24
Dilçilikdə qeyri-rəsmi ədəbi danışıq üslubu “adi danışıq üslubu” termini ilə
də göstərilir. Bu növ üslub variantı “sərbəstlik” əsasında yaranır.
Başqa sözlə
desək, burada danışıq – dil vahidlərindən istifadə sərbəst olur.
Ədəbi danışıq üslubu linqvistik cəhətdən ümumxalq dilinin danışıq dili
qoluna da yaxındır. Bu üslubun aşağıdakı fərqli cəhətləri vardır:
Ədəbi danışıq üslubunda sözlərin tələffüzü şəraitlə, məqamla bağlı alçaq və
ya ucadan ifadə olunur. Danışıq prosesində intonasiya əlamətləri də xüsusi üslubi
vəzifə yerinə yetirir. Ədəbi üslubda cümlənin,bir
sözün xüsusi olaraq
informasiyalaşdırılması bu üslub üçün səciyyəvi cəhətlərdəndir. Məsələn:
- Mən oxumaq istəyirəm!.
- Oxu! Oxu!
Yaxud:
- Gəl birlikdə gedək - Gedək! Gedək!
Məlum olduğu üzrə, dilin lüğət tərkibinin hər
bir ünsürü başqa vahidlərə
nisbətən daha incə və tutumlu üslubi yükə malik olur. Şifahi danışıqda bu üslubi
zəriflik, rəngarəng çalarlıq özünü daha qabarıq göstərir.
Ədəbi danışıq üslubu üçün ümumişlək sözlərdən çox istifadə edilməsi
səciyyəvi hal hesab olunur. Belə üslubda mənası ağır və ya anlaşılmaz sözlərə,
demək olar ki, yer verilmir.
Səs təqlidi, emosional sözlər bu üslubda bol-bol
işlədilir.
Bu üslubda geniş formada özünə yer tapan frazeoloji vahidlər milli koloriti
artırır, ünsiyyətin aydın və axıcılığını, yığcamlığını təmin edir.
Ədəbi danışıq üslubunda bir qrup sözün –
nitq hissələrinin daha çox
işlənildiyi müşahidə edilir. Danışıqda əsas nitq hissələrindən əvəzlik və fellər daha
çox işlənir. Məsələn: biz getdik, onlar oxudu, hamı güldü və s.
Mən gördüm. Sən
danışdın. Onlar yazdılar. Biz görüşdük və s.
Burada qeyri-müəyyən nitq
hissələrindən nida və modal sözlərə də tez-tez müraciət olunur. Bu qrup sözlər
nitqin emosional-ekspressiv keyfiyyətini artırır.
25
Bu üslubu bir sıra sintaktik dil əlamətləri də səciyyələndirir. Burada yarımçıq
və müxtəsər cümlələr geniş yer tutur. Cümlələrin elliptikliyindən tez-tez istifadə
olunur.
Şifahi danışıq prosesində dilxarici vasitələrə də müraciət edilir. Ədəbi dilin
bu üslubunda mimika və jestlərdən geniş istifadə olunur. Bunlar dinləyicini
səfərbərliyə almaqla, fikri gücləndirməkdə danışana kömək edir.
Dostları ilə paylaş: