52
Onu da qeyd etməliyik ki, şəxs adları əsasında ortaya çıxan məcazlar həm
təkdə, həm də cəmdə ola bilir. Belə məcazların yaranmasına əsas verən isimlər elə
bir səciyyəyə malik şəxs adlarıdır ki, cəmdə işlənən güclü təsvir və ifadə vasitəsinə
çevrilir.
Onu da nəzərə almalıyıq ki, bu tipli məcazlara daha çox satirik əsərlərdə
təsadüf edilir; çünki burada onlara məxsus yüksək ifadə qüdrəti həmin janrda
istehza, ironiya kimi üslubi ayrıntılarının ifadəsi üçün olduqca əhəmiyyətlidir.
Məsələn, M.Ə.Sabir “Daşqəlbli insanları neylərdin, ilahi?” misrası ilə başlanan
şeirində bu cür ümumiləşdirilmiş vasitələrlə dövrünün eyiblərini, haqsızlıqlarını
tənqid edir:
Tacirlərimiz
sonyalara bənd olacaqmış,
Bədbəxt
tükəzbanları neylərdin, ilahi?
-lar, -lər şəkilçisi ancaq xüsusi isimlər deyil, ümumi isimlərə də birləşəndə
güclü anlam daşıyan məcazlar meydana çıxarır. Bu məcazlar bədii əsərdə təsvir
olunan ictimai təbəqə nümayəndələrinin satirik planda təsviri üçün istifadə olunur.
12. Bir qrup məcazlar da
idiomatik birləşmələr əsasında ortaya çıxır.
Dilimizdə bir sıra anlayışların daha mənalı, daha təsirli şəkildə söylənməsi üçün
məcazi təbiətə malik tərkiblərdən istifadə edilir ki,
bunlar bu və ya digər
məfhumun ya olduqca yumşaldılmış, ya son dərəcə kəskin şəkildə ifadəsi ilə
əlaqədar əmələ gəlir. Məsələn, ölmək anlayışı üçün istifadə edilən
ömrünü sizə
tapşırmaq, gözlərini əbədi yummaq, vaxtsız sönmək, kəfən geymək, qara torpağın
altına getmək, əbədi yuxulamaq, çıraq kimi sönmək, şam kimi ərimək və s.;
evlənmək və evləndirməklə bağlı
məfhumlar başbir olmaq, bir yastığa baş
qoymaq, ayağı yığılmaq, başını bənd eləmək və s.ağlamaq
məhfumu isə göz
yaşları tökmək, gözlərinə dəm vermək və s. idiomatik tərkiblərlə ifadə olunur ki,
bunun əsasında məcaz durur.
53
Dilimizdə məcazlar yuxarıda sadalanan semantik söz qrupları, şəxs adları,
-lar, -lər şəkilçisinin iştirakı və frazeoloji-idiomatik birləşmələr nəticəsində
yaranır. Məcaz əsasında əmələ gələn frazeoloji birləşmələr
evfemizmlər adlanır.
Məcazlar sırasında
ən qüvvətlisi isə metaforadır.
Dostları ilə paylaş: