64
Daşıyıram qəlbimdə
Dünyaların sevincini, qəmini.
(R.Rza, Mən torpağam şeiri).
İki böyük zat içəri girdi. Onlardan birisi gənc şair Nizami, o birisi isə qoca
şairə Məhsəti xanım idi... Atabəy onlara baxdığı zaman iki böyük dünyanın onun
oturduğu taxta tərəf irəlilədiyini hiss edir və düşünürdü.
(M.S.Ordubadi, Qılınc və qələm
əsəri).
Orxan: - Ah, gözəl çərkəz qızı, nazlı İsmət,
Mələk üzlü şeytan, incəbel afət!
(H.Cavid, Ana əsəri).
Oturuşu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmli, yarı gileyli...
Gecə-gündüz
zövqü səfada meyli,
Həm özü,həm fikrü xəyalı sərxoş!
(M.P.Vaqif Sərxoş şeiri);
Salon titrəyir əl səsindən,
Paris
Məcnun olmuş dəli nəşəsindən.
(R.Rza, Madrid şeiri)
4.
Təqdim olunan nümünəyə
uyğun şəkildə Məcnun, Leyli, Koroğlu,
Kolumb, Ford kimi adlardan istifadə edib cümlələr qurun.
Nümunə:
65
Sanma könlüm sınasıdır,
Kərəm olub yanasıdır.
(Q.Qasımzadə, Bənövşə yarpaqları
şeiri).
5.
Təqdim olunan nümünəyə uyğun şəkildə Nizamilər, Füzulilər,
Nəsimilər,
Napoleonlar, Müşfiqlər kimi sözlərdən məcazi
mənada istifadə edərək
cümlələr qurun.
Nümunə:
Şaliko: - Qardaşlar, bu ölən yalnız Qacardır,
Qacarlar dünyada hələ də vardır.
6.Təqdim olunan nümunələrdə istifadə olunan məcazın
üslubi məqsədini
müəyyən edin:
Bizə indi dürlü-düyünlü gərəkdir, Ağaxan, dürlü-düyünlü! – deyə Gəray ağa
həmdərdinin paltosunu tutub dartışdırdı. – Yoxsa, bu daqqapapaqlılardan, boğazı
bantlılardan millət dərdinə ağlayan olmaz.
Vidadi: - Bu gün-sabahlığam, günlər tez keçir
Mənim də karvanım yığışıb köçür.
(S.Vurğun, Vaqif dramı);
-Yəqin ki, onlar bu payız
səni iki baş, dörd ayaq eləyəcəklər (Ə.Vəliyev,
Turaclıya gedən yol);
Züleyxa da başını onun sinəsinə söykəyib, rəngsiz yanağından odlu damcılar
tökdü. (Y.V.Çəmənzəminli, Dərdli Züleyxa).
66
8. Cümlələrdə ölmək, evlənmək, ağlamaq,
ruhdan düşmək, təəcüblənmək
mənaları verən məcazi frazeoloji birləşmələrdən
istifadə edərək cümlələr
qurun.
Nümunə: Bu acı xəbər
qanımı qaraltdı
9. Təqdim olunan metaforalardan istifadə edib cümlələr qurun
Qabın boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü, ağacın başı,
adam quruyub, insan kök salır, ürək sevinir, üz gülür, söz kəsir, fikir
haçalanır, tufan qopub
10. Təqdim olunan metaforaların semantik mənasını
və üslubi məqsədini izah
edin dağın ətəyi, ölüm gəlir, fikir doğulur, işlər axsayır, ay doğur, günəş batır,
qızıl adam,
Dostları ilə paylaş: