16
Əsas termodinamiki və termokimyəvi anlayışları.
Sistem. Sistemin hal parametrləri.
Termodinamikanın tədqiqat obyektləri ayrı-ayrı atom və molekullar
yox, sistemlərdir. Sistem dedikdə xarici mühitdən faktiki və ya xəyali
sərhədlə ayrılmış makrohissəcik(cisim) və ya makrohissəciklər qrupu
nəzərdə tutulur. Əgər sistemi təşkil edən hissəciklər arasında enerji və ya
maddə mübadiləsi mövcuddursa və həmçinin sistemin halı tamamilə
termodinamiki parametrlərlə ifadə oluna bilirsə, bu cür sistemlərə
termodinamiki sistemlər deyilir.
Xarici mühitlə sistem arasında qarşılıqlı təsirin xarakterindən asılı
olaraq, aşağıdakı sistemləri bir-birindən fərqləndirirlər:
1.Açıq sistemlər. Bu halda sistemlə xarici mühit arasında həm maddə, həm
də enerji əlaqəsi olur. Buna misal olaraq açıq qabda gedən reaksiyanı
göstərmək olar.
2.Bağlı sistemlər. Bu halda sistem xarici mühitlə enerji mübadiləsində olur,
maddə mübadiləsi yox. Misal olaraq qapalı qabda gedən reaksiyanı
göstərmək olar.
3.İzolə olunmuş sistemlər. Bu halda sistem xarici mühitlə nə maddə, nə də
enerji mübadiləsində olur. Misal olaraq qapalı termostatda gedən
reaksiyanı göstərmək olar.
Termodinamika — makroskopik
cisimlərin
daxili durumunu tarazılıqda
öyrənən
elm
. Başqa sözlə termodinamika qarşılıqlı çevrilmə və enerji
ötürülməsini öyrənən elmdir. Termodinamik əmsallar, sistemin makro-
skopik halını təyin edən parametrlərdən birinin dəyişməsinin digər
parametrləri necə dəyişdiyini göstərən və təcrübədə ölçülə bilən
kəmiyyətlərə deyilir. İstilik tutumu (izoxor və izobar prosesdə istilik
tutumu), təzyiqin izoxor termik əmsalı, izotermik sıxılma əmsalı və b.
termodinamik əmsallardır.
Fiziki hadisələri enerji nöqteyi nəzərindən öyrənən bəhs termodinamika
adlanır. Termodinamika, yunan sözündən əmələ gəlmişdir və mənası
‘‘istiliklə əlaqədar olan qüvvə haqqında elm’’-deməkdir.
Termodinamikada istilik və iş anlayışları əsas yer tutur. Həm istilik,
həm də iş enerjinin bir cisimdən digərinə verilmə formasıdır. Hər ikisi eyni
17
vahidlərlə ölçülür. Bu oxşarlığa baxmayaraq bunlar arasında ciddi fərq
vardır. İş enerjinin bir cisimdən digərinə verilməsinin makroskopik
formasıdır. İstilik isə enerjinin bir cisimdən digərinə verilməsinin
mikroskopik formasıdır. Termodinamikanın əsasını onun iki qanunu təşkil
edir. Bu qanunlara termodinamikanın prinsipləri də deyilir.
Dostları ilə paylaş: