MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

  
ƏDƏBİ DANIŞIQ ÜSLUBU
  
Danışıq üslubu kitab üslubuna əksdir. Onun funksiyası ünsiyyətdir. Danışıq 
üslubu bir sistemdir. Bu sistemin özünəməxsusluğu dilin bütün sahələrinə 
(fonetika, leksika, frazeologiya, morfologiya, sintaksis) aiddir.
Bəzən elmdə yanlış bir fikrə rast gəlinir: danışıq dilinin ədəbi dilin fövqündə 
olduğu göstərilir. Lakin,bu doğru deyil. Sadəcə danışıq dili ədəbi dilin daha 
sərbəst formasıdır. Danışıq dili də həmçinin yazılı (gündəliklər, məktublar
pyeslərdə replikalar və s.) və şifahi formada ifadə olunur. Danışıq dilinin şifahi 
forması hazırlanmış nitqləri, çıxışları nəzərdə tutmur. Burada tamamilə hazırlıqsız 
və sərbəst ünsiyyət fonunda formalaşan dialoq nəzərdə tutulur. Sonuncuya 
danışıq nitqi deyilir. O heç bir hazırlıq olmadan, redaktəsiz və nitq vasitələrinin 
spontan seçimiylə xarakterizə olunur. Burada şərait və ekstralinqvistik əlamətlər
(mimika, jest və s.) böyük rol oynayır.
Danışıq nitqi öz kəskin ekspressivliyi ilə seçilir. Onun ekspressivliyi istər 
leksik, istər sintaktik fonda özünü aşkar şəkildə büruzə verir. Ünsiyyət 
funksiyasından başqa, danışıq nitqi digər funksiyaları da yerinə yetirir: bədii 
ədəbiyyatda hər hansı bir sosial mühitin təsviri üçün, personajın portret tamlığı 
üçün və s.
Dilçilik elmində ədəbi danışıq üslubu haqqında fikir müxtəlifliyi vardır. Bəzi 
alimlər bu dil hadisəsini üslub hesab etmirlər, bəziləri isə bunu üslub kimi qəbul 
edir, lakin bu üslubun istifadə olunmasına dair müxtəlif fikirlər irəli sürürlər.


23 
Ədəbi danışıq üslubunun istifadə olunma dairəsi çox genişdir. İxtisasından, 
bilik və bacarığından asılı olmayaraq hamı bu üslubdan gündəlik həyatda istifadə 
edir. Bir qrup dilçilər bu üslub üçün qeyri-rəsmi danışığı, digərləri isə şifahi 
xarakterdə olması əlamətini əsas götürür. Lakin deməliyik ki, bu üslub funksional 
üslub meyarına tam uyğun gəlir və ədəbi dil sistemində müstəqil yerə malikdir.
Ədəbi danışıq üslubunun tərkibində müxtəlif növ janralar mövcuddur:
1) məruzə;
2) mühazirə;
3) çıxış;
4) müsahibə;
5) söhbət və s.
Bu janrlar məzmun və formaca fərqləndiyi kimi, üslubi çalarlığa görə də 
birbirindən seçilir.
Ədəbi danışıq dilinin tərkibində aşağıdakı mikroüslublar vardır: a) 
rəsmi ədəbi danışıq üslubu;
b) qeyri-rəsmi ədəbi danışıq üslubu.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin