Sinekdoxa. Məcazın növlərindən biri də sinekdoxadır. Sinekdoxa kəmiyyət
əlaqəsi əsasında bir hadisənin mənasının digərinə keçirilməsini ifadə edir.
Sinekdoxa metonimiyaya çox yaxındır. Sadəcə metonimiya məkan, zaman,
məntiq, səbəbiyyət əlaqəsi əsasında bir əşyanın başqa bir əşya üzərinə keçirilməsi
ilə əlaqədar əmələ gəlirsə, sinekdoxanın yaranması kəmiyyət əlaməti əsasında bir
əşyanın o birinin üzərinə keçirməsi nəticəsində mümkün olur. Yəni eyni söz həm
bütöv bir əşya, həm də onun bir hissəsi mənasında işlədilir. Məsələn, 1.
tələbənin əsas vəzifəsi oxumaqdır cümləsində işlənən tələbə sözü ümumi mənada
işlədilir. 2çoxun az mənasında işlədilməsi: nizamilər, füzulilər, koroğlular və s.
“...sinekdoxanın mahiyyəti bu və ya digər məfhumu fərz etməkdən ibarətdir”
15
.
15
T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, Elm, 1980, s. 112
60
Yəni tək halda işlənən hər hansı bir leksik vahid cəmlik məzmununu ifadə
edir. Sinekdoxa üslubi faktdır. “Onlar mətndə yığcamlıq və ifadəlilik yaradır,
fikrin təsdiqi, predmetin bir ad altında bütövləşməsi, tanınması və konkretləşməsi
üçün geniş imkanlar açır”
16
. Məsələn:
“Aldım sorağını bu sədaqətin
Vaqiflər, Zakirlər yadıma düşdü”. (H.Hüseynzadə)
Sinekdoxa aşağıdakı üsullarla yarana bilər:
1. Cəm halın tək halda istifadə olunması ilə və ya əksinə (məsələn,Şəhər
tamamilə yatmışdır.).
2. Hissənin tam əvəzinə işlədilməsi yolu ilə (məsələn, Mənə bir qapı
göstərin.).
Sinekdoxa obrazların səciyyələndirilməsi və fərdiləşdirilməsi baxımından böyük
əhəmiyyət kəsb edir. Onlar emosionallıq, ekspressivlik, eləcə də obrazlılığın bədii
yaradıcısıdır.
Hiperbola və litota. Hiperbola hər hansı bir hadisənin həddindən artıq
şişirdilməsini əks etdirən obrazlı ifadədir.(məsələn,Pələng insanlar güclü olur.).
Litota hər hansı bir hadisənin həddindən artıq kiçildilməsini əks etdirən
obrazlı ifadədir.(məsələn,Agzı kiçik bir püstədir.).
Hiperbola və litota əsasən publisistik, bədii və məişət üslublarında geniş
istifadə olunur. Onlar təsviri daha canlı və cəlbedici etmək üçün istifadə olunur.
Ona görə də rəsmi - işgüzar və elmi üslublarda onlardan çox nadir hallarda istifadə
olunur. Hiperbola və litotanın 2 növü vardır: ümumdil və fərdi üslubi. Məsələn,
danışıq dilində geniş istifadə olunan bu kəlmələr litota və hiperbola üzərində
qurulub.
16
D.T.Əliyeva. Praktik üslubiyyat. Bakı, Mütərcim, 2011. s.21
|