MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

Fauna-heyvanat aləminə aid sözlərin böyük bir qismi məcaziləşir, 
yəni heyvan, quş, həşərat adları, məsələn: aslan, şir, pələng, tülkü, qurd, canavar, 
ayı, qoyun, quzu, maral, ceyran, sona, kəklik, bülbül, tovuz, durna, şahin, tərlan, 
göyərçin, bayquş, qarğa, qurbağa, ilan, hörümçək, kərtənkələ və s. Bu sözlər 
fikrin yüksək ekspressiya qüdrəti ilə həm də yığcam, lakonik bir şəkildə ifadəsinə 
yardım göstərir.
Dilçilikdə heyvan və quş adları əsasında yaranan məcazlar daha çox simvol, 
rəmz kimi dəyərləndirilir. Canlı danışıq dilində bu tipli məcazlar əsrlər boyu 


50 
işlənməkdədir. Buna nümunə olaraq atalar sözlərini, bayatıları, zərb-məsəlləri, 
dastanları, əfsanələri göstərmək olar:
Qurd balası qurd olar;  
Ac toyuq yuxusunda darı görər; İt 
hürər, karvan keçər;  
Meşə çaqqalsız olmaz;  
Aslanın erkəyi, dişisi olmaz və s.  
2. 
Flora-bitki dünyası ilə əlaqədar adların da bir qismi məcaziləşir
məsələn:
gül, çiçək, bənövşə, qərənfil, lalə, yasəmən, püstə, badam, palıd, çinar, sərv, 
sənubər və s. Məcazi mənada qüvvətli hiss-həyəcana malik olaraq həmin kəlmələr 
bədii üslubda ən parlaq təsvir vasitəsinə çevrilir.
3. 
Qiymətli mineral və metal adlarının da müəyyən bir hissəsi 
məcaziləşir. Məsələn, inci, mirvari, dürdanə, zümrüd, cəvahir, mərcan, mərmər, 
qızıl, altın, gümüş, yaqut, firuzə, almaz, sədəf, brilyant, dəmir, polad və s. Bu tipli 
məcazlar müsbət hiss-həyəcan ifadə edir, qüvvətli təsvir vasitəsidir. Bunu irəlidə 
verilən bədii mətnlər təsdiq edir.
4. 
İlin mövsümlərini bildirən sözlər də məcaziləşir. Məsələn: yaz, 
bahar, payız, qış kimi sözlər çeşidli məcazi mənalar ifadə edir: ilin ən gözəl 
dövrünü bildirən bahar, yaz xoşbəxtlik, sevinc kimi müsbət məcazi mənalar, 
payız, qış isə insanın ixtiyarlaşmış, müdrik dövrünü təsvir edir.
5.Günün müəyyən vaxtını bildirən səhər, sabah, gündüz, gecə kimi 
leksemlər də məcazi məna kəsb edə bilir: səhər, sabah, gündüz, xoşbəxtlik, gözəl 
həyat, azadlıq rəmzi olaraq, gecə isə çətin, ağır yaşayış, həyat simvolu kimi işlənir. 
Bədii mətndə bəzən daha təsirli şəkildə fikrin ifadəsi üçün sənət adamları 
əksmənalı sözləri qarşılaşdırılmış şəkildə istifadə edir. Bu bir üslubi üsuldur.
6. Təbiət hadisələrini bildirən adlardan tufan, fırtına, zülmət, zəlzələ, boran, 
qar, külək, rüzgar, çovğun, yel, bulud kimiləri məcazi məna qazana bilir. Həmin 


51 
funksiyada bunlar əsasən mənfi anlayış bildirir, yəni dava, vuruşma, döyüş, 
qarma-qarışıqlıq, qəm, kədər və s. bu kimi ekspressiv çalarlar ifadə edir.
7.Dəyərli qumaş adları da məcaziləşir; məsələn:ipək, atlaz, məxmərə xas 
olan parlaqlıq, hamarlıq, əlvanlıq və incəlik bunları qüvvətli təsvir vasitəsinə 
çevirməyə imkan verir.
8. 
Göy cisimləri adlarından ay, günəş, ulduz kimi və semantikasına görə 
bu qrupa yaxın olan işıq sözü məcazi mənada olduqca estetik və təsiredicidir. Ona 
görə də bu cür məcazlar bədii-poetik əsərlərdə yüksək ifadə qüdrəti daşıyır.
9. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin