Maddənin aqreqat halı, ideal qazın hal tənliyi, ideal qazın molekul- kinetik nəzəriyyəsi və müddəaları .
Maddənin aqreqat halı (
lat.
aggrego 'toplaşma') — Maddələr əsasən dörd
aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar
həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının
mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların
qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla
dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen
bütün həcmi tutur.
Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur.
Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna
əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün
bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur.
Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə
nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı
öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu
olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları
arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən həcmin olması və
formanın olmaması xarakterikdir.
Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına keçir. Bu
halda hissəciklər arasındakı məsafə mayedə olduğundan daha çox artaraq,
onların öz ölçülərinə nisbətən bir neçə dəfə böyük olur. Buna əsasən
hissəciklər arasındakı qarşılıqlı təsir qüvvələri daha artıq zəifləyir. Bu
halda isə hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.
Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda
maddələr ionlaşmış qaza - plazmaya çevrilir. Maddənin "plazma" adlanan
bu halını yerlərini fasiləsiz dəyişən elektron, ion, atom və hətta nüvələrin
qarışığı təşkil edir. Temperaturu 10000-100000
0
C-yə bərabər olan plazma
"soyuq", 1000000
0
C-yə qədər olan plazma isə "qaynar" plazma adlanır.
Axırıncı halda plazmada neytral atomlar olmur. O yalnız elektron, ion və
atom nüvələrinin qarışığından ibarət olur. Buna görə də, plazma
elektroneytral olsa da, o, elektron və ion keçiriciliyinə malik olur.