39
Məhlulların donma və qaynama temperaturları.
Ebuloskopiya və krioskopiya. Məhlulların
osmos təzyiqi.
Donma temperaturunda məhlul və təmiz bərk həlledici tarazlıqda olur.
Məhlulun
donma
temperaturu
təmiz
həlledicinin
donma
temperaturundan aşağı olur. Çünki bərk həlledici
və məhlul üzərindəki
buxar təzyiqlərinin bərabərliyi daha aşağı temperaturda müşahidə olunur.
Müəyyən temperaturda mayenin bütün həcmində baş verən buxarlanma
prosesinə qaynama deyilir. Qaynama o zaman başlayır ki, qabarcıq daxilindəki
doymuş buxarın təzyiqi mayenin səthindəki xarici təzyiqə bərabər olur. Təcrübə
göstərir ki, qaynama zamanı mayenin və onun üzərindəki buxarın
temperaturu dəyişmir.
Mayenin qaynadığı temperatur qaynama temperaturu
adlanır
.
Qaynama temperaturu mayeyə edilən xarici təzyiqdən asılıdır.
Xarici təzyiq artdıqda qaynama temperaturu yüksəlir, əksinə, xarici təzyiq
azaldıqda qaynama temperaturu da aşağı düşür.
Qaynama —
mayenin bütün həcmində
buxar
əmələgəlmə hadisəsi.
Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və
atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin
buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici
təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°S-də qaynadığı
halda 15,5 amosfer təzyiqdə 200°S-də qaynayır. Xarici təzyiq sabit olduqda
qaynama zamanı mayenin temperaturu dəyişmir
və ona verilən istilik
miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. həmin təzyiq
artdıqca qaynama temperaturu da artır və onun ən böyük qiyməti böhran
temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan
yuxarı temprlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir.
Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni
tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə
etdikdə qaynama dərhal
başlayır.
Temperatur, əsasən, dərəcə Selsi (°C) ilə, bəzən isə Farengeyt (°F)
ilə ölçülür. Temperaturun bu iki ölçü vahidləri arasında əlaqə vardır.
Selsini Farengeytə çevirdikdə: F = 95.C + 32 düsturundan,
Farengeyti Selsiyə çevirdikdə: C = 59. (F-32) düsturundan istifadə edilir.
Osmos təzyiqi canlı orqanizmlərdə böyük əhəmiyyətə malikdir. Canlı
orqanizmlərdə toxumaların quruluşu, bitkilərdə turqor hadisəsi , bitkilərin
yarpaqlarının quruluşu osmos təzyiqi ilə əlaqədardır. Bitkilərdə osmos
təzyiqinin qiyməti 2-50 atmosfer, bəzi səhra bitkilərində 100
atm-ə qədər
40
olur. İnsanda qanda osmos təzyiqinin qiyməti 7,5-8,1 atm.olur. İnsanda
osmos təzyiqini böyrəklər tənzim edir. İnsanda turş və ya duzlu yemək
yeyəndə susuzluq hissinin yaranması osmos təzyiqinin nəticəsidir. İnsanda
osmos təzyiqinin qiymətini dəyişməmək üçün venaya tibbi preparatlar
izotonik məhlullar halında daxil edilir. Osmos
təzyiqinin qiyməti molyar
qatılıqdan asılı olduğu üçün o əsilində məhlulun vahid həcmdə olan
hissəciklərinin sayından asılı olmalıdır. Vahid həcmdə belə hissəciklərin
sayı
çox olduqda, osmos təzyiqidə artmalıdır. Buna əsasən molyar
qatılıqları eyni olan məhlulların eyni həcmdə eyni sayda hissəcikləri
olduğundan osmos təzyiqləri də eyni olmalıdır.
Eyni osmos təzyiqinə
malik olan məhlullara
Dostları ilə paylaş: