«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

 
 


37 

Məhlulların termodinamikası. Raul qanunu. Raul
qanunundan kənaraçıxmalar. Paylama qanunu. 
Məhlullar iki və daha çox maddədən və onların qarşılıqlı təsir 
məhsullarından ibarət olub, termodinamiki davamlı sistemlərdir. 
Məhlulların əmələ gəlməsini üç mərhələyə ayırmaq olar: 
1.Həll olan maddənin hissəciklərə parçalanması 
2.Hissəciklərin solvatlaşması 
3.Solvatlaşmış hissəciklərin məhlulun həcminə diffuziya edərək bərabər 
paylanması. 
Termodinamiki baxımdan məhlulları 3 yerə bölmək olar: 
1.ideal məhlullar 2.sonsuz duru məhlullar 
3.qeyri-ideak məhlullar 
Fransız alimi F.M.Raul uçucu olmayan qeyri-elektrolitlərin duru 
məhlularının buxar təzyiqini öyrənərək 1887-ci ildə qanun vermişdir: 
Həlledicinin məhlul üzərindəki buxar təzyiqinin nisbi azalması, həll olan 
maddənin mol sayının məhlulda olan molların ümumi sayına olan nisbətinə 
bərabərdir. Raul müəyyən etmişdir ki,buxar təzyiqinin nisbi azalması 0C ilə 
20C arasında temperaturdan asılı deyildir. Uçucu olmayan qeyri-
elektrolitlərin duru məhlulları üzərində həlledicinin buxar təzyiqinin nisbi 
azalması həll olan maddənin mollarının sayı ilə düz mütənasibdir. 
Raulun 1-ci qanunu yalnız uçucu olmayan qeyri-elektrolitlərin duru 
məhlulları üçün doğrudur. 
RAULUNN 2-Cİ QANUNU 
Həllediciyə nisbətən məhlulların buxar təzyiqinin azalması ilə əlaqədar 
olaraq,onların donma və qaynama temperaturu da dəyişir. Belə ki,məhlul 
saf həllediciyə nisbətən aşağı temperaturda donur və yüksək temperaturda 
qaynayır. Maddənin eyni vaxtda həm maye,həm də bərk halda mövcud 
olduğu temperatura donma teperaturu deyilir. Lakin hər iki fazanın 
birlikdə qala bilməsi üçün həmin temperaturda onların buxar təzyiqləri 
bərabər olmalıdır. Məhlulların donma və qaynama temperaturunu 
öyrənərək, Raul aşağıdakı 2-ci qanununu vermişdir: Donma temperaturunun 
azalması və qaynama temperaturunun artması məhlulun molyar qatılığı ilə düz 
mütənasibdir. 


38 
Raul qanunu ideal məhlullara aiddir. Həmin məhlullar üçün aşağıdakı 
şərtlər ödənilməlidir:
V=0 , H=0 , F
A-A
= F
A-B
=F
B-B
Lakin real məhlullarda bu şərtlər ödənilmir və onlar Raul qanununa tabe 
olmurlar. Tutaq ki, hər hansı bir real məhlul üçün aşağıdakı şərtlər 
ödənilir: 
F
A-A
> F
A-B
> F
B-B
, V > 0 , H > 0
Bu halda həcm artır və istilik udulur. Bu hal müsbət kənaraçıxmalar 
adlanır. Bu cür hallarda məhlulda istər eyni tir, istərsə də müxtəlif tip 
hissəciklərin yaratdığı assosiatlar parçalanmağa məruz qalmalıdırlar. 
Deməli, məhlulda hissəciklərin sayı ayrı-ayrı komponentlərin mayelərinin 
müvafiq həcmlərindəki hissəciklərin sayı cəmindən çoxdur.
F
A-A
< F
A-B
> F
B-B
, V < 0 , H < 0
Belə halda komponentlərin mayelərinin qarışdırılması zamanı istilik 
ayrılmalıdır. Bu hal mənfi kənaraçıxmalar adlanır. Əgər məhlulun 
komponentləri bir-birindən təbiətinə görə çox fərqlənirsə, lakin doymuş 
buxar təzyiqləri çox yaxındırsa, onda bu halda Raul qanunundan 
kənaraçıxmalar çox kəskin olur. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin