ƏDƏBİ DİLİN MƏCAZİ-ESTETİK LEKSİK VASİTƏLƏRİ
Sözün təbiəti, lüğəvi mənası, semantik quruluşu, funksional variantları, ifadəlilik
imkanları, üslubi ayrıntıları,estetikası və başqa xüsusiyyətlərini filoloq alimlərin
diqqət mərkəzində olan əsas məqamlar kimi qeyd etmək olar. Bu məsələlər
içərisində məcaz xüsusi yer tutur. Çünki “məcaz dilin həm zənginliyini, həm də
ifadə qüdrətini təmin edən ən zəruri amildir”
11
.
Məcaz sözün semantikası ilə bağlı vacib bir dil hadisəsidir. Bu hadisənin
sözün çoxmənalılığı əsasında yaranır. Çünki məcaz sözün əsas, ilkin, həqiqi
mənasından törəyir və ona istinad edir. Belə ki, hər bir çoxmənalı sözün
mənalarından biri əsas, ilkin, həqiqi, digəri isə ikinci dərəcəli və məcazi olur. Əgər
sözün əsas, ilkin, həqiqi mənası mətnsiz aydındırsa, onun əsl təbiəti,
çoxmənalılığı mətn daxilində açıqlanır. Çünki sözün yaşadığı və dəyişdiyi mühit
məhz nitqdir.
Məcaz daimi inkişafda və təşəkkül etməkdədir. Belə ki, klassik
ədəbiyyatımızda mövcud olan məcazlarla yanaşı, çağdaş ədəbiyyatımızda yeni
11
Turkan Əfəndiyeva. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, Nurlan, 2007, s.80
47
tələblər, yeni mövzular, janrlar və ədəbi cərəyanlarla əlaqədar tamamilə başqa
səciyyə daşıyan məcazlar meydana çıxmaqdadır. Eyni zamanda çağdaş
dövrümüzdə zamanla ayaqlaşmayan başqa təsvir vasitələri kimi, məcazların da bir
qismi istifadədən çıxmış, arxaikləşmiş (bunların çoxu ərəb və fars sözləridir),
başqa bir qismi müasir tələblərə uyğun olaraq mənasını dəyişmişdir. Bununla belə,
məcaz dilin kəlmə xəzinəsini zənginləşdirən, onun ifadə qüdrətini təmin edən
leksik-semantik vasitə olaraq qalmaqdadır.Həm də dilimizin məcazlar sistemi
bədii üslubun ən qüvvətli bədii ifadə və bədii təsvir vasitəsi kimi mühüm rol
oynamaqdadır.
Məcaz dilin kateqoriyalarından biridir. İnsan təfəkkürü daim hiss-həyacana,
estetikaya, obrazlılığa meyl göstərdiyi üçün məcaz yaranır. Buna görə məcaz
insan psixologiyası ilə sıx bağlıdır. Belə ki, insan onu əhatə edən əşyaların,
hadisələrin, əlamətlərin arasında şüuraltı olaraq əlaqələr yaradır, onları bir-birinə
bənzədir. Varlıqdakı əşyaların və hadisələrin,ən zəngin dilin belə, kəlmə
xəzinəsindəki sözlərdən qat-qat çox olduğu üçün bu hal çox vacibdir. Dildə iki
cür məcaz mövcuddur:
1) ümumdil məcazları;
2) bədii-estetik məcazlar.
Dilimizin bütün üslublarında işlənən məcazlara ümumdil məcazları deyilir.
Bunların bir qismi həyəcanlılıq əlamətini tamamilə itirmiş, adi neytral kəlmə və
terminlərə çevrilmişdir. Ona görə də onlar artıq məcaz kimi qəbul edilmir (dağın
ətəyi, ağacın başı, çayın qolu və s.), digər bir qismi isə (aslan, tülkü, kəklik, gül
və s. adam barəsində) geniş şəkildə canlı danışıq dilində işlənir, xalq
ədəbiyyatında və bədii üslubda qüvvətli hiss-həyəcan bildirən vasitə kimi çıxış
edir.
Bədii-estetik məcazlara ancaq bədii əsərlərdə rast gəlirik. Həmin məcazların
da iki növü mövcuddur:
48
1) ümumiyyətlə bədii üsluba xas olan məcazlar, yəni bunlara hər bir ədibin
dilində təsadüf etmək olur;
2)fərdi bədii-estetik məcazlar, yəni müəyyən bir yazıçı ya şairin üslubuna və
ya dilinə xas olan məcazlar.
İkinci növ məcazlar üslubi məqsədə uyğun meydana gəlir və müvafiq əsərin
estetik elementi sayılır. Fərdi bədii-estetik məcazlar obrazlı şəkildə insan
duyğularının və məntiqi düşüncənin vəhdəti nəticəsində ortaya çıxır. Həmin
obyektlər - əşya və hadisələr əsasən mücərrəd və konkret anlayış bildirən adlarla
təmsil olunur. Üslubi-estetik məcazların əksəriyyəti fərdi xarakter daşıyır. “Əşya
və hadisələrinə subyektiv qiymət verməyə çalışan sənətkar sözün dərinliklərində
gizlənən müxtəlif məna çalarlarını ortaya çıxarır və bunun sayəsində qüvvətli
ekspressiyaya malik məcazlar yaradır”
12
.
Hər obyektin saysız-hesabsız əlamətləri mövcuddur. Məcaz isə çeşidli
özəlliklər sırasından yalnız birini əks etdirir. Bunun özündə bir subyektivlik,
fərdilik vardır. Ona görə də bədii-fərdi məcaz hər zaman subyektivdir.
Hər bir xalqın dilində mövcud olan məcazlar həmin xalqın yaşadığı coğrafi
şərait, təbiət, iqlim, mühit, iqtisadi fəaliyyət və başqa bu kimi şərtlərlə bağlıdır.
Məsələn, milli ədəbiyyatımızda məcazi mənada daha çox çinar, sərv, sənubər,
yasəmən, palıd kimi ağacların adları işlənir. Bədii əsərlərimizdə gözəl qadın və
onun cizgiləri adətən qızılgülə bənzədilir. Hind poeziyasında isə həmin müqayisə
lotos çiçəyi ilə verilir.
Digər tərəfdən,bu və ya digər əşya, hadisə hər xalqda eyni hiss oyatmır. Yəni
bir xalqın təfəkküründə, dilində bu və ya digər əşya müsbət təsəvvür, poetik
ifadələr yaratdığı halda, başqa bir xalqda həmin obyekt mənfi ekspressiya oyadır.
Məsələn, hind xalqı fili əzəmətli, alicənab heyvan kimi qiymətləndirdiyi üçün
bədii yaradıcılığında da həmin heyvanın adı müsbət mənada poetikləşir. Belə ki,
12
Turkan Əfəndiyeva. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, Nurlan, 2007, s.80
49
qeyri-adi gözəlliyə malik qadınların yerişi filin əzəmətli yerişinə bənzədilir, tərif
edilir.
Azərbaycan ədəbiyyatında isə gözəl qadın, onun simasının cizgiləri,
nazlıqəmzəli yerişi əsasən ceyran, maral, kəklik, tovuz, sona, durna və s. bu kimi
sözlər ilə təsvir edilir. Bu da təbiidir. Çünki təbiətimizə məxsus həmin heyvanlar,
quşlar hələ qədim zamanlardan gözəlliyin timsalı kimi xalq arasında və xalq
ədəbiyyatında, folklorda, daha sonralar isə bədii əsərlərdə istifadə edilmişdir.
Əlaqələrin səciyyəsinə uyğun olaraq məcazın ayrı-ayrı növləri ortaya çıxır.
Yəni sözlərin məcazi məna qazanmasında əşya, hadisə, hərəkət, əlamət və bu
kimiləri arasında məkan, zaman, vasitə, məntiqi-səbəbiyyət, xüsusilə də bənzərlik
əlaqəsi çox vacibdir.
Bənzərlik əlaqəsi üzərində meydana gələn məcaz metafora (yəni məna
köçürülməsi) və epitetdir (yəni bədii sifət). Məcazın həmin növlərinin ardınca
gələn məkan, zaman, məntiqi-səbəbiyyət əsasında meydana çıxan metonimiya
(yəni ad köçürülməsi) və sinekdoxadır (yəni fərzetmə). Bu məcazlar dilin ən
ifadəli qatını təşkil edir. Məcazın dilimizdə işlənilən növləri haqda növbəti
bölmələrdə ətraflı şəkildə danışılacaq.
Dildə ancaq müəyyən söz qrupları semantikasına görə məcaziləşə bilir. Bu
söz qrupları aşağıdakılardır:
1.
Dostları ilə paylaş: |