«Fiziki və kolloid kimya-1»


Dönən və dönməyən proseslər



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

Dönən və dönməyən proseslər


26 
Proses əvvəlcə bir istiqamətdə, sonra da əks istiqamətdə gedərkən, sistem 
əvvəlki halına qayıdan zaman nə sistemdə, nə ətraf mühitdə heç bir 
dəyişiklik olmazsa, belə prosesə dönən proses deyilir. 
Qarşılıqlı təsirdə olduğu cisimlərdə heç bir dəyişiklik yaranmadan 
sistem əvvəlki halına qayıdarsa, belə proses dönən proses adlanır. 
Məsələn, 
tarazlıqdan 
çıxarılmış 
yaylı 
rəqqas 
və 
ya 
riyazi 
rəqqas 
sürtünməsiz hərəkət edərsə
, ətrafda heç bir dəyişiklik yaratmadan 
yenidən ilk vəziyyətinə qayıdır. Sürtünmə nəzərə alınmayan bütün 
mexaniki proseslər dönən proseslərdir.Termodinamik tarazlıq halında 
gedən proseslər dönəndir. Deməli, prosesin dönən olması üçün onun 
bütün mərhələlərində termodinamik tarazlıq şərti ödənməlidir. Əks halda 
kənar cisimlərdə dəyişiklik yaranar. Termodinamik tarazlıq olmadan 
gedən proses dönməyən prosesdir. Real proseslər dönməyəndir. Məsələn, 
rəqqas havada hərəkət etdikdə sürtürmə nəticəsində enerjinin bir hissəsi 
istilik şəklində itir. Mexaniki enerjinin istiliyə çevrilməsi dönməyən 
prosesdir. Dönməyən prosesin istiqaməti istilik, enerji, iş baxımından onun 
əksi olan prosesdən fərqlənir. 
Tutaq ki, ağzı bağlı balonda qaz vardır. Balonun ağzını açdıqda qazın bir 
hissəsi balondan çıxır, onun çıxması üçün iş görmək tələb olunmur. Lakin 
həmin qazı yenidən balona doldurmaq üçün iş görmək lazımdır. Bu 
misallardan görünür ki, bir istiqamətdə gedən proses əks istiqamətdə 
gedən prosesə ekvivalent deyildir. Belə proseslər dönməyən proseslərdir. 
Dönən 
prosesi 
təşkil 
edən 
elementar 
proseslərdə 
dönən 
olmalıdır.Tarazlıqda olan hər bir proses dönən prosesdir, çünki belə 
proseslər həm düz, həm də əks istiqamətdə gedə bilər. Sistemin ilkin hala 
qayıtması ətraf mühitdə dəyişikliklə müşahidə olunarsa prosesə dönməyən 
deyilir. Tarazlıqda olmayan hər bir proses dönməyən prosesdir. Deməli, 
həqiqi proseslər dönməyən proseslərdir. Bu proseslər ancaq sonsuz yavaş 
getdiyi zaman dönən proseslərə yaxınlaşa bilər. Məsələn: vakuumda 
mütləq elastik yaydan Məsələn: vakuumda mütləq elastik yaydan asılmış 
cismin sönməz rəqsləri dönən prosesdir.asılmış cismin sönməz rəqsləri 
dönən prosesdir. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin