«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

 
Entalpiya – sabit təzyiqdə sistemin malik 
olduğu istilik enerjisidir. Qeyd edək ki, istilik ayrılırsa ΔH<0,
udulursa ΔH >0 olur. Temperatur artdıqca istilik effekti azalır.
Hess qanunu. Termokimyanın ikinci əsas qanunu Hess tərəfindən 1840-cı 
ildə kəşf edilmişdir. Hess qanunu həm də istilik cəminin sabitliyi qanunu 
adlanır. Bu qanun aşağıdakı kimi ifadə olunur: 
Reaksiyanın istilik effekti yalnız reaksiyaya daxil olan və nəticədə əmələ 
gələn maddələrin təbiəti və fiziki halından asılı olaraq, reaksiyanın aralıq 
mərhələlərindən asılı deyildir. 
Məsələn, karbon qazının bəsit maddələrdən əmələ gəlməsinə ya onların 
qarşılıqlı təsirinin nəticəsi kimi 
C+O
2
=CO
2
; ΔH
1
və ya CO-nun əmələ gəlməsi ilə əlaqədar olan mərhələli prosesin nəticəsi 
kimi 
2C+O
2
=2CO; ΔH
2
2CO+O
2
=2CO
2
; ΔH
3
baxıla bilər.
Qrafit kabon dioksidə 2 cür oksidləşir. I halda qrafit1 mol 
oksigenldə oksidləşərək karbon dioksidə çevrilir. II halda oksidləşmə 
mərhələli gedir. Qrafit əvvəlcə karbon monoksidə, sonra karbon dioksidə 
oksidləşir.
Hess qanununa görə bu üç prosesin istilik effektləri arasındakı sadə 
nisbət aşağıdakı kimi göstərilə bilər: 
ΔH
1
+ ΔH
2
= ΔH

Termokimyəvi hesablamalarda bəsit maddələrin normal şəraitdə (0 
0
C, 1 
atm.) əmələgəlmə istiliyi sıfır qəbul edilir. 
Hess qanununun sabit təzyiq və sabit həcmdə gedən kimyəvi proseslər 
üçün tətbiqi daha ciddi xarakter daşıyır. Belə proseslər üçün Hess 
qanununa enerjinin itməməsi qanununun kimyəvi reaksiyalara tətbiq 
olunan xüsusi halı kimi baxıla bilər. 


23 
Hess qanunundan aşağıdakı mühüm nəticələr çıxır:
1. Düz reaksiyanın istilik effekti ədədi qiymətcə tərs reaksiyanın istilik
effektinə bərabər olub, işarəcə əksdir.
2. Reaksiyanın istilik effekti bərabərdir: məhsulların əmələ gəlmə 
istiliklərinin cəmi, minus başlanğıc maddələrin əmələ gəlmə istiliklərinin c
əmi. 
3.Reaksiyanın istilik effekti bərabərdir: başlanğıc maddələrin yanma
istiliklərinin cəmi, minus məhsulların yanma istiliklərinin cəmi.


24 


25 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin