18
bu termodinamik proses adlanır. Verilmiş sistem üçün xarici şərait və
zaman dəyişdikcə sistemin halı dəyişmirsə,
bu sistem termodinamik
tarazlıqdadır. Temperatur termodinamik tarazlıq halında makroskopik
sistemin halını xarakterizə edən və cisimlər arasında istilik mübadiləsi
istiqamətini təyin edən fiziki kəmiyyətdir.
Temperatur fizikada əsas rol oynayan parametrlərdən biridir. Müasir
zamanda iki müxtəlif temperatur şkalasından istifadə olunur:
1. Beynəlxalq təcrübi temperatur şkalası (Selsi şkalası).
Bu şkala suyun
1,013×10
5
Pa təzyiqdə qaynaması (100 C
0
) və donması (0 C
0
) kimi iki reper
nöqtəsinə görə dərəcələnib.
2. Termodinamik temperatur şkalası (Kelvin şkalası). Termodinamik
temperatur şkalası bir reper nöqtəyə - suyun üç qat nöqtəsinə görə
dərəcələnib. Bu nöqtədə 609 Pa təzyiqdə buz,
su və doymuş buxar
termodinamik tarazlıqda olur. Üçqat nöqtənin temperaturu Kelvin
şkalasına görə 273.16 K-ə bərabərdir. T = 0 K Kelvin sıfırı adlanır.
Termodinamik temperatur (T ) və beynəlxalq təcrübi temperatur (t )
şkalaları arasında T = 273,15 + t ifadəsi ilə əlaqəlidirlər.
Dostları ilə paylaş: