«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

Qaz qarışığı.
Qaz-maddənin aqreqat vəziyyətindən biri olub, hissəcikləri molekula 
gücünün cazibəsi ilə bağlı olmayıb, xaotik hərəkət edərək mümkün olan 
həcmi doldurur.
Qaz qarışığının ümumi təzyiqində hər qazın payına düşən 
təzyiqə parsial təzyiq deyirlər. Bu qanun Dalton qanunu adı ilə elmdə 
məlumdur. 
Bu qanunu 1801-ci ildə ingilis tədqiqatçısı Con Dalton (1766-
1844) müəyyən etmişdir: 


10 
● Kimyəvi qarşılıqlı təsirdə olmayan ideal qazların təzyiqi parsial 
təzyiqlərin cəminə bərabərdir:
p = p
1
+p
2
+ ··· + p
n
● Parsial təzyiq — qaz qarışığında ayrıca götürülmüş qazın təzyiqidir. 
Qazqarışığını əmələgətirən ayrı-ayrı qazların parsial təzyiqi məlum 
olduqda qarışığın ümumi təzyiqini hesablamaq olar, və eləcə də qarışığın 
həcmi tərkibinə və ümumi təzyiqinə əsasən qazların parsial təzyiqlərini 
hesablamaq olar.
Bir-biri ilə reaksiyaya daxil olmayan eyni molyar kütləli 
qazları qarışdırdıqda qaz qarışığının (n.ş.-də) sıxlığı və həmçinin orta 
molyar kütləsi dəyişməz. Hər hansı qaza molyar kütləsi böyük olan qaz 
əlavə etdikdə sıxlıq artar, molyar kütləsi kiçik olan qaz əlavə etdikdə isə 
sıxlıq azalar. Müxtəlif qazların kütlələri nisbəti 
düsturu ilə 
də 
hesablana 
bilər.
Qaz 
qarışığında 
qazların 
həcm 
payı 
düsturu ilə hesablanır.
 
 
 


11 
Səthi gərilmə enerjisi və mayelərin səthi gərilməsi. Səthi
gərilmənin qiymətinə təsir edən amillər. 
Maye molekulları arasında cazibə qüvvəsi itələmə qüvvəsinə nəzərən 
çox böyük olur və onlar əhatə olunduqları molekullar tərəfindən cəzb 
olunurlar. Molekullar arasında məsafə böyük olduqca onların bir-birinə 
göstərdikləri cazibə təsir qüvvəsi zəifləyir və kifayət qədər böyük 
məsafələrdə cazibə qüvvəsi sıfra bərabər olur, yəni belə molekullar 
arasında qarşılıqlı təsir olmur. Mayelər fizikasında molekullar arasındakı 
qarşılıqlı təsirlə bağlı olan molekulyar təsir radiusu və molekulyar təsir 
sferası anlayışlarından istifadə olunur. Real mayelər öz səthləri ilə 
məhdudlaşırlar və bu səthlərlə başqa təbiətli ikinci mühitlərlə təmasda 
olurlar. Əgər hər hansı qabda müəyyən həcmdə maye olarsa mayenin 
səthinin bir hissəsi qabın divarları ilə, qalan hissəsi isə hava ilə təmasda 
olur və mayenin sərbəst səthi adlanır. Deməli, maye üçün başqa təbiətə 
malik ikinci mühit bir hissədə qabın divarlarıdır, digər hissədə isə havadır 
(qazdır). Maye səthində yerləşən molekulları əhatə edən molekulyar təsir 
sferasının bir hissəsində maye molekulları, digər hissədə isə ikinci mühitin 
atom və molekulları yerləşir. İkinci mühitin atom və molekullarının təbiəti 
və düzülüşü maye molekullarının təbiəti və düzülüşündən fərqləndiyi 
üçün mayenin səth molekullarına təsir edən qonşu molekulların cazibə 
qüvvələrinin əvəzləyicisi sıfra bərabər olmur. Bu əvəzləyici qüvvənin 
istiqaməti ikinci muhitin təbiətindən asılı olur. Məsələn, asanlıqla yəqin 
etmək olar ki, hava ilə təmasda olan maye səthində yerləşən hər bir 
molekulaya təsir edən əvəzləyici qüvvənin istiqaməti mayenin daxilinə 
doğru yönələcəkdir. Mayenin səth molekullarının əhatə olunduqları 
molekulyar təsir kürəsinin yuxarı yarısında qaz molekulları, aşağı 
yarısında isə maye molekulları olur. Maye molekullarının sıxlığı hava 
molekullarının sıxlığından böyük olduğu üçün maye tərəfindən səth 
molekullarına təsir göstərən cazibə qüvvəsi onlara hava tərəfdən təsir edən 
cazibə qüvvəsindən böyük olur, yəni səth molekullarına qonşu 
molekulların göstərdiyi təsir qüvvələrinin əvəzləyicisi mayenin daxilinə 
doğru yönəlir. Mayenin, qalınlığı təxminən molekulyar təsir radiusuna
bərabər olan səth təbəqəsində yerləşən molekullarına mayenin daxilinə


12 
doğru yönəlmiş qüvvələr təsir göstərir. Deməli, monomolekulyar səth təbə 
qəsi tərəfindən mayeyə təzyiq göstərilir, yəni maye sıxılır. Bu təzyiq daxili 
və ya molekulyar təzyiq adlanır və ədədi qiymətcə mayenin bir 
kvadratmetr sahəyə malik səthinin molekullarına təsir edən təzyiq 
qüvvələrinin əvəzləyicisinə bərabərdir. Əgər hər tərəfdən hava ilə əhatə 
olunmuş müəyyən kütləli maye yalnız molekulyar təzyiq qüvvələrinin
təsirinə məruz qalarsa, bu zaman mayenin tarazlıqlda olması üçün onun 
səthinin sahəsi minimum qiymət almalıdır. Eyni həcmə malik müxtəlif
həndəsi fiqurlar içərisində kürə ən kiçik səthə malik fiqur oldu ğu üçün 
mayenin səthi sfera formasında olmalıdır. Əks halda, mayeyə təsir edən 
molekulyar təzyiq qüvvələri bəzi isitiqamətlərdə bir-birini kompensasiya 
etməz və nəticədə həmin istiqamətlərdə mayeyə təsir göstərən qüvvələr 
yaranar ki, bu qüvvələrdə maye tarazlığa gələnə kimi onun səthinin 
formasının dəyişməsinə səbəb olar.
Mayelərin səthi gərilmə əmsalını enerji baxımından təyin etmək üçün 
maye səthinin sərbəst enerjisind ən istifadə olunur. Maye səthinin sərbəst 
enerjisi, maye səthinin izotermik kiçilməsi zamanı səthin potensial 
enerjisinin səthin kiçilm əsi üçün sərf olunan hissəsinə deyilir. Maye
səthinin vahid sahəsinin malik olduğu sərbəst enerjiyə mayeinin səthi
gərilmə əmsalı deyilir. 
Səthi gərilmə əmsalının qiyməti mayenin növündən 
və temperaturundan asılıdır mayenin temperaturu artdıqda onun səthi 
gərilmə əmsalı azalır və böhran temperaturunda sıfıra bərabər olur. Səthi 
gərilmə əmsalının BS-də vahidi: [σ]=1 N/m . 
Mayenin sahəsi S olan səthinin malik olduğu sərbəst enerji W olarsa, onda 
mayenin α səthi gərilmə əmsalı α= W/S 
Mayeninin səthi gərilmə əmsalı bir sıra faktorlardan, o cümlədən, həm 
mayenin, həm də mayenin təmasda olduğu ikinci mühitin təbiətindən və 
temperaturundan asılı olan mühüm fiziki kəmiyyətdir. Müəyyən 
edilmişdir ki, temperatur artıqca səthi gərilmə əmsalı azalır. 
Mayelər üçün xarakterik olan bir sıra fiziki hadisələr, məsələn, islatma, 
sərbəst səthin əyilməsi hesabına əlavə təzyiqin yaranması, kapilyarlıq v ə s. 
bilavasitə mayelərin səthi gərilmə hadisəsi ilə əlaqədardır. İslatma hadisəsi 
maye molekullarının həm öz aralarında, həm də mayenin təmasda olduğu 
ikinci mühitin molekulları arasında olan qarşılıqlı təsir ilə müəyyən 


13 
olunur. Belə ki, maye molekulları ilə mayenin təmasda olduğu cismin 
molekulları arasında olan cazibə qüvvəsi, maye molekullarının öz 
aralarında olan cazibə qüvvəsindən böyük olarsa, bu halda maye cismi 
isladır, əks halda isə, yəni kiçik olduqda isə islatmır. İslatma hadisəsi kənar 
bucaq deyilən kəmiyətlə xarakterizə olunur. Kənar bucaq, mayenin sərb əst 
səthinin cismə toxunan sərhəddindən bu sərbəst səthə çəkilmiş toxunan ilə 
cismin maye ilə təmasda olduğu səthi arasında qalan bucağa deyilir. Maye 
cismi isladan olduqda kənar bucaq iti, islatmayan olduqda isə kor bucaq 
olur. Kənar bucaq sıfır olduqda maye cismi tam isladan, açıq bucaq 
olduqda isə maye cismi tam islatmayan adlanır. Qabın içərisində olan 
mayenin qabın divarları ilə toxunmayan səthi, yəni sərbəst səthi, nisbətən 
böyük sahəyə malik olduqda ağırlıq qüvvəsinin təsiri hesabına üfiqi 
müstəvi formada olur. Lakin, qabın divarlarına çox yaxın hissələrdə sərbəst 
səth əyri səth formasına malik olur. Maye qabı islatdıqda bu əyri səth 
çökük, islatmadıqda isə qabarıq formada olur. Mayenin əyri formaya malik 
sərbəst səthi menisk adlanır. Mayenin müstəvi formalı sərbəst səthindəki 
molekullara təsir edən səthi gərilmə qüvvələri səth boyunca üfiqi 
istiqamətdə yönələcəkdir. Maye əyri səthə malik olduqda 13 səthdəki hər 
bir molekula təsir edən səthi gərilmə qüvvəsi səthə toxunan üzərində 
olacaqdır. Bu səthi gərilmə qüvvələrini şaquli və üfiqi istiqamətlərə 
yönələn iki toplananlarına ayırsaq, asanlıqla görmək olar ki, səth 
molekullarına təsir edən üfiqi toplananlar bir-birini
kompensasiya edirlər.
Š


14 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin