90
imkan verir. Üzləşdirmə, qruplar arasında etimad zəifləyəndə,
vaxt böhranı faktoru olmadıqda və işi
effektiv yerinə yetirmək
üçün əməkdaşlıq etmək lazım gəldikdə tətbiq edilir.
Münaqişənin həll edilməsi üsullarından biri danışıqlardır.
Danışıqlar zamanı insanlar və ilk növbədə menecerlər əv-
vəlcədən müəyyən mənfi fikirlər eşitməyə hazır olur və bəzən
spesifik xarakterli səhvlərə yol verirlər. Bu isə onlara səmərəli
hərəkət etməyə və konkret situasiyadan maksimum bəhrə-
lənməyə mane olur. Tədqiqat nəticəsində aşkar edilən ümumi
səhvlər bunlardır: danışıqlarda iştirak
edən şəxslər informasi-
yanın verilməsi formasına olduqca mənfi münasibət bəsləyirlər;
onlar hesab edirlər ki, istədiklərinə yalnız digər tərəfin hesabına
nail olar bilərlər. Bu səbəbə görə tərəflər arasında qarşılıqlı
qaydada baş verə biləcək mübadilə imkanları nəzərdən qaçırılır.
Danışıqda iştirak edən şəxslər əvvəlcədən beyində hazır olan
fikirlərlə bağlı ümumi problemlərdən başqa, ənənəvi olaraq ya
bölüşdürücü yanaşmaya, ya da pozisiyalı sövdələşmə yanaş-
masına üstünlük verirlər. Bölüşdürücü yanaşma şərti olaraq
“məhdud tortun” mövcudluğunu
nəzərdə tutur və ondan müm-
kün qədər çox bəhrələnməyə yönəlir.
Münaqişənin kompromis, güc tətbiqetmə,
uyğunlaşma,
yaxud xilasolma kimi idarə metodları, bir qayda olaraq, danı-
şıqların aparılmasının bölüşdürücü strategiyası ilə bağlıdır. Geniş
istifadə edilən
pozisiyalı sövdələşmə yanaşması bölüşdürücü
yanaşma ilə sıx bağlıdır. Danışıqlarda
bu yanaşma ondan iba-
rətdir ki, tərəflər ardıcıl olaraq bir sıra pozisiyalara (mövqelərə)
üstünlük verir, sonra isə onlardan imtina edirlər. İnsanların ba-
zarda alver etməsini belə danışıqların sadə forması olaraq nümu-
nə kimi göstərmək olar.
Lakin pozisiyalı sövdələşmədən beynəlxalq diplomatiyada
da istifadə edirlər. Pozisiyalı sövdələşmə faydalı ola bilər. Onun
vasitəsilə bir tərəf digər tərəfə nə istədiyini başa salmağa çalışır,
sonra qeyri-müəyyən və gərgin situasiyada hansısa dayaq nöqtəsi
meydana çıxır. Nəticədə, münasib saziş üçün şərait yaranır.
91
Hazırda insanlar başa düşürlər ki, danışıqlarda ənənəvi bö-
lüşdürücü və pozisiyalı sövdələşmələrdən başqa, “sərt” və “yum-
şaq” pozisiyaya alternativ olan yanaşmalar da mövcuddur.
Məsələn, inteqral yanaşma təklif edilir. O, müsbət nəticə-
nin qazanılmasına yönəldilən metodlara istinad edərək, “tortun
genişləndirilməsi” prinsipini əsaslandırır. Əməkdaşlıq strategiya-
sına (kompromisə, güc tətbiq edilməsinə, uyğunlaşma, yaxud
xilasolmaya yox) arxalanan inteqral yanaşma danışıqda iştirak
edən şəxslərdən:
a) daha yüksəksəviyyəli məqsəd qoymaq bacarığı; b) insan
və problemlərlə bağlı məsələlərin daha dəqiq şəkildə təyin
edilməsini; v) diqqətin pozisiya, mövqe üzərində deyil, maraqlar
üzərində cəmləşdirilməsini; q) həlletmənin qarşılıqlı fayda verə
biləcək variantlarının tapılmasını; d)
obyektiv meyarlardan
istifadə etmək kimi vərdişlərin mövcud olmasını tələb edir.
Danışıqların effektiv aparılması üçün yuxarıda sadalanan
əsas vərdişlərə əlavə olaraq, pozisiyalı sövdələşməyə və “yum-
şaq”, yaxud “sərt” mövqe strategiyalarına alternativ mövcuddur.
Həmin alternativ danışıq modeli Qarvard layihəsi çərçivəsində
işlənib hazırlanmışdır. Danışıqlara ənənəvi yanaşma metoduna
alternativ prinsipial danışıq, yaxud mətləb üzərində qurulan
danışıq adlanır. Haqqında bəhs olunan alternativ yanaşmanın
əsasını dörd bazis prinsipi təşkil edir.
Onlar aşağıda göstərilir:
1.
İnsanlar. Danışıq iştirakçıları və mövzu arasında hədd
qoyulmalıdır.
2.
Maraqlar. Fikir mövqelərdə deyil, maraqlar üzərində
cəmləşməlidir.
3.
Variantlar. Nə etmək lazım olduğu təyin edilməzdən
əvvəl imkan dairəsi seçilməlidir.
4.
Meyarlar. Nəticələrin hər hansı bir obyektiv normaya
əsaslanmasına təkid edilməlidir.