59
1. Məkana görə adın köçürülməsi. Belə metonimiyaların səciyyəsi
ondan ibarətdir ki, bu və ya digər məkan adı həmin məkanda müvəqqəti və
ya daimi yaşayan əhalini bildirmək üçün işlədilir (bütün kənd tamaşaya
durmuşdu). Məkan əlaqəsi əsasında yaranan metonimiyaların cürbəcür
formaları özünü göstərir. Bunlardan ən geniş yayılanı müəyyən bir əşyanın
adının onun içində yerləşən predmetin əvəzinə işlədilməsindən yaranan
metonimiyadır.
2. Zamana görə adın köçürülməsi (Keçmişim gözümdə canlandı.)
3. Müəllif-əsər köçürülməsi (Mən Nizamini tam oxudum.)
4. Maddi əsasa görə köçürülmə (O, üç qab yedi.)
5.Məntiqi səbəbiyyət əsasında əmələ gələn metonimiyalar. Bunlardan
ifadəlilik cəhətdən ən maraqlıları aşağıdakılardır: a) şəxs adları əsasında yaranan
metonimiyalar. Bəzi hallarda metonimiya vəzifəsində klassik qəhrəmanların
adları çıxış edir (Leyli və Məcnun, Demon, Topal Teymur və s.); b) Şəxs adının
onun istehsal etdiyi əşyalar üzərinə köçürülməsinə də tez-tez rast gəlinir.
(Chevrolet, Ford, Chanel)
Dostları ilə paylaş: