«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ 
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ 
 
 
«Fiziki və kolloid kimya-1»
fənnindən mühazirələr 
Orta ixtisas təhsili müəssisələrində 
fənnin tədrisi üçün nəzərdə tutulub 
 
 
 
 
 
Tərtib edən: 
Məmmədova Arzu Səttar qızı
 
 
 
 
 
 
 
 
 
 
SUMQAYIT-2020 




Fiziki kimyanın mahiyyəti, elmi və praktiki
əhəmiyyəti.

Fiziki kimya — 
Fizika
 və 
Kimyaya
 aid bütün ümumi qanunları öyrənir. 
Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm 
nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya 
elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki 
proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın 
udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə 
əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ 
gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə 
enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya 
proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin 
temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və 
beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə 
və nəhayət onların parçalanmasına səbəb olur. 
Təcrübə göstərir ki, kimyəvi reaksiyalar həmişə müxtəlif fiziki 
proseslərdə: istiliyin ayrılması və ya udulması, təzyiqin və həcmin 
azalması və ya artması, elektrik hadisələri və s. ilə müşaiyət olunur. Məs. 
yanma zamanı istilik və işığın ayrılması baş verir, fotoqrafiya lentinin işığı 
udması onda gizli xəyalın əmələ gəlməsinə səbəb olan kimyəvi proses 
yaradır. Bu cür misalları çox göstərmək olar. Bütün hallarda fiziki və 
kimyəvi hadisələrin sıx əlaqəsi onların qarşılıqlı təsiri ortaya çıxır. Fiziki 
kimya kimyəvi və fiziki hadisələrin qarşılıqlı təsirini öyrənir. 
Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya 
prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək 
temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya 
prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, 
polimerləşmə və s. reaksiyalar gedir. Bütün bu hallarda fiziki və kimyəvi 
proseslərin sıx əlaqəsi, onların qarşılıqlı təsiri meydana çıxır. Fiziki kimya, 
məhz belə qarşılıqlı əlaqələrlə yanaşı müxtəlif kimyəvi çevrilmələrin 
ümumi qanunauyğunluqlarını, kimyəvi tarazlıq qanunlarını, maddələrin 
quruluşu və xassələrinə dair nəzəriyyələri, kimyəvi hadisələrin və 
proseslərin əsaslarını öyrənir. 
Artıq çoxdan məlum idi ki, müxtəlif kimyəvi reaksiyalar müxtəlif 
sürətlə gedir: biri çox yavaş, digəri ani zamanda. Kimyəvi reaksiyanın 
sürəti anlayışı kimyəvi kinetikanın əsasını qoydu. Məlum oldu ki, kimyəvi 
reaksiyanın sürəti bir çox faktorlardan – reaksiyaya girən maddələrin 
qatılığından, təzyiqdən, temperaturdan, bərk maddənin səthinin 



sahəsindən və s.-dən asılıdır. Katalizatorlar reaksiyanın sürətinə 
nəzərəçarpacaq dərəcədə təsir edir. Katalizatorun təsiri ilə reaksiyanın 
sürətinin artması kataliz hadisəsinin mahiyyətini təşkil edir. Yəni 
katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik reaksiyalar və ya 
kataliz deyilir. Hazırda həm laboratoriyada, həm də sənayedə bir çox 
kimyəvi reaksiyaları sürətləndirmək üçün katalizatorlardan istifadə edilir. 
Kimyəvi kinetika və kataliz maddənin reaksiya qabiliyyəti haqqında 
müasir təlimin əsasını təşkil edir. 
Fiziki kimya müasir kimyanın əsas fundament nəzəriyyəsi hesab 
olunur. Burada nəzəri metodları öyrənilən zaman fizikanın mühüm 
sahələrindən termodinamika, statik fizika və kvant fizikası kimi 
sahələrindən istifadə olunur. Kimyanın isə fotokimya, elektrokimya, 
kimyəvi kinetika və kataliz, kimyəvi termodinamika kimi mühüm 
sahələrindən istifadə edilir
.
Fiziki kimyanın sürətlə inkişafi və artmaqda olan əhəmiyyəti onun 
fizika ilə kimya arasında sərhəddə olması ilə əlaqədardır. Fiziki kimya 
sərhəd elmi kimi öyrəndiyi hadisələrin qarşılıqlı təsirini nəzərə alaraq 
onları bir neçə tərəfdən əhatə edir. Fiziki kimya əsasən kimyəvi proseslərin 
zamana görə getməsi və kimyəvi tarazlıq qanunu ilə tədqiq olunur. Fiziki 
kimyanın əsas ümumi vəzifəsi öyrənilən sistemin əsas təşkil edən 
maddələrin molekullarının quruluş və xassələrinin öyrənilməsinə əsasən 
kimyəvi prosesin müxtəlif şəraitdə gedişini və alınan son nəticəsi. Fiziki 
kimya tədqiqatları xalq təsərrüfatlarının bir çox sahələri(metodologiya, neft 
sənayesi, inşaat materiallarının istehsalı, kənd təsərrüfatı və s.), həmçinin 
tibbdə mühüm rol oynayır. 





Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin