MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

a) 
Fonetika sahəsində. Publisistik üslub ədəbi dilin həm yazılı, həm də 
şifahi formasında istifadə edilir. Buna görə də burada səslərin tam tələffüz 
edilməsi tələb olunur. Səslərin aydın tələffüzü ilə yanaşı, onların ahəngdarlığı, 
tonu və sürəti də xüsusi əhəmiyyət kəsb edir. Fonetik tələblərə ciddi riayət 
olunması ədəbi dilin publisistik funksional üslubu üçün əsas şərtlərdən hesab 
olunur.
b) 
Lüğət tərkibi sahəsində. Publisistik üslubun səciyyələnməsində 
lüğəvi
vahidlər xüsusi rol oynayır:
1) burada ictimai-siyasi leksikadan, elm, mədəniyyət, sənaye və digər 
sahələrə dair terminlərdən geniş istifadə olunur;
2) nitqi müxtəlif rəngə salmaq üçün yeni sözlərə, arxaizmlərə, məhdud 
dairədə işlənən söz və ifadələrə tez-tez müraciət olunur;
3) müəyyən hədəfi tənqid və ifşa etmək məqsədi ilə kəskin söz və 
ifadələr
seçilib işlədilir;
4) sözün istehza ilə işlənməsinə geniş yer verilir;
5) frazeoloji vahidlərin hər növündən geniş istifadə edilir;
6) müxtəlif mövzularda danışıq dili ünsürlərinə geniş yer verilir. 
(Məsələn,


37 
“Kirpi” jurnalının materiallarında külli miqdarda xalq danışıq ifadə və tərkibləri 
işlədilir.).
c) Qrammatika sahəsində. Publisistik üslub üçün bir sıra morfoloji və
sintaktik əlamətlər xarakterikdir.
Bu üslubda mücərrəd isimlər nitqə geniş daxil edilir. Feilin indiki zamanı tez-
tez işlənilir. Dildə yeni yaranan beynəlxalq sözlərə dair budaq morfemlərdən – 
şəkilçilərdən yeri gəldikcə istifadə olunur.
Sintaktik vahidlərdən yarımçıq cümlələrin işlədilməsi, vasitəsiz nitqə geniş 
yer verilməsi, yaxud ritorik suallar, təkrarlar, anafora və antitezalardan istifadə 
olunması xüsusi üslubi vəzifə daşıyır.
Nəhayət, üslublar sistemində ədəbi dilin publisistik funksional üslubu daha 
çox sadəliyi, yığcamlığı, kütləviliyi, kəskinliyi, təsirliliyi ilə səciyyələnir.


38 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin