4
Bakı - 2019
ÖN SÖZ
İnsanlar hələ qədim dövrlərdən ətrafda gördüklərini,
hiss etdiklərini,
duyduqlarını sözlə ifadə etməyə çalışmış və buna nail olmuşlar. Eyni zamanda
ictimai varlıq kimi ünsiyyət prosesində öz duyğularını, hisslərini bölüşməyə
çalışmış və bu cür tələbat dilin zənginliyinə zəmin yaratmışdır.
Tarixi inkişaf
fonunda dillər də inkişaf etmiş və zənginləşmişdir. Dillərin leksik planda inkişafı
sözün daxili imkanları ilə bağlı olmuşdur. Belə ki, sözlərin məna yaxınlığı
zəminində onların əsas və məcazi mənaları əmələ gəlmişdir.Həmçinin məna
çalarının zəngilinliyi üslub çalarlarının yaranmasına da təkan vermişdir.
İnsan cəmiyyəti inkişaf etdikcə onun fəaliyyət dairələri genişlənərək daha
aydın şəkildə təzahűr etmişdir.Beləliklə bu və ya digər
fəaliyyət dairəsinə dair
leksikanın formalaşması prosesi müşahidə olundu. Artıq 20-ci əsrin ikinci
yarısından başlayaraq dilçilik elmində funksional üslublar anlayışı meydana çıxdı.
Dilçiliyin üslubiyyat problemlərinin tədqiqi dilçiliyin daxilində
“üslubiyyat” kimi elmi sahənin yaranmasına səbəb oldu.
Rus dilçiləri Viktor
Vinoqradov, Ditmar Rozental, Marqarita Kojinanın və s. tədqiqatları bu sahənin
daha dərin inkişafına təkan verdi.
Azərbaycanda da üslubiyyat bir sıra görkəmli dilçilərin maraq dairəsini təşkil
etmişdir. Onlardan ilk növbədə Əbdűləzəl Dəmirçizadəni,Ağamusa Axundovu,
Musa Adilovu,Türkan Əfəndiyevanı və s.qeyd etmək olar.
Bu gün isə Afaq
Quliyeva, Dürdanə Əliyeva, Şamama Ağakişiyeva və s. kimi alimlər üslubiyyatın
çox vacib məsələlərinə dair tədqiqatlar aparırlar.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra milli dilimizə dövlət qayğısı artmış,
bununla istər danışıq dili, istərsə də bədii ədəbiyyat dili səviyyəsində nailiyyətlər
qazanılmışdır. Müstəqil ölkə olaraq biz öz dilimizin saflığının qorunmasını, onun
inkişafını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq arenada səsləndirilməsini
diqqətdə saxlamalıyıq. Bu zərurət dilçi alimlər qarşısında da yeni tələblər irəli
5
sürür. Bu mənada, dilimizin innovativ elmi üsullarla
tədqiqi və tətbiqi çox
vacibdir. Xüsusilə funksional üslublar prizmasından dilimizin imkanlarının
öyrənilməsi və genişləndirilməsi çox böyük əhəmiyyət kəsb edir.
Filoloji,ortaixtisas məktəbləri və ümumiyyətlə humanitar sahədə təhsil alan
tələbələr üçün nəzərdə tutulan tədris proqramlarında
isə müasir Azərbaycan
dilinin üslubiyyat problemlərinin,sözün üslubi
dəyərinin və məcazlaşma
imkanlarının müəyyənləşdirilməsi və onların praktikada tətbiqi məsələlərinə
xűsusi yer ayrılması çox vacibdir.
Bu mənada, müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulan bu dərs
vəsaitinin faydalı olacağını düşünürük. Sırf tədrisə yönələn bu vəsait iki hissədən
ibarətdir. Birinci hissə dilin inkişafına, məcazlara və üslublar sistemi kimi vacib
məsələrə dair nəzəri məlumatları əks etdirir. Ikinci hissədə isə aidiyyəti praktik
məşğələlərin qurulması üçün tövsiyə və nümunələr təqdim olunur.