ELMİ ÜSLUB
Fikrin elmi şəkildə ifadə olunması ədəbi dilin elmi funksional üslubu adlanır.
Elmi üsluba, eyni zamanda, elmi dil də deyilir. Bu məqsədlə anlayış dəqiqliyi
tələbinə müvafiq olaraq “elmi üslub” terminindən istifadə edilməsi daha
müvafiqdir.
Elmi üslub ədəbi dilin kitab üslublarına aiddir. Bu üslub bir sıra ümumi dil
və üslub xüsusiyyətlərinə malikdir:
1)ifadənin əvvəlcədən düşünülməsi;
2)monoloq xarakteri;
3)dil vahidlərinin ciddi seçimi; 4)normaya
meyllilik.
Elmi üslub konkret elmlər üzrə (təbiət elmləri, dəqiq elmlər, humanitar elmlər) və
janrlar üzrə (monoqrafiya, elmi məqalə, məruzə, dərslik və s.) fərqlənir. Elmi
üslubun aşağıdakı növləri var:
1)elmi-kütləvi;
2)elmi-üslubi;
3)elmi-texniki;
4)elmi-publisistik.
Elmi işlərin üslubu onların məzmun və məqsədinə bağlıdır.
Elmi üslub ətraf mühit haqqında mümkün qədər dəqiq və ətraflı məlumat
verir. Hadisələrin səbəb-nəticə əlaqələrini aşkarlayır, tarixi inkişaf
qanunauyğunluqlarını müəyyən edir və s. “Elmi üslub ifadənin məntiqi ardıcıllığı
ilə, dəqiqlik, yığcamlıq, birmənalılıq ilə yanaşı, məzmunun dolğunluğu ilə
30
xarakterizə olunur. Burada emosionallıq və obrazlılıq yoxdur”
9
. Sadəcə, bəzən
polemik xarakter daşıyan elmi əsərlərdə emosional ekspressiv və təsviri dil
vasitələrinə rast gəlinir. Təbii ki, bu elementlər əsas elmi təhlil fonunda sadəcə
əlavə bir üslub kimi istifadə olunur. Burada məqsəd fikrin daha inandırıcı şəkildə
təqdim edilməsidir.
Elmi üslubun əsas xüsusiyyətlərindən biri terminlərlə, xüsusilə beynəlxalq
terminlərlə zəngin olmasıdır. Digər xüsusiyyət isə abstrakt leksikanın geniş
istifadə olunmasıdır. Elmi üslubda özünəməxsus frazeoloji birləşmələr də istifadə
olunur. Onlar çox zaman mürəkkəb terminlər (məsələn, qalxanvari vəz, qaynama
temperaturu, dönüş nöqtəsi, subyektiv fikir və s.) və klişelər (gəldiyimiz nəticə və
s.)şəklində istifadə olunur.
Elmi yazılarda tək sayın cəm şəkildə istifadəsinə çox rast gəlinir. Məsələn,
itlər sinfindən olan vəhşi heyvan. Cümlə quruluşunda feillərdən çox az istifadə
olunur, daha çox isimlər işlədilir. Çünki, elmi ədəbiyyatda daha çox anlayışlar
haqda məlumat verilir. Elmi üslubda həmçinin, sifətlərdən də çox geniş istifadə
olunur, çünki onlar konkret anlayışın xüsusiyyətlərini ifadə edərək termin
funksiyasını yerinə yetirir.
Sintaktik baxımdan elmi üslubda mürəkkəb quruluşlu cümlələrə çox rast
gəlinir, daha çox eynicinsli cümlə üzvlərindən və ümumiləşdirici sözlərdən
istifadə olunur.
Azərbaycan ədəbi dilinin elmi funksional üslubu bədii üslubdan sonra
formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və zənginləşmə
yolu keçmişdir. Hazırda elmin bütün sahələri üzrə mükəmməl elmi əsərlər
yaradılmış və bu üslubda yazılar, əsərlər yaradılmaqdadır.
Ədəbi dilin elmi funksional üslubundan bütün elmi fəaliyyət dairəsində
istifadə olunur.
9
Д.Э.Розенталь. Практическая стилистика русского языка. М., 1987, с.34
31
Müasir dövrdə elm sürətlə inkişaf edir. Bu proses isə ona aid ünsiyyət
formasının daha da təkmilləşməsini tələb edir. İndiki elmi ünsiyyət özünün
yığcamlığı, məntiqilik və dəqiqliyi ilə səciyyələnir. Elmi üslub bədii üslub qədər
kütləvi xarakter daşımır. Belə ki, bədii üslub da yazılan hər bir parçanı oxuyanda
və ya eşidəndə hamı başa düşür. Lakin elmi üslubda yazılan əsərləri xalqın bütün
üzvləri dərk edə bilmir.
Ədəbi dilin elmi funksional üslubunun aşağıdakı janrları vardır: a)
monoqrafiya;
b) dərslik;
c) tədris vəsaiti;
d) elmi və metodiki jurnal məqaləsi və s.
Elmi üslubda meydana çıxan bu növ əsərlərdə yazılı monoloq forması daha
üstünlük təşkil edir.
“Yazı ənənəsinə malik olan dünya dilləri yüzillər ərzində özünün ümumi
elmi üslubunu yaratmışdır. İllər keçdikcə bu ümumi üslubun tərkibi
mikroüslublarla, üslub variantları ilə genişlənib inkişaf etmişdir”
10
.
İnkişaf etmiş ədəbi dillərdə elmi üslubun iki növ mikroüslubu meydana
gəlmişdir. Birinci növ mikroüslublar bunlardır:
a) ictimai elmlər üslubu;
b) təbiət elmləri üslubu;
c) texniki elmlər üslubu.
Bu mikroüslubların hər birinin konkret elm sahəsi ilə bağlı üslubları
mövcuddur. Məsələn, riyaziyyat elminin üslubu, tibb elminin üslubu, tarix
elminin üslubu, kimya elminin üslubu və s. Bunların heç biri müstəqil deyildir.
Ümumi üslub fonunda üslubi variantlardır.
10
A.Qurbanov. Ümumi dilçilik. Bakı, Elm, 2011. s.216
12
Yenə Orada.s217
32
İkinci növ üslublar aşağıdakılardır: a)
xüsusi elmi üslub;
b) elmi-tədris üslubu;
c) elmi-kütləvi üslub.
Ədəbi dilin elmi funksional üslubunun bu göstərilən variantları da müəyyən
üslubi vəzifələr yerinə yetirir. Xüsusi elmi üslub – elmi-nəzəri ədəbiyyat
(monoqrafiya), elmi tədris üslubu, elmi metodik ədəbiyyat (dərsliklər), elmikütəvi
üslub isə geniş oxucu üçün nəzərdə tutulan əsərlər üçün xarakterik hadisələrdir.
“Ədəbi dilin elmi funksional üslubunun bir sıra dil əlamətləri vardır. Bu
əlamətlər dilin müxtəlif sahə və vahidlərində müşahidə olunur”
12
.
Ədəbi
dilin
elmi
funksional
üslubunun
fonetik
əlamətlərini
müəyyənləşdirmək üçün fonetik sistemi təşkil edən bütün vahidlər, onların
birləşmə və yanaşma formaları, digər fonetik hadisələr nəzərdən keçirilir. Bu
üslubda hər bir səsin-fonemin tam tələffüzü tələb olunur. Burada intonasiya və
nitqin sürəti də xüsusi əhəmiyyətə malikdir.
Hər növ ünsiyyət üçün ilk növbədə uyğun söz və ifadə gərək olur. İnsan
fəaliyyətinin elm sahəsinə dair ünsiyyətinə xüsusi dil vahidləri tələb olunur. Bu
tələblə əlaqədar elmi üslubda lüğəvi əlamətlər meydana çıxır:
1. Bu üslub üçün anlayışı ən dəqiq ifadə edən sözlər seçilir.
2. Dar ixtisas sözlərindən, ümumkitab leksikasından geniş istifadə
olunur.
3. Emosional-ekspressiv çalarlıq yaradan sözlərə, arxaizm və
dialektizmlərə yer verilmir.
4. Terminlərdən bol-bol istifadə olunur.
Termin elm üçün ən başlıca dil vasitəsidir. Buna görə də elmin müxtəlif
sahələrinə dair aparılan tədqiqatlarda terminlərə tez-tez müraciət olunur. Bu
terminlər aid olduğu elmin nəzəri konsepsiyaları ilə bağlı vəzifə daşıyır. Buna
görə də termin dəqiq olmalıdır.
33
Ədəbi dilin elmi funksional üslubu morfoloji və sintaktik əlamətləri ilə
digərindən seçilir.
Morfoloji dil əlamətləri dedikdə buraya, əsasən, aşağıdakılar aid edilir:
1. Adətən, fellərə nisbətən isimlərdən çox istifadə olunur.
2. Beynəlxalq xarakterli sözlər yaradan morfemlərə geniş yer verilir.
Sintaktik əlamətlər aşağıdakı dil hadisələrində daha çox nəzərə çarpır.
1.
Bu və ya başqa anlayışın dəqiq və düzgün ifadə edilməsi üçün
mürəkkəb cümlələrdən, sintaktik konstruksiyalardan geniş istifadə olunur.
2.
Hər hansı məsələ şərh olunarkən elmi üslubun tələbləri ilə bağlı
xüsusi ifadələr tez-tez işlənilir. Məsələn, “tədqiqat göstərir ki”, “belə nəticəyə
gəlmək olur ki”, “bu baxımdan” və s.
3.
Başqasının fikrini eyni ilə vermək üçün elmi sitatlara geniş yer verilir
və s.
Ədəbi dilin elmi üslubunda bir sıra ekstralinqvistik faktorlardan istifadə
olunur. Nitqin bu növündə üslub yaradan amil kimi simvolik və qrafik vasitələr
geniş işlənir:
a)
ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan
əsərlərdə müxtəlif işarələr sistemindən istifadə edilir. Dialektoloji tədqiqatlarda
transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər;
b)
bəzi elm sahələrində qədim yunan və latın hərflərinə - qrafemlərə
müraciət
olunur. Məsələn, iks (x), iqrek (y) və s;
c)
elmi nəticələri ümumiləşdirmək və əyaniləşdirmək üçün sxem,
cədvəl və s. istifadə edilir.
|