16
d) dini təbliğat;
e) dil kontaktı;
f) dil siyasəti və s.
Qeyd etmək lazımdır ki, ədəbi dilin funksional üslublarının yaranması və
fəaliyyət dairəsi fərqli olur. Bunların
biri tez, digəri gec və ya paralel yaranır.
Bəzən bir üslub digərlərinə nisbətən dildə daha fəal və aparıcı rol oynaya bilir.
Belə olduqda, o,başqa üslublara da öz müsbət təsirini göstərir.
Tarixən funksional üslubların yaranmasında yazıçıların, ziyalıların, din
xadimlərinin, müəllimlərin xüsusi xidmətləri olmuşdur. Üslubları
yaradan və
inkişaf etdirən, əsasən, əmək fəaliyyəti sahəsinin mütəxəssisləridir. Ona görə də
alim
elmi üslubun, yazıçı
bədii üslubun, jurnalist
publisistik üslubun
təkmilləşməsində xüsusi rola malikdir.
Dünya dillərində funksional üslubların yaranma tarixini iki yerə bölmək olar:
yazıyaqədərki və yazı ənənəsindən sonrakı dövrlərdə üslublar.
Bu dövrlərdə yaranan üslublar
təbii olaraq tərkibinə,
vəzifəsinə,
cəmiyyətdəki xidmətinə görə bir-birindən fərqlənir.
Dostları ilə paylaş: