MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

  
EPİSTOLYAR ÜSLUB
  
Epistolyar üslub ədəbi dilin funksional üslublar sistemində xüsusi mövqeyə 
malikdir. Bu üslub tarixən müxtəlif növ məktubların meydana çıxması əsasında 
yaranıb formalaşmışdır.
Məktublaşma sənədləri ədəbi dilin epistolyar funksional üslubunda yazılır. 
Buna şəxsi yazışma üslubu da deyilir.
Məktublaşma, əsasən, ikitərəfli olur. Hər hansı bir məktub adresata göndərilir 
və onun cavabı da gözlənilir.
Epistolyar üslubun bir neçə janrı meydana çıxmışdır. Həmin janrlar 
bunlardır:
1)Ailə-məişət məktubları. Ailə üzvləri və qohumlar arasındakı yazışmalar 
bu janra aid olur. Bu növ məktubların məzmununda hal-əhval bilməklə 
yanaşı, informasiya vermək də xüsusi yer tutur.
2)Dostluq məktubları. Dostlararası yazışma, bir növ, birinci qrup 
məktublara çox yaxın olur. Dost məktubu da vəziyyətlə tanışlıq və zəruri 
informasiya üzərində qurulur.
3)Rəsmi məktublar. Bu, əsasən, dövlət xadimlərinin bir-birinə olan 
yazışmalarına məxsus məktublardır. Belə yazışmalarda son dərəcə zəruri 
olan siyasi, iqtisadi və digər məsələlərə toxunulur. Məsələn, 1991-ci il iyul 
ayının 31-də Azərbaycan Respublikası Prezidentinin ABŞ Prezidentinə 
məktubunda olduğu kimi (“Həyat” qəzeti).


42 
4)Açıq məktublar. Bu növ məktublar, adətən, mətbuatda dərc edilir. Bunun 
məzmunu tənqid və müraciətlə bağlı olur. Açıq məktublar, digərlərindən fərqli
olaraq, həm şəxsi, həm də kollektiv şəkildə yazıla bilir.
Ədəbi dilin epistolyar funksional üslubu aşağıdakı dil əlamətlərinə malikdir:
1) 
hadisənin birinci şəxs tərəfindən nəql edilməsi və buna müvafiq 
birinci şəxs əvəzliyinin işlənilməsi;
2) 
nəzərdə tutulan adresata müraciət və ikinci şəxs əvəzliyinin tək və ya 
cəminin varlığının mövcud olması;
3) 
tərkiblər və söz birləşmələri kimi dil vahidlərinin,xüsusən 
məktubların əvvəlində və sonunda özünü göstərən (ştamplar) standartların olması;
4) müxtəlif quruluşlu xitabların işlənməsi.
Bu və ya başqa bir məktubun epistolyar üslubun hansı janrına aid olmasını 
məktub müəllifinin fərdi yaradıcılıq xüsusiyyətləri müəyyənləşdirir.
Epistolyar mətnlərin (məktubların) tərkibi, əsasən, üç komponentdən ibarət 
olur:
a) başlıq hissə;
b) əsas hissə;
c) sonluq.
Başlıq hissədə, əksər hallarda, adresata müraciət edilir və bundan sonra ötəri 
olaraq hal-əhval soruşulur. Məktubda adresata müraciət epistolyar monoloqun 
dialoqlaşdırılması əlamətidir.
Əsas hissə ortada verilir. Burada adresata hər hansı bir informasiya məlum 
edilir, yaxud adresata düşündürən məsələlər barədə mühakimə yürüdülür, yaxud 
da hər hansı hadisə nəql olunur.
Məktubun sonluğu yekunlaşdırıcı xüsusi, xarakterik ifadə və cümlələrlə 
tamamlanır.
Ümumiyyətlə, bu və ya başqa bir üslubun yaranma tarixi müəyyən zamanla


43 
- əsrlə bağlıdırsa, onun formalaşması və inkişafı xalqın əsrlər boyu əldə etdiyi 
nailiyyətlərin nəticəsidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin