MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   2   3   4   5   6   7   8   9   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

Funksional üslubiyyat dil vahidlərinin birbaşa funksional prosesdə daxil 
olduqları sistemli münasibətlərini və hansı dil vahidlərinin seçilərək nitqdə 
istifadə edildiyini öyrənir. Nəticədə konkret nitq sferasında daim işlənən vahidlər
bir nitq forması yaradır. Bu forma elə “üslub” anlayışına bərabərdir.
Funksional üslubların əsası ikili xarakter daşıyır: linqvistik və 
ekstralinqvistik. Dil ictimai xarakterə malikdir və ilk növbədə fikrin konkret 
fəaliyyət dairəsində ifadəsinə xidmət edir. Yəni dil funksional bir sistemdir. Dil 
vahidləri öz funksiyalarını daim eyni sferada reallaşıdırdıqda funksional rəng 
alırlar. Dil vahidlərinin bu mənada seçimi kommunikativ məqsədəuyğunluğa 
bağlıdır. Yəni dil sistemindən fikrin daha dəqiq şəkildə ifadə edə biləcək dil 
vahidləri seçilir. Beləliklə, funksional üslubların klassifikasiyasının əsasında 
ekstralinqvistik prinsip dayanır.


14 
ÜSLUBLAR SİSTEMİ
Üslubiyyatın əsas problemlərindən biri ədəbi dilin funksional 
üslublarıdır.Çünki ilk olaraq funksional üslublar əsasında üslubiyyat 
problemlərinin tədqiqi üçün zəruri şərait yaranmışdır. “Dil tarixinin başqa 
hissələrindən fərqli olaraq dilçilik üslubiyyatı dil sisteminin bir deyil, bütün 
bölmələri ilə əlaqədədir, onun üslubi imkanlarını bütün yaruslar boyu öyrənir. 
Yəni həm səslərin, həm şəkilçilərin, həm də kəlmələrin ifadə qüvvətini və üslubi 
rənglərini araşdırır, üslubların meydana çıxmasında, sistem şəklinə salınmasında 
onların rolunu müəyyənləşdirir” (Turkan Əfəndiyeva Azərbaycan ədəbi dilinin 
üslubiyyat problemləri.Bakı,2001,s29).Üslub sözünün istifadəsinə hələ antik dövr 
filosof və natiqlərinin əsərlərində tez-tez rast gəlinir. Üslub ədəbi dilin ən əsas 
tarixi kateqoriyasıdır. Ədəbi dilin tarixi inkişafı, ədəbi norma anlayışları ilə sıx 
şəkildə bağlıdır.
Ədəbi dil yazı ənənəsinə nail olduqdan sonra şifahi və yazılı şəkildə fəaliyyət 
göstərməyə başladı. Yazılı ədəbi dil funksional üslubların yaranmasında və 
formalaşmasında həlledici rol oynamışdır. Belə ki, dilin yazı ənənəsi yarandıqdan 
sonra onun üslublar sistemi formalaşmağa və təkmilləşməyə başlayır. Dilin 
daxilində yaranmış funksional üslublar tədricən zənginləşir. Funksional 
üslubların inkişafı ümumxalq dilinin ədəbi tarixi ilə bağlı olur. Lakin üslubların 
inkişafına dildaxili amillərlə yanaşı,həm də dilxarici (dil kontaktları, əlaqələr, 
qarşılıqlı təsir və s.) amillər də təsir edir. Digər tərəfdən,bu prosesə dil, dövlət 
quruluşu, siyasət və s. amillər də öz təsirini göstərir. “Üslubların inkişafı xalqın 
milli mədəniyyətinin tərəqqisində xüsusi əhəmiyyət kəsb edir. Elə buna görə də 


15 
inkişaf etmiş milli üslubların cəmi həmin dildə ünsiyyətdə olanların ən qiymətli, 
bəlkə də əvəzsiz ədəbi-mədəni nailiyyətləridir”
6
.
Dilçilik tarixində ədəbi dillərin funksional üslublarının ümumi elmi təsnifini 
verməyə bir çox alimlər səy göstərmişlər. Biz bu dərs vəsaitimizdə görkəmli dilçi- 
alim Afat Qurbanovun təsnifatıni əsas götürürük. A.Qurbanov öz tədqiqatlarında 
üslublar, onların xüsusiyyətləri və təsnifi barədə dərin elmi əsaslı fikirlər irəli 
sürmüşdür. Onun təqdim etdiyi təsnifat daha aktualdır.
Üslublar nitqdə təzahür edir. Funksional üslublar ədəbi dilin insan 
fəaliyyətinin ayrı-ayrı sahələrinə uyğun işlədilməsidir,yəni insanın fəaliyyəti, 
funksiyası ilə bağlıdır. Dilin üslubları müəyyən vəzifə,yəni funksiya yerinə 
yetirdiyi üçün dilçilikdə funksional üslub adlandırılır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin