30
qeyri-müəyyənlik S0 ilə deyil, T*S0 hasili ilə əlaqədardır. Ona görə də, iki
müxtəlif temperatura uyğun gələn belə hal funksiyalarının fərqini təyin
edərkən (
xüsusilə də, kimyəvi proseslərin təhlili zamanı), sıfırdan fərqli
olan (T2 –T1) S0 həddi meydana gəlir. Deməli, entropiyanın sabit dəqiqliyi
ilə təyin olunan qiymətini deyil, mütləq qiymətin
təyin etməyi bacarmaq
lazımdır. Əks halda, yəni S0 kəmiyyətini konkretləşdirməsək,
ST hasili
daxil olan hal funksiyalarının termodinamikada işlədilməsi mənasız olur.
Qarşıya çıxan bu problem termodinamikanın üçüncü qanunu vasitəsilə
həll olunmuşdur. Termodinamikanın üçüncü qanunu Nernst tərəfindən
empirik üsulla müəyyənləşdirilmişdir. Ona görə bir çox ədəbiyyatlarda bu
qanun “Nernstin istilik teoremi” adlandırılır.
Planka görə hər bir enerji elementi (kvantı) (E) öz tezliyinə (ν) düz
mütənasibdir:
Dostları ilə paylaş: