73
Qızıl səpir sağa-sola” (N.Xəzri) (metafora)
“Bir böyük şərəfdir alıb daşımaq
Bu
qızıl günləri öz çiynimizdə” (O. Sarıvəlli) (epitet)
20. Təqdim olunan mətndə epitetləri seçin. Onlar üçün sinonim sırası hazırlayın.
Meşələrə yanğın saldı
Yarpaqların alov rəngi,
Sərin payız rüzgarların
Zümzüməli xoş ahəngi (N.Rəfibəyli)
21. Nümunələrə uyğun şəkildə adi təyin və epitetlər
istifadə edərək cümlələr
yaradın:
1) O, süfrəyə gümüş qablar düzmüşdü (sadə təyin)
2) O, gümüş saçlarını darayıb güzgüyə baxdı
22. Mətndəki bədii epitetləri göstərin və onları
izah edin
Bədii epitetləri təyin edin və izah edin
Ey mavi göylərin köhlən atları,
Buludlar, buludlar, qaçaq buludlar.
Atəş ilanların ağ qanadları,
İpəkdən hörülmüş saçaq buludlar (R.Rza)