-
hə”nin tətbiqindən gedir. Bu layihə
dəyişikliklərin eksperiment
şəklində aparılmasını, nəticələrin daim təhlil olunmasını və
onlara nəzarəti nəzərdə tutur. Müəyyən edilən zaman kəsiyindən
sonra dəyişikliklər qiymətləndirilir və qeyri-effektiv olduğu
halda onlardan imtina edilir. Bu
cür yanaşma dəyişikliklərin
tətbiq edildiyi ilkin, həm də çətin mərhələlərdə
əlverişli şərait
yaratmağa imkan verir.
Dostları ilə paylaş: