Termodinamikanın II qanunu. Dönər və dönməyən proseslər. Termodinamikanın II qanunu: Bu qanun sistemin entropiyasının
yüksəlməsi qanunu kimi formula edilir. Mahiyyəti budur ki, qapalı
sistemdə baş verən bütün istilik prosesləri üçün entropiyanın artması
zəruridir; qapalı sistemin entropiyasının mümkün maksimum qiyməti
(kəmiyyəti) istilik tarazlığında əldə olunur:
Termodinamikanın ikinci qanunu - yeganə nəticəsi yalnız bir
mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək
mümkün deyildir. İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə
bilməz. Bununla da termodinamikanın ikinci qanunu termodinamik
proseslərin istiqamətinin qanunauyğunluğunu müəyyən etdi. O göstərdi
ki, istiliyin soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil,
müəyyən mexaniki iş görmək nəticəsində həyata keçirmək olar.
Termodinamikanın II qanununun kəşfi fransız alimi S.Karlo (1796-1832),
ingilis fiziki U.Tomson və R.Klauzisin işləridir. Bu kəşf 19-cu əsrin 50-ci
illərində baş vermişdir. Qeyri-taraz proseslərin termodinamikasının
banilərindən biri Belçika alimi İ.R.Priqojin (1917-2003) özünün
mühazirələrindən birində (1977-ci ildə) demişdir: Elm tarixində
termodinamikanın II qanunu izah etməli olduğu hadisələr çərçivəsindən
kənara çıxaraq elmdə görkəmli rol oynadı. Onu demək yetər ki, Blosmanın
kinetik nəzəriyyə sahəsindəki işləri, M.Plankın şüalanmanın kvant
nəzəriyyəsi və A.Enşteynin spontan emissiya nəzəriyyəsinin əsasında
termodinamikanın II qanunu durur. Taraz sistemin entropiyası
temperaturun mütləq “0”-a yaxınlaşması ilə “0”-a can atır. Bu, “istilik
teoremi” adlanır. (Bu teoremi alman fiziki V.Q.Nernst işləyib
hazırlamışdır).
Termodinmaikanın II qanununa müxtəlif təriflər verilmişdir:
İstilik öz-özünə həmişə temperaturu yüksək olan cisimdən temperaturu
aşağı olan cismə axar (Klauzius).
İstilik yüksək temperaturlu cisimdən aşağı temperaturlu cismə keçdikdə iş
görə bilər (Karno).
Yeganə nəticəsi istiliyin işə çevrilməsindən ibarət olan proses mümkün
deyildir (Plank).
Sistemə daxil olan cisimlərdən ən soyuğunun istiliyini işə çevirə bilən
maşın qurmaq mümkün deyildir (Kelvin).