Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Mövzu 11. Təşkilati dəyişikliklər



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   73
Mövzu 11. Təşkilati dəyişikliklər 
Effektiv idarəetmə hərəkətə gətirilən resursların (insan, 
maliyyə, maddi) əvvəlcədən düşünülən formadan daha yaxşı 
istifadə edilməsini təmin etməlidir. Başqa sözlə, bu gün yaxşı ye-
rinə yetirilən iş sabah daha keyfiyyətli şəkildə icra olunmalıdır. 
Belə bir təminat müxtəliftipli dəyişikliklərə olan meyildən 
yaranır. 
Müxtəlif sahələrdə çalışan müasir təşkilatlar qeyri-
müəyyənlik, dinamiklik, xarici mühitin yaratdığı çətinliklər 
şəraitində fəaliyyət göstərirlər. Kütləvi idxalçılar tədricən fərdi 
idxalçılarla əvəz olunur. Bu, həm məhsul və xidmət sferasında 
(birincitipli innovasiyalar), həm də istehsal və xidmət sahələrin-
də (ikincitipli innovasiyalar) dəyişiklikləri stimullaşdırır. “Elek-
tron-şəffaf” bazarın yaranması (istənilən məhsul barədə informa-
siyaya ani keçidi təmin edən) istehsalçılar arasında rəqabətin 
meydana gəlməsinə səbəb olur. Bir çox təşkilatlar öz strukturunu 
və iş texnologiyasını yenidən qurmağa, strategiyanı dəyişməyə 
(üçüncütipli innovasiayalar), psixologiya və işçilərin davranışı 
ilə bağlı çətin əməliyyatlar aparmağa (dördüncütipli in-
novasiyalar) məcbur olurlar. Dəyişiklik ― hər bir zaman risklə 
müşayiət olunur. Lakin dəyişməmək ―daha böyük riskə getmək 
deməkdir. 
Hər bir təşkilat öz tarazlığını saxlamağa çalışır. Tarazlıq ― 
fərdə istənilən şəraitə daha tez uyğunlaşmağa imkan verir. Də-
yişikliklər yeni tarazlığın yaradılmasını tələb edir. İdarəçilikdə 
dəyişikliklər aparılarkən aşağıdakı məqsədlərə diqqət yetirilir: 
1) Dəyişikliyin qəbuluna nail olmaq; 
2) Qrup tarazlığını və şəxsi uyğunlaşmanı bərpa etmək. 
Dəyişiklik fazaları. Edqar Ş.Heyn vahid proses şəklində 
olan dəyişiklik modelini işləyib hazırlamışdır. Bu modelə görə 
uğurlu dəyişiklik 3 mərhələdən ibarətdir: 
1) Blok (qapalı) vəziyyətindən azad edilmə (unfreezing-do-
nun açılması); 


93 
2) Dəyişikliklər
3) Blok (qapalı) vəziyyətinə salma (refreezing-dondurulma). 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin